Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə133/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   129   130   131   132   133   134   135   136   ...   145

 
325
Və Cavad xan sürətlə otaqdan çıxdı. 
 
17. 
 
1 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı. 
 
Tiflisə quşbaşı qar yağırdı. 
Üstü qarla dolu ağacların əhatəsində, hər tərəfini qar basmış o bina, o qarlı baxça, 
elə bil, dünyanın ən sakit, ən rahat bir guşəsi idi. 
Və o binadakı kabinetində knyaz Sisianov general Portnyakinlə üz-üzə 
dayanmışdı. 
– General Portnyakin! Mən sizə 11 topu olan piyada batalyonu verirəm! Üç 
eskadron,  əlavə olaraq da iki kazak yüzlüyü verirəm! Eşidirsinizmi? Iki kazak 
yüzlüyü! Və bir əsgər kimi sizdən soruşuram: Cavad xanı məğlub edəcəksinizmi? 
General Portnyakin: 
– Zat-aliləri!– dedi.– Cavad xanı məğlub etmək üçün, onu öldürmək lazımdır! 
Knyaz qışqırdı: 
– Mən sizdən nə lazım olduğunu soruşmuram! Mən sizdən soruşuram ki, Cavad 
xanı məğlub edəcəksiniz, ya yox?! Mən sizdən Gəncəni tələb edirəm! Gəncənin adı 
xəritədən silinməlidir! Gəncənin adı yaddaşlardan da silinməlidir! Yaddaşlarda 
Gəncə yox, Yelizavettapol qalmalıdır! Həmişəlik, general, eşidirsinizmi, minilliklər 
boyu!.. Biz Cavad xana elə divan tutmalıyıq ki, bu yerlərin bütün türk tayfasına dərs 
olsun! Bütün bu yekəbaş müsəlman ağalarına dərs olsun! 
 
18. 
 
Göydə uçuşan qara qarğaların qarıltısı get–gedə uzaqlaşdı  və bir-birinə  dəyən 
qılıncların, atılan güllələrin, fınxıran atların, hücum edən, nalə çəkən əsgərlərin səsi 
bütün aləmi başına götürdü.  
… Gəncə yaxınlığındakı Quluqobu deyilən çöllükdə Cavad xanın atlıları ilə rus 
qoşunu arasında ölüm-dirim davası gedirdi: süngüyə keçən kim, güllə atan kim, 
gülləyə tuş  gələn kim, atdan yıxan kim, yıxılan kim, qılıncla biçən kim, biçilən 
kim…  
… Piyada rus zabiti bağırırdı: 
– Vperyod!.. Smert nevernım! 
Və piyada rus qoşunları irəlilədikcə Cavad xanın atlıları onları  qılıncdan 
keçirirdi. 
… Topçu rus zabiti bağırırdı: 
– Oqon!.. 
Və hər dəfə rus topu atəş açdıqca Cavad xanın bir neçə atlısı yerə sərilirdi. 
… Cavad xanın oğlu Hüseynqulu ağa çapa-çapa bir neçə nəfərlə at belində uca 
bir çinar ağacının altında dayanmış atasının qabağına çatdı: 
– Xan ata,– Hüseynqulu ağa qışqırdı.– Topların qabağında dayanmaq olmur! 
Ehtiyat atlıları göndər! 
Cavad xan: 
– Yox,– dedi.– Bu gün bəsdi! Qalaya çəkiləcəyik! 


 
326
Hüseynqulu ağa yenə çapıb özünü döyüş meydanına çatdırdı və bağıra-bağıra: 
– Qalaya!..– dedi.– Hamı qalaya!.. Qalaya!.. Xanın əmridi!.. Qalaya!.. 
… Və Cavad xanın atlıları döyüş meydanından çıxıb Gəncə qalasına tərəf 
çapmağa başladı. 
… Topçu rus zabiti bağırırdı: 
– Oqon po nevernım! 
Toplar geriyə çapan atlılara atırdı. 
– Oqon! 
Toplar atırdı… 
… General Portnyakin topun, tüfəngin səsi səngimiş döyüş meydanını gəzirdi.  
Elə bil ki, yer üzündə qarğa-quzğun qalmamışdı, hamısı Quluqobuya uçub 
gəlmişdi. 
Döyüş meydanı inildəyirdi: 
– Su… 
– Pomoqite… 
– Ölürəm… 
– Vodu… 
General Portnyakin döyüş meydanını dolaşa-dolaşa dəhşət içində pıçıldayırdı: 
– Boje!.. Boje!.. Çto mı natvorili?! Prosti nas, qospodi!.. Prosti!.. 
General Portnyakin pıçıldaya-pıçıldaya xaç çevirirdi… 
 
19. 
 
Xidmətçi Ibrahim xanın otağına girib: 
– Sizin çağrışınızla Vanya yüzbaşı əmrə müntəzirdir, xan sağ olsun,– dedi. 
Bardaş qurub taxcadakı döşəkcənin üstündə oturmuş Ibrahim xan qarşısındakı 
kağız-kuğuzu kənara çəkdi: 
– Gəlsin. 
Vanya yüzbaşı içəri girdi və kök bədəninə yaraşmayan bir cəldliklə Ibrahim xana 
yaxınlaşıb əlindən öpdü: 
– Maşallah, nəmxuda bədnəzərdən,  əlahəzrət, gözümə yaxşı  dəydiniz! Çox 
nigaran idim! Tfu! Tfu! – Vanya yüzbaşı  əyilib barmağı ilə döşəmənin taxtasını 
döyəclədi.– Yaxşısız! Mənim gözüm yoxdu, məzhəb haqqı, ancaq bədnəzərdən 
uzaq!.. 
Ibrahim xan: 
– Otur, görüm,– dedi. 
Vanya yüzbaşı: 
– O–o–o!..– dedi.– Mən qələt eləyərəm atabaatamla, əlahəzrətin qarşısında 
oturaram! 
Ibrahim xan diqqətlə Vanya yüzbaşının gözlərinin içinə baxıb sərt: 
– Otur!– dedi. 
– Baş üstə!– Vanya yüzbaşı Ibrahim xanın qarşısında, elə taxta döşəmənincə 
üstündə çöməlib oturdu. 
– Nə var, nə yox, Vanya yüzbaşı? Deyirsən ki, nigaran idin? Nədi ki, camaat nə 
deyir? 


 
327
Camaat nə deyəcək, xan sağ olsun? Camaat sizin qəhrəman atanız Pənah xana 
rəhmət oxuyur, siz əlahəzrətə də uzun ömür arzulayır. 
– Bəs sən niyə nigaran idin? 
– Bəs necə nigaran olmayım? Mən nigaran olmayım, bəs kim nigaran olsun? Siz 
əlahəzrət mənə torpaq verdiz? Verdiz!  Məni, mən Banazurlu Vanyanı Vanya 
yüzbaşı etdiz? Etdiz! Dünya da ki, xarab dünya, bəs mən nigaran olmayım ki, 
əlahəzrət bu xarab dünyada sıxılır, ya yox? Ruslar ordan pırtlayır, qızılbaşlar burdan 
zühur eləyir,  Əbülfət ağa da ki, deyirlər…– Vanya yüzbaşı sözünü yarımçıq kəsib 
susdu. 
– Nə deyirlər? Əbülfət xan nə? 
Vanya yüzbaşı cavab verməyə çətinlik çəkirdi. 
Ibrahim xan qəzəbləndi: 
– Mən səni bura ağzına su alıb oturmağa çağırmışam?!  
Vanya yüzbaşı yerindən qalxmaq istədi. 
Ibrahim xan əlinin hərəkəti ilə onu saxladı: 
– Danış, görüm! 
Xan sağ olsun, sizin bizə elədiyinizi kim eləyib? Heç kim! Qarabağın Dumu 
kimi, Tuğ kimi, Xankəndi, Hadrut, Daşaltı kimi səfalı yerlərində bizə torpaq ayırdız, 
ev-eşik tikdik, kəndlər saldıq… 
– Bunlar məlumdu, Vanya yüzbaşı, mətləbdən danış! Nə deyirlər  Əbülfət ağa 
barədə? 
– Elə onu deyirəm ki, xan sağ olsun, mən nə bilirəm, gərək sizə deyəm. 
Borcumdu… Camaat deyir ki, Əbülfət ağa, Allah onun canını sağ eləsin, həmişə 
kefi kök, damağı da çağ olsun, camaat deyir ki, Əbülfət ağa Fətəli  şahla çox 
yaxınlaşıb… 
– Yəni?.. 
– Yəni siz əlahəzrətin rusa meylindən narazıdı…  
Araya sükut çökdü. Nəhayət, Ibrahim xan: 
– Yaxşı…– dedi və ayağa qalxdı. 
Vanya yüzbaşı da vücuduna yaraşmayan bir cəldliklə ayağa sıçradı. 
Ibrahim xan: 
– Mən səni başqa məsələ üçün çağırmışam…– dedi.– Bizim bu Axund 
Mirmöhsün ağa barədə nə danışırlar? Doğrusu, son vaxtlar gözüm ondan su içmir… 
– Axund Mirmöhsün ağa?– Vanya yüzbaşı  təkrar etdi.– Baş üstə, nə lazımdı, 
öyrənərəm… Əlahəzrət izn versə, mürəxxəs olaram. 
– Deyəsən tələsirsən? 
– Sizin sarayınızdan, qohum-əqrabanızdan uzaq, əlahəzrət, ölü yerinə 
getməliyəm. 
– Kimdi rəhmətə gedən? 
–  Əşşi, bizim bir Petros ağa var idi… Petros Dəlləkyan… Dünən gecə lampanı 
yandırıb kitab oxuyurmuş yazıq, pəncərədən güllə ilə vurublar… 
Ibrahim xanın yadına düşdü: 
– Hə, səhər mənə dedilər… Guya, düşmənçilikdi… Balam, o Petros ki, gecə-
gündüz kitab yazan, kitab oxuyan sakit bir adam idi, onunla kimin nə düşmənçiliyi? 
Vanya yüzbaşı: 
– Eh, xan sağ olsun, dünya, avara dünyadı…– dedi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə