Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə303/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   299   300   301   302   303   304   305   306   ...   314

 

620 


Hz.

Peyğəmbər (s) bərkdən ağladı. Əshabı da bunu görcək ağlamağa baş-

ladı. Ancaq səhabələr Həzrətin ağlamağının səbəbini bilmirdilər və Hz.Məhəm-

mədin (s) halı elə dəyişmişdi ki, heç kəs ondan söz soruşmağa cürət etmirdi. 

Peyğəmbər (s) həmişə Fatiməni (s.ə) görəndə xoşhal olardı. Buna görə də 

səhabələrdən biri Fatimənin (s.ə) hüzuruna gələrək onu atasının yanına çağır-

m

aq üçün evə daxil olanda gördü ki, Fatimə (ə) dəyirmanda arpa üyüdə-üyüdə 



bu ayəni oxuyur: 

“O şey ki, Allah yanındadır, xeyir və əbədidir.” 

Həmin şəxs xanıma salam verərək Hz.Peyğəmbərin (s) halından onu agah 

edir. Hz.

Fatimə (s.ə) cəld ayağa qalxıb on iki yerdən xurma lifi ilə yamaqlan-

mış köhnə çadrasını başına örtüb yola düşür. Evdən çıxanda Salman onu görüb 

ağlayır və deyir: 

“Vay  halınıza!  Rum  və  Kəsra  qeysərləri  sundus,  ipək  parçalardan  hazır-

lanmış libaslar geyib gəzdikləri bir halda, Peyğəmbərin (s) qızı on iki yerdən 

ya

maqlanmış nimdaş çadra örtür!? 



Hz.

Fatimə (s.ə) Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: 

“Ey  Allahın  Rəsulu,  Salman  mənim  libasıma  təəccüb  edir.  Bununla  belə 

səni haqqa məbus edən Allaha and olsun ki, beş ildir, Əlinin (ə) evində gecələr 

qo

yun dərisindən olan fərşin üstündə yatır, gündüzlər isə dəvəmizə ələf veririk. 



Daha bilmir ki, bizim mütəkkəmiz də xurma lifindəndir. 

Bu zaman Peyğəmbər (s) Salmana buyurdu: “Mənim qızım qabaqcıllardan 

və Allah dərgahında ön səfdə duranlardandır. 

Belə olduqda Fatimə (ə) söylədi: “Atacan, qurbanın olum, ağlamağının sə-

bəbi nədir?” 

Hz.


Peyğəmbər (s) Cəbrayılın nazil etdiyi yuxarıdakı iki ayəni xanım Zəhra 

üçün də oxudu. Hz.Fatimə (s.ə) cəhənnəm adını eşidən kimi üzü üstə yerə dü-

şüb təkrar-təkrar dedi: “Vay olsun, vay olsun o şəxsə ki, cəhənnəmə daxil olar. 

Salman Farisi ayəni eşidən kimi dedi: “Kaş qoyun olardım, sahibim məni 

kəsib dərimi soyardı, amma mən cəhənnəm sözünü eşitməyəydim.” 

Əbuzər belə dedi: “Kaş anam məni bu dünyaya gətirməzdi və mən də cə-

hənnəm adını eşitməzdim.” 

Hz.


Əli (ə) buyurdu: 

“Kaş yırtıcılar bədənimi didib parçalayardılar, kaş anam məni doğmayaydı 

və cəhənnəm adını eşitməzdim.” Sonra əlini başına qoyub ağlaya-ağlaya dedi: 

“Səfərin uzaqlığından, qiyamət səfərinin azuqəsinin azlığından Allah özü bizi 

qorusun.” 

 

Hz.

Peyğəmbərin (s) Hz.Fatimənin (s.ə) gələcəyi haqqında söylədikləri 

Şeyx Səduq ibn Abbasdan etdiyi bir rəvayətdə Hz.Peyğəmbərin (s) Əhli-

bey

tinə yetişəcək müsibətlər barədə qabaqcadan xəbər verdiyini belə nəql edir: 



“Qızım Fatimə (s.ə) əzəli və əbədi olaraq iki dünya qadınlarının xanımıdır. O 

mənim cismimin bir parçasıdır, gözümün nuru, qəlbimin meyvəsi və vücudum-

da olan ruhumdur. O “Hövrau-

Unsiyyə”dir. Mehrabda Allah qarşısında ibadət 




  

621 


et

məyə başladığı vaxt nuru ulduz kimi səma mələkləri üçün parlayar. Bu za-

man Allah mələklərinə buyurar: 

“Ey mələklər, mənim qarşımda ibadət üçün dayanmış kənizlərimin sərvəri 

olan kənizimə tamaşa edin. Görün, mənim qarşımda bədəni necə əsir. O, bütün 

var


lığı ilə mənə ibadət edir. Sizi şahid tuturam ki, onun şiələrini cəhənnəm atə-

şindən amanda saxlayacağam.” 

Bu sözdən sonra Hz.Peyğəmbər (s) belə buyurdu: “Mən Fatiməyə (s) ba-

xanda ya


dıma məndən sonra ona üz verəcək müsibətlər düşür. Sanki qəm və 

kədərin onun evinə necə varid olmasını, ona ediləcək hörmətsizliyi, haqqının 

əlindən  alınmasını,  öz  irsinə  yetişə  bilməməsini,  qabırğasının  sındırılmasını, 

boy


nunda  olan  və  hələ  dünyaya  gəlməmiş  uşağın  siqt  olunmasını,  onun  “Ya 

Mu

həmmədahu” çığırmağını elə indidən görürəm. O, bir cavab eşitmir, lakin 



gör

mək  istəyir.  Heç  kim  də  ona  kömək  etmir,  həmişə  məndən  sonra  hüznlü, 

qəmli və gözü yaşlıdır, hərdən belə fikirləşir ki, vəhy evindən kəsilib, mənim 

ay

rılığıma mübtəla olubdur. Gecələr hölvnak durur, ona görə ki, gecə namazı 



vaxtı mənim “Quran” oxumağımı eşidərdi. İndi isə eşitmir. Sonra atasının sağ-

lığında necə əzizlənib, nəvaziş edildiyini xatırlayıb qəmli-qəmli, için-için ağla-

yır. Bu zaman Allah mələkləri onun munisi edər. Mələklər Hz.Məryəmlə həm-

söhbət olduqları tək onunla da elə həmsöhbət olarlar. 

Ey Fatimə, Allah səni seçdi və pak etdi. Səni bütün xanımların xanımı etdi. Ey 

Fatimə, Allahına ibadət və səcdə et. Allah dərgahında rukuda olanlara ruku elə. 

Sonra elə bil görürəm ki, o, dərddən və qubardan xəstələnib, qulluğa ehti-

ya

cı  vardır.  Tanrı  İmaran  qızı  Məryəmi  ona  baxmağa  göndərər.  Bu  vaxt  o, 



Allah ilə belə dərdləşər: “İlahi, həyatdan doyub yorulmuşam. Dünyapərəst in-

san


ların əlindən artıq cana gəlmişəm. Məni atama qovuşdur.” 

Allah da onu mənə yetirər. O, mənim Əhli-beytimdən qəmli, kədərli, haqqı 

qəsb olunmuş və öldürülmüş halda mənə yetişəcək ilk şəxsdir. Bu vaxt Allaha 

yal


varıb deyərəm: “İlahi, ona zülm edən şəxsləri öz rəhmətindən uzaq et. Onun 

haq


qını qəsb edənləri cəzalandır. Onu kədərləndirənləri xar elə. Qızımı hamilə 

ikən zərbə ilə vurub uşağını hələ dünyaya gəlməmiş məhv edənləri isə əbədi 

ola

raq cəhənnəm atəşinin sakini et.” 



Bu zaman mələklər deyərlər: “Amin! İlahi, bu duanı müstəcəb elə. 

 

Mühacir və ənsar qadınlarından Hz.Fatimənin (s.ə) görüşünə gələnlər 



və Həzrətin onlara söylədiyi xütbə 

Əllamə Təbərsi Süveyd ibn Qüflənin dediklərini belə qeyd edir: 

“Hz.

Fatimə  (s.ə)  ölüm  yatağında  olarkən  mühacir  və  ənsar  qadınlarından 



bir qrupu onun yanına gəlib dedilər: 

Ey Peyğəmbər (s) qızı, bu xəstəliklə səhəri necə açdınız? 

Hz.

Fatimə (s.ə) Allaha həmd və səna etdikdən, eləcə də atası Peyğəmbərə (s) 



salam göndərdikdən sonra buyurdu: 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə