Salyanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçirildi


-cu ildə ATXƏM-in dəstək verdiyi layihələr



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə9/16
tarix31.10.2018
ölçüsü2,03 Mb.
#76929
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

2010-cu ildə ATXƏM-in dəstək verdiyi layihələr 

 

 



 

 

Vətəndaş cəmiyyətinin problemləri səyyar müşavirədə müzakirə olundu 

 

23 yanvar 2010-cu ildə ATXƏM-in təşəbbüsü ilə  



Milli QHT Forumu İdarə Heyətinin Salyan 

rayonunda növbəti səyyar müşavirəsi keçirilmişdir. 

Səyyar müşavirədə Milli QHT Forumunun 

prezidenti Rauf Zeyni, MQF İdarə Heyətinin üzvləri 

– Prezident yanında QHT-lərə  Dəstək  Şurasının 

üzvü, “Mülk” İctimai Assosasiyasının prezidenti 

Dilarə  Vəliyeva, ATXƏM sədri  İlham  İsmayılov, 

Tərəqqi və Demokratiya Fondunun sədri, Prezident 

təqaüdçüsü  Əhməd Qəşəmoğlu, Demokratik 

Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli

“Əlillərin Beynəlxalq  Əməkdaşlığı  Uğrunda”  İB-

nin sədri Davud Rəhimov, Zəngin Azərbaycan Uğrunda İB-nin sədri İradə Əliyeva, DGTYB-nin 

sədri, Azərbaycan Atatürk Mərkəzinin  şöbə müdiri Əkbər Qoşalı  iştirak edirdi. Xatırladaq ki, 

MQF İdarə Heyətinin ilk səyyar müşavirəsi iki ay öncə Qusar rayonunda keçirilmişdir. 

Müşavirədə MQF İdarə Heyətinin üzvləri vətəndaş  cəmiyyətinin və Forumun bu günkü 

vəziyyətini, problemlərini və  vəzifələrini müzakirə etmiş, Forumun strukturunun 

formalaşdırılması, sektorların təkmilləşdirilməsi, cəmiyyətdə  şəffaflığın və ictimai nəzarətin, 

ictimai fəallığın artırılması, MQF beynəlxalq əlaqələrinin genişləndirilməsi, Türk dünyası QHT-

ləri ilə  əlaqələrin yaradılması  və  əməkdaşlığın gücləndirilməsi, milli və beynəlxalq donorlarla 

əməkdaşlığın davam etdirilməsi, regional QHT-lərin inkişafına diqqətin artırılması, Forumun 

fəaliyyətində keyfiyyət dəyişikliklərinin edilməsi və səmərəliliyin artırılması, dövlət orqanları və 

özəl sektorun ictimai sektorla əməkdaşlığının gücləndirilməsi və bütövlükdə  vətəndaş 

cəmiyyətinin beynəlxalq standartlara və milli-mənəvi dəyərlərimizə uyğun inkişafı  ətrafında 

əhəmiyyətli müzakirələr aparılmışlar.  

 

 Azərbaycanın Dağlıq Qarabağ və qaçqınlar problemi Türkiyənin “Kanal A” 

televiziyasında 

 

 



26-31 yanvar 2010-cu ildə ATXƏM-in 

təşəbbüsü ilə Türkiyənin “Kanal A” 

televiziyasının “Gəzgin” proqramının aparıcısı 

və rejissoru, eyni zamanda “First Business” 

jurnalının sahibi və baş redaktoru Abdullah 

Türksoy Azərbaycanda olmuş, Azərbaycanın 

tarixi, bu günü ilə  əlaqədar geniş televiziya 

proqramı hazırlamışdır. Proqram Azərbaycanın 

tarixini, mədəniyyətini, azadlıq mücadiləsini, 

Dağlıq Qarabağ problemini, qaçqınların 

durumunu, ermənilərin Azərbaycanda törətdiyi 

soyqırımları  əhatə etməklə, Qafqaz İslam 

Ordusunun Bakının qurtuluşundakı roluna da 

geniş diqqət ayrılmışdır. Ayrıca olaraq, “First Business” jurnalında Azərbaycanla bağlı geniş 

yazılar dərc olunmuşdur. 

 

 




“Türk Birliyi Uğrunda” İctimai Koalisiya 

 

Mart ayının 11-də ATXƏM-də Azərbaycanda Türk 



dövlət və topluluqlarıyla əlaqəli fəaliyyət göstərən milli 

QHT-lərin görüşü keçirilmişdir. Görüşdə  iştirak edən 

milli QHT-lər “Türk Birliyi Uğrunda”  İctimai 

Koalisiyanın andlaşma protokolunu müzakirə edərək, 

Koalisiyanın qurulması haqqında ilkin niyyət 

protokolunu qəbul etmişlər.Protokolda bütün Türk 

xalqlarının və dövlətlərinin maraqları baxımından milli-

mənəvi dəyərlərin qorunması, bundan sonra daha da 

inkişaf etdirilməsi, Türk xalqları arasında əməkdaşlığın 

dərinləşməsi məsələləri öz əksini tapmışdır. Eyni 

zamanda türk xalqlarının ümummilli məsələlərində ortaq mövqedən çıxış etmək, Türk 

xalqlarıyla bağlı vahid informasiya bazası yaratmaq, birgə layihələr həyata keçirmək, türk 

xalqlarının tarixi, mədəni və elmi inteqrasiya aparmasına yardımçı olmaq kimi məsələlər də 

“Türk Birliyi Uğrunda” İctimai Koalisiyanın qarşısında duran əsas məsələlərdən olmuşdur. 



 

İstanbulda Nevruz Şöləni 

 

 



Mart 20-də ATXƏM sədri  İlham  İsmayılov, Prezident 

Adminstrasiyası ictimai-siyasi şöbənin diasporla iş üzrə 

sektor müdiri Qafar Əliyev və ATXƏM-in sədr 

müavini Zeyqəm Süleymanov İstanbul “Azeri Kültür 

Evinin dəvətiylə  İstanbulda olmuş,  “Kars-Ardahan-

Iğdır Kalkınma Vakfının  İstanbulda düzənlədiyi 

Nevruz  Şöleninde iştirak etmişdir. Səfər çərçivəsində 

nümayəndə heyəti martın 20-də İstanbul “Azeri Kültür 

Evi”nin qonağı olmuş, birgə əməkdaşlıq məsələlərini və 

son dövrlər Türk dünyası ilə bağlı gəlişmələri müzakirə 

etmişlər. 

Daha sonra Azərbaycan nümayəndə heyəti İstanbul “Azeri Kültür Evi”nin mərkəzi ofisində 

Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkirlə görüşərək, Kazım Qarabəkir Paşanın erməni 

işğalçılarına qarşı Naxçıvanda apardığı mücadiləni, onun Türk dünyası ilə bağlı olan önəmli 

fəaliyyətini müzakirə etmişlər. 

Martın 21-də Azərbaycan nümayəndə heyəti Kars-Ardahan-Iğdır Kalkınma Vakfının” 

İstanbulda düzənlədiyi Nevruz Şöleninde iştirak etmişlər.  

 

 



 

Ankarada “Beyin fırtınası” 

 

26 mart 2010-cu idə ATXƏM sədri TÜRKSAM 



başkanı Sinan Oğanın dəvətiylə TÜRKSAM-da 

düzənlənən “Erməni sorunu” adlı beyin fırtınası 

toplantısında iştirak etmişdir. Toplantıda “Türkiyə-

Ermənistan-Azərbaycan  əlaqələri; Protokollar və 

Erməni Tasarıları” mövzusu ekspertlər tərəfindən 

müzakirə olunmuşdur.  

TÜRKSAM başkanı Sinan Oğanın rəhbərliyi ilə keçən 

beyin fırtınasında Türkiyə XİN-nin Müsteşar yardımçısı 



Ünal Çevilöz, Türk Tarih Kurumu eski başkanı  Yusif 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə