Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə268/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   264   265   266   267   268   269   270   271   ...   314

 

548 


Şah  İsmail  Kabildə  hökmranlıq  edən  Teymuri  şahzadəsi  Ömərşeyx  mirzənin 

oğlu Babur şahla da mehriban münasibətlər qurdu. 1510-1511-ci illərdə Bəlx 

vilayətinin  qızılbaşlar  tərəfindən  tutulmasından  xəbər  tutan  Buxara  hakimi 

Ubey


dulla xan və Səmərqənd hakimi Məhəmməd Teymur sultan Şah İsmayıla 

ta

be olduqlarını bildirdilər. Şah İsmayılın özbək elçiləri ilə danışıqlarının nəti-



cəsi olaraq, Səfəvilər və Şeybanilər arasında Ceyhun (Amudərya) çayı sərhəd 

elan olunmaqla sülh bağlandı.

854

 

Fəth  olunmuş  ərazilərdə  öz  mövqeyini  möhkəmlətmək  istəyən  Şah  İsmail 



Mərvi Abdal bəy Dədəyə, Heratı Hüseyn bəy Lələyə, Bəlxi isə yeznəsi Bayram 

xan Qaramanluya verərək, bu məntəqələrdə qarnizonlar  yerləşdirdi. 1511-ci ildə 

öz

bəklərlə bağlanan sülh Şah İsmail üçün əlverişli idi. Çünki həmin vaxt Osmanlı 



döv

lətində maraqlı hadisələr cərayan edirdi. Belə bir şəraitdə Şah İsmail Orta Asi-

yada ilişib qalmaq istəmirdi. Lakin sonrakı hadisələr sübut etdi ki, iki dövlət ara-

sında bağlanan sülh, əslində özbək xanları üçün formal xarakter daşıyırdı. 

1511-

ci ildə Daşkənd hakimi Qara Gəskən Bahadır Səfəvilərin vassalı olan 



Xan-

Mirzəyə məxsus Bədəxşan vilayətini ələ keçirdi. Lakin Şah İsmayılın əmri 

ilə Bəlxdəki qızılbaş əmiri Bayram xan Qaramanlunun göndərdiyi ordu özbək-

ləri məğlub edərək həmin ərazidən çıxardı. Özbəklərin Bədəxşan vilayətinə hü-

cum  etməsindən  istifadə  edən  Babur  Türküstanın  fəthi  üçün  Şah  İsmayıldan 

icazə  istədi.  Buna  əsasən  Şah  İsmail  Əlişəkər  bəy  Türkman  Baharlu,  Zeynal 

xan Şamlı, Məhəmməd sultan Sufioğlu Ustaclı və Badincan sultan Rumlu və 

Bay


ram xanın başçılığı  altında olan beş minlik  ordunu Baburla birlikdə Tür-

küs


tanı fəth etmək üçün göndərdi. 

Şurqan  ərazini  ələ  keçirən  ordu  Ceyhun  çayını  keçərək  Türküstana  daxil 

ol

du. Səmərqənd yaxınlığında baş verən döyüşdə qızılbaş və cığatay qoşunları 



Ubey

dulla xan, Məhəmməd Teymur sultan və Canıbəy sultanın başçılıq etdiyi 

60 minlik özbək ordusunu məğlub etdilər və 1511-ci ildə Səmərqənd şəhəri Ba-

bu

run əlinə keçdi. Maveraunnəhr məntəqəsinin ələ keçirilməsindən sonra əhali-



nin narazılığını nəzərə alan Babur qızılbaş əmirlərinə çoxlu hədiyyələr verərək, 

on

ları geri qaytardı. 



Səfəvi ordusunun Maveraunnəhri tətk etməsindən istifadə edən Ubeydulla 

xan 


Dəşti-Qıpçaqdan keçərək, Orta Asiyanın mərkəzinə soxuldu. 1512-ci ildə 

Buxara 


yaxınlığında Quli-Malik gölü ətrafında baş verən döyüşdə Babur məğ-

lub edildi və Maveraunnəhr  yenidən özbəklərin əlinə keçdi. Bu məğlubiyyət-

dən sonra Kabilə qaçan Babur yenidən Şah İsmayıldan kömək istədi. Buna əsa-

sən qızılbaş ordusunu Türküstana göndərən Şah İsmail eyni zamanda Babura 

da Bəlxə gedərək onlara qoşulmasını tapşırdı. 

Maveraunnəhrdə olan qızılbaş zabiti Məhəmmədcan bəyin 1512-ci ilin əv-

vəllərində Şah İsmayıla verdiyi məlumatdan aydın olur ki, Babur Səmərqənq 

və Buxara ətrafındakı qələbələrdən sonra təkəbbürlük edərək, Səfəvilərlə ittifa-

854

Aləmara-Sahib, səh-392-396. 



                                                           


  

549 


qı pozmaq istəyirdi. Qumda olarkən Baburun dönük çıxmasından xəbər tutan 

Şah  İsmail  vəkil  Əmir  Nəcmi  Sanini  onu  cəzalandırmaq  üçün Xorasana yol-

ladı. Orta Asiyaya göndərilən Nəcmi Saninin qarşısına ilkin olaraq özbək xan-

larını məğlub etmək və artıq Səfəviləri təmin etməyən Baburu hakimiyyətdən 

kənarlaşdırıb, onun yerinə Xan-Mirzəni təyin etmək tapşırığı qoyulmuşdu. 

Yürüşün əvvəlində uğur əldə edən qızılbaşlar yol üstündəki bəzi qalaları ələ 

keçirib, irəliləməyə nail oldular. Lakin sonradan Nəcmi Saninin əmirlərin məs-

ləhətlərinə qulaq asmaması, əsgərlərə qarşı yersiz cəzalar verməsi, dinc sakinləri 

zülmə məruz qoyması həm qızılbaş, həm də cığatay ordusu arasında narazılıqlara 

səbəb oldu. Nəcmi Sani Qərşi qalasının mühasirəsi zamanı bacısı oğlu Məhəm-

məd  Kazımı da  edam etdirdi.  Qərşi qalası  alındıqdan sonra isə Şeyxüm mirzə 

başda olmaqla qalanın bütün qarnizonu və dinc əhalisi onun əmri ilə edam olun-

du. Nəcmi Sani bu hərəkəti ilə yerli əhalini qorxudacağını və onları daha asan 

tabe edəcəyini  düşünürdü.  Lakin onun bu planı tamamilə əks nəticə verdi. Bu 

əməliyyat həm qızılbaş ordusunun bir sıra əmirləri arasında narazılıq doğurdu, 

həm də yerli əhalinin Səfəvilərə və onların müttəfiqi olan Babura qarşı qəzəbini 

artıraraq, onların daha qəti surətdə Şeybanilərin tərəfinə keçməsini təmin etdi. 

1512-


ci  ildə  qızılbaşlar  Buxara  üzərinə  hərəkət  edərək  Qicduvan  qalasını 

hasirəyə  aldıqda  Babur  Nəcmi  Saniyə  geri  çəkilməyi  məsləhət  görsə  də, 



Nəcmi  onun  sözlərinə  qulaq  asmayaraq  mühasirəni  davam  etdirdi.  Mühasirə 

nəticəsində  qızılbaş  ordusunda  qəhətlik  o  həddə  çatdı  ki,  əsgərlərin  qolunda 

qüv

vət qalmadı. Bundan istifadə edən Ubeydulla xan, Məhəmməd Teymur sul-



tan və Canıbəy sultan altmış minlik özbək ordusu ilə qızılbaşlara həmlə etdilər. 

Baş verən döyüşdə Babur öz qoşunları ilə döyüş meydanından qaçdıqdan sonra 

səfəvi ordusu tam məğlubiyyətə uğradı. Bayram xan və qardaşı Əlican sultan 

başda olmaqla minlərlə qızılbaş döyüşçüsü həlak oldu. Nəcmi Sani isə əsir dü-

şərək, Ubeydulla xan tərəfindən qətlə yetirildi. 

Bu qələbədən sonra qızılbaşları təqib edən özbəklər Xorasana daxil oldu-

lar. Bayram xanın oğlu Husam bəy Qaramanlu Bəlxdə möhkəmlənə bilmədiyi 

üçün Fəryaba qaçaraq, orada kürəkəni Ağa Məhəmmədin oğlu Ağa Əhmədlə 

bir

ləşərək Murğab çayı sahilinə çəkildi. Burada qızılbaşlarla onları təqib edən 



Ba

yaqu Bahadır arasında baş verən döyüşdə Bayaqu Bahadır öldürüldü və Hu-

sam bəy oradan Maruçaqa getdi. 

Qicduvan  döyüşündən  sonra  Hüseyn  bəy  Lələ  və  Zeynal  xan  Şamlı  üç 

min

lik  dəstə  ilə  Herata  gəldilər.  Bundan  xəbər  tutan  özbəklər  təxminən  qırx 



gün  sonra  şəhəri  mühasirəyə  aldılar.  Lakin  iki  aylıq  mühasirədən  sonra  otuz 

min


lik özbək ordusunun sərkərdələri olan Ubeydulla xan ilə Canıbəy arasında 

ədavət baş qaldırdı və onlar bir-birinin bəhsinə olaraq, 1513-cü ildə mühasirə-

dən əl çəkib, öz ölkələrinə doğru hərəkət etdilər. Qırx minlik ordu ilə Ceyhun 

ça

yını keçib Herata doğru irəliləyən Məhəmməd Teymur xan yolda Ubeydulla 



xan

la  rastlaşıb,  onu  yenidən  Herata  getməyə  razı  saldı  və  qüvvələrini  birləş-

dirən iki özbək xanı Herata doğru yürüşə başladılar. Özbək qoşununun qarşı-

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə