Salyanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçirildi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə10/16
tarix31.10.2018
ölçüsü2,03 Mb.
#76929
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

Halaçoğlu, ATXƏM-in sədri İlham İsmayılov, ATXƏM-n sədr müavini Zeyqəm Süleymanov, 

Avrasiya  İncəmələri Mərkəzi eksperti Oya Eren, Türkiyə Ekonomi Politikaları Vakfı eksperti 



Burcu Gültekin Punsmann, 21.yüzyıl Türkiyə Enstitüsü bölüm başkanı  dr. Ali Asker

Uluslararası Strateji Araşdırmalar Kurumu analitiki Hasan Selim Özertem, Kavkas Stratejik 

Araştırmalar Mərkəzi başkanı  dr. Hasan Oktay, Başkənt Universiteti Strateji Araşdırmalar 

Mərkəzi eksperti dr. Sadi Çayçı, ODTÜ KORA Başkan Yardımcısı ve öğretim üyesi Doç. Dr. 



Ayça ERGUN, “Cumhuriyet” qəzeti xarici siyasət müxbiri Bahadır Selim DİLEK  və Milli 

Güvenlik Kurulu Genel Sekreterliği rəsmiləri də iştirak ediblər. 

 Beyin  fırtınasında çıxış edən ATXƏM sədri Türkiyə-Ermənistan  əlaqələrinin qurulmasına 

münasibət bildirərək, işğalçı Ermənistanla hər hansı bir sahədə əlaqələrin qurulmasının mümkün 

olmadığını bildirib. 

Ankarada səfərdə olduğu müddətdə ATXƏM sədri Türkiyə Azərbaycan Dərnəkləri Evi 

Federasiyonu (TADEF) başkanı Aziz Kayğısız, Bizim Iğdır Kültürünü Koruma və Yaşatma 

Dərnəyi genel başkanı Enver Türkoğlu, 21.yüzyıl Türkiyə Enstitüsü bölüm başkanı dr. Ali 

Asker, Türk Halkbilimi Araşdırma Mərkəzi başkanı dr. Yaşar Kalafat, Türkiyə Yüksək  İhtisas 

Egitim və Araşdırma Sağlık  İşletmesinin baş hekimi prof.dr. Mustafa Paçla da görüşərək, 

qarşılıqlı əməkdaşlıqla bağlı məsələləri müzakirə etmişdir. 

 

 



XX əsrdə “Azərbaycanlılara qarşı soyqırımlar” 

 

Martın 31-də ATXƏM-in ofisində “Azərbaycanlıların 



soyqırımı günü”nə  həsr olunmuş  dəyrimi masa 

keçirilmişdir. Dəyrimi Masada ATXƏM-in sədri  İlham 



İsmayılov,  Prezident Adminstrasiyası ictimai-siyasi 

şöbəsinin sektor müdiri Qafar Əliyev, Türkiyə səfirliyinin 

əməkdaşı,  əmniyyət müşaviri  İsmayıl Çalışkan, Ukrayna 

səfirliyinin müşaviri 



Gennadi 

Şalev, Kür-Xəzər 

cəmiyyətinin sədri  Akif Kərimov, Axıska Türklərinin 

Vətən Cəmiyyətinin sədri  İbrahim Burhanov, Atatürk 

Litseyinin müdiri Şinasi Güner və müdür yardımçısı Fuat 



Demir, DTYB başkanı  Əkbər Qoşalı, xalq artisti Niyaməddin Musayev  və ziyalılar iştirak 

etmişdir. 

Müzakirələrdə 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı 

törətdiyi kütləvi qırğınlar və onun acı nəticələri barədə fikir mübadiləsi aparılmışdır. Ermənilərin 

azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı barədə  həqiqətlər tarixi 

faktlarla bir daha vurğulanmış, ermənilər tərəfindən bu qanlı cinayətlərin yüz illər boyu planlı 

şəkildə davam etdirildiyi qeyd edilmişdir. Daha sonra müzakirələrdə XX əsrdə ermənilərin 

azərbaycanlılara qarşı törətdiyi soyqırımların dünya ictimayyətinə çatdırılması üçün bütün 

Türkdilli dövlətlərin QHT-lərinin birgə fəaliyyət göstərməsi əsas şərt kimi önə sürülmüşdür. 

 

ATXƏM-in fəaliyyəti AŞ PA prezidenti Mövlud Çavuşoğlunun diqqətində  



 

Aprelin 15-də Azərbaycanda səfərdə olan Avropa Şurası 

Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud 

Çavuşoğlu “Hayatt Regency” otelində ATXƏM sədri 

İlham ismayılov və Prezident Administrasiyasının ictimai-

siyasi məsələlər  şöbəsinin diasporla iş üzrə sektor müdiri 

Qafar  Əliyevlə qeyri-rəsmi görüşərək, ATXƏM-in 

fəaliyyəti ilə maraqlanmış, indiki dövrdə Azərbaycanda 

QHT sektorunun mövcud vəziyyətinə münasibət bildirərək, 

ATXƏM-in region dövlətləri, o cümlədən Türkdilli 




ölkələrin ictimai təşkilatlarıyla  əlaqələrinin yüksək səviyyədə qurulmasından məmnunluğunu 

ifadə etmişdir. 

 

 

Dünya Axıska Türkləri Cəmiyyəti ATXƏM-də



 

 

Dünya Axıska Türkləri Cəmiyyətinin (DATC) 



prezidenti Ziyəddin Həsənovun rəhbərliyilə 

Azərbaycanda səfərdə olan böyük bir nümayəndə 

heyəti aprelin 15-də ATXƏM-in qonagı olmuşdur. 

Görüşdə Türk birliyi yönündə fəaliyyət göstərən 

təşkilatların əlaqələrinin yaradılmasının vacibliyi 

bildirilmiş, DATC və ATXƏM-in həyata keçirəcəkləri 

birgə layihələr müzakirə olunmuşdur. 

 

 

 

 

TÜRKSAM başkanı ATXƏM-də Türkiyə-Ermənistan arasında imzalanan protokollardan 

sonra regionda baş verən geosiyasi vəziyyəti müzakirə etdi  

 

Türkiyə Beynəlxalq  Əlaqələr və Strateji Araşdırmalar 



Mərkəzinin (TürkSAM) başkanı Sinan Oğan aprelin 

29-da ATXƏM-in qonağı olmuşdur. Görüşdə 

TürkSAM-la ATXƏM arasında  əlaqələrin inkişaf 

etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və 

Türkiyə-Ermənistan arasında imzalanan protokollardan 

sonra regionda baş verən geo-siyasi vəziyyət müzakirə 

olunmuşdur. Görüşdə Prezident Administrasiyasının 

ictimai-siyasi məsələlər  şöbəsinin diasporla iş üzrə 

sektor müdiri Qafar Əliyev iştirak etmişdir. 

Görüşdə  həmçinin TürkSAM və ATXƏM-in 29 may 

2010-cu il tarixində Ankara şəhərində keçiriləcək Dağlıq Qarabağ probleminə  həsr olunmuş 

beynəlxalq konfransın təşkili ilə bağlı  məsələlər müzakirə olunmuş, birgə  işçi qrupun 

formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, Prezident Yanında 

QHT-lərə Dövlət Dəstəyi  Şurasının maliyyələşdirdiyi “Dağlıq Qarabağ probleminin həllində 

Türkdilli Dövlətlərin ictimai və diaspor təşkilatlarının dəstəyinin artırılması” layihəsi 

çərçivəsində  həyata keçiriləcək beynəlxalq konfransın daha effektli alınması üçün Avropada 

fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatlarının iştirakı da vacibdir. 

Müzakirələrdə Azərbaycan və Türkiyə QHT-ləri arasında bu səviyyədə beynalxalq konfransın 

ilk dəfə gerçəkləşəcəyinə də diqqət çəkilmişdir. 

 

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol turniri 

 

 May ayının 1-7-də “Yeni Azərbaycan”, “İki sahil” 



və “Səs” qəzetlərinin təşkilatçılığı  və ATXƏM-in 

də  dəstəyi ilə Ulu Öndər Heydər  Əliyevin 87 illik 

yubileyinə  həsr olunan kütləvi informasiya 

vasitələrinin komandaları arasında voleybol turniri 

keçirilmişdir. Turnirdə 19 komanda 4 qrupda 

mübarizə aparırdı. Bu turnirdə  “Yeni 

Azərbaycan”çılar Ulu Öndərin xatirəsinə  həsr 



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə