Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə302/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   298   299   300   301   302   303   304   305   ...   314

 

618 


1) 

Bətul-yəni heyz, nifas və digər şeylərdən pak olan 

2) Xeyrun-nisa-

qadınların ən yaxşısı 

3) seyid

ətun-nisail-aləmin-dünya qadınlarının xanımı 

4) 

İbnətul-Muxtar-Peyğəmbər qızı 



5) 

Əzra-pakizə 

6) 

Bəzətin-nübuvvə-Peyğəmbərin bədəninin bir parçası 



7) 

Dürrətul-beyza-ağ dürr 

Hz.

Fatimənin (s.ə) üzüyündə bu yazı yazılmışdır: “Allahu vəliyyu isməti”-



Allah mənim ismətimin vəlisidir. 

 

Hz.



Zəhranın (s.ə) təvəllüdü 

Xanım  Fatimə  (ə)  besətin  beşinci  ili,  cəmadius-sani  ayının  iyirmisində, 

Hz.

Peyğəmbər (s) qırx beş yaşında ikən Məkkədə dünyaya göz açmışdır. Şeyx 



Səduq “Əmali” kitabında Müfəzzəl ibn Ömərdən belə nəql edir: 

Ömər deyir ki, bir gün İmam Sadiqdən (ə) soruşdum: Fatimə (s.ə) dünyaya 

ne

cə  gəlmişdir?  İmam  (ə)  buyurdu:  Xədicə  Hz.Peyğəmbərlə  (s)  evlənəndən 



son

ra  Məkkə  qadınları  İslama  qarşı  olan  düşmənçilikləri  üzündən  Xədicədən 

uzaq

laşdılar, belə ki, nə Xədicənin evinə gedir, nə də yolda onu görəndə salam 



verir, hətta başqa qadınların belə onunla görüşməsinə mane olurdular ki, bütün 

bunlardan  Xədicə  çox  kədərlənir  və  bu  çirkin  əməllərin  Hz.Məhəmmədə  (s) 

zərər yetirəcəyindən qorxurdu. 

Bir gün Hz.

Peyğəmbər (s) evə daxil olanda Xədicənin kiminləsə söhbət et-

di

yini eşidir və bu barədə Xədicədən soruşduqda, o belə cavab verir: “Bətnim-



dəki uşaq mənimlə söhbət edir və o, mənim munisimdir”. 

Bu minvalla Xədicə hamiləlik dövrünü başa vurdu və Hz.Fatimə (ə) pak-

pa

kizə bir halda dünyaya gəldi. Dünyaya gəldiyi zaman ondan saçan nur bütün 



Məkkə evlərini işıqlandırdı. On nəfər behişt hurilərindən, əllərində cənnətdən 

gətirdikləri  teşt  və  kövsər  suyundan  doldurulmuş  kuzə  ilə  evə  daxil  oldular. 

Xədicənin qarşısında duran qadın Fatiməni götürüb kövsər suyu ilə yudu, ətirli 

iki parçadan biri ilə onu bələdikdən sonra dindirdi. Fatimə dil açıb Allahın bir-

li

yinə, Muhəmmədin  (ə) isə onun rəsulu olmasına şəhadət verərək belə  dedi: 



“Şəhadət verirəm ki, yeganə Allahdan başqa Allah yoxdur. Atam Allahın rəsu-

lu, peyğəmbərlərin başçısıdır. Ərim övliyaların sərvəri və iki övladım isə behişt 

ca

vanlarının ağasıdır”. 



 

Hz.

Fatimənin (ə) fəzilətləri 

“Kisa” 


və “Mübahilə” əhlindən biri sayılan Hz.Fatimə (ə) ən çətin dövrdə 

Allah  yolunda  hicrət  edən,  şərəfinə  “Təthir”  ayəsi  nazil  olan  şəxsiyyətlər-

dəndir. Cəbrayıl da onlarla birlikdə olmasına fəxr etmişdi. Allah onların paklıq 

və doğruluğuna şəhadət vermişdir. O, imamların anası olmaqla yanaşı, Hz.Pey-

ğəmbər (s) nəslinin ondan doğulub qiyamətə kimi davam edəcək  yadigarıdır. 

Bu nurlu vücud əvvəldən axıra hər iki dünya qadınlarının xanımıdır. O, sözün-




  

619 


də və danışığında Hz.Məhəmmədə (s) ən çox oxşayan şəxs idi. Onun əxlaq və 

həyat tərzi Hz.Peyğəmbərin (s) əxlaq və həyat tərzini xatırladırdı. Yerişi sanki 

Pey

ğəmbərin (s) yerişi idi. O, həmişə atasının yanına gələndə Həzrət onu meh-



ri

banlıqla  qarşılayar,  əlindən  öpər,  nə  zaman  behişt  ətrini  duymaq  istəsə  idi, 

o

nu iyləyər və buyurardı: 



“Fatimə  mənim  bədənimin  bir  parçasıdır.  Kim  onu  sevindirsə,  məni  se-

vind


irib, kim ona pislik etsə, mənə pislik edibdir”. 

“Fatimə cənnət qadınlarının rəhbəridir”.

900

 

“Allah Fatimənin qəzəbilə qəzəblənər, razılığı ilə razı qalar”.



901

 

“Cənnət  qadınlarının  ən  üstünü  dörddür:  Xədicə  binti  Xuveylid,  Fatimə 



binti Muhəmməd (s), Məryəm binti İmram və Asiya binti Məzahim”.

902


 

“Fatimə mənə hamıdan əzizdir”. 

Hz.

Peyğəmbərin  (s)  Hz.Fatiməyə  (s.ə)  sonsuz  məhəbbətini  ifadə  etdirən 



“ya həbibətə əbiha” – kimi kəlamlarını misal göstərmək olar ki, bu da “ey ata-

sının dostu və məhbubu” mənasındadır. 

Furat ibn İbrahim öz təfsirində Hz.Əlinin (ə) dilindən belə söyləyir: 

Bir gün Peyğəmbər (s) Fatimənin (s.ə) yanına gəldikdə xanımın kədərli ol-

du

ğunu hiss etdi. Hz.Peyğəmbər (s) bir az qiyamət günü barədə danışıb bu mə-



qa

ma yetişəndə belə buyurdu: “Ey Fatimə, behişt qapısına yetişən zaman o vaxta 

qədər heç bir kəslə görüşməyən və səndən sonra da görüşməyəcək on iki min be-

hişt hurisi səni qarşılayar. Onların əlində nurdan ibarət silah olar. Bu hurilər yə-

həri sarı qızıl və qırmızı yaqut, yüyəni təzə mirvaridən olan işıq saçan dəvələrə 

minərlər.  Hər dəvənin üstündə də sıx-sıx düzülmüş parlaq incilərlə bəzədilmiş 

“sun

dus”  süfrəsi  açılar.  Behiştə  gələn  zaman  cənnət  əhli  sənin  qədəmlərindən 



şad-xürrəm olar. Əhli-beyt tərəfdarları üçün istədikləri şey həmişə və elə o dəqi-

qə hazır olar. Allah övliyaları behiştdə yerləşdirən zaman Hz.Adəm (ə), ondan 

son

ra isə bütün peyğəmbərlər səni ziyarət etməyə gələrlər.” 



B

u hədisi ibn Abbas Hz.Əlidən (ə) nəql etmişdir. Hədis uzun olduğundan 

yuxarıdakı ondan bir parçadır.

903


 

  

Hz.



Fatimənin (s.ə) zöhd və təqvası 

Seyyid ibn Tavus Əbu Cəfər Əhməd yazdığı “Zöhdünnəbi” kitabında qeyd 

edir ki, bu iki ayə (“Hicr” 43, 44) nazil olan zaman: 

“Cəhənnəm bütün yolu-

nu azmışların qayıdacaq yeridir. Onun yeddi qapısı vardır ki, hər qapıdan 

da müəyyən olunmuş dəstələr keçər.” 

900


 Səhihi-Buxari, fəzail fəsli. 

901


 Vəsailuş-şiə 

902


 Əllamə Nuri, Müstədrəkul-vəsail. 

903


Hədisin şərhi “Rəyahinəş-şəriət” adlı kitabda I cild, səh-225-228-də qeyd olunmuşdur. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə