Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

 
 
 
 
42 
t
əqribən  2,6 metr diametri,  5,6  metr  uzunluğu  olan  silindirvari  formalı  «sualtı 
ev»d
ə 7 gün müddətində suyun səthinə qalxmadan yaşamalı, hər gün «sualtı ev»dən 
çıxaraq,  təqribən 5 saat müddətində  müxtəlif  çeşidli  təcrübi  dalğıc  işləri və  sınaq 
testl
əri yerinə yetirərək yenidən «sualtı ev»ə qayıtmalı idilər. «Dioqenes» adlanan 
uzunmüdd
ətli  yaşayış  üçün  yararlı  olan  bu  «sualtı  ev»  radio, telefon, televizor, 
fonoqraf, işıqlandırma və s. bu kimi yaşayış üçün lazım olan təminatlara malik idi. 
T
əcrübə  proqramı  başa  çatır  və  bütün  dünyaya  ilk  sualtı  yaşayış  sahəsinin 
müv
əffəqiyyətli  sınağı  və  insanın  bu  yaşayış  sahəsində  uzunmüddətli  olması 
mümkünlüyü haqqında məlumat yayımlanır. Bu həqiqətən də, inqilabi bir nailiyyət 
idi v
ə  bu müvəffəqiyyətdən  ruhlanan  J.İ.Kusto  daha  cəsarətli, daha möhtəşəm  bir 
layih
ə işləyərək həyata keçirməyi qərara alır. 
«Konşelf-II», 1963 -  Fransa  -  1963-cü  il,  iyun.  Qırmızı  dəniz  Şaab  -  Ruimi 
korall rifl
ərinin yaxınlığında J.İ.Kusto, əgər belə demək mümkündürsə, bütöv bir 
sualtı qəsəbə yaradır. «Mərkəzi qəsr» dəniz ulduzu (dəniz suların da yaşayan kiçik 
canlı)  formasında  beş  bölməli üç tikintidən ibarət idi. 10,9 metr dərinlikdə 
yerl
əşən bu tikilidə  5 akvanavt və  Klod  adında  bir  tutuquşu  4  həftə  müddətində 
yaşamışlar.  «Mərkəzi qəsr»də  gözəl  yataq, yeməkxana,  yaşayış,  anbar  və 
sanitar-gigiyenik bölm
ələri, dalğıc kamerası, heyətli sualtı aparat üçün qaraj vardı. 
«Dioqenes»d
ən fərqli olaraq, (orada yemək  və su suyun səthindən təchiz edilirdi) 
yem
ək  «Qəsr»in yeməkxanasında  hazırlanırdı.  «Mərkəzi qəsr»dən  bir  az  aralı 
27,4 metr d
ərinlikdə  iki bölməli digər  yaşayış  modulu  yerləşdirilmiş  və  2 nəfər 
akvanavt orada 7 gün 
ərzində  nəfəsalma  üçün helium-azot-oksigen  qarışığından 
istifad
ə  edərək, dövrü olaraq, 109,7 metr dərinliyə  səyahət  suyaenmələrini (yəni, 


 
 
 
 
43 
qısamüddətli 1-2  saatlığa,  27,4  metrdən 109,7 metr dərinliyə  dalma və  yenidən 
dekompressiya keçirm
ədən 27,4 metr dərinliyə qalxma) həyata keçirmişdilər. Jak 
İv Kustonun həyat yoldaşı  xanım  Kusto  proqramın  son 4 günü «Mərkəzi qəsr»də 
akvanavtlarla bir yerd
ə  yaşamış  və  tarixə  ilk  qadın  akvanavt  kimi  düşmüşdür. 
Proqram h
əyata keçirilən bütün müddət  ərzində  sualtı  və  suüstü videoçəkilişlər 
edilirdi. Sonradan göz
əl mətnlə müşayiət edilən bu kadrlar film halına gətirilərək 
dünya  ictimaiyy
ətinin diqqətinə çatdırılmışdır. Bu film dənizdə neft və qazçıxarma 
il
ə  məşğul  olan  zəngin  şirkətlərin də  diqqətindən yan keçməmiş  və  onlar 
J.İ.Kustonun elmi-təcrübi axtarışlarının davam etdirilməsini maliyyələşdirmişlər və 
yorulmaz  J.İ.Kusto  yeni  bir layihə  üzərində  işə  başlamışdır.  Bu haqda bir az 
sonra... El
əlik isə, ABŞ-ın bu sahədəki təcrübələrinə qayıdaq: 
 
Qırmızı dəniz. 1963-cü il,    «sualtı qəsəbə»nin  «Mərkəzi qəsr»i 
«
İnsan  dənizdə-11»,  1964,  ABŞ  -  J.İ.Kustonun  müvəffəqiyyətlərindən 
ruhlanan E.A.Linkin r
əhbərliyi ilə  1964-cü  ilin iyun ayında  Baham  adaları 
yaxınlığında,  akvanavtlar  Robert Stenuit və  Djo Lindberq 131,7 metr dərinlikdə
d
ərinliyə  uyğun  təzyiqlə  üfürülmüş  və  ölçüləri təqribən 130x260  sm  olan fərdi 
üfürül
ən dalma kamerasında (SPİD)    48 saat müddətində oldular. 
 


 
 
 
 
44 
 
«İnsan dənizdə - II» eksperimentinin keçirildiyi 
üfürül
ən fərdi dalma kamerası (UFDK) 
Ekstremal d
ərinlik qəza vəziyyətlərində  akvanavtlara kömək edilməsini 
qeyrimümkün edirdi. Akvanavtlar 
əsasən, kameradaxili avadanlıqlara  xidmət etmək, 
ətraf mühitin (dəniz həyatının) müşahidəsini aparmaq və fotoşəkil çəkməklə məşğul 
olurdular.  Eksperimen
t  başa  çatdıqdan  sonra  akvanavtlar  kameranın  içərisində  
t
əchizatçı  gəminin göyərtəsinə  qaldırılaraq, 92 saat ərzində  dekompressiya keçib, 
in
sanın 130 metr dərinlikdə qalıb işləməsi mümkünlüyünü    nümayiş etdirdilər. 
 
«Sealab-
l» kamerası və akvanavtlar dalma vəziyyətində olan   
kamera
nın içərisində eksperiment zamanı 
 
«Sealab - 1»
, 1964, ABŞ - 1964-cü il 20 iyulda Bermud adalarından 26 mil aralıda 
ABŞ  hərbi-dəniz  donanması  özünün  «Sealab-1»  adlı  proqramını  həyata keçirməyə 
başladı.  4  nəfər  akvanavt  üçün  hesablanmış,  ölçüləri təqribən 3,5x13,2  metr olan 
siqaraoxşar  kamera  (  hal-hazırda  bu  kamera  ABŞ-ın  Florida  ştatının  Panama 
şəhərində  yerləşən Beynəlxalq  Dalğıc  Muzeyində  saxlanılır)  58,8  metr  dərinliyə 


 
 
 
 
45 
endirilir v
ə  öncə  bir, daha sonra isə  digər üç akvanavt kameraya enərək,  orada 11 
sutka yaşayırlar. 
Bu eksperiment 21 sutka üçün n
əzərdə  tutulsada,  pis  hava  şəraiti və  digər 
s
əbəblərdən yarımçıq dayandırılır. 
«Sealab-II»
, 1965, ABŞ - Kaliforniya ştatında Lonq Bıç şəhərində yerləşən hərbi 
-d
əniz  donanması  tərsanəsində  10  nəfər akvanavt üçün nəzərdə  tutulan, ölçüləri 
t
əqribən  4x19  metr  olan  silindirvari  dalma  kamerası  layihələndirilərək  inşa  edilir. 
«Sealab-II» adlanan bu kamera 1965-
ci ilin avqust ayında Kalıforniya ştatının La Djola 
şəhərində Skripps Okeanoqrafıya İnstitutunun körpüsünə yaxın məsafədə, 62,5 metr 
d
ərinlikdə  yerləşdirilir  və  açıq  dənizdə  ətraf mühitin öyrənilməsi,  akvanavtların    iş 
qabiliyy
ətlərinə  və  fizioloji  imkanlarına  soyuq  və  qaranlıq  əhatənin təsirinin 

əyyənləşdirilməsi, elmi  və  tibbi  tədqiqatların  aparılması    və  xilasetmə  
t
əlim-məşqlərinin  həyata keçirilməsi  məqsədilə  uzunmüddətli  işə  başlanılır. 
Avqust-oktyabr ayla
rını əhatə edən 45 gün müddətində 28 nəfər 3 nəfərlik qruplara 
bölün
ərək, hər qrup iki həftə olmaqla təqribən 400 adamgündən artıq bir dövrdə 
«Sealab-2»-d
ə  yaşayaraq,  müxtəlif  proqramların    həyata  keçirilməsi  ilə  məşğul 
olmuşlar. 
 
Akvanavtlar Dr.Robert E.Tompson v
ə U.Manninq «Sealab-2»-də iş zamanı 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə