Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə15/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   11   12   13   14   15   16   17   18   ...   184

 

36

Zəmanəmizin görkəmli yazıçısı E. Heminquey sözləri aysberqlərə  bənzədərək 



demişdir ki, aysberqlərin üçdə iki hissəsi, suyun altında olduğu kimi, sözlərin də 

dərin mənaları çox dərinlərdə olmalıdır, yəni ki, onları dartıb çıxartmaq lazımdır. E. 

Heminquey bu sözləri sanki Ə. Yananın yaradıcılığına və bizim öz kiçicik 

imkanımız daxilində bu yaradıcılığa münasibətimizə  bələd olduqdan sonra 

yazmışdır, lakin, əlbəttə, bu iddia hələlik ehtimal şəklindədir, çünki, məlum olduğu 

kimi, E. Heminquey 1961-ci il iyul ayının 2-də faciəli surətdə  həlak olmuşdur,  Ə. 

Yananın isə yaradıcılığa başladığı ili hələlik dürüst müəyyənləşdirməyə müyəssər 

olmamışıq.  Şübhə yoxdur ki, gələcək tədqiqatlarımızda bu dürüstlüyü əldə edə 

biləcəyik. 

Ə. Yananın yaradıcılığı haqqında təsəvvürü, yuxarıda göstərdiyimiz kimi, əldə 

etdiyimiz bu bir sənəd yaradır, lakin zəmanəmizin görkəmli yazıçısı E. 

Heminqueyin yuxarıdakı sözlərini öz təhlil metodologiyamız üçün leytmotiv bir yol 

seçdikdə, həmin sözlərdəki böyük həqiqətin bir daha şahidi oluruq. 

Ə. Yanan bu şerə münasibətini elə həmin vərəqdə makina şriftləri ilə yazılmış 

şerin kənarındakı qeydləri ilə bildirmişdir. Bu qeydləri  şərti olaraq üç hissəyə 

bölmək olar: 

Birinci hissə: qeyd ¹ 1. 

Ikinci hissə: qeyd ¹ 2. 

Üçüncü hissə: qeyd ¹ 3. 

QEYD ¹ 1. Bu qeyd qırmızı  rəngli doldurma qələmlə edilmişdir. Aramızdan 

nakam getmiş istedadlı alimimiz Əlirza Yanan özünəməxsus bir tərzdə bu şerin 

birinci misrasının, yəni «Dərsə gedir uşaqlar.» misrasının qarşısında «niyə» sözünü 

yazmışdır. 

Məlum olduğu kimi, «niyə» sözü sual əvəzliyidir, hərçənd bəzən bu sözün nisbi 

əvəzlik olduğunu söyləyənlər də yox deyil. Biz bu tədqiqatımızda onların 

mülahizələri üzərində dayanmağı  məqsədəuyğun hesab etmirik, çünkü görkəmli 

alimimiz  Ə. Yananın qeydi ilə bir daha qabarıq  şəkildə meydana çıxan bu məsələ 

özü ayrıca böyük tədqiqat tələb edir və  gələcək məqalələrimizdən birində  Ə. 

Yananın qaldırdığı bu məsələ barədə öz fikirlərimizi möhtərəm oxuculara bəyan 

edəcəyimizə indidən boyun oluruq. 

QEYD ¹ 2. Bu qeyd on birinci misranın, yəni «Müəllim qalxdı diki.» misrasının 

qarşısında qoyulmuş nida işarəsindən ibarətdir. Məlum olduğu kimi, nida işarəsi 

bizim orfoqrafiyamızda özünəməxsus görkəmli yerlərdən birini tutur. Lakin qəribə 

burasıdır ki, bu nida işarəsi Ə. Yanan tərəfindən qara karandaşla yazılmışdır. Uzun 

və gərgin axtarışlardan sonra (bu barədə gələn məqalələrimizdə yazacağıq) bu nida 

işarəsinin Krasin adına fabrik tərəfindən istehsal edilən «Smena» karandaşı, yaxud 

yenə  həmin fabrik tərəfindən istehsal olunan «Orion» və ya «Pioner» 

karandaşlarından biri ilə yazıldığını müəyyən etdik. Bizcə sevimli alimimiz Ə. 

Yananın Krasin adına fabrik ilə bu sıx  əlaqəsi gələcək böyük tədqiqat işləri üçün 

obyekt ola bilər və olmalıdır, çünkü bu fakt Ə. Yananın fabrik və zavodlarla sıx 

əlaqəsini parlaq şəkildə sübuta yetirir. 



 

37

«Müəllim qalxdı diki» misrasının qarşısında qoyulmuş nida işarəsi isə, heç 



şübhəsiz ki, görkəmli alim, Əlirza Yananın Dənizkənarı parkda salınmış «Sağlamlıq 

zonası»na verdiyi böyük qiymətə  dəlalət edir, çünki bildiyimiz kimi, hər gün 

səhərlər «Sağlamlıq zonası»nda öz bədənlərini möhkəmlədən adamlar arasında 

sevimli müəllimlərimiz də az deyil. «Müəllim qalxdı diki» misrasındakı müəllim də, 

şübhə ola bilməz ki, «Sağlamlıq zonası»nda öz bədənini möhkəmlədən  əziz 

müəllimlərimizdən biridir, əks təqdirdə, qarşısına çıxan diki bu qədər asanlıqla keçib 

tənbəl şagird Dadaşa iki verə bilməzdi və istedadlı alimimiz Əlirza Yanan da xüsusi 

bir uzaqgörənliklə  məhz bunu nəzərdə tutub özünəməxsus bir üslubda nida işarəsi 

qoymuşdur. 

QEYD ¹ 3. Indi də şərti olaraq üçüncü hissə kimi qəbul etdiyimiz qeyd barədə 

bir neçə kəlmə. Əvvəla qeyd edək ki, üçüncü qeydi də biz şərti olaraq üçüncü qeyd 

adlandırırıq, belə ki, əslində üçüncü qeyd yuxarıda göstərdiyimiz birinci qeydlə 

ikinci qeydin arasındadır, daha dəqiq desək, şerin üçüncü misrasına, yəni «Məllim 

gəlir o başdan» misrasına aiddir. Lakin biz ona görə bu qeydi axıra saldıq ki, bu 

qeyd öz ideya istiqaməti, elmi sanbalı nöqteyi-nəzərindən istedadlı alimimiz Ə. 

Yananın yaradıcılığının ümumi sağlam ruhuna yabançıdır. Fəqət, eyibsiz gözəl 

olmaz, demişlər. Məgər  ənbərli və  əlvan gülüstanlarda belə, lalələr, nərgizlər, 

bənövşələr, xrizontemalar, qızılgüllər, blyumenbaxilər, zanbaqlar, ovsidumalar, 

qərənfillər, süsənlər, yasəmənlərlə  bərabər, bəzən alaq otları da olmurmu? Məgər 

səmadakı parlaq ulduzlar arasında öz yolundan sapıb orbitindən çıxan planetlər 

olmurmu? 

Hörmətli Ə. Yanan yoldaş «Məllim gəlir o başdan» misrasından sonra bir sual 

işarəsi qoymuşdur. Uzun tədqiqatdan sonra bu qənaətə gəldik ki, həmin sual işarəsi 

«məllim» kəlməsinə aiddir, çünkü bizim orfoqrafiya qaydalarımıza görə bu söz 

«müəllim»  şəklində yazılmalıdır və sual işarəsi də  məhz buna işarədir. Lakin 

hörmətli  Ə. Yanan yoldaş unudur ki, bu şer yeddiliklə yazılmışdır və  hərgah 

«məllim» əvəzinə «müəllim» işlədilsəydi, o zaman «Məllim gəlir o başdan» misrası 

yeddi yox, səkkiz hecalı olardı  və bununla da şer öz formasını itirərdi. Doğrudur

«məllim» kəlməsi bizim orfoqrafiya qaydalarımıza düz gəlmir, amma, bizcə, 

sxolastikadan əl çəkmək lazımdır, artıq doqmatikanın vaxtı çoxdan keçmişdir, təkcə 

elə buna görə ki, əgər pedantcasına «müəllim» kəlməsini olduğu kimi yazmağı tələb 

etdikdə, yuxarıda isbat etdiyimiz kimi, heca pozulur. 

Qeyd etmək lazımdır ki, bu sual işarəsi təsadüfi xarakter daşımış, hissə 

qapılmadan irəli gəlmişdir, çünkü bu işarə öz ideyası, bədii sanbalı, nəhayət, öz 

üslubu ilə istedadlı  və unudulmaz alimimiz Əlirza Yananın yaradıcılığına yad və 

yabançıdır. Həm də qeyd etmək lazımdır ki, şerin müəllifi Dilbər kimi şagirdlərin 

simasında  şöhrətpərəstləri amansızcasına qamçılamışdır və bu böyük həqiqətin  Ə. 

Yananın diqqətindən sərf-nəzər edilməsi bizdə iki ehtimal doğurur. 

 

BIRINCI EHTIMAL ondan ibarətdir ki, görkəmli alimimiz Ə.Yanan gələcəkdə 



də bu şer üzərindəki elmi işini davam etdirmək fikrindəymiş və amansız ölüm buna 

imkan verməmişdir. 

 

IKINCI EHTIMAL isə ondan ibarətdir ki, bu şeri Ə. Yanan özü yazmış və son 



dərəcə təvazökar olduğu üçün, Dilbər surətinin meşşan xarakterini ifşa etməmişdir. 

Gələcək məqaləmizdə bu məsələnin üzərində xüsusi olaraq dayanacağıq. 

 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə