Salyanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçirildi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix31.10.2018
ölçüsü2,03 Mb.
#76929
1   2   3   4   5   6   7   8   9   ...   16

xalqlarla  əlaqələrimizi genişləndirməkdən və böyük Türk adını  hər zaman, hər yerdə uca 

tutmaqdan ibarətdir. Mərkəzimiz yarandığı gündən bəri bir çox mədəni tədbirlər, elmi-praktiki 

konfranslar həyata keçirmiş, Türk dünyasının nüfuzlu, böyük insanları ilə  sıx  əlaqələr 

qurmuşdur”.  

Görüşdə çıxış edən Dünya Türk Gəncləri birliyinin başkanı, Bilkənd universitetinin professoru 

Hasanali Karasar ATXƏM-in bu qısa vaxt ərzində gördüyü işləri yüksək qiymətləndirərək, bu 

mərkəzi turk gəncliyi üçün stimul verici bir ocaq olduğunu xüsusi ilə vurğuladı.  

Tədbirdə  çıxış edən professor Qəzənfər Paşayev,  İrak Türkmən Cəbhəsinin üzvü Şəmsəddin 

Kuzəçi, Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov, KKTC-nin Qırğızstandaki səfiri 

Erhan Arhlı da türkdilli xalqların birliyinin vacib oldugunu bildirərək, bu istiqamətdə öz 

təkliflərini verdilər. 

 

 

ATXƏM 15 iyun – Milli Qurtuluş gününü qeyd etdi  

 

 



15 iyun 2009-cu ildə ATXƏM Milli Qurtuluş Gününə  həsr 

olunmuş “Məşəl kimi yanan ürək” adlı ədəbi-bədii, musiqili tədbir 

keçirildi. Tədbirdə Respublikamızın nüfuzlu elm adamları, 

ziyalılar və tanınmış sənətçilər iştirak edirdi. 

Tədbirdə  çıxış edən akademik Vəli  Əliyev, yazıçı-publisist 

Xeyrəddin Qoca, BDU-nun dosenti Leyla Gərayzadə, Milli QHT 

Forumunun prezidenti Rauf Zeyni, Ahıska türklərinin “Vətən” 

rhanov, tarix elmləri doktoru Şahin 

Fazil, Almaniyadakı Müğam Mədəniyyət Mərkəzinin sədri 

Abdulkadir  İnaltekin də ulu öndərin Azərbaycan xalqının 

taleyində oynadığı  əvəzsiz rolundan danışaraq, Qurtuluş günü 

m

k etdilər. Bütün çıxışlarda bu günün 



Azərbaycanın işğal altında olan Qarabağ torpaqlarında keçirilməsi 

arzu olundu, Heydər  Əliyev siyasi məktəbinin layiqli davamçısı, 

ali

şçılığı ilə belə bir günün 



uzaqda olmadığı inamla qeyd edildi.  

Tədbir ATXƏM-in Mədəniyyət departamentinin təşkil e

cəmiyyətinin sədri İbrahim Bu

ünasibətiylə xalqımızı təbri

 baş komandan İlham  Əliyevin ba

tdiyi bədii-musiqili konsert proqramı ilə 



TXƏM və AFFA-nın Regional Futbol Federasiyasının birgə futbol turniri 

yekunlaşdı. 

 

A

 

zərbaycan Prezidenti İlham  Əliyevin 2005-2015-ci illər üçün 

əsindən sonar turnirin təntənəli açılış mərasimi 

 

A



regionlarda futbolun inkişafına dair imzaladığı dövlət proqramına 

uyğun olaraq 2009-cu il uyulun 12-də Salyan rayon Qaraçala 

qəsəbəsində ATXƏM və AFFA-nın Regional Futbol 

Federasiyasının (RFF) birgə futbol turniri keçirildi. Turnirdə 

ATXƏM və RFF-nın rəhbərliyi, “Neftçi” veteranlar klubunun 

üzvləri, futbol mütəxəssisləri, mətbuat və informasiya 

nümayəndələri, o cümlədən Azərbaycan futbolunun tanınmış 

simalarından olan – İsgəndər Cavadov, Maşallah  Əhmədov, 

Əfqan Talıblı, Asəf Namazov, Bəxtiyar Qulamov və digərləri də 

iştirak edirdilər.  

Tədbirin rəsmi hiss

keçirilmişdir. 13-14 yaşlilardan ibarət müxtəlif rayonları  əhatə 

edən 4 komandanın iştirakı ilə keçirilən oyundan sonra qalib 

komanda və  fərqlənən oyunçular AFFA-nın Regional Futbol 




Federasiyasının və ATXƏM rəhbərliyi tərəfindən müxtəlif qiymətli hədiyyələr və diplomlarla 

mükafatlandırıldılar. 

 

Qafqaz İslam Ordusu – 91 

 

2009-cu il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi 

Qafqaz 

İslam Ordusunun Bakını erməni-bolşevik 



birləşmələrindən azad etməsinin 91-cı ildönümü tamam oldu. 

ATXƏM bu tarixi hadisəni layiqincə qeyd etmək üçün 

tanınmış elm adamları, tarixçilər, Türkdilli dövlətlərin 

diplomatik korpusları nümayəndələrinin iştirakı ilə  tədbir 

keçirdi. 

Tədbir iştirakçıları  Şəhidlər Xiyabanında 1918-ci ildə 

Azərbaycanın istiqlalı uğrunda həlak olmuş Türk əsgərlərinin 

şərəfinə ucaldılmış abidənin önündə anım toplantısı keçirdilər. 

Türkiyə Cumhuriyyətinin Bakıdakı böyük elçisi Hulüsi Kılıç, 

ATXƏM sədri İlham İsmaylov və ATİB sədri Ahmet Erentok 

Azərbaycanın bütövlüyü uğrunda  şəhid olmuş Türk 

əsgərlərinin, eləcə  də 20 Yanvar və Qarabağ döyüşlərində 

həlak olmuş  şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə 

əklillər qoydular. 

Sonra tədbir iştirakçıları  Səbail  İstirahət Mərkəzində 

ATXƏM-in təşkil etdiyi “Tanrı Türkə yar olsun” adlı  ədəbi-

bədii məclisdə bir araya gəldilər. Tədbirdə  çıxış edən natiqlər 15 sentyabrın xalqımızın var 

olmasında,  Şərqdə ilk Demokratik Cumhuriyyətin qurulmasındakı rolundan danışdılar.Tədbir 

İftar süfrəsi və bayram konsertiylə başa çatdı. 

 

 

Türkiyə-Ermənistan sərhəd açılımına ATXƏM-dən sərt təpki 

 

14-20 Oktyabr 2009-cu il 



tarixdə, Türkiyə-Ermənistan 

arasında protokolların 

imzalanması 

və 


sınır 

qapılarının açılması ilə bağlı 

məsələlərin gündəmə  gəldiyi 

bir dönəmdə Azərbaycandan 

böyük bir nümayəndə heyəti 

Ankaraya işgüzar səfərə getmişdir. Səfərdə  əsas məqsədlərdən biri də erməni açılımı ilə bağlı 

Azərbaycanın mövqeyini Türkiyə ictimayyətinə çatdırmaqdan ibarət olub. Nümayəndə heyətinin 

tərkibində ATXƏM sədri  İlham  İsmayılov, Prezident Administrasiyası ictimai-siyasi şöbənin 

sektor müdiri, ATXƏM  İdarə Heyətinin üzvü Qafar  Əliyev, ATXƏM-in humanitar məsələlər 

üzrə  sədr müavini, Azərbaycan Tibb Universitetinin dosenti Zeyqəm Süleymanov  və 

Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramov  iştirak edirdi.Nümayəndə heyəti 

səfər çərçivəsində Türkiyə Qastroentoloji Vakfının dəvətiylə 26-cı Beynəlxalq Gastroenteroloji 



Konqrenin iclaslarına və Türkiyə Qastroentoloji Vakfının 50 illik yubileyində də iştirak ediblər.  

Ankaradakı  “Şheraton” otelində keçirilən 26-cı Beynəlxalq Gastroenteroloji Konqrenin 

iclaslarında çıxış edən Azərbaycan nümayəndə heyəti üzvləri  bildiriblər ki, Türkiyə ilə 

Ermənistan arasında imzalanan protokollar böyük narahatlıq doğurur. Azərbaycan və Türkiyə 

dostluğuna ciddi kölgə salacaq bu imzalanmış protokollar həyata keçməməli, Qarabağ torpaqları 

erməni işğalından tam azad olmayınca sınır qapıları da açılmamalıdır. 



 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə