Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

 
 
 
 
105 
davam etdirir. 
Ola bilsin ki, dig
ər ixtisaslaşdırılmış müəssisələr də mövcud olsun, təəssüf ki, bu 
haqda m
əlumatsızam və  ümumiyyətlə, hesab edirəm ki, bu sahənin  ölkəmizdə 
tarixi uzun müdd
ət  tərkibinə  daxil  olduğumuz  Rusiyadakı  mənbələrdən 
araşdırılmalıdır. 
Rusiyada 
saxlanılan qədim tarixi sənədlərdə artıq XVII əsrdən dalğıc peşəsinin 
mövcudluğu (bu haqda P.A.Orabellinin «İssledovanie i izıskanie» 1947 q. əsərində 
göst
ərilmişdir)  qeyd  edilirdi.  Dalğıc  texnikasının  inkişafında  isə  1882-ci ildə 
Kronştatda  dalğıc  məktəbinin  yaradılması  böyük  rol  oynamışdır.  1892-ci ildə  bu 
m
əktəb tərəfindən ilk dalğıc qaydaları və 1896-cı ildə isə «Dalğıc xidməti haqqında 
qaydalar»  t
ərtib olunaraq nəşr  etdirilir.  Kronştat  dalğıc  məktəbi  tərəfindən 
hazırlanmış  dalğıc  avadanlıq  və  ləvazimatları  eksponatları  dünyanın  müxtəlif 
s
ərgilərində  nümayiş  etdirilir və  hətta,  1893-cü ildə  Çikaqo sərgisində  mükafata 
layiq görülür. 
Sovet  Rusiyasında  dalğıc  və  sualtı-texniki  işlər  sahəsində  əsaslı  şəkildə 
sisteml
əşdirmə və təşkilatlanma 1923-cü ildə F.E.Derjinskinin təşəbbüsü ilə Qara 
d
əniz hövzəsində  Xüsusi  Təyinatlı  Sualtı  İşlər  Ekspedisiyasının  (Эспедиция 
подводных  работ  особого  назначения  (GPRON))  yaradılması  ilə  başlanmışdır. 
Bu t
əşkilat keçmiş SSRİ-də dalğıc və sualtı-texniki işlər sahəsində bütün İttifaq üzrə 
elmi, istehsalat v
ə hərbi istiqamətləri özündə birləşdirməklə nəhəng bir struktur idi 
v
ə  bu  günə  qədər  də  mövcuddur.  EPRON  mövcudluğu  dövründə  bir çox 
nailiyy
ətlər  qazanmışdır.  2003-cü ildə  Moskvada  80 illiyini qeyd edən təşkilatın 
t
ədbirində «Azneft» İB-nin dalğıc və Sualtı-Texniki İşlər üzrə İstehsalat Şöbəsinin 


 
 
 
 
106 
r
əisi P.P.Qurtovenko və  XDDQXİİ-nin  baş  mühəndisi  F.X.Bünyatov  dəvət 
oluna
raq,  iştirak  etmişlər.  Bu  kitabın  müəllifi  isə  dalğıc  və  sualtı-texniki  işlər 
sah
əsindəki nailiyyətlər gör (konfrans materialların da son illərdə XDDQXİİ-nin 
bu sah
ədə  qazandığı  uğurlar  öz  əksini  tapmışdır)  «Yubiley  nişanı»  ilə  təltif 
olunmuşdur. 
İttifaq  daxilində  gedən proseslər çərçivəsində  Xəzərdə, xüsusən  de, Azərbaycan 
sektorunda iqlimin mülayimliyi, dig
ər  Xəzəryanı  respublikalara nisbətən  sənayenin 
daha çox inkişaf etməsi və digər səbəblərdən bu sahə intensiv inkişaf edirdi. 
Xüsus
ən də,  bu  inkişaf  XX  əsrin  ikinci  yarısından  başlayaraq,  Xəzər  dənizində 
neft-
qazçıxarmanın  başlanması  və  70-ci illərdən etibarən  dəniz  işlərinin 
coğrafiyasının  böyük  dərinliklərə  doğru  dəyişməsi  ilə  özünü daha parlaq büruzə 
verirdi. 
Z
ənnimcə, dənizdə  neft-qazçıxarmanın  tarixinə  aid çox maraqlı  bir  faktı 
diqq
ətinizə  çatdırmaq  yerinə  düşərdi. XIX əsrin  əvvəllərində  dənizdən neft 
çıxarılmasına ilk cəhd Bakıda Bibi Heybət buxtasında azərbaycanlı sənayeçi Qasım 
b
əy tərəfindən  edilmişdir.  O, sahildən  bir  az  aralıda  bir-birinə  kip  geydirilmiş 
taxtalardan, nec
ə deyərlər, ilk dayanıqlı özül quraşdırır və quyu qazaraq sutkada 3-4 
vedr
ə  neft hasilatına  nail  olmuş  və  təqribən  15 il müddətində  bu quyunu istismar 
et
mişdir. Gələcək dəniz özüllərinin oxşarı və ilki olan bu qurğu 1825-ci ildə güclü 
qasırğa  zamanı  dağılır.  Bu  hadisədən,  təqribən, bir əsr  yarım  sonra  yeni  dəniz 
özüll
əri inşa edilməyə başlayır və bu özüllər formaca ilk özülə çox oxşayırdı. 
Ümumiyy
ətlə XX əsrin ikinci yarısında dənizdə neft-qazçıxarmanın geniş vüsət 
alması  ilə  əlaqədar, təbii olaraq sənaye  maraqlı  suyadalmalar  və  onun texniki 


 
 
 
 
107 
t
əminatı böyük inkişaf yolu keçmişdir. Dünyada ilk olaraq dənizdə neft-qazçıxarma 
il
ə məşğul olan ölkəmizdə də, təbii ki, bu sahəyə diqqət yetirilmiş və bu sahə inkişaf 
etdirilmişdir.  Dalğıc  və  sualtı-texniki  işlərin neft-qaz sənayesində  bir sahə  kimi 
inkişaf etdirilməsinin başlanğıcı XX əsrin 70-ci illərinə təsadüf edir. 1975-ci ildə o 
zamanki 
SSRİ  neft  sənayesi  naziri  V.D.  Şaşinin  imzaladığı  əmrlə 
«X
əzərdənizneftqazsənaye»  İB-nin tərkibində  «Sualtı-Texniki  İşlər və  Dənizin 
Neftl
ə  Çirklənməsindən  Mühafizəsi  üzrə  İxtisaslaşdırılmış  İdarə»  yaradılır. 
Sonralar birliyin tabeçiliyind
ə  olan  «Qəzaxilasetmə  dəstəsi»  ilə  birləşən  STİ  və 
DNÇMİİ Xəzər Dəniz Dalğıc və Qəza Xilasetmə İşləri İdarəsi adlandırılır. Və bu 
gün  dem
ək olar  ki, bütün dünyada XDDQXİİ və ya CODERO adı altında tanınan 

əssisə, respublikada və  eləcə  de, bütövlükdə  Xəzər  dənizi  hövzəsində 
sualtı-texniki və dalğıc işləri üzrə ixtisaslaşdırılmış yeganə təşkilatdır. Müəssisənin 
mümkün iş diapazonu  «0»  metrdən 1050 metrə  qədər  dərinliklərdə  yerləşməklə 
praktiki olaraq, X
əzər dənizinin bütün dərinliklərini  əhatə  edir. Dənizdə 
sualtı-tikinti  quraşdırma  işlərində, dəniz  obyektlərinin  (hidrotexniki  qurğuların  , 
sualtı  kommunikasiyaların  )  istismarında,  su  altında  baş  vermiş  qəza hadisələrinin 
aradan 
qaldırılmasında neft-qaz yataqların da ekoloji təhlükəsizlik proqramların da 
v
ə  dənizdə  neft-qazçıxarmanın  sabitliyinin təminatında  XDDQXİİ-nin rolu 
əvəzsizdir. 
30 illik Yubileyini qeyd ed
ən müəssisə taleyinin müəyyən dövrlərində yüksəliş 
v
ə  tənəzzül illərini  yaşamışdır.  Şərti  olaraq, 1975-1990-cı  və  1996-2005-ci  illəri 
«yüks
əliş illəri» adlandırmaq olar. 
Tarixd
ə şəxsiyyətlərin rolu danılmazdır. Sahənin yüksəliş illəri həmin dövrlərdə 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə