Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

 
 
 
 
38 
Marianna çök
əkliyinə  - 10916 metr dərinliyə enməyə müvəffəq olub və nəhayət
s
ənaye məqsədli  saturasiya  suyadalmalarını  mümkün  etmiş  Dərinlik  Dalğıc 
Kompleksl
ərinin yaradılmasını həyata keçirib. 
Suyadalmaların    tarixində  bir çox əhəmiyyətli kəşflər kimi, saturasiya 
suyadalmaları  ilə  bağlı  hadisələrin də  başlanğıcında  əfsanəvi  fransız 
t
ədqiqatçı-alimi  Jak  İv  Kusto  dayanır. Bəşəriyyət tərəfindən  sualtı  dünyaya  XX 
əsrin 60-80-ci illərində göstərilən tükənməz maraq, əsasən, onun Qırmızı dənizdə 
apardığı «Precontinent-2» adlı eksperimenti zamanı çəkilmiş «Günəşsiz dünyada» 
filmi  v
ə  bu  haqda  yazdığı  çoxsaylı  publisistik məqalələri,  kitabları,  uzunmüddətli 
sualtı  yaşayış  sahələrinin, hətta  iş  yerləri, xəstəxanası,  uşaqları  və  s.  olan  sualtı 
yaşayış qəsəbəsinin yaradılması haqqında fantastik ideyaları, müsahibələri, müxtəlif 
beyn
əlxalq elmi konfranslardakı çıxışları nəticəsində yaranmışdır - desək, yəqin ki, 
ya
nılmarıq. 
O dövrl
ərdə  bir  çox  inkişaf  etmiş  ölkələr  -  məsələn,  SSRİ,  ABŞ,  Fransa, 
Almaniya,  İtaliya,  Böyük  Britaniya,  Polşa,  Bolqarıstan,  Çexoslovakiya  və  hətta 
kiçik olan bir ölk
ə Kuba özünün «sualtı ev»lər layihəsinə malik idi. 1962-ci ildən 
başlayaraq təqribən 16 ili əhatə edən bir dövr ərzində dünyanın 17 ölkəsində 
65  «
sualtı  ev»  inşa  etmişdir  ki,  bunlardan  da  44-ü cəmi 5 il müddətində, yəni 
1965–1969-cu ill
əri  əhatə  edən bir dövr ərzində  tikilmişdir.  Bu layihələrin 
əksəriyyətində  təcrübə  10-12 metr dərinliklərdə  aparılırdı  və  çox da mürəkkəb 
olmayan qurğuya malik olurdu. 


 
 
 
 
39 
 
Sualtı ev «Xebros» Bolqarıstan, 1966 
 
Sualtı ev «Medüza»  Polşa, 1966 
 
Sualtı ev «Mal Ter-1» ADR 1966 
Ad
ətən, lövbərlə dənizin dibinə bərkidilmiş 3-4 nəfərin yaşaması üçün kifayət 
ed
ən silindirvari kameradan ibarət olan belə qurğulara nəfəs almaq üçün hava su 
sethind
ə  yerləşdirilmiş  (gəmidə,  nişan  üzgəcində  və  s.) kompressorlar vasitəsilə  
verilir, 
ərzaq su səthindən  daşmır,  təbii  ehtiyacların    ödənilməsi kameradan ətraf 
mühit
ə  çıxmaqla  edilir,  dekompressiya dövründə  oksigenlə  nəfəsalma edilirdi və 

tün  bunların    hamısı  təbii  ki,  rahatlıqdan  çox  uzaq,  mürəkkəb və  müəyyən 
m
ənada  sağlamlıq  üçün  təhlükəli idi. Lakin bütün bu çətinliklər insanın  sualtı 
dünyada yaşamaq, onu dərk etmək, sirlərinə yiyələnmək həvəsini söndürə bilmədi. 


 
 
 
 
40 
Düzdür,  n
əticədə sonralar bəzi ölkələrdə bu layihələr üzrə işlər dayandırıldı, lakin 
b
əzi ölkələrdə isə bu sahədə çox böyük uğurlar qazanıldı və bu gün də elmi-tədqiqat 
işləri davam etdirilir. Belə ölkələrdə aparılmış elmi-təcrübi işlərin bəziləri haqqında 
bir q
ədər geniş məlumat verəcəyik. 
Bel
əliklə ... 
Amerika Birl
əşmiş  Ştatlarının  Yeni  London  şəhərində    yerləşən Dəniz 
Donanmasının  Sualtı  Dəniz Tibb Tedqiqatları  Laboratoriyasında  doktor  Corc 
F.Bond v
ə  onun həmkarları  tərəfindən 1957-ci ildən  başlayaraq  siçanların  , 
keçil
ərin,  meymunların    və  nəhayət  insanların    üzərində  canlı  orqanizmlərə 
sualtı  mühitə  uyğun  şəraitin təsirinin müəyyənləşdirilməsi istiqamətində  silsilə 
elmi-t
əcrübi eksperimentlər aparılırdı. 
N
əticədə  su  altında  yaşamanın  mümkünlüyü  ideyası  arzudan  daha  çox  reallığa 
yaxınlaşdı və 28 avqust 1962-ci ildə saturasiya suyaenmələri tarixində insan ilk dəfə 
olaraq, suyun altında uzun müddət qalmağa müvəffəq oldu. Bu, Amerika vətəndaşı 
58 yaşlı Edvin A.Link idi. O, Aralıq dənizində 18,3 metr dərinlikdə birnəfərlik 
kamerada 8 saat suyun altında qalmağa müvəffəq oldu. 
 
Edvin A.Linkin kamerası ilk saturasiya      suyaenməsi zamanı 
«
İnsan Dənizdə -1», 1962 ABŞ - Edvin A.Link özünün 8 saatlıq dəniz dibində 


 
 
 
 
41 
olma  sınağının  müvəffəqiyyətlə  başa  çatmasından  ruhlanaraq,  «İnsan  Dənizdə-1» 
adlı  daha  cəsarətli  bir  proqram  hazırlayır.  Bu  proqram  çərçivəsində  dalğıc  Robert 
Stenuit ölçül
əri təqribən  diametri  1  metr,  uzunluğu  3,5  metr olan silindirvari 
kamerada 48 saat müdd
ətində  61 metr  dərinlik1  də  qalmalı  idi.  I  Lakin 1962-ci 
sentyabr  mda Aral 
lıq  dənizində  baş1  lanan bu təcrübel  24 saat   15 dəqil 
q
ədən sonra tex1 niki nasazlıq və I  hava şəraiti ilə Jj  əlaqədar  dayandı1  rılmalı 
oldu. Bü1 tün  bunlara  bax1 mayaraq, t
əcrübə  tarixə  ilk  akvanavtın  - 
amerikalı dalğıc Robert Stənuitin adını yazdı. 
 
 
«
Konşelf-1», 1962 - Fransa R.Stenuitin dəniz dibində 1 sutkalıq yaşamasından 
c
əmi 4 gün sonra, E.Linkin təcrübə yerindən 100 mil aralı, Aralıq dənizində Marsel 
limanı  hövzəsində  «İnsan  Dənizdə  -  1»  proqramından  daha cəsarətli digər bir 
proqram  -  «
Konşelf  -1»  layihəsi  əfsanəvi  fransız  ixtiraçısı  Jak  İv  Kustonun 
rehb
ərliyi ilə başlandı. Proqrama uyğun olaraq, 2 nəfər dalğıc 10 metr dərinlikdə, 
d
ənizin dibinə lövbər əvəzi istifadə olunan ağır çuqun plitələrə zəncirlə bağlanmış, 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə