Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə131/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   127   128   129   130   131   132   133   134   ...   145

 
320
– Naxçıvan xanlığı heç bir padşaha tabe olmaq istəmir. Ancaq təhlükə çox 
ciddidir,– Kəlbəli xan dedi. 
Məhəmməd xan: 
– Irəvan xanlığı da heç bir padşaha tabe olmaq istəmir,– dedi.– Ibrahim xan, nə 
siz, nə  də biz heç vaxt xaçpərəst tayfasına düşmən münasibət göstərməmişik. 
Yekatrinanın vaxtında onun böyük generalı Qafqaza gələndə, sən, Ibrahim xan, 
hörmətli elçilərlə generala hədiyyələr göndərdin. Öz ixlasını bildirdin. Mən də 
Osmanlıdan, Irandan axışıb Irəvana gələn ermənilərin heç birini rədd etməmişəm. 
Nə olsun ki, xaçpərəstdirlər? Göydə Allah birdir! Lakin indi xanlıq istiqlaliyyətimizi 
itirə bilərik…  
Axund Mirmöhsün ağa yavaşdan ösgürdü. 
Kəlbəli xan: 
– Axund Mirmöhsün ağa mötəbərin deyəsən sözü var, – dedi. 
Axund Mirmöhsün ağa: 
– Müsaiddirsə?– soruşdu. 
Məhəmməd xan: 
– Buyursunlar,– dedi.– Biz bilirik ki, Axund ağa Ibrahim xan qardaşımızın  ən 
yaxın və məhrəm, ən sədaqətli adamıdır. Ağanın sözləri bizimçün də qiymətlidir. 
Ibrahim xan da başının işarəsi ilə razılığını bildirdi. 
Axund Mirmöhsün ağa yenə bir-iki dəfə astaca öskürüb: 
– Mütəşəkkirəm,– dedi.– Ibrahim xan neçə dəfə Azərbaycan xanlarına təklif etdi 
ki, gəlin,  şərtləri işləyək, xanlıqları birləşdirib vahid Azərbaycan dövləti yaradaq, 
hətta onu da buyurdu ki, biz də Nadir şah  Əfşarın Muğanda çağırdığı kimi bir 
qurultay çağırıb bu məsələni orada həll edək. Amma əqil-səlimlə edilmiş bu təklifə 
qol qoyulmadı. Yoxsa ki, indi güclü bir orduya malik olardınız. Peyğəmbər 
əleyhissəlam yüzlərcə yerə bölünmüş  ərəb qəbilələrini birləşdirməsəydi, Islam 
dünyası o qədər vüsətli qələbələrə nail ola bilməzdi. 
Məhəmməd xan: 
– Cənab Mirmöhsün ağa, – dedi.– Sizin sözlərinizdə  həqiqət var, ancaq indi 
təqsirkar axtarmaq vaxtı deyil. Rus generalı başımsızın üstünü alıb, tabeçiliyimizi 
tələb edir. 
Kəlbəli xan: 
– Ibrahim xan,– dedi.– Sən Fətəli şahla qohum olmusan. Oğlun  Əbülfət ağa da 
hal-hazırda onun sarayında yüksək mənsəbdədir. Deyirlər, Fətəli  şah qızınız 
Ağabəyim Ağanın  əqil-fərasətinə valeh olub, hətta dövlət tədbirlərini də onunla 
məsləhətləşir. Əgər Fətəli şah xanlıqlarımızı saxlamaq şərtilə bizə kömək edərsə, biz 
də Sisianovun təklifini rədd edərik. Mən rus padşahının cəngindən qurtarmağın 
başqa bir yolunu görmürəm. 
Bu zaman qapı açıldı və xidmətçi elə eşikdəncə elan etdi: 
– Gəncə xanı əlahəzrət Cavad xan! 
Və Cavad xan özünə xas olan cəldliklə içəri daxil oldu. 
Xanlar ayağa qalxdı, Cavad xan əvvəlcə Ibrahim xanla, sonra Kəlbəli və 
Məhəmməd xanla qucaqlaşdı, Axund Mirmöhsün ağa ilə əl tutuşdu. 
Ibrahim xan əli ilə yer göstərdi: 
– Buyurun. 
Xanlar döşəkcələrin üstündə əyləşdi və Ibrahim xan Cavad xana müraciətlə: 


 
321
– «Necəsiniz» soruşmuram, xan cənabları. Xəbər mənə çatıb. General Sisianov 
Gəncə qalasının təcili təslim olmasını səndən tələb edir. 
Cavad xan acıqla: 
– Bəli, tələb edir… – dedi.– Bu, rus padşahlarının həmin siyasətidi ki, davam 
edir. Yekatrinanın  əmri ilə general Zubov Qafqaza yeriyib Dərbəndi mühasirə 
eləyəndə, mən sizə dedim ki, təcili qoşunlarımızı birləşdirib Dərbəndin köməyinə 
gedək. Heç kəsdən səs çıxmadı. – Cavad xan bir an nəfəsini dərdi və Ibrahim xana 
baxıb təkrar etdi.– Heç birinizdən səs çıxmadı. 
Cavad xan susdu, amma açıq-aydın hiss olunurdu ki, bu ehtiraslı adam özünü 
güclə saxlayır, içi doludu. 
Və bunu, əlbəttə, Ibrahim xan da hiss etdi, yüngülcə gülümsəyərək: 
– Buyurun, davam edin…– dedi. 
Cavad xan sözünə davam etdi: 
– Zubov Dərbəndi alandan sonra, mənim qardaşım, ağsaqqalımız Ibrahim xan 
ona hörmətli elçilərlə qiymətli hədiyyələr göndərib rus padşahına ixlasını bəyan etdi. 
O hədiyyələrin hesabına, əlli dənə top əldə etmək olardı. Indi də budu, Sisianov ağa 
təşrif buyurub… Qardaşımız Ibrahim xanın Zubova o cürə ixlası, o hədiyyələri rus 
padşahının qəyyumçuluğunu qəbul eləmək kimi bir şey idi, bu da Ağa Məhəmməd 
şaha fürsət yaratdı ki, Qarabağa gəlsin,  Şuşa kimi bir qalanı alsın. Nə oldu?  
Yekatrina kömək əlini uzatdı Ibrahim xan qardaşımıza? Yox. Qardaşımız da məcbur 
oldu xanlığı buraxıb Balakənə getsin. Ağa Məhəmməd qətlə yetiriləndən sonra, 
ağsaqqalımızın qardaşı oğlu Məhəmməd bəy burada nə fəsadlar törətdi?! Allah vəzir 
Molla Pənaha rəhmət eləsin, onun da, oğlunun da başını üzdürdü Cıdır düzündə. 
Amma Yekatrina Molla Pənaha bir əsa hədiyyə etmişdi… Nə isə!.. Allaha min şükür 
ki, Axund Mirmöhsün ağanın tədbirləri və qoşunbaşı Saday bəyin sədaqətinin və 
igidliyinin nəticəsində ağsaqqalımız Ibrahim xan yenə Qarabağ taxtına qayıda bildi. 
Bütün bunlar ki, bu yaxınların söhbətidir, nə üçün bunlar yaddan çıxır? 
Araya ağır bir sükut çökdü və o sükutu yenə Cavad xan özü pozdu: 
– Məni məzur tutun, ağalar! Mən qızışıb bəzən lüzümsüz sözlər də deyirəm. 
Ancaq ağalar,– Cavad xan barmağını yuxarı qaldırdı,– o başımızın üstündəkinin 
dərgahına and olsun ki, bunların hamısı sizə, o cümlədən  əziz qardaşım və 
ağsaqqalımız Ibrahim xana məhəbbətimin ifadəsidir. Əlbəttə, hər birimizin səhvi var 
və burası da həqiqətdi ki, indi oturub bu səhvlər barədə mübahisəyə başlasaq, çox 
uzun çəkər. Vaxt isə gözləmir. Gəlin, bir dəqiqə belə itirmədən, nə döyüş 
qüvvələrimiz varsa, birləşdirib Sisianova cavab verək. Mən sizi inandırıram ki, 
rusun qoşununun köməyi gəlib çıxana qədər biz Sisianovu Dərbənddən də o tərəfə 
qovub, Azərbaycanın sərhədlərindən xeyli uzaqlaşdıra bilərik. 
Yenə araya ağır sükut çökdü və bu dəfə o sükutu Ibrahim xan pozdu: 
– Qardaşım Cavad xan mənə ağır ittihamlar verir… Ancaq, ağalar, gəlin, ədalətlə 
danışaq. Biz, hər cürə silahı, böyük qoşunu, böyük sərvəti olan iki dövlətin 
arasındayıq. Bu dövlətlərin ikisinin də kürreyi-ərzin xəritəsi miqyasında maraqları 
var. Mən istəyirdim, çalışırdım ki, millətimiz qırılmasın, xanlığımız viran 
qalmasın… Mən indi də istəyirəm ki, hər şeyi danışıqlarla, sülhlə, tədbir və təmkin 
ilə qaydasına qoyaq. Ona görə də, indi biz bu iki dövlətdən birinə iltiza etməliyik. 
Çox fikirləşəndən sonra mən bu qərara gəlmişəm ki, biz rus padşahıyla daha tez dil 
tapıb dost ola bilərik. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə