Salyanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçirildi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə7/16
tarix31.10.2018
ölçüsü2,03 Mb.
#76929
1   2   3   4   5   6   7   8   9   10   ...   16

və  İstiqlal  şairi Xəlil Rza Uluturkün abidələri önünə  əklillər qoymuş, bu dahi şəxsiyyətlərin 

xatirəsini ehtiramla yad etmişlər. 

Daha sonra təşkil olunmuş bayram tədbirində bəşəriyyətin tarixi inkişafında böyük rolu olan türk 

xalqlarının birlik və qardaşlığının möhkəmləndirilməsi zərurətindən ətraflı danışılmış, məhz bu 

birliyin xalqlarımızın gələcək inkişafına güclü təkan verə biləcəyi vurğulanmışdır. Türk 

xalqlarının yekdilliyinin, əqidə  və  məslək birliyinin düşmənlərimizə göz dağı olduğu 

vurğulanmışdır.  

  

Dərbənddə “Kitabi Dədə Qorqud və Dərbənd” mövzusunda elmi-praktik konfrans 

 

 

May ayının 14-də Dağıstan Respublikasının Dərbənd 



şəhərində Azərbaycan Respublikası Diasporla İş üzrə 

Dövlət Komitəsinin, Ümumrusiya Azərbaycan 

Konqresi Dağıstan regional bölməsi və ATXƏM-in 

birgə  təşkilatçılığı ilə “Kitabi Dədə Qorqud və 

Dərbənd” mövzusunda elmi-praktiki konfrans 

keçirilmişdir. 

Tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün 

təşkilatçılar xüsusi fəallıq göstərmişdilər.  

 

Konfransda Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin sədri Seyran 



Rəhimov, Dərbənd şəhəri merinin səlahiyyətlərini icra edən İmam Yarəliyev, Diasporla İş üzrə 

Dövlət Komitəsi  şöbə müdirinin müavini Elnar Məmmədov çıxış edərək, konfransın 

əhəmiyyətindən danışdılar.Diyarşünas alim Hüseynbala Hüseynov, AMEA-nın Folklor 

İnstitunun şöbə müdiri Ağaverdi Xəlilov isə məruzə ilə çıxış edərək, eposla bağlı geniş məruzə 

etmişlər. 

Konfransda ATXƏM-in sədri  İlham  İsmayılov “Dağıstan və Azərbaycan xalqlarının 

münasibətində tarixi ədəbiyyatların – “Kitabi-Dədə Qorqud” kimi dastanların mənəvi 

əhəmiyyətinin təbliğində QHT-lərin üzərinə düşən vəzifələr” mövzusunda məruzə ilə  çıxış 

etmişdir. Daha sonra konfrans iştirakçıları  Dərbənd  şəhərində  Dədə Qorqudun məzarının 

yerləşdiyi iddia edilən yerə baş çəkərək, qədim Dərbəndin tarixi yerləri ilə tanış olmuşlar. 

Konfrans qədim Azərbaycan şəhəri olan Dərbəndin ictimai həyatında mühüm hadisə kimi yadda 

qalmış, Dərbəndin qədim tarixinin öyrənilməsi, gənc nəslə çatdırılması baxımından böyük 

əhəmiyyət daşımışdır. 

 

Ankarada Dağlıq Qarabağ probleminə həsr olunmuş Beynəlxalq Konfrans 



 

Mayın 29-da Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara 

şəhərində ATXƏM və Türkiyə Uluslararası İlişkilər və 

Strateji Analizlər Mərkəzilə (TÜRKSAM) birgə 

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi  Şurasının 

maliyyələşdirdiyi “Dağlıq Qarabağ probleminin 

həllində Türkdilli Dövlətlərin ictimai və diaspor 

təşkilatlarının dəstəyinin artırılması” layihəsi 

çərçivəsində Beynəlxalq Konfrans keçirilmişdir. 

Konfransda Türkiyədə  fəaliyyət göstərən ictimai və 

diaspor təşkilatları ilə yanaşı, millət vəkilləri, siyasi 

partiya nümayəndələri, Azərbaycanın Türkiyə 

Cümhuriyyətindəki səfirliyinin  əməkdaşları  və konfliktlərin həlli ilə  məşğul olan analitiklər 

iştirak etmişdir. Konfransda Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunmuşdur.  




Konfransda ATXƏM sədri  İlham  İsmayılov, TÜRKSAM başkanı  Sinan Oğan,  TBMM-nin 

İnsan Hüquqları komissiyasının üzvü, millət vəkili dr.Şenol Bal və BDU-nun professoru Musa 



Qasımlı məruzə ilə çıxış edərək, Dağlıq Qarabağ probleminin həllində Türk xalqlarının vahid bir 

mövqe nümayiş etdirmələrinin  əhəmiyyətindən danışdılar. Konfransda Azərbaycan 

Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisinin müavini Elnar Məmmədov, 

Müəllif Hüquqları Agentliyinin əməkdaşı  Araz Qurbanov, Türkiyə Stratejik və Sosial 

Araşdırmalar Vakfı başkanı  Şamil Ayrım, Demokrat Partisi genel başkan yardımçısı  prof.dr. 

Dursun Akdemir, Dünya Ekonomik Kalkınma və Stratejik İşbirliyi Merkezi Derneyi başkan 

vekili Alperen Buray da çıxış edərək, problemin həllində bütün türk xalqlarının ortaq mövqedən 

çıxış etmələrinin əhəmiyyətini xüsusilə vurğuladılar. 

 Konfransın keçirilməsində əsas məqsəd çağdaş Türkdilli dövlətlərdə fəaliyyət göstərən ayrı-ayrı 

türk xalqlarının diaspor təşkilatlarını, QHT və  KİV nümayəndələrini, geniş ictimayyət 

nümayəndələrini Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, münaqişənin  ədalətli həll 

olunmasında qarşıya çıxan maneələr, münaqişənin Azərbaycanın iqtisadi inkişafına törətdiyi 

əngəllərlə bağlı məlumatlandırılması və bu qurumların diqqətini problemin həllinə yönəltməklə 

problemin beynəlxalq müstəvidə gündəmdə saxlanılması  və bu qurumları problemin aradan 

qaldırılmasına səfərbər etməkdən ibarət olmuşdur. Konfransın sonunda 150-dən çox təşkilat 

adından müraciət qəbul olunmuş, Dağlıq Qarabağla bağlı Azərbaycanın mövqeyi birmənalı 

şəkildə dəstəklənmişdir. 

 

 Xocavəd rayonunda “15 iyun – Milli Qurtuluş günü” 

 

ATXƏM Xocavənd rayonunda İcra Hakimiyyətilə 

birgə “15 iyun – Milli Qurtuluş günü”nə  həsr 

olunmuş  tədbir keçirmişdir. Tədbirdə  çıxış edən 

Xocavənd rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz 

Hüseynov, ATXƏM sədri İlham İsmayılov, Prezident 

Administrasiyası ictimai-siyasi şöbəsinin sektor 

müdiri Qafar Əliyev bildirilmişdir ki, 1988-1993-cü 

illərdə ölkəmizdə baş alıb gedən xaos və anarxiyaya 

15 iyunda Ümummilli liderimizin ikinci dəfə 

hakimiyyətə qayıdışından sonra son qoyuldu və 

ölkəmizdə hər sahədə quruculuq işləri başladı. 

Tədbirə Rusiyanın Taqanroq şəhərindən qonaq qismində qatılan yazıçı Aleksandr Fomenkov da 

çıxışında 1993-cü illərdə Azərbaycanda baş verən hadisələrə diqqət çəkərək, bu qarşısıalınmaz 

proseslərə Heydər Əliyevin yerində olan müdaxiləsindən və onun proseslərə təsir imkanlarından 

geniş danışmışdır. A.Fomenkov erməniləri Azərbaycanın  ərazi bütövlüyünə qarşı apardığı 

əsassız iddialardan əl çəkməyə çağıraraq, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi 

olduğunu da qeyd etmişdir. Tədbir ATXƏM-in Mədəniyyət departamentinin, Xocavənd rayon 

Mədəniyyət idarəsinin təşkil etdiyi bədii-musiqili konsert proqramı və möhtəşəm atəşfəşanlıqla 

başa çatmışdır. Tədbirdə əməkdar artist Elza Seyidcahanın iştirakı və solo ifası rayon sakinləri 

tərəfindən böyük maraqla qarşılanmışdır. 

 

 

 Naxçıvanda Akademik Tibb və Tarix konfransı 

 

Azərbaycan Prezidenti cənab  İlham  Əliyevin 

təşəbbüsü ilə 2-3 oktyabr 2009-cu ildə Naxçıvan MR-

də keçirilən Türkdilli Dövlətlərin başçılarının zirvə 

toplantısında qəbul edilmiş tarixi qərarların həyata 

keçirilməsi istiqamətində ATXƏM bir sıra tədbirlər 

planlaşdırmışdır. Bu tədbirlərdən biri də 26-30 iyun 



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə