Salyanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçirildi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix31.10.2018
ölçüsü2,03 Mb.
#76929
1   ...   8   9   10   11   12   13   14   15   16

Forumda “Sözdə “soyqrım” – Türk diasporası  və  iş birliyi” mövzusunda müzakirələrə qatılan 

ATXƏM-in sədri qeyd edib ki, dünyanın hər yerində erməni lobbisi 2015-ci ildə sözdə “erməni 

soyqırımı”nın 100 illiyi ilə  əlaqədar aktiv fəaliyyətə başlayıblar. Bütün Türk dünyası diaspora 

təşkilatları ermənilərin bu planına qarşı birlik nümayiş etdirməli, Xocalı soyqırımın dünya 

ictimayyətinə çatdırılmasında vahid bir mövqedən çıxış etməlidirlər.  

 

 “21.Yüzyılda Türk Dünyası” Beynəlxalq simpoziumu 

 

2-5 dekabr 2010-cu il tarixində Kuzey Kıprıs Türk 



Cümhuriyyətində Avrasya Ekonomik İlişkiler 

Derneği (AEİD) ve Lefke Avrupa Üniversitesi’nin 

(LAÜ) təşkil etdiyi “21. Yüzyılda Türk Dünyası” 

mövzulu beynəlxalq konfrans kecrilmişdir. KKTC 

cumhurbaşkanı  Dərviş Eroğlunun da qatıldığı  və 

çıxış etdiyi konfransda Türk dövlət və 

topluluklarından gələn siyasətçilər, elim adamları, 

60-dan çox ölkənin akademikləri, araştırmаçıları, 

QHT rəhbərləri və jurnalistlər, o cümlədən 

Azərbaycandan ATXƏM sədri  İlham  İsmayılov, 

millət vəkili Qənirə Paşayeva, Diaspora 

Komitəsininin nümayəndəsi Elnar Məmmədov, DGTYB başkanı  Əkbər Qoşalı, dr. Vüqar 

Əliyev, Azərbaycan  İnsan Hakları  İnformasiya Mərkəzi sədri Fərman Salmanlı, Azərbaycan 

EkoAlyans Çevrə Vakfının sədri dr. Mənsurə Rəsulova iştirak etmişdir. 

LAÜ Rektörü Prof. Dr. Göksel ve AEİD Başkanı  Hikmet Erenin açılış  çıxışından sonra 

protokol çıxışlarına geçilmişdir. Çıxışların sonunda Cumhurbaşkanı  Derviş Eroğlu, Türksoy 

Genel Müdürü Düsen Kaseinov, Azerbaycan Milli Məclisi Millətvəkili  Gənirə Paşayeva, 

Keçiören Belediye Başkanı  Mustafa Ak, Uluslararası Karadeniz Hazar Denizi  İşbirliği Vakfı 

Türkiye Başkanı Dr. İsmail Safi, Ahi Evran Üniversitesi Öğretim Üyesi Yrd. Doç. Dr. Kürşad 

Zorlu, Türksam Başkanı  Sinan Ogan, Türk Dünyası Belediyeler Birliği, Türk Kızılay 

Derneği’ne 



Zeki Velidi Togan Hizmet Ödülləri təqdim edildi. 

 

Sempoziumda ATXƏM sədri Türk dünyasının qarşısında duran ən böyük problemlərdən biri 



olan Dağlıq Qarabağ problemini göstərərək, sözdə “erməni soyqırımı” probleminin həllinin də 

Dağlıq Qarabağ problemi ilə bilavasitə bağlı olduğunu bildirmişdir. Simpoziumun sonunda 

yekun bəyannamə  qəbul edilmişdir. Bəyannamədə Dağlıq Qarabağla bağlı ayrıca iki bənd də 

daxil edilmişdir.  

 

 

 ATXƏM-in Özbəkstanda nümayəndəliyi yaradıldı 



 

2010-cu ilin avqust ayında ATXƏM-in 

nizamnaməsinə uyğun olaraq ATXƏM-in Orta 

Asiyada (Mərkəzi qərargahı Özbəkstan 

Respublikasının paytaxtı Daşkənd  şəhəri olmaqla) 

nümayəndəliyi yaradılmışdır. 

Nümayəndəliyin rəhbəri 8 ilə yaxın Özbəkstan 

Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi 

Assosiyasının sədri olmuş Akif Ağatalıbov təyin 

edilmişdir. Nümayəndəliyin rəhbəri Akif Ağatalıbov 

həm də təşkilatın Orta Asiya üzrə koordinatorluğunu 

həyata keçirəcəkdir. 

Qeyd edək ki, ATXƏM-in Türkiyə və Ukraynada da nümayəndəlikləri fəaliyyət göstərir. 



 

ATXƏM-in “Birlik” jurnalı bütün Türk Dünyasına yayımlandı 

 

2008-ci ildən fəaliyyətə başlayan ATXƏM-in 



“Birlik” jurnalı 2010-cu il ərzində də nəşr olunmuş, 

il  ərzində jurnalın 3 sayı  işıq üzü görmüşdür. 

Jurnalda Türk Dünyasının ortaq problemləri, 

əməkdaşlıq məsələləri (Azərbaycan, Türk və rus 

dillərində) geniş  şəkildə  işıqlandırılmış  və bütün 

Türk Dünyası ərazisində yayımı təşkil olunmuşdur. 

Bundan başqa ATXƏM-in fəaliyyətdə olan www.atxem.az saytı da il ərzində  fəaliyyət 

göstərmişdir.  

 

 

 



ATXƏM-in 2011-ci ildə həyata keçirdiyi layihələr 

 

Ankarada “Azərbaycanın azadlıq mübarizəsi və 20 Yanvar” mövzusunda tədbir 

20 yanvar 2011-ci il tarixində Türkiyə 

Cümhuriyyətinin paytaxtı Ankara şəhərində 

ATXƏM və Türkiyə Beynəlxalq  Əlaqələr və 

Strateji Araşdırmalar Mərkəzinin (TURKSAM) 

birgə  təşkilatçılığı ilə “Azərbaycanın azadlıq 

mübarizəsi və 20 Yanvar” mövzusunda tədbir 

keçirmişdir. Tədbirdə Diasporla İş üzrə Dövlət 

Komitəsinin  əməkdaşı Elnar Məmmədov və 

Azərbaycan Bələdiyyələr Birliyinin sədri 

Əbülfəz Babayev də iştirak etmişdir.  

Tədbiri TÜRKSAM sədri Sinan Oğan açaraq

1990-cı ildə Azərbaycan xalqının apardığı 

azadlıq mücadiləsi nəticəsində böyük qırğınlara səbəb olmuş 20 yanvar hadisələrinin 

Azərbaycan Türklərinin milli azadlıq uğrunda apardıqları uzun illərin mücadiləsindən sonra öz 

müstəqilliklərinin bərpası günü kimi tarixdə qaldığını bildirmişdir.  

Tədbirdə  çıxış edən ATXƏM-in sədri  İlham  İsmayılov bildirmişdir ki, Azərbaycan xalqı 20 

yanvarı tarixi hüzn günü kimi qeyd etsələr də, bu günün tariximizdəki önəmini əsla unutmamış, 

20 yanvar gününü Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi 

daxil olmuş bir gün kimi dəyərləndirmiş, həmin günü milli-azadlıq tariximizin qürur duyulası bir 

səhifəsi kimi qəbul etmişlər.  İ.İsmayılov çıxışında 20 yanvar hadisələrinin Azərbaycanın 

müstəqillik qazanmasındakı önəmli rolundan danışaraq bildirmişdir ki, bu müstəqillik günü bu 

gün də Ermənistanın Azərbaycan torpaqlarına qarşı  ərazi iddiaları  və  işğalçılıq siyasəti 

nəticəsində hələ də torpaqlarımızım 20 faizi işğal altında qalmaqdadır: “Biz tarixi gerçəkliklərə 

baxsaq görərik ki, ermənilərin Azərbaycana qarşı tutduğu bu işğalçılıq siyasəti ermənilərin 

ümumən Türk Dünyasına qarşı tutduğu tarixi düşmənçiliyinin tərkib hissəsidir. Daha sonra 

tədbirdə 20 yanvar hadisələrindən bəhs edən fotolar sərgilənmiş, toplantı  iştirakçıları qanlı 20 

yanvar hadisələri ilə bir daha tanış olmuşlar. 



Strasburqda Xocalı mitinqi  

ATXƏM Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 19-ci ildönümü ilə bağlı fevral 

ayının 23-27-də Strasburq şəhərində silsilə  tədbirlər və "Xocalıya  ədalət" kampaniyası 

çərçivəsində mitinq keçirmişdir. Bu məqsədlə Azərbaycan nümayəndə heyətinin tərkibində 




Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə