Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə14/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   10   11   12   13   14   15   16   17   ...   184

 

33

Ona görə mən siz deyiləm ki, sizin indi də inandığınız və sevdiyiniz arzular var, 



həqiqi arzularınız, mən isə... Bu gün heç, bu gün bir müstəsnadır; sabah yenə hər şey 

öz qaydasına düşəcək, sabah gün saatın yerini qaraldacaq, saat olmasa da, vaxt gün-

gün, il-il, əsr-əsr keçəcək. 

Hər  şey insanın özündən asılıdır, insanın həyatı öz əlindədir, özü öz həyatını 

dəyişdirə bilər – bunlar hamısı yaxşıdır, amma bütün bunlar üçün gərək həvəs olsun

məndə isə belə bir həvəs yoxdur, çünki bunda heç bir məna görmürəm və bütün 

bunlar barədə də fikirləşmirəm; fikirləşmirəm ona görə ki, hər gün Firəngiz ölmür. 

Tolik dedi ki, heyıf qurtardı kino, sonra dedi ki, gəl bir də baxaq. Mən də dedim 

ki, sabah gəlib bir də baxarıq, bu gün bəsdir. 

Kamal  Əcəlsizin qəribə  təxəllüsü var, yəni ki, mən  əcələ inanmıram, harada 

qırıldı, qırıldı. Bu özü də elə bir etirazdır, Kamal Əcəlsizin imkanı daxilində olan bir 

etiraz, hərçənd Fira deyərdi ki,– Fira onu üç-dörd dəfə Tolikin ad günündə 

görmüşdü – hə, Fira deyərdi ki, bu kişi gərək təxəllüsünü  Əcəlsiz yox, Əlacsız 

qoyaydı. 

Fira özü də əlacsız idi, çünki Fira ölüb. 

Biz hamımız  əlacsızıq, amma gərək öz-özümüzü aldadaq, aldatmasaq, axırı 

mənim kimi olur. 

Mənə nə olub bəyəm? 

Yenə  təzədən başlayaqmı? Həvəssizsən, həvəssizliyi doğuran arzusuzluqdur

arzusuzluğu doğuran... və s. bayaqkı ardıcıllıqla. 

Tolik yenə dedi ki, tez-tez gedirsən. 

Əlbəttə, Tolikin yerinə  mən də olsaydım darıxardım. Kaş  mən də darıxmağı 

bacaraydım. Bax, bu da altıncı arzu və bu altı arzunun altısı da bir qara qəpiyə 

dəyməz, təkcə Toliki böyütmək arzusundan başqa, hərçənd bu da arzu yox, sövq-

təbii istəkdir, heyvanlarda da var. 

Mən darıxmağı bacarsam da, bacarmasam da, dəxli yoxdur, əhəmiyyətsizdir, 

çünki hər ikisi bacarıqdır: darıxmağı bacarmaq bacarığı və darıxmağı və darıxmağı 

bacarmamaq bacarığı və hər ikisi boşdur. 

Tolik univermağın vitrini qabağında ayaq saxladı. Qıpqırmızı, nikelli motosikl 

günortadakı kimi vitrində idi. Dayanıb yenə tamaşa etdik. 

Tolikin gözlərindən qığılcım yağırdı – elə  həsrətlə, elə maraqla baxırdı bu 

motosiklə. Sonra mənə baxdı, yenə  mənə baxdı, dedi ki, gəl bu motosikli alaq. 

Gülüb dedim ki, nə ilə alaq, hanı pulumuz? Cibindən bayaqkı beşqəpikliyi çıxarıb 

dedi ki, bude, bununla alaq. 

Beşqəpiklik qızıl kimi parıldayırdı. 

Əlbəttə, mən bu motosikli ala bilərdim: bütün yayı  xərcləyəcəyimiz pul 

portmanatın içində, cibimdə idi – bəlkə də çatardı. Nədənsə, mənə elə gəldi ki, əgər 

mən bu motosikli alsam, həmin an mənim həyatımın dönüş nöqtəsi olar. Mən 

Sürəyyanın da qarşısında cavab verə bilərdim, hərçənd təcili olaraq Bakıya 

qayıdacaqdıq. Əgər mən bu motosikli alsaydım, heç bir böyük ailə iğtişaşı və yaxud 

faciə baş verməzdi; əgər bir hadisə – qoy lap faciə olsun, baş versəydi də, deməli, 

belə olmalı idi. Fəqət bu motosikli almağa, sadəcə olaraq, mənim həvəsim yox idi, 

çünki artıq hər şey geridə idi, artıq bunun bir mənası yox idi.  

Beşqəpikliyi Tolikdən aldım və univermağa girdik. Oyuncaq satılan  şöbəyə 

yaxınlaşıb bir manat əlli səkkiz qəpik verdim və Tolik üçün bir motosikl aldım. 

– Niyə doğruçu motosikl almadın? 

– Sən böyüyəndə alarıq. 



 

34

– Indi alardıq, sən sürərdin. 



– Axı, mən sürə bilmirəm. 

– Niyə sürə bilmirsən? 

– Ona görə ki... Yəqin öyrədən olmayıb, ya da... ya da özüm qorxmuşam, ya 

da... bilmirəm niyə... 

– Onda, indi öyrən sürməyi. 

– Indi öyrənə bilmərəm. 

– Niyə öyrənə bilməzsən? 

– Çünki gecdir daha. 

Bir az nə isə fikirləşəndən sonra dedi:  

– Mən böyüyəndə motosikl sürə biləcəyəm. 

– Yaxşı olar, – dedim. 

Bu gün Toliki axşam naharı əzabından xilas etdim, Sürəyyanın gözündən iraq. 

Sonra avtobusa minib geri qayıtdıq, Iosif Samolyoviç Bassın hüzuruna. 

 

Köhnə hamam, köhnə tas, 



Köhnə pansion, köhnə Bass. 

 

Firanın eyni yoldan zəhləsi gedirdi, hər gün səhər-səhər tutaşırdı Sürəyya ilə. 



Mən neçə ildir ki, eyni yolla Bassın hüzuruna qayıdıram. 

Bu yolu motosikllə də qayıtmaq olardı; sürətlə; eynilik bilinməzdi onda. 

Bir də ki, istəyir eynilik bilinsin, istəyir bilinməsin– mənası yoxdur. 

...Həmin beşqəpikliyi yadigar saxlayıram, indi də portmanatımın gözündədir: 

tək-tənha, qızıl kimi parıldayan beşqəpiklik.   

 

Dekabr, 1968. 

 

 

 

 



 

35

EPITAFIYA 



 

(Felyetonvari) 

 

 



NEKROLOQ ƏVƏZI. Amansız ölüm gənc və istedadlı alimimiz Əlirza Yananı 

yaradıcılığının çiçəkləndiyi bir dövrdə aramızdan apardı. Sənət səmamızın bir parlaq 

ulduzu daha əbədi olaraq kainatın ənginliklərində görünməz oldu. 

Respublikamızın səfalı guşələrindən birinə ezamiyyətə getmiş alovlu alimimiz 

Əlirza Yanan paytaxtımıza daha qayıtmadı. 

Unudulmaz gənc alim Əlirza Yanan Kür çayında çimərkən bir daha sahilə 

dönmədi; ləzzətli osetrin balıqları ilə cahanda tanınmış Kür çayı  Əlirza Yananın 

əbədi məskəni oldu. 

Nurlu al şəfəqlər altında par-par yanan Kür ləpələrinin ana laylası tək həzin və 

müqəddəs, pıçıltılı laylasının müşayiəti ilə rahat yat, əziz  Əlirza Yanan, xalqımız 

qədirbiləndir, o, heç vaxt öz sevimli oğullarını unutmur. 

TƏDQIQATIMIZ. Bu faciəli xəbər dünən axşam saat beşdə bizə yetişdi. Biz 

dərhal istedadlı  gənc  ədəbiyyatçı alimimizin evinə getdik. Ömrünün bahar çağına 

yenicə qədəm qoyaraq hələ özünə ailə qurmağa imkan tapmamış (ah!) Ə. Yananın 

zəngin arxivi tamamilə bizim ixtiyarımızda idi və biz bu zəngin arxivdə indiyə qədər 

elm aləminə məlum olmayan, mühüm əhəmiyyət kəsb edən bir sənəd aşkar etdik. 

Bu naməlum bir əlyazması – bir vərəq həcmindədir, makinada iki intervalla 

yazılmışdır və birinci nüsxədir. Vərəqin arxa tərəfində qara kağız izləri müəyyən 

etdik və bu bizə imkan verir ümidvar olaq ki, gələcəkdə ikinci nüsxə  də  aşkar 

ediləcək. Hələlik, müəllifini müəyyən etmədiyimiz bu gözəl  şeri olduğu kimi 

köçürüb ilk dəfə oxucularımızın nəzər-diqqətinə yetirmək şərəfinə nail olduq. 

 

Dərsə gedir uşaqlar. 



Bağçada alma, nar var. 

Məllim gəlir o başdan. 

Soruşacaq Dadaşdan. 

Dadaş girdi içəri. 

Gördü orda Dilbəri. 

– Dilbər, Dilbər, a Dilbər! 

Şeri bilirsən əzbər? 

Dilbər dedi: – Bilirəm! 

Amma sənə demirəm! 

Müəllim qalxdı diki. 

Dadaşa verdi iki. 

 

Sovet pedaqogika elminin nə qədər sürətlə inkişaf etdiyini parlaq bədii boyalarla 



əks etdirən, böyük tərbiyəvi  əhəmiyyətə malik bu şerin müəllifinin 

müəyyənləşdirilməsi çətin, fəqət  şərəfli bir tədqiqat tələb edir və ümidvarıq ki, 

gələcəkdə bu diqqətəlayiq işin öhdəsindən ləyaqətlə  gələcəyik. Lakin hazırda bizi 

maraqlandıran, istedadlı azəri alimi Ə. Yananın bu şerə münasibəti, bu şerin ictimai-

bədii təhlilini verməsi, fəlsəfi, estetik və etik mahiyyətini, müəllifin sənətkarlıq 

xüsusiyyətlərini açmasıdır. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə