Salyanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçirildi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix31.10.2018
ölçüsü2,03 Mb.
#76929
1   ...   8   9   10   11   12   13   14   15   16

edilən turniri böyük əzmkarlıq və mübarizə ortaya qoyaraq qalib kimi tamamlamışlar.  Qaliblərə 

diplomlar, pul mükafatları və kubok təqdim olunmuşdur. 



 

 

Kür daşqınları zamanı ATXƏM-dən ictimai təşəbbüs 

2010-cu il aprel və may aylarında Araz və Kür 

çaylarının öz məcrasından çıxması Kürətrafı 

rayonlarda böyük təbii fəlakətlərə yol açmışdır. Sel 

daşqınları zamanı Salyan, Sabirabad, Neftçala, 

Saatlı, Hacıqabul, Kürdəmir, Zərdab və digər 

rayonların  əksər kəndləri sel daşqınlarına məruz 

qalmış, minlərlə ev, təhsil, səhiyyə, mədəniyyət 

ocaqları, on minlərlə hektar əkin sahələri dağılmış, 

əhaliyə külli miqdarda maddi ziyan dəymişdir. 

Azərbaycan dövləti, ölkə Prezidenti İlham  Əliyev 

məhz belə  ağır məqamda daim xalqla bir yerdə olduğunu, onun dərd-sərinin, problemlərinin 

həllini həmişə diqqətdə saxladığını təsdiq etdi. Daşqınların ertəsi günü Prezident İlham Əliyevin 

sədrliyi ilə keçirilən müşavirədə  təbii fəlakətin qarşısının alınması,  əhalinin təhlükəsiz yerlərə 

köçürülməsi, çayların kənarlarında bəndvurma işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq 

orqanlara tapşırıqlar verməklə kifayətlənmədi, özü də  təbii fəlakət bölgələrinə gedərək, evləri 

dağılmış sakinlərlə görüşdü, əhaliyə dəymiş ziyanın ödəniləcəyini vəd etdi. Belə bir vaxtda Ölkə 

başçısının çağırışlarına qoşulan ATXƏM sədri də Salyan rayonunun Kürətrafı  kəndlərində 

əhalinin bəndvurma işlərinə cəlb olunmasına ictimai təşəbbüs göstərmiş, sel fəlakətinin aradan 

qaldırılması üçün  yerli əhali ilə birlikdə səfərbərlik şəraitində fəaliyyət göstərmişdir.    



Türk Dünyası Riyaziyyatçılarına dəstək 

 

 15 may 2010-cu ildə Azərbaycanda Türk 

Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) 

mətbu orqanı olan "Türk Dünyası 

Riyaziyyat Cəmiyyətinin Nəzəri və  Tətbiqi 

Riyaziyyat Jurnalı"nın - ("Turkic World 

Mathematics Society Journal of Pure and 

Applied Mathematics") ilk nömrəsi 

ATXƏM-in dəstəyi ilə nəşr olunmuşdur.  

TDRC-nin vitse-prezidenti, akademik Fikrət 

Əliyevin redaktorluğu ilə nəşr olunan jurnal 

Fransada Elmi Jurnalların Beynəlxalq 

Qeydiyyat Xidmətində qeydiyyatdan keçmiş 

və identifikasiya nömrəsi (İSSN 2076-2585) almışdır. 

Azərbaycan Atatürk Mərkəzində keçirilən təqdimetmə mərasimində çıxış edən Azərbaycan Milli 

Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 

akademik Akif Hacıyev, rabitə  və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, 

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və 

digər natiqlər öz çıxışlarında jurnalın əhəmiyyətindən danışmışlar. 

Xatırladaq ki, 1999-cu ildə  təsis olunmuş  TDRC  öz  sıralarında Azərbaycan, Türkiyə, Rusiya, 

Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Monqolustan və Avropa ölkələrindən olan 

riyaziyyatçıları birləşdirir.  



 

 

 


Süleyman Dəmirəl Türkiyə və Azərbaycan QHT-lərinin əməkdaşlığını vacib sayır   

 

28 may 2010-cu ildə Türkiyənin Ankara şəhərində 

işgüzar səfərdə olan ATXƏM sədri 28 may – 

Respublika günü münasibəti ilə Azərbaycanın 

Türkiyə Cümhuriyyətindəki böyükelçiliyinin 

düzənlədiyi rəsmi ziyafətə qatılmışdır. Rəsmi 

ziyafətdə ATXƏM sədri Türkiyə Cümhuriyyətinin 

eski Cümhurbaşkanı Süleyman Dəmirəl və 

TÜRKSAM başkanı Sinan Oğanla görüşərək, fikir 

mübadiləsi aparmışlar. Süleyman Dəmirəl Dağlıq 

Qarabağ problemi ilə bağlı Azərbaycan və Türkiyə 

QHT-lərinin birgə  əməkdaşlığına xüsusi önəm 

verdiyini vurğulayaraq, bu əməkdaşlığın daha da dərinləşməsi üçün öz tövsiyyələrini vermişdir. 

 

 



Ankara Keçiörən bələdiyyəsində Türk Dünyası ilə bağlı ortaq layihələr müzakirə olundu 

 

May ayının 27-31-də Türkiyənin Ankara şəhərində 



işgüzar səfərdə olan ATXƏM sədri Keçiörən bələdiyyə 

başkanı Mustafa AKla görüşmüşdür.  

Görüşdə Mustafa AK ATXƏM-in Türk dünyasında 

həyata keçirdiyi layihələrə böyük önəm verdiyini qeyd 

edərək, gələcəkdə belə layihələrin həyata 

keçirilməsində Ankaranın  ən böyük bələdiyyəsi olan 

Keçiörən bələdiyyəsilə  də ortaq layihələrin gerçəkləşə 

biləcəyinə diqqət çəkmişdir. 

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin 

əməkdaşı Elnar Məmmədov, Müəllif Hüquqları Agetliyinin əməkdaşı Araz Qurbanov, İğdır 

Dayanışma və Kültür Dərnəyinin başkanı Enver Türkoğlu da iştirak etmişlər.  

 

 



Dünya Türk Forumu 

 

20-22 oktyabr 2010-cu ildə  İstanbulda Türk-Asiya 



Strateji Araşdırmalar Mərkəzinin (TASAM) 

təşkilatçılığı ilə Dünya Türk Forumu keçirilmişdir. 

Forumda 60 ölkədən türk dünyası  və diasporlarının 

nümayəndələri iştirak etmişdir.  

Tədbirə Azərbaycanın Diasporla İş üzrə Dövlət 

Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik 

etdiyi nümayəndə heyəti, həmçinin fəal diaspor 

təşkilatlarının rəhbərləri - ATXƏM sədri  İlham 

İsmayılov və ATXƏM-in Orta Asiya üzrə 

əlaqələndiricisi Akif Ağatalıbov, Türkiyə-Azərbaycan 

Dərnəkləri Federasiyasının sədri Bilal Dündar  və digər diaspor təşkilatları  rəhbərləri də  iştirak 

etmişdir. 

Forumda TASAM-ın sədri Süleyman Şensoy, Türk Əməkdaşlıq  Şurasının baş katibi Xəlil 

Akıncı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, TürkPA-nın baş katibi 

Ramil Həsənov, Mardin Valisi Hasan Duruer,  TBMM üzvləri  Şenol Bal, Hüseyn Pazarçı, 

TÜRKSOY-un baş katibi Dussanbay Kasseinov, Kosovadan türk əsilli nazir Mahir Yağcılar 

çıxış etmişlər. 



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə