Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   33   34   35   36   37   38   39   40   ...   145

 
85
– A-a-a... hara gedirsən? Dayan bir, işim var sənnən... – Zübeydə bir əlində 
qırmızı çil toyuq, o biri əlilə də Ağagülün qolundan tutub həyətə tərəf çəkdi və 
Ağagül də birdən-birə ürəyi döyünə-döyünə, ürkə-ürkə ki, görəsən, Zübeydənin 
ağlına nə girib, istər-istəməz, onun dalınca addımladı; bu arvaddan nə desəydin, 
gözləmək olardı və kəndin cavanları bir yerə yığışanda cavan oğlanlardan xoşu 
gələn qoca arvadlar haqqında o qədər atmaca danışırdılar ki... Amma, elə ki, gəlib 
quyunun yanına çatdılar, Zibeydə dedi: 
– Ağagül, qadası, yorulmuşam yaman, sən də  mənim qərdeşim, götür, bu 
şlanqı evin dalındakı  ləkləri sula bir balaca, nolar, göy-göyərti istinin ucbatından 
yanıb gedir, hayıfdı, Ağagül, götür şlanqı, qadası, götür mən sulaya bilmədim 
yaxşı... Əşşi, mənim də day hay-hayım gedib, vay-vayım qalıb də... 
Zübeydə əvvəllər özü haqda belə sözlər deməzdi. 
Ağagül bu bürkülü yay gecəsi daha nə desən gözləyirdi, amma belə bir təklifi 
gözləmirdi; bir arvada baxdı, bir ilan kimi qıvrılıb yerə düşmüş bilək yoğunluğunda 
qara şlanqa baxdı, sonra «aerodrom» papağının dimdiyini gözünün üstündən yuxarı 
itələdi, ürəyində «Baladadaş, qərdeşüvün ölən günləridi!» – deyib şlanqı yerdən 
qaldırdı, evin dalına tərəf addımladı  və Zübeydə  də o saat quyunun motorunu işə 
saldı. 
Əlbəttə, hər hansı başqa bir məqam olsaydı, Ağagül tüpürərdi bu həyətə də, bu 
şlanqa da, elə bu arvadın özünə  də, amma indi Nisənin adı vardı ortada; Nisənin 
ağlamağı, qardaşından qorxmağı, kəndin camaatından xəcaləti Ağagülün ürəyində 
qubar bağlamışdı bu geçə. 
– Yaxşı sula, Ağagül, qadası, ləkləri də tapdalama! – dedi Zübeydə, sonra 
artırmaya qalxan taxta pilləkənin altındakı və içinə mismardan tutmuş qoyun asmaq 
üçün qarmağa qədər  əlinə keçəni doldurduğu zənbillərdən birindən bir ip dartıb 
çıxardı, həyətin aşağı başındakı heyva ağacının yanına gəlib qırmızı çil toyuğu 
torbadan götürdü və toyuğun bir ayağını iplə cavan heyva ağacının nazik gövdəsinə 
bağladı; qırmızı çil toyuq bu dəfə bərkdən qaqqanaq çəkib çırpınmadı, bir-ikicə dəfə 
qaqqıldadı, vəssalam, elə bil ki, kimin əlinə düşdüyünü bilirdi və öz acı taleyi ilə 
barışmışdı. 
Ağagül evin dalındakı pomidor, badımcan ləklərini  şlanqla sulaya-sulaya 
hirsindən bütün ləkləri tapdaq-tapdaq eləmək istəyirdi, bu soğan-vəzərini də, bu 
bibəri, xiyarı da yerlə-yeksan eləmək istəyirdi, amma burasını da yaxşıca başa 
düşürdü ki, bu gözəl tərəvəzin də, bu gözəl, tərtəmiz göy-göyərtinin də heç bir 
təqsiri yoxdur ki, dünyada Zübeydə kimi bir ifritə var və Ağagül sidq-ürəkdən qeyzə 
gəlmişdi ki, bir tərəfdən dünyada Nisə kimi pak, güləndam, ağıllı qızlar var, Nisənin 
anası Firuzə xala kimi mehriban bağca müəllimələri var ki, uşaqlara can deyib, can 
eşidir, o biri tərəfdən də dünyada Zübeydə kimi küpəgirən qarılar var, amma, bax, 
bu ay da, bu ulduzlar da, bu dəniz də lap elə bu göy-göyərti də, bu ağaclar da onlara 
təfavüt qoymur, həm onlar üçündür, həm də o birilər üçündür, eynidir yaxşılara da, 
pislərə də. 
– Ağagül, qadası, naporu bərkdi suyun, şüyüdü, vəzərini yumşaq sula!.. 
Zübeydənin bostanı balaca idi, yəni bir ailəlik idi, dörd-beş nəfərdən ibarət 
bir ailənin süfrəsinə yarayardı və Zübeydə də bütün il boyu öz payını yeyərdi, 
qalanını da şoraba qoyub qışda Bakının kolxoz bazarına çıxarardı, ən uzağı dördcə 
günə satıb qurtarardı. Zübeydə çox gözəl şoraba qoyurdu, hətta kəndin arvadları da 


 
86
bunu təsdiq edirdi, onun sirkə-badımcanlarının, həftəbecərlərinin, sirkə-
sarımsaqlarının, sirkəyə qoyulmuş xiyar, pomidor, bibərlərinin, həqiqətən, heç bir 
əyər-əskiyi olmazdı; hərdən yadına düşəndə və bu işə həvəsi olanda, köhnə, 
müharibə illəri rəfiqələrinə üç-dörd banka pay göndərirdi, göndərirdi deyəndə ki, 
yəni, özü aparırdı –  Şirinxanım üçün, Nazxanım üçün, Dürdanə üçün... 
Bu rəfiqələrin hamısı indi qocalmışdı, kimi tək oğluyla yaşayırdı, kimisinin 
anası qalırdı hələ, onunla yaşayırdı, Dürdanənin  əri varıydı, evlər müdiri işləyirdi və 
indi çox mehriban yaşayırdılar, adam baxanda ürəyi açılırdı; Roza harasa  köçüb 
getmişdi və Zübeydənin çoxdan idi ondan xəbəri yox idi... 
Bu rəfiqələrin kimisi öz qocalığı ilə barışmışdı, kimisi hələ  də cavanlıq 
eşqindəydi və yalan-doğru deyirdilər ki, Şirinxanımın – yaşda Zübeydədən də böyük 
idi – hələ  də Salamon adlı bir kamançaçalan sevgilisi var, babalı deyənlərin 
boynuna... 
Əlbəttə, belə bir cavanlıq üç qəpiyə  dəyməzdi, çox ağlamalı-gülməli idi və 
Zübeydə belə fikirləşirdi ki, getdi o vur-çatlasın, çal-oynasın günləri, getdi və bir də 
heç qayıtmaz geri; yaxşı olar qayıtmaz, pis olar qayıtmaz – bunu deyə bilməzdi, 
çünki hər halda, yaxşısı çox idi o günlərin, doyunca kef elədilər bu dünyada, 
beşgünlük dünyada, Isgəndərə qalmayan dünyada, çaldılar, oynadılar, güldülər, 
camaat bir tikə qara çörək tapmayanda, onlar Kislovodskdan vurub Soçidən çıxdılar, 
onları sevənlər var idi, onların dərdindən ölənlər var idi, onlardan ötrü gecənin-
gündüzün hansı vaxtı desən, arvad-uşaqlarını həmişəlik atmağa hazır olanlar var idi
bir can alan baxışdan ötrü vəzifədən qovulmağa razı olanlar var idi, amma 
Zübeydəgil azadlığı, sərbəstliyi sevirdilər və doğrudan da, azad və  sərbəst idilər: 
amma pisi də vardı o günlərin və bu pis, elə bil, siçan yuvası görmüş pişik kimi 
illərdən bəri pusquda durubmuş, yavaş-yavaş baş qaldırırdı, indi adama təsir 
eləyirdi, indi adamın ağlına gəlirdi, bəzən adamın lap atasını da yandırırdı... Nə isə... 
– Ağagül!... Qurtarmadın oranı, qadası? Çox sucuq eləməginə! – Zübeydə 
quyunun motorunu söndürdü və sinəsini, qollarını şappıldadıb ağcaqanadları qova-
qova:– Gəl day, ora bəsdi, – dedi. – Gəl, gəl, bir balaca o hasarın yanındakı ağacları 
da sulaginə, bəsdi day... Şlanq ağırdı, qadası, apara bilmirəm ora... 
Ağagül heç bir söz demədi, yəni, bərkdən heç bir söz demədi, ürəyində  nə 
deyirdi, özü bilirdi, şlanqı darta-darta hasar boyu Qeysəbdülün  əkdiyi küknarların 
yanına getdi və Zübeydə təzədən motorun düyməsini basıb işə saldı. 
Əbdül yaxşı kişiydi, yazıq kifiriydi, amma yaxşı adamıydı, kəndin uşağından 
tutmuş böyüyünəcən kim desəydi ona ki, ağzındakı dilin lazımdı mənə, çıxarıb 
verərdi. Gör bu küknarlar necə böyüyüb, gör necə ildi, Allah, ölüb Əbdül... O öləndə 
Ağabacının bu oğlu heç anadan olmamışdı yəqin, amma indi vağzal bağında qızla 
öpüşür, özü də vələdüznanın cövhəridi, görmürsən anasından xəlvət bu qırmızı çil 
toyuğu necə götürüb gətirib bura? 
Əlində şlanq yavaş-yavaş hasar boyu addımlayan Ağagül isə indi onun 
hayındaydı ki, görəsən, bu küknar ağaclarının dibini sulayandan sonra nə etməlidi? 
Şlanqdan axan su iki yüz əllilik elektrik lampasının işığında küknarın dibində 
köpükləndikcə, Ağagül fikirləşirdi ki, birdən sabahdan Nisə daha onunla görüşməz
bu ifritə arvadın ucbatından əsgərlikqabağı ürəyi düşər partlamaya və bu dəm 
Zübeydə də bu göy şalvarlı, nazik sarı köynəkli, «aerodrom», bukle papaqlı oğlana 
baxıb, fikirləşirdi ki, Firuzənin, özü də ağıllı Firuzənin göyçək qızı Nisə bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə