Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

 
 
 
 
71 
baxmayaraq, bu metoddan istifad
ə  hələlik  bir çox texniki, psixoloji və  maliyyə 
s
əbəblərindən geniş vüsət almamışdır. 
Kim bilir, b
əlkə də saturasiya dalmalarının başlanğıcında kosmik tədqiqatlar üzrə 
bölm
ələrin  marağı  bu  sahənin  inkişafında  müəyyən  rol  oynadığı  kimi,  digər 
planetl
ərə  uçuş  proqramı  çərçivəsində  ola bilsin ki, plazma metodundan istifadə 
böyük maraq k
əsb etsin və öz təcrübi həllini tapsın. Kim bilir... Bəlkə də... 
H
ələlik isə, qayıdaq Yerə, daha doğrusu, suyun altına... 
Sualtı aparatlar 
Dalğıc  dalmalarındakı  məhdudiyyətlər, eyni zamanda dalğıcların    heç  də  hər 
zaman elmi-t
ədqiqatçı  və  ya  əksinə  elmi-tədqiqatçıların  heç  də  hər  zaman  dalğıc 
olmamaları sualtı dünyanın sirlərinə tam yiyəlenməyə imkan vermədiyi üçün insan 
t
əxəyyülü  daim  daha  kamil  üsullar  axtarışımda  olmuşdur.  Belə  axtarışların    ilk 
n
əticəsi 1912-ci ilə təsadüf edir. 
Konstruksi
yanın müəllifi ingilis ixtiraçısı Robert Devis idi: Suyun altına burazla 
buraxılan, yuxarı hissəsi möhkəm poladdan hazırlanmış beş illüminatorlu sfera olan 
konstruksi
yanın içərisində  bir neçə  saat  üçün hesablanmış  balonlarda olan sıxılmış 
hava kütl
əsi vasitəsi ilə daim atmosfer təzyiqi saxlanılırdı. Eyni zamanda, sferanın 

ərisində  nəfəsalma  zamanı  əmələ  gələn karbon qazının  neytrallaşdırılması  üçün 
kimy
əvi  uducu maddələr də  yerləşdirilmişdi  və  sferanın  içərisindəki  şəxs xaric 
dünya il
ə telefon vasitəsi ilə  əlaqə yarada bilirdi. Lakin belə aparatın içərisindən 
ətraf mühiti yalnız müşahidə etmək olardı, ətraf mühitə müdaxilə  isə qeyrimümkün 
idi. R.Devis öz konstruksiya
sını «müşahidə kamerası» adlandırırdı. Kiçik dərinliklər 
üçün yararlı olan bu konstruksiya ilk dərinlik aparatının - batisferanın sələfi idi. 


 
 
 
 
72 
Batisfer 
Bir neç
ə  yüz metr dərinliklərə  enməyə  nail  olmuş  ilk  qorxmaz 
insanlar-
amerikalılar  mühəndis-ixtiraçı  batisferanın  yaradıcıları  Otis  Barton  və 
zooloq Uilyam Bib idi. 
Otis Bartonun yaratdığı batisfera, divarının qalınlığı 3,16 sın, diametri 144 sın, 
ç
əkisi 2430 kq olan mavi rəngli üç illüminatorlu (illüminator çox möhkəm  qalın 
kvars 
şüşədən hazırlanmışdı) şardan ibarət idi. 
O,  şartökmə  üsulu ilə  bütöv  hazırlanmış  və  çox dəqiqliklə  rentgen  vasitəsi ilə  
yoxla
nılmışdı.  İxtiraçı  konstruksiyanın  hər  kiçik  detalmı  -  şüşənin  gövdəyə 
b
ərkidilməsi,  endirmə  burazının  əlahiddə  bir möhkəmliklə  batisferaya bərkidilməsi 
v
ə gəminin göyərtəsindəki mancanağın barabanına dolanmasını   
v
ə  s. çox dəqiqliklə  hesablayırdı.  Sükan  vertikal  ox  ətrafında  batisferanı  çevirmək 
qabiliyy
ətinə  malik idi. Balonlarda olan hava  8  saat  üçün  hesablanmışdı.  Tənəffüs 
edil
ə n karbon qazı xüsusi kimyəvi uducu maddələr vasitəsi ilə  neytrallaşdırılırdı. 
İçəridə  olan cihazlar temperaturu, daxildəki havanın  təzyiqini, nəmliyi göstərir, 
xaricd
ə  olan güclü projektorlar isə  okeanın  ənginliklərində  olan  əbədi  qaranlığı 
işıqlandırırdı.  Xarici  aləmlə  əlaqə  telefonla  saxlanılırdı.  Telefon  xətti batisferanın 
asıldığı burazla birlikdə idi. İçəri giriş dəliyi 40 sın diametrində idi və ağır qapaqla 
bağlanırdı.  Giriş  dəliyini  cüssədə  arıq  olan Bib və  Barton öz bədənlərinə  uyğun 
düz
əltmişdilər.  İçəridə  ayaq üstə  dayanmaq və  sərbəst  hərəkət  etmək  mümkün 
deyildi,  yalnız  çox  çətinliklə  illüminatorların    qarşısındakı  asılma oturacaqlarda 
oturmaqla yerl
əşmək olardı. 
1932-ci ild
ə  ilkin  sınaq  işlərindən sonra Bermud arxipelaqının  Nonzux  adası 


 
 
 
 
73 
yaxınlığında  Bib  və  Barton özlərinin  ilk  sualtı  səyahətlərinə  başlayırlar.  Səyahətlə 
bağlı hər şey demək olar ki, bütün incəliklərinə qədər hesablanmışdı. 
 
                   
    
 
Otis Bartonun layih
əsi üzrə hazırlanmış   
batisfera (1948) 
D
ərinliklərdə yaşayan osminoqlar tez-tez 
illüminatordan boylanırdılar
 
Lakin buna baxmayaraq, t
ədqiqatçılar  başa  düşürdülər ki, nəzəri  cəhətdən 
aparılmış  ən  dəqiq  hesablamalar dəniz  şəraitində  özünü  doğrultmaya bilər. Çünki 
t
əbiətin şıltaqlığının tam proqnozlaşdırılması mümkün deyil. Məsələn, dənizin daim 
dalğalanması,  gəminin ləngərlənməsi  nəticəsində  batisfera  asılmış  burazda  əmələ 
g
ələn dinamik qüvvənin gücünün dəqiqliklə  hesablanması  mümkün  deyil. 
Baxmayaraq  ki,  asılma  burazı  onlarla  ton  gərginliyə  hesablanmışdı,  onun  qırılma 
ehtimalı tam istisna edilmirdi. Buna görə ilk səyahət zamanı Bib və Barton fasiləsiz 
olaraq, g
əmi ilə telefon əlaqəsi saxlayırdılar və qərara alınmışdı ki, əgər 5 saniyədən 
artıq  danışıq  əlaqəsi  kəsilərsə, batisfera  ləngimədən  gəminin  göyərtəsinə 
qaldırılacaq. 
Bu tarixi dalmam bütün Amerika n
əfəsini dərmədən izləyirdi! Batisfera ilə bütün 
da
nışıqlar radio vasitəsi ilə birbaşa yayımlanırdı! 
Batisfera  ilk dalmada 75 metr, ikinci dalmada 100 metr, üçüncü dalmada 240 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə