Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə304/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   300   301   302   303   304   305   306   307   ...   314

 

622 


“And olsun Allaha! Səhəri sizin dünyanı, sizin kişiləri bəyənmədiyim hal-

da açdım. Sizin kişiləri düşmən bilirəm, çünki onları öz dilimin altında yoxla-

yıb, ağzımdan tulladım və onları sınaqdan sonra tanıdım. 

Sizin kişilərin əvvəllər İslamın inkişafı yolundakı fəallığı, sonradan isə bu 

məsələdə süst olmaları, iman gətirdikdən sonra dindən çıxıb dünyəvi həvəslərə 

aludə olaraq azğınlaşmaları çox çirkindir. 

Nə qədər çirkindir bu dəstə və onlar üçün İlahi əzab. Vay olsun onlara ki, 

rəhbərlik və imamlıq məqamını möhkəm risalət dağlarından aldılar, nübuvvət 

və hidayət köklərini və Cəbrayılın nazil olduğu yeri haqqın sahibindən məhrum 

et

dilər. 



Bilin ki, sizin kişilərin əməlləri, İslam üçün aşkar bir ziyandır. Çünki onlar 

Əlidən (ə) üz çevirdilər. And olsun Allaha! Əlinin (ə) qılıncı meydanda iti və 

kəsərli olub. O, ölümdən qorxmurdu, öz qüdrətli əlləri ilə düşmən cəngavərlə-

rini fəlakət torpağına atıb məhv edirdi. Allaha and olsun! Əgər onlar ümmətin 

ida

rəsini Əliyə (ə) tapşırsaydılar, o, hər yolundan azanı hidayət edərdi. Əli (ə) 



aşkar hüccətdən qaçanları qaytarardı. O camaatı haqqa tərəf elə sövqləndirərdi 

ki, haqqa üz tutanların nə ağzı yaralanar, nə də yorulardı. Əli (ə) onları çoxlu, 

həm də ətirli şəlalələrə varid edərdi. O şəlalələrin suyu və ətrafı saf, pak olardı. 

Bəli, Hz.Əli (ə) onları məhz bu cür sularla sirab edərdi. Hz.Əli (ə) özü on-

la

rın dünyasından bəhrələnmədiyi bir halda nəsihət edərdi. Məqamını öhdəsinə 



türsəydi,  doğru  və  yalançı,  təqvalı  və  həris  insanlar  bir-birindən  fərqlənər-

dilər. 

“Və əgər şəhərlərdə və kəndlərdə yaşayan camaat iman gətirib təqvalı 

ol

salar yerin və göyün bərəkətləri onlar üçün açılar (onlara verilər). Am-

ma onlar (həqiqətləri) inkar etdilər, biz də onları öz əməllərinin cəzasıyla 

cəzalandırdıq”.

904

 

“Və bu dəstədən o kəslər ki, zülm etdilər, öz pis əməllərinin cəzasına ça-



ta

caqlar və heç vaxt İlahi əzabın cəngəlliklərindən qaça bilməyəcəklər”.

905

 

Zəmanəyə bax! Ey kaş biləydim ki, bu camaat nəyə və kimə arxalanıb belə 



ailəyə təhqir və zülm edib pis yol seçdilər?! 

Onlar bizə zülm etdilər və bizə kömək etmədilər. And olsun Allaha, möh-

kəm qanadları buraxıb toyuq qanadlarına yapışdılar. Kül olsun elə başlara ki, 

sa

hibləri yaxşı iş gördüklərini güman edirdilər, amma cahil tamahkardırlar. 



“İtaət etmək üçün haqqa hidayət edən şəxs layiqlidirmi, ya özü hida-

yət  olmayan  şəxs?  Məgər  ki  (başqası  tərəfindən)  hidayət  oluna?  Sizə  nə 

olub? Necə də (batil) hökm verirsiniz?”

906

 

904



 Əraf surəsi, ayə-96. 

905


Zümər surəsi, ayə-51. 

906


 Yunis surəsi, ayə-35. 

                                                           




  

623 


Bilin! Canıma and olsun, sizin bu hərəkətiniz çox çəkməz, vaxt gələr ki, 

sona  yetər. Cəza vaxtı çatdıqda azğınlar öz layiqli cəzalarını alarlar. Gələcək 

nəsillər isə özlərindən qabaq yaşayanların aqibətinə baxar, ibrət götürər. 

Fit


nə  və  bəla  gözləyin,  özünüzü  iti  qılınclar,  zalımlar  səltənəti,  ümumi 

hərc-mərcliyə hazırlayın. Zalımlar sizi çalıb-çaparlar, sizin üçün çox az bir şey 

qoyar

lar. Sizin cəmiyyətinizi qətlə yetirərlər. O vaxt düzgün rəhbərlik xəttin-



dən ayrıldığınız üçün həsrət çəkərsiniz. Sizin qəlbləriniz kor olubdur.” 

Hz.


Fatimənin (s.ə) görüşünə gələnlər Həzrətin sözlərini öz ərlərinə çatdırdılar. 

Mühacir və ənsar böyüklərindən bəziləri üzr istəmək üçün Hz.Fatimənin (s.ə) hü-

zuruna gəlib belə ərz etdilər: 

Ey dünya qad

ınlarının Xanımı! Əgər Əli (ə) xilafət məqamını tez bildirsəy-

di, biz ona beyət edərdik və başqa heç kimin ardınca getməzdik. Amma Əbu 

Bəkr qabağa düşdü, nəticədə, biz də ona beyət etmişik. 

Hz.


Fatimə (s.ə) onların cavabında buyurdu: 

“Məndən uzaqlaşın. Artıq sizin üçün üzr gətirməyə bir bəhanə qalmayıb-

dır. Göstərdiyiniz süstlük, laqeydlik və günahınızdan sonra üzrxahlığa yer yox-

dur. Niyə əvvəldən aldandınız?

907

 

 



Hz.

Fatimənin (s.ə) vəsiyyəti 

Qəttal  Nişapuri  “Rövzətul-vənzin”  kitabında  belə  yazır:  “Hz.Fatimə  (s.ə) 

qırx  gün  yataqda  xəstə  oldu  və  ondan  sonra  dünyasını  dəyişdi.  Ölümün 

yaxınlığını  hiss  etdikdə  Ümmü  Əyməni,  Əsma  binti  Umeysi  və  Hz.Əlini  (ə) 

istədi. Onlar Xanımın (s.ə) yanına gəlikdə o, Hz.Əliyə (ə) belə buyurdu: 

“Ey əmim oğlu! Ölüm xəbəri mənə çatıb. Elə bilirəm ki, az bir müddətdən 

son

ra atam Peyğəmbərə (s) qovuşacağam. Ürəyimdə olanı sənə vəsiyyət edirəm”. 



Hz.

Əli (ə) buyurdu: “Ey Peyğəmbərin (s) qızı, istədiyini vəsiyyət elə.” 

O vaxt Əli (ə) Hz.Fatimənin (s.ə) baş tərəfində oturmuşdu. Evdə olanlara 

isə buyurdu: “Bizi tək buraxın.” 

Onlar tək qaldıqdan sonra Hz.Fatimə (s.ə) buyurdu: 

“Ey  əmim  oğlu!  Mənimlə  evləndiyin  gündən  məndən  xəyanət  və  yalan 

gör

məmisən. Mən heç vaxt sənə qarşı çıxmamışam.” 



Hz.

Əli (ə) buyurdu: 

“Xeyr, heç vaxt səndən elə şeylər görməmişəm. Sən həmişə ayıq, sevimli 

və  əziz  olmusan.  Sənin  Allah  dərgahında  olan  xofun  səni  öz  müxalifin  kimi 

məlamət etməkdən daha çoxdur. Səndən ayrılmaq mənə çox çətindir. Amma nə 

edək ki, ölümə çarə yoxdur. And olsun Allaha! Elə bil, Peyğəmbərin (s) şəha-

dət müsibəti mənim üçün yenidən təkrarlanır. Səndən ayrılmaq və sənin yoxlu-

ğun çox böyük bir müsibətdir. 



“Allah tərəfindən gəlmişik, Allaha doğru da qayıdacağıq”. 

Bu, çox acı bir müsibətdir. 

907

Ehticavi-



Təbərsi, I cild, səh-147. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə