SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,92 Mb.
səhifə10/42
tarix05.10.2017
ölçüsü3,92 Mb.
#3325
1   ...   6   7   8   9   10   11   12   13   ...   42
«Həqiqətən Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər onlar öz mehvərindən çıxsalar Allahdan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğurdan da Allah Həlim və bağışlayandır». (Fatir 41). Ayənin sonu Allahın iki İsmi HəlimĞafur ismi ilə tamamlanır. Əgər Allahın Həlimliyi o, günahkalara qarşı olmasaydı və asi olanlara qarşı məğfirəti olmasaydı göylər və yerlər sabit qalmazdı. Allah bəzi qullarının küfrü haqqında buyurur: «Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun». (Məryəm 90). Artıq Allah valideyinləri-mizi Adəm və Həvvanı etdikləri bir günaha görə Cənnətdən çıxartdı. Həmçinin də Allah İblisi etdiyi bir günaha görə lənətlədi. Əmrinə müxalif olduğuna görə. Şair deyir ki: «Bizlər bir-birinin ardıyca günahları edirik və Cənnətdə uca dərəcələr arzulayırıq. Bilirik ki, ana-atamız ən uca dərəcədən bir tək günahdan ötrü çıxarıldılar».

Məqsəd budur: Qul bəzən tövbədən sonra günahdan öncəki halından daha xeyirli və daha yüksək dərəcədə olur. Bu da tövbənin gücünə və kamilliyinə görədir. Həmçinin o, günahın insanda buraxdığı təsirə görə olur. Bəzən də günah o, kimsənin himməsini, iradəsini, qətiyyətini və qəlbini zəiflədir ki, bu da tövbənin onun əvvəlki vəziyyətinə qayıtmasına imkan vermir. Əgər onun enməsi imanın əslinə ləkə gətirən bir şey olarsa şirk, küfr, nifaq və s. kimi günahlara enərsə bu da elə bir enməkdir ki, sahibinin qalxmasına umulmur. Yalnız o, kimsə İslamını başdan təzələməlidir».

46. Günahlar sahibinə qarşı müxtəlif növ məxluqları cəsarətləndirir. Görürsən ki, heç insana qarşı cürətlənməyən məxluqlar günah işləyən insana qarşı cürətlənirlər. Şeytanlar günah edən insana, azğınlıq, vəs-vəsə, qorxutmaqla, kədərləndirməklə, xatırlamaqda faydası, unutmasında isə zərərli olan şeyləri unutdurmaqda cəsarətli olurlar. Beləcə günahkarı Allaha qarşı asi olmağa təhrik etməyə daha çox fürsət qazanırlar.

Həmçinin insanlardan olan şeytanlarda ona qarşı əziyyət verməyə cürətlənirlər. Bacaqdıqları qədər ona əziyyət verirlər. Günah sayəsində ailəsi, övladları, qonşusu, hətta heyvanları da ona qarşı cürətlənirlər. Sələflər deyirlər ki: «Mən Allaha asi olduqda bunun təsirini yoldaşımın və heyvanımın əxlaqında görürəm». Əmirlərdə ona qarşı cəza verməkdə cürətli olurlar. Adil olsalarda Allahın təyin etdiyi hədləri yerinə yetirirlər. Həmçinin insana qarşı öz nəfsi də cürətlənir. Artıq o, kimsə nəfsini idarə edə bilmir. Nəfsini xeyirə yönəltmək istədikdə ona boyun əymir. Nəfsi onu həlakı olan şeylərə yönəldir o, kimsə bunu istəsə də, istəməsə də belə.

Bu nəyə görə belədir? Çünki itaət Allahın qalasıdır. O, elə bir qaladır ki, əgər insan ora girərsə əmin-amanlıq içində olar. Əgər insan o, qalanı (itaəti) tərk edərsə hər bir quldur, yol kəsən ona qarşı cürətlənər. İnsanın günaha olan cürətinə görə bir o, qədər də başqa məxluqlar ona cürətlənir və onda bu şeyləri dəf edəcək bir qüvvədə olmur. Həqiqətəndə Allahı zikr etmək, sədəqə, yaxşılığı əmr edib, pislikdən çəkindirmək bunların hər birisi maneədir. Qulu müdafiə edir. Bu da insanda xəstəliklərə qarşı olan bir müqavimətdir. Əgər insanda müqavimət olmazsa xəstəliklər gəldikdə artıq onda yerləşər və onu həlak edər. Günahlar ilə yaxşılıqlar da davamlı olaraq bir-biriləri ilə mücadələ edirlər. Hansı tərəf güclü olarsa o, da hakim olar. Yaxşı tərəf nə qədər güclü olarsa pislikləri uzaqlaşdırmaq da güclü olar. Allah iman edənləri pislikləri və pisliklərə qarşı daima qoruyur. İman isə söz və əməldir. İmanın gücünə görə Allahın qoruması da güclü olur. Kömək istənilən Allahdır.

47. Günahlar ehtiyac vaxtı sahibinə xəyanət edir. İnsanın özünə ən çox ehtiyacı olduğu vaxt günahlar ona xəyanət edir. Hər bir insan öz dünyası və axirəti üçün zərərli və faydalı şeyləri bilməyə möhtacdır. İnsanların ən xeyirlisi isə bütün bu xeyir və zərərləri təfsilatı ilə bilənlərdir. Onlardan ən qüvvətlisi və qazananı nəfsinə və iradəsinə qarşı güclü olan, nəfsini ona fayda verəcək şeylərə yönəldən və zərərinə olan şeylərdən çəkindirəndir. Bu mövzuda da insanların bilgisi, himməsi fərqlənir. Onlardan ən bliklisi xoşbəxtçilik və bədbəxçiliyin səbəblərini biləndir. İnsanlardan doğruya ən gözəl uyanı xoşbəxtçiliyi üstün tutanlar, ən səfehləri və bədbəxt olanları isə bədbəxtçiliyi üstün tutanlardır.

Bu elmi əldə etmək üçün günahlar ona ən çox ehtiyacı olduğu vaxt xəyanət edir. İnsan axirəti bu dünyadan üstün tutmaq istədiyi vaxt günahlar bunu etməyə imkan vermir. Günahlar bu elmi əldə etmək üçün ona bir maneə olur. Dünya və axirəti üçün ən xeyirli şeylərlə məşğul olmaqdan çəkindirər və ona mane olar. İnsan bir müsibətə düşdüyü zaman ondan qurtarmaq istər. Lakin bu vaxt qəlbi və əzaları ona xəyanət edərək onu tənha buraxarlar. Bunun məsəli qılıncından uzun müddət istifadə etmədiyinə görə qılıncı qınına yapışan kimsənin məsəlinə bənzəyir ki, ehtiyacı olduğu vaxt qılıncı oradan çıxardıb istifadə edə bilmir. Düşmən də ona hücum edərək ona qələbə çalır. Həmçinin də qəlb bu günahlarla pastlanır və xəstəliklərlə bürünür. İnsan qəlbi ilə düşmənə qarşı vuruşmaq istədikdə orada heç bir şey tapmır. (İnsan qəlbi ilə vuruşur və onunla da hücum edir). İnsanın əzaları isə qəlbə tabedir. Əgər o, qəlb bağlı və onda heç bir güc, qüvvə yoxdursa əzalar nə edə bilər ki?

Nəfis də belədir. Əgər nəfis MUTMAİN nəfisdirsə o, şəhvətlər və günahlarla dolur. Nəfsi Əmmarə isə güclənir və aslana dönür. İnsanın nəfsi günahlarla xəbisləşir və bütün idarəçilik (qəlbdə) NƏFSİ ƏMMARƏ pisliyi əmr edən nəfsin əlinə keçir. Nəfsi əmmarə nə qədər güclənərsə mutmain nəfis bir o, qədər də zəifləyər. Bundan sonra nəfsi mutmain bir daha yaxşılaşması umulmayacaq şəkildə zəifləyərək ölür. Təbbi ki, bu dünyada da, bərzəxdə də ölməsidir. Axirətdə isə sahibinə heç bir faydası olmayacaq şəkildə canlı olmayan bir həyatda olur. Onun həyatı sadəcə ağrıları hiss edən bir həyatdan ibarət olur. Belə bir kimsə ölüdür, diri deyildir. Onun həyatı elə bir həyatdır ki, yalnız ağrıları hiss edir.

Bununla qəsd edilən nədir? İnsan müsibətə, dərdə, kədərə, qəmə düşdüyü zaman ona qəlbi və əzaları faydalı şeydə xəyanət edir. Qəlbi artıq Allaha təvəkkül, dua, yalvarmaq, qarşısında boyun əymək, zəlil olmaq üçün bir yerə toplanmır. Qəlbi dağınıqdır. Dili zikr üçün boyun əymir. Hətta dili ilə zikr etsə də qəlbi ilə zikr etməz. Nəticədə zikrin təsir etməsi üçün qəlbi dilə, dili də qəlbə bağlaya bilməz. Qəlb və dil zikr edəndə birləşməzlər. Zikr və dua etsə də belə qafil, ayıq olmayan bir qəlb ilə edər. Qul əzalarından itaət edə bilməsi üçün kömək istəsə əzalar onu rədd edərlər, istədiyini yerinə yetirməz və ona itaət etməzlər. Bütün bunların da təsiri günahlar və asiliklərdir. Belə birisi özünü düşməndən qorumaq üçün əskərləri olan, lakin əskərlərini yormuş, onlara zülm etmiş, yeməklərini kəsərək verməmiş əmirin halına bənzər. Əskərləri ilə belə bir müamələdə olan əmir bu hərəkətlərindən sonra onlardan heç bir güc və qüvvətləri qalmadığı halda düşməninə hücum etmələrini və onu qorumalarını istər. Günahkarın halı belədir.

Bütün bunlardan daha qorxulu, daha ağrılı və daha dəhşətli bir hal da vardır. Bu da ölüm anında, Rəbbinə köçən vaxtı dilinin və qəlbinin ona xəyanət etməsidir. Görürsən ki, ölüm anında ŞƏHADƏT KƏLİMƏSİNİ deyə bilmir. Ölüm anında olan çoxlarının bunu söyləmədikləri müşahidə olunmuşdur. Elə kimsələr olmuşdur ki, onlara ölüm anında LƏ İLƏ İLLƏLLAH – kəliməsi təlqin olunanda: «Ah! Ah! Ah!» deyərək həyatdan köçmüşlər. Bəziləri ölüm anında şer, mahnı, mənim günahlarım çoxdur bu kəlimənin mənə faydası nə, bəziləri də bu kəliməni deməkdən imtina edərək ölmüşlər. Bəziləri də demək istədikdə dili bu kəliməni söyləməyə dönmür, dili topuq vurardı. Allah bu və bunun kimi sonluqlardan bizləri qorusun. Amin!

Təsəvvür edin ki, əgər insanı şeytan ayıq, güclü, ixtiyarı əlində olan vaxtı ələ keçirirsə və onu Allaha üsyanda işlədirsə, onun qəlbini Allahı zikr etməkdən dayandırıbsa, əzalarını da itaətdən çəkindiribsə zəif və ölüm anında bu necə olar? Ölüm anında isə insan ruhun ağrıları ilə məşğul olur. Şeytan isə xüsusən o, vaxtı bütün qüvvəsini toplayır. Çalışır ki, axırıncı fürsətdir ki, onu bu dünyadan LƏ İLƏ İLLƏLLAH demədən köçürsün. Şeytanın da ən güclü olduğu vaxt o, vaxtıdır. İnsanın isə ən zəif və gücsüz olduğu vaxtıdır. Körəsən belə bir haldan kim salamat çıxacaqdır? «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər. Allah zalimləri (haqq yoldan) sapdırar. Allah istədiyini edər!». (İbrahim 27).

Allah necə o, insanı gözəl sonluğa HÜSNÜ XATİMƏYƏ müvəffəq edə bilər ki, artıq Allah onun qəlbini Allahın zikrindən yayındırıb, onun bütün işləri ifrata varmaqdır. Əgər bir insanın qəlbi Allaha ibadətdən qafildirsə, öz havasına və nəfsi istədiyinə ibadət edirsə, öz şəhvətlərinin əsiridirsə, dili Allahın zikrindən, əzaları isə itaətsizlikdən quruyubsa və Allaha üsyanla məşğuldursa belə bir kimsə gözəl sonluğa müvəffəq olamaqdan uzaqdır. Elə isə pis bir sonluqla ölmək qorxusu MÜTTƏQİLƏRİN Allahdan qorxanlar ın bellərini qırmışdır. Zalım günahkarlar isə sanki imanla ölmək üzərə Allahdan vəd almışlar. «Və ya hökm edib istədiklərinizin sizin olacağına dair Bizdən Qiyamət gününədək davam edəcək əhd almısınız. (Ya Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir?». (Nun 39-40). Şair deyir ki: «Ey etdiyi günahlarla arxayınçılıq içində olan kimsə, yoxsa sənə imzalanmış bir vəd mi verilmişdi? Arxayınçılığı və havanı bir yerdə cəm etdin. Halbuki bunlardan biri insanı həlak edər. Yaxşılar qorxu yollarında yeridilər. Sən isə heç bu yollara girmədin. Ağılsızlığından əkin zamanı heç toxum əkmədin. İnsanlar yığım zamanı sən nə yığacaqsan? Əlində tutduğun yaxında tərk edəcəyin həyatdır, əbədi olan həyatı isə tərk etdin. Allah xatirinə itirən kimdir, Sənmi?».

48. Günahlar qəlbi kor edir və onun bəsirətini zəiflədir. Əgər onun qəlbi zəifləyərsə artıq o, kimsə hidayət yolunu bilməyi və həmçinin də bu hidayəti öz nəfsində tətbiq etmək qüvvəsini itirər. Həmçinin başqasında da bunu həyata keçirə bilməz. Çünkü insanın kamilliyi iki əsas üzərindədir. 1) Haqqı batildən ayırd etmək. 2) Haqqı batildən üstün tutmaq. Dünya və axirətdə insanların Allaha qatında dərəcələrinin müxtəlif olması da bu iki şeyin müxtəlifliyinə görədir. Bu iki şeyə görə Allah öz Peyğəmbərlərini tərif etmişdir. «Bəsirət və qüvvət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz axirət yurdunu anmaq xislətini onlara məxsus elədik». (Sad 45-46). Ayədə keçən ƏYDİ - haqqı kamil surətdə dərk edən və yerinə yetirən, ƏBSAR isə dindəki bəsirətdir. Beləcə Allah onları haqqı kamil surətdə dərk edən və yerinə yetirən kimi vəsf etmişdir. Bu məqamda insanlar dörd qismə ayrılırlar: 1. Haqqı bilib və onu həyata keçirməkdə gücləri olan kimsələr ən şərəfli insanlar sayılır. 2. Bunlar birinci qismin tam əksidir. Onların dində nə bəsirəti vardır, nə də haqqı yerinə yetirmək gücləri. Bunlar insanların çox hissəsini təşkil edərlər. Onları görmək bir maneçilik, qəlbləri xəstələndirir, yurdları daraldır, qiymətləri qaldırırlar və onlarla söhbətdən insana yalnız ar və biabırçılıqdan başqa bir şey qazandırmaz. 3. Bunlar bəsirəti olan və hidayəti bilən kimsələrdir. Lakin haqqı tətbiq etmək və ona çağırmaqda zəif olan qüvvətsiz kimsələrdir. Bu da zəif möminin halıdır. Güclü mömin isə ondan daha xeyirli və Allaha sevimlidir. 4. Onların gücü və himməsi vardır. Lakin dində olan bəsirəti zəifdir. Onlar Allah dostları ilə şeytanın dotlarını bir-birindən ayrıd edə bilməzlər. Əksinə hər bir qaraltını xurma, hər bir bəyazı isə yağ hesab edir və hər bir mənfətli dərmanı da zəhər hesab edirlər. Bu siniflərdən dində imamlığa yararlı yalnız birinci qism olanlardır. «Səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik». (əs-Səcdə 24). Dində imamlıq yalnız səbr və yəqinliklə əldə edilir. Allah xüsrana düşənlərin içindən onları istisna etmişdir. Bütün insanlar uduzmaqdadırlar bu kimsələrdən başqa. «And olsun axşam çağına ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!». (əl-Əsr 1-3).

İnsanlar haqqı bilib haqq üzərində səbr etmələri yetərli deyildir bir-birilərinə səbri tövsiyə etmədikcə, bir-birilərini haqqa təşviq etmədikcə ziyandan qurtulmayacaqlarını bildirmişdir.

Başa salındığı kimi güc və bəsirət sahibi olanlardan başqa hər kəs ziyana uğrayanlardandır. Məlumdur ki, günahlar və üsyanlar qəlbin bəsirətini kor edir. Qəlb kor olduqda isə haqqı olduğu kimi dərk edib qavraya bilməz. Onun gücü və qüvvəsi zəiflələdiyinə görə haqqa qarşı səbr də göstərməz. Günahlar qəlbdə elə duyğular yaradır ki, onun idrakına təsir etdiyi kimi yaşamasına. Gedişatına da təsir edir. Artıq belə bir qəlb haqqı batil, batili isə haqq, yaxşını pis, pisi isə yaxşı kimi tanıyıb qəbul edər. Atrıq belə bir qəlbin gedişatı tərsinə dönər. Artıq Allaha, axirət diyarına olan səfərindən batil nəfslərin yerləşdiyi yerə səfər edər. O, nəfslər ki, dünya həyatı ilə razı qalmış, onunla arxayınçılıq tapmış, Allahın ayələrinə qafil qalmış və Allah ilə görüşməyə hazırlığı tərk etmişlər. Əgər günahların bundan başqa bir cəzası olmasaydı insanın günahları tərk etməsinə bu kifayət edərdi. Kömək istənilən Allahdır.

İtaət qəlbi nurlandırır, təmizləyir, gücləndirir və sabitləşdirir. Hətta açıq, saf, nur kimi parlayan güzgü kimi olur. Şeytan belə bir qəlbə yaxınlaşdıqda nuru onu vurur. Necə ki, qalxan şeytanları ulduzlar vurduğu kimi. Şeytan bu qəlbdən qurdun aslandan qorxduğundan daha çox qorxar. Hətta belə bir qəlbin sahibi şeytanı üzü qoylu yerə səriləcək şəkildə elə vurur ki, şeytanlar yerə yıxılan bu şeytanın başına toplanaraq: «Buna nə olmuşdur?» deyə soruşduqda: «Bunu bir insan vurmuşdur» deyərlər. Şair deyir: «Nə qəribədir hur ilə nurun baxışı, nuru ilə yandıracaq şeytanı».

Belə bir qəlb ilə hər tərəfi zülmət içində olan, şeytanın vətəni, özünə məskən saydığı bir qəlb eyni ola bilərmi. O, qəlb ki, şeytan artıq oranı öz vətəni etmişdir. Belə bir qəlb hər səhərə çıxdıqda şeytan: «Nə dünyada, nə də axirətdə ayrılmayan yoldaşa canım qurban» deyər. Şair deyir: «Dunyadan sonra həşirdə yoldaşınam sənin, sən hər yerdə yoldaşımsan mənim. Əgər bədbəxtlik yurdundayamsa mən, birlikdə zillət içindəyik». «Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa Biz ona şeytanı urcah edərik və o şeytanın yaxın dostu olar. Şeytanlar onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər. Nəhayət o, hüzurumuza gəldikdə belə deyər: Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yoldaş imişsən! Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm etdiyinizə görə əzaba da ortaqsınız». (əz-Zuxruf 36-39).

Onun zikri Peyğəmbərinə nazil etdiyi kitabdadır, ona qarşı kor davranan, ondan üz çevirən, korluq edən, onu başa düşməkdə, düşünməkdə Allah belə edənə kitabından üz çevirməsinin cəzası olaraq bir şeytan göndərərək ona yoldaş edəcəyini xəbər vermişdir. Bu şeytan artıq o, kimsənin ayrılmaz bir yoldaşı olar. Oturduqda da, durduqda da onun yanından heç ayrılmaz. Artıq şeytan onun dostu və həmdəmi olmuşdur ki, o nə pis dost və həmdəmdir. Bu şeytan o, kimsəni Allaha, Cənnətə aparan yoldan sapdırar. O, azmış kimsə elə zənn edər ki, doğru yoldadır. Qiyamət günü gəldikdə onlardan biri digərinə deyər: «Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yoldaş imişsən!». Sən dünyada da mənim dostumdan və mənə gələn hidayətdən məni sən sapdırdın. Məni haqdan uzaqlaşdırıb azdırdın. Nəhayət həlak oldum. Sən mənə bu gün də nə qədər pis bir yoldaşsan.

Başı bəlaya girən eyni bəlaya uğrayan birisini gördükdə bu ona təsəlli olur və bir növ ağrıları yüngülləşir. Allah əzabda ortaq olanlar üçün belə bir şeyin də olmayacağını xəbər verir ki, yoldaş digər yoldaşının əzabından ən yüngül bir rahatlıq da hiss etməyəcəkdir. Hər nə qədər dünyada dərdli (insanlar) bir-birilərinə təsəlli olsalar da burada belə deyildir. «Siz birlikdə zülm etdiyinizə görə əzaba da ortaqsınız». (əz-Zuxruf 36-39).

49. Günahlar insanın düşməni üçün bir yardımdır. Günahlar düşmənə kömək edir ki, özünə qarşı vuruşsun. Allah qulunu ondan ayrılmaz bir düşmənlə imtahana çəkib. İnsandan bir göz qırpımı belə ayrılmayan düşmən. Elə bir düşmən ki, insan yatsa da yatmayan, insan ona qarşı qafil olsa da, ondan qafil olmayan, tayfası insanı insanın görməyəcəyi yerdən görən və insana hər cür pisliyi, hiyləni etmək üçün bütün gücünü səfərbər edən, insana qarşı həm öz cinsi olan insan şeytanlardan, həm də cin şeytanlardan yardım alan bir düşməndir. Artıq bu düşmən insan üçün tələlər və hiylələr qurmuşdur. Bu tələ və hiylələr hər cür fəlakətləri gətirmişdir. Bu düşmən yoldaşlarına demişdir: «Siz baxın, diqqət yetirin bu düşməninizə. Atanızın (İblisin) düşməninə. Onu qaçırmayın. Elə etməyin ki, onun payı Cənnət olsun, sizin payınız isə Cəhənnəm, onun payı rəhmət, sizin payınız isə lənət olsun. Artıq siz bildiniz ki, bizim başımıza gələn bu rüsvayçılıq, lənət, Allahın rəhmətindən uzaqlaşmaq onun səbəbilədir. Elə isə bu bəlada sizə şərik olsunlar deyə əlinizdən gələni edinÇünkü onların salehlərini bunda şərik edə bilmədiyim izə görə Cənnətlik oldular.

Artıq bu kimi şeyləri Allah subhənəhu və təalə bizə bildirmişdir ki, sizin ən qəddar düşməniniz şeytandır və həmçinin də bizə əmr edib ki, ona qarşı hər cür hazırlığımızı görək. Allah insana düşməninə qarşı əskərlərlə və orduyla yardım etdiyi kimi, düşməninə də insanlara qarşı əskərlərlə və orduyla yardım etmişdir. Buna görə də bu cihad insanla şeytan arasında ölənə qədər davam edəcəkdir. Allah bunun üçün möminlərin canlarını və mallarını Cənnət müqabilində satın almışdır. «Allah şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu ən böyük qurtuluş və uğurdur!». (ət-Tövbə 111). Möminlər Allah yolunda vuruşaraq həm ölür, həm də öldürülürlər. Allah bunun ən şərəfli kitabları olan Tövrat, İncil və Quranda güclü bir vədlə vəd vermişdir. Sonra da vədinə Özündən daha sadiq keç bir kimsənin olmadığını da xəbər vermişdir. Sonra onlara əmr etmişdir ki, bu ticarətlə sevinsinlər. Kim də Allah yolunda vuruşmağın dəyərini bilmək istəyirsə bunu alana baxsın. Bunu alan da Allah subhənəhu və təalə dir. Allahın bu mala verdiyi qiymətə baxsın ki, bu malın qiyməti Cənnətdir. Bu saziş də kimin əli ilə bağlandığına baxsın. Bu da Peyğəmbər sallallahu aleyhi və səlləm dir. Bundan da daha böyük bir qazanc və bundan daha böyük bir ticarət ola bilərmi? «Ey iman gətirənlər! Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? Allah və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşarsınız. Bilsəniz bu sizə nə qədər xeyirlidir. (Əgər belə etsəniz) O, sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan Cənnətlərə Ədn Cənnətindəki gözəl saraylara daxil edər. Bu ən böyük qurtuluş və uğurdur. (Sizi hələ) sevdiyiniz başqa bir nemət də Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver». (əs-Səff 10-13).

Allahın yaratdıqları arasında ən çox sevdiyi mömin quluna bu düşməni yollaması sadəcə cihadın Allah qatında ən çox sevilən əməl olması, mucahidlərin Onun qatında məxluqatın ən yüksək dərəcələri olmaları və Ona ən yaxın kişilər olmasına görədir. Allah bu döyüş bayrağını qullarını qurtarmaq üçün qaldırmışdı. İnsanda şeytana qarşı vuruşan qəlbdir. Təqva, ixlas, təvəkkülün yeri qəlbdir. Bu döyüşü Allah insana tapşırmış və onu yanından heç ayrılmayan mələklərdən ibarət olan ordularla dəstəkləmişdir. «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar». (ər-Rəd 11).

Bunlar onu təqib edərlər. Hər bir əskər getdikdə onun yerinə digəri gələr. Beləcə bir-birilərini təqib edərək onun ayağını xeyirdə sabitləşdirir və xeyrə təşviq edərlər. Ona Allahın ikramını xatırladaraq: Bu ancaq bir anlıq səbrdir. Ardıyca əbədi bir istirahətə çəkiləcəksən – deyərək səbrə təşviq edərlər.

Bunlardan başqa Allah öz vəhyi və kəlamı ilə insana şeytanla mübarizədə onu dəstəkləyərək Peyğəmbərini göndərmiş, kitablarını nazil etmişdir. Beləcə insanın qüvvəsinin üzərinə qüvvə, dəstəyinə dəstək və təchizatına təchizat əlavə olunmuşdur. Bundan əlavə insana vəziri və idarəçisi olan ağılı, nəsihət edici və mərifətlə, sabit edən, dəstəkləyən və yardımçı olan imanla, ona hər bir işin həqiqətini bəyan edən yəqinliklə də dəstəkləmişdir. Elə bil ki, insan Allahın düşmənləri ilə cihad edən dostlarına və tərəfdarlarına vəd etdiyi şeyləri gözləriylə görür kimi olur. AĞIL insanın ordusunun işlərini səhmana salar. MƏRİFƏT insan üçün döyüş işlərini səhmana salar. İMAN insanı sabit, güclü və səbrli edər. YƏQİN insanı düşməninə yönəldərək doğru döyüş səmtini seçməsində köməklik edər. Bunlardan başqa Allah bu döyüşü aparanları zahiri və batini güclərlə də dəstəkləmişdi. İnsanın gözünü kəşfiyatçı, qulağını xəbər çatdıran, dilini tərcüməçi, əllərini və ayaqlarını isə köməkçilər etmişdir. Mələklərini və ərşi daşıyanları da insan üçün məğfirət diləyən, onu pisliklərdən qoruyaraq Cənnətinə qoyması üçün dua edənlər etmişdir. «Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, sən yenilməz qüvvət və hikmət sahibisən. Onları pisliklərdən qoru. O, gün (Qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük uğur və qurtuluş budur». (əl-Mumin 7-9). Həmçinin də onları qorumaq Allah öz üzərinə götürmüşdür. «Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimiz labüd olaraq (kafirlərə) zəfər çalacaqlar». (əs-Saffət 172,173).

Həmçinin Allah cihadın necə olacağını qullarına öyrədmiş və bunu dörd kəlimədə toplayaraq buyurmuşdu: «Ey iman gətirənlər! Səbr edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız». (Ali İmran 200). Cihad yalnız bu dörd şeylə tamamlana bilər. Səbr etmək, dözmək, keşikdə durmaq və Allahdan qorxmaq (Təqva). Səbr ancaq düşmənə qarşı dirənmək, onunla üzbəüz dayanmaq, geri bir addım da belə çəkinməməklə əldə olunur. Bu halda olan insanın keşikdə durmağa ehtiyacı vardır. Düşmənin girməsi ehtimalı olan qəlbin və əzaların başında durub keşik çəkməli: Göz, qulaq, dil, əl və ayaq kimi düşmənin hücum edə biləcəyi postların başında durmalıdır. Düşmənin də əsas girdiyi yerlər bu postlardır. Düşmən bu postlardan girərək ifsad və fəsad törədərək bədən ölkəsini yıxar. Elə isə bu postlardan ayrılmamaq, onları boş buraxmamaq və düşmənin içəri sızmasına fürsət verməmək üçün əsla boş buraxmamaq lazımdır.

Peyğəmbərdən sonra şeytandan ən çox qorunan səhabələr idi ki, onlar da Uhud döyüşündə qorumaqları olduqları postları tərk edtdikləri üçün düşmən ora girərək fəsad və ifsad törətdi.



Bu üç şey və onların ayaq üstə dura bilmə dirəkləri təqvadır. Allahdan qorxmaq. Təqvasız nə səbr, nə keşik çəkmək, nə də dözmək olar. Təqva da ancaq səbrlə ayaqda durar.

İNSANIN İÇİNDƏ OLAN İKİ ORDUNUN DÖYÜŞMƏSİ İndi isə – sənin içində olan iki ordunun qarşılaşmasına, iki tərəfin didişməsinə bax: Kafirlərin başçısı böyük bir ordu ilə qəlb üzərinə hücuma keçir. Kafirlər xəbərdardırlar ki, qəlb öz məmləkətində oturub və qəlbin əskərləri onu dövrəyə alaraq onu müdafiə edirlər. Ora hücum etmək üçün düşmən bilir ki, yalnız qəlbin yaxın adamlarını ələ keçirməklə mümkündür.

NƏFSİ ƏLƏ KEÇİRMƏK - Kafirlərin başçısı soruşur: «Qoşun içərisində qəlbə ən yaxın olan kimdir». Ona: «Nəfsdir» deyirlər. O, da əmr edir ki, qəlbə nəfsi və istək tərəfdən hücum etsinlər. Kafirlərin başçısı deyir: «Baxın nə kimi şeylər ona sevimlidir». Sevdiyi şeylər tərəfdən ona vədlər verin. O, sevdiyi şeylərin surətini yatdığı və ayıq vaxtı ona çəkin. Əgər o, bununla rahatlanarsa üzərinə şəhvət qırmaqlarını və zəncirlərini atın. Sonra onu özünüzə tərəf çəkin. Əgər bu nəfs qəlbin əleyhinə dönər və sizin yanınızda olarsa bu zaman siz: Qulaq, göz, əl və ayaq postlarını da ələ keçirmiş olarsınız. Bundan sonra bu postlarda ayıq olun. Belə etmiş olsanız artıq qəlbi ya ağır yaralamış, ya ölmüş, ya da əsir düşmüş olar. Buna görə də bu postları boş buraxmayın. Düşmənin qəlbə girməsinə imkan verməyin. Heç bir düşmənin oradan qəlbə girərək sizi oradan çıxarmasına imakan verməyin. Qəlbə girmək istəyən düşməni gücünüz çatdığı qədər zəiflətməyə, gücsüz etməyə çalışın ki, qəlbə çatsa da belə zəifləmiş və qəlbə zərər verməyəcək şəkildə çatmış olsun. Heç bir faydası olmasın.

GÖZ POSTU - Kafirlərin başçısı deyir: «Siz bu postları ələ keçirdikdə diqqət edin göz postuna. Çalışın ki, göz baxanda ibrət baxışı ilə baxmasın. Göz ibrət baxışı ilə baxarsa onu şəhvət baxışına çevirin. Siz göz postuna diqqət edin. Çünkü hədəfinizə onunla çata bilərsiniz. Mən göz kimi şeydən başqası ilə Adəm övladını korlamadım. Mən baxışla qəlbdə şəhvət toxumunu səpir, sonra səpdiyimi arzu suyu ilə suvarıram. Sonra ona bir çox vədlər verir, qətiyyətini gücləndirirəm. Beləcə əzmini gücləndirir və şəhvətdən onu günahlara sürükləyirəm. Buna görə də sizlər bu postun işinə səhlənkar yanaşmayın. Bacardığınız qədər onu pozmağa çalışın».

QULAQ POSTU Kafirlərin başçısı deyir: «Qulaq postunda da sizlər möhkəm durun və çalışın ki, ondan sizin işinizi korlayan bir şey daxil olmasın. Çalışın ki, qulaqdan yalnız batil şeylər daxil olsun. Sizlər şirin və ağılları sehirləyən sözlər seçin və bu sözləri nəfslərin havası ilə qatışdırın. Siz ilk əvvəl bir kəlimə ortaya atın. Əgər görsəniz ki, o bu kəliməni dinləyir və bu kəlimə ilə xoşlanır çalışın ki, bu kəlimələri onun zikri edəsiniz. Özünüzü də qoruyun. Çalışın bu qulaqdan Allah kəlamı, Peyğəmbər sözü və nəsihətçilərin sözlərindən hər hansı bir şey keçməsin. Əgər siz məğlub olsanız çalışın ki, daxil olan (ayə, hədis, nəsihətlər və s.) sözləri başa düşməsinə, düşünməsinə və o sözlərdən öyüd almasına əngəl olun. Bunun üçün ya ona zid olan sözlər söyləyin, ya onları gözündə böyüdün, ya da insanların başa düşməyəcəyi, qavramayacaqları və bunun ağır bir yük olub tək başına daşımayacağı sözlər olduğunu söyləyin. Və ya bu kimi sözlər ucuz, nəfslərə bəsit sözlər olaraq göstərin. O, işi onun gözündə böyüdərək: «Bu iş sənlik deyil». O, da görəcək ki, bu ağır bir yükdür və bununla məşğul olmayacaqdır. Ya da bu daxil olan şeyləri ona ucuz göstərərək başa salmaq ki, sənin məşğul olacağın şey daha izzətli və daha mühüm bir şey olmalıdır. Beləcə batili onların qəbul edə biləcəkləri və onlara yüngül gələcək hər bir şəkildə, haqqı isə xoşlamayacaqları və onlara ağır gələ biləcək bir şəkildə onlara göstərin.

Şeytan qulaq postundan insana mənfəət verməyən zərərli şeyləri daxil edir, xeyirli şeylərin isə daxil olmasına mane olur. Əgər istəmədiyi halda faydalı şeylər girsə bu səfər də onu pozaraq zərərli hala gətirməyə çalışar.



DİL POSTU Şeytanların başçısı öz adamlarına deyir: «Bu da böyük bir postdur. Sizlər çalışın ki, onun dilindən zərər verəcək, fayda verməyəcək sözlər çıxsın. Ona fayda verəcək zikr, istiğfar, Allahın kitabını oxumaq və qullarına nəsihət vermək və ya faydalı elmi sözlər danışması kimi faydalı şeyləri söyləməsinə əngəl olun. Sizin bu posta iki önəmli təsiriniz vardır. Hansı birində qələbə çalsanız fərq etməz.

BİRİNCİ - Batil, boş şeylər danışması. Çünki batil danışan insan sizin qardaşlarınızdan biridir. Sizin ən böyük köməkçilərinizdəndir.

İKİNCİ Haqqı danışmamaq. Bu da sizin lal qardaşınızdır. Hətta bu ikinci qardaşınız sizi birinci qardaşınızdan daha faydalıdır. Sələflər deyirlər ki: «Batil söz danışan şeytandır, haqdan susan isə lal şeytandır». Amanın günüdür çalışın ki, haqq söz söyləməsin və ya batil danışmaqdan da geri qalmasın. Ona hər cür yolla batil danışmağı gözəlləşdirin və hər cür yolla da haqq danışmaqdan qorxudun. Övladlarım bilin ki, bu dil postu ilə mən Adəm övladlarını həlak edirəm və onları üzü qoylu Cəhənnəmə atıram. Bu postdan neçələrini öldürmüş, əsir almış və yaralamışam. İnsan oğlunu bu postdan yaxalamışam. Sizə olan tövsiyəmə diqqət verin: Biriniz insan qardaşının dili ilə bir söz söyləsin. Digərinizdə dinləyənin diliylə o, sözü çox bəyəndiyini, heyran qaldığını və çox müthiş bir söz olduğunu söyləsin və onu təkrarlamasını istəsin. İnsana qarşı bir-birinizə hər cür dəstəyi verin və onlara hər yoldan girməyə çalışın və onları hər yerdən gözləyin. Mənim onların rəbbinə verdiyim andımı eşitmədinizmi? «Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də sənin düz yolunun üstündə oturub insanlara mane olacağam. Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən». (əl-Əraf 14-17).

Mənim Adəm oğullarının bütün yolları üzərində oturduğumu görmür-sünüzmü? Bir yolda uğur qazanmaramsa dərhal digər yola keçərəm. Dilədiyimi və ya ən azından dilidiyimin bir qismini əldə etmədən o, yoldan ayrılmaram. İbn Abbas - radiyallahu anhu deyir ki: «Sonra onlara qarşılarından – onları axirətləri haqqında şübhəyə salacağam, sonra onlara arxalarından gələcəyəm – yəni onlara dünyanı çox sevməyə təşviq edəcəyəm, sağlarından gələcəyəm – yəni dinlərində onları tərəddüdə salacağam (yaxşı əməllər tərəfdən), sollarından gələcəyəm – yəni onları günah etməyə həvəsləndirəcəyəm. Şeytan üstlərindən demədi. Çünki bilirdi ki, üstlərində nəzarətçi Allahdır». İmam Şabi rahmətullahi aleyhi deyir ki: «Uca və Böyük olan Allahın rəhməti onların üzərindən enər»212. Peyğəmbər sallallahu aleyhi və səlləm də bu xüsusda onlara nəsihət edərək: Şeytan insan oğlunun bütün yollarında oturar. İslam yolunda oturaraq deyər: Sən müsəlman olursan. Müsəlman olub ata-babanın dinini tərk edəcəksənmi? İnsan onu dinləməyib müsəlman olursa, şeytan dərhal hicrət yolu üzərində oturaraq deyir: Yerini və yurdunu buraxaraq hicrətmi edirsən? İnsan yenə də onu dinləməyib hicrət edərsə bu dəfə şeytan cihad yolu üzərində oturaraq deyər: Cihad edib ölmək və ya öldürülmək istəyirsən, malının paylaşdırılıb, zövcənin başqasına nigahlanmasınımı istəyirsən? Kim belə edərsə onu Cənnətə qoymaq Allahın üzərinə bir haqq olar. Kim öldürülsə onu cənnətə qoymaq Allahın üzərinə bir haqq olar»213.

Bu belədir. Elə isə sizlər onların hər bir yollarının başında oturun və onları gözləyin. Onlardan biri sədəqə vermək istəyərsə həmən sədəqə yolu üzərində oturun və ona: Malını itirib bu dilənçi kimi olmaq istəyirsən? Sizlər mənim sədəqə vermək istəyən kimsənin dilinə qoyduğum sözləri eşitmədinizmi? Ondan bir şeylər istənildikdə: Bunlar bizim mallarımızdır. Sizə verəsi olsaq sizin kimi olarıq. Həcc etmək istəyən kimsənin yolu üzərində oturun və: Bu yol çətin və təhlükəlidir. Bu yolda gedənin canı və malı təhlükədə olur. Bu cür hər bir xeyir yollarına baş vurun və insanları o, yolların çətinliklərindən və təhlükələrindən bəhs edərək o. yollardan uzaqlaşdırmağa çalışın. Sonra günah yollarında da durun və o, yolları insanların gözlərində və qəlblərində gözəl göstərməyə çalışın. Bu işdə ən çox yardımçınız qadınlar olsun. Qadınlar vasitəsilə onlara yaxınlaşın. Onlar sizin üçün necə də gözəl yardımçıdırlar. Usamə b. Zeyd - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Məndən sonra kişilərə qaqadınlardan daha zərərli bir fitnə və imtahan səbəbi buraxmadım»214.

ƏL VƏ AYAQ Diqqət edin ki, əli ilə sizə zərər verən şey etməsin və ayağı ilə də sizə zərər gələn yerlərə getməsin.

NƏFSİ ƏMMARƏ Şeytan öz əsgərlərinə deyir: «Bilin ki, bu işdə sizə ən yaxşı yardımçı olan nəfsi əmmarə ilə sülh bağlamaqdır. Elə isə ona yardım edin və ondan yardım alın. Ona dəstək olun və ondan dəstək alın. Mutmain nəfslə vuruşmaqda onunla bərabər olun. Mutmain nəfsi sındırmaq və gücünü yox etmək üçün tələsin. Onu məhv etməyin tək yolu qidalandığı qaynaqları kəsməkdir. Onun qaynaqlarını kəsdikdə nəfsi əmmarənin qaynaqları güclənir. Onun köməkçiləri də sizə itaət edərlər. Bundan sonra qəlbi öz qalasından endirirlər və məmləkətindən uzaqlaşdırırlar. Yerinə isə nəfsi əmmarəni keçirirlər. Belə olduqda o, nəfs sizə sevdiyiniz şeyləri əmr edəcəkdir. Heç vaxt sizin sevmədiyiniz şeyləri etməyəcəkdir. Üstəlik nəfsi əmmarə sizin tövsiyə etdiyiniz heç bir xüsusda sizə qarşı çıxmayacaqdır. Əksinə siz ona nəyi əmr etsəniz həmən onu yerinə yetirər. Əgər görsəniz ki, qəlb məmləkətinə qayıtmaq üçün səy göstərir həmən onunla nəfsi əmmarə arasında birləşmə yaradın və ona xatırladın ki: «Bu müharibə bir günlük deyildir. Bu ölənə qədər davam edəcək bir döyüşdür. Bu uzun müharibədə isə gücün tamamən zəifləyəcəkdir».

Ey övladlarım siz bu iki böyük qoşundan (silahdan) istifadə etsəniz heç vaxt məğlubiyyətə uğramazsınız. BİRİNCİ - Qəflət qoşunu. Siz bacardığınız qədər Adəm övladlarının qəlbini Allahı və axirət yurdunu xatırlamaqdan qafil edin. Öz məqsədinizə çatmaqda bundan böyük bir şey yoxdur. Əgər qəlb Allahdan qafil qalarsa onda siz onu ələ keçirib azdıra bilərsiniz. İKİNCİ - Şəhvət qoşunu. Şəhvəti onların qəlblərində şirin, gözlərində isə gözəl göstəin.

Bu iki qoşunla (silahla) onlara hücum edin. Onlara qalib gəlmək üçün bunlardan böyük bir qoşununuz yoxdur. Siz insanın qafil olması üçün şəhvətdən, şəhvətə düşməsi üçün isə qəflətdən istifadə edin. İki qafili bir yerə toplayın. Əgər görsəniz ki, bir qrup müsəlman bir yerə yığılaraq Allahı zikr edir və Allahın dinini müzakirə edirlər onları ayıra bilməsəniz onlara qarşı onların növündən olan (boş-boğaz) insanlardan istifadə edin. İnsanlardan olan şeytanlarla onlara yaxınlaşın ki, onların başlarını qataraq bu işdən onları çəkindirsinlər. Hər bir insana öz iradə və şəhvətindən yaxınlaşın. O, kimsəyə bunları əldə etməsi üçün yardımçı olun. Əgər Allah sizə qarşı səbr etməyi onlara əmr edibsə sizdə səbr edin bu postları ələ keçirməkdə. Adəm övladı şəhvətli və qəzəbli olduğu zaman siz bu fürsəti əldən verməyin. Siz Adəm övladını bu iki işlə ovlaya bilərsiniz. Hansı hisslər güclüdürsə ondan da tutun. Lakin digərini də əldən verməyin. O, kəs ki, qəzəbləndiyi zaman özünü ələ ala bilmir şəkk yoxdur ki, şəhvətləndiyi zaman da o, qəzəbi əldə edəcəkdir. Sizlər də onun şəhvəti ilə qəzəbini qarışdırın. İnsanı qəzəb tərəfdən şəhvətə, şəhvət tərəfdən də qəzəbə çağırın. Bilin ki, sizin Adəm oğullarına qarşı bu iki silahdan daha güclü heç bir silahınız yoxdur. Mən də onların atalarını Cənnətdən şəhvətə (istək və iradəyə) görə çıxartdım və onların övladları arasında düşmənçiliyi qəzəblə saldım. Bununla onlar arasında qohumluğu qırdım və onların qanlarını tökdüm. Qəzəb sayəsində Adəmin iki oğlundan biri digər qardaşını öldürmüşdür.

Bilin ki, qəzəb Adəm övladının qəlbində bir gözdür, şəhvət isə alovlanan oddur. Odda yalnız su ilə, namazla, zikrlə və təkbirlə sönər. Adəm övladlarını qəzəbləndiridyiniz zaman onları dəstəmaza, namaza yaxınlaşmağa qoymayın. Çünki dəstəmaz və namaz onun şəhvət və qəzəb atəşini söndürür. Artıq onların Peyğəmbəri onlara bildirmişdir ki: «Qəzəb Adəm övladlarının qəlbində bir közdür. Siz onun közünün qızartısını və damarlarının şişdiyini görmədinizmi? Kim bunu hiss edərsə dəstəmaz alsın»215. Yenə onlara buyurmuşdu: «Atəş ancaq suyla söndürülür». Allah da onlara sizə qarşı səbr və namazla yardım almalarını tövsiyə etmişdir. Elə isə bunlarla onların arasına girib onlara mane olun. Onlara bunları unutdurun. Onlara qarşı qəzəb və şəhvətdən yardım alın.

Sizin onlara qalib gəlmək üçün silahlarınız qafillik və nəfsə tabe olmaqdır. İnsanların da sizə qrşı güclü silahları Allahı zikr və nəfslərinə müxalif olmalarıdır. Elə isə nəfsi-istədiyinə müxalif olan birisini görsəniz onun kölgəsindən də belə qaçın.

Şeytanın öz əsgərlərinə verdiyi nəsihətdə məqsəd: Günahlar və asiliklər qulun düşmənlərinin əllərinə verdiyi bir silah, düşməninə etdiyi kömək və öz nəfsinə qarşı onlara etdiyi dəstəkdən ibarətdir. Düşməndə bu silahla ona qarşı vuruşur. Silahı düşməninə verir ki, özünə qarşı vuruşsunlar. Cahil kimsə özünə qarşı onlarla birlikdə olur. Bu da cəhalətin ən uca nöqtəsidir. Şair deyir ki: «Cahil bir kimsənin özünə etdiyini heç düşməni də etmir».

Qəribə orasıdır ki, insan bütün taqətini sərf edərək özünü aşağı salmağa çalışır. Elə zənn edir ki, nəfsini ucaldır, yüksəldir və böyük nemətlər əldə edir. Əksinə bütün bunlardan məhrum olur. Sələflər deyirlər ki: «Diqqət edin! Bir çox insanlar vardır ki, nəfsini ucaltdığını zənn etdiyi halda onu alçaltmışdır, zəlil etdiyi halda hörmətli etdiyini zənn etmişdir, nəfsini kiçiltdiyi halda böyük etdiyini zənn etmişdir, nəfsinin haqlarını zay etdiyi halda haqlarını yerinə yetirdiyini zənn etmişdir. İnsanın cahil olmasına düşməni ilə birgə özünə qarşı vuruşması, öz nəfsinə öz əməlləri ilə düşməninin etmədiklərini etməsi kifayət edər». Kömək istənilən Allahdır.

50. Günahlar insanın nəfsini, özünü unutmasına səbəbdir. Əgər o, insan özünü unudarsa özünü itirər, ifsad edər və həlaka aparar. İnsan özünü necə unudur? Unudursa ona hansı şey özünü xatırladır? Özünü unutması nə deməkdir? deyə soruşulacaq olursa bu suala belə cavab verilir: Bəli, qul özünü bütünlüklə unudur. «Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin. Onlar fasiqlərdir». (əl-Həşr 19). Nə vaxt ki, onlar Allahı unutdular Allah da onları unutdu və onları özlərinə unutdurdu. «Onlar Allahı unutdular, Allah da onları unutdu». (ət-Tövbə 67). Beləcə Allah onu unudanları iki şəkildə cəzalandırmışdır: BİRİNCİ - Allah onu unutmuşdur. İKİNCİ - Allah da onu özünə unutdurmuşdu.

Allah insanı unutması onu yalnız buraxması, onu tərk etməsi, hətta insan bununla özünü zay etməsidir. Bu an həlak ona daha yaxın olur əlin ağıza yaxın olması kimi. Allahın insana özünü unutdurması isə ona səadət, xoşbəxtçilik, sevinc və fərəh onu kamilləşdirən yol və səbəbləri ona unutdurmasıdır. Onun ağlına belə xeyirləri gəlmir və öz xeyirlərini də xatırlamır. Ağlına belə gəlmir ki, onları edib faydalansın.

Həmçinin Allah insana öz nəfsinin ayıblarını, naqisliklərini, qüsur-larını ona unutdurur. İnsanın ağlına da belə gəlmir ki, bu ayıblarını düzəldərək özünü islah etsin. Həmçinin də Allah ona nəfsinin və qəlbinin xəstəliklərini, ağrılıqlarını unutdurur və onu həlaka və fəsada aparan bu xəstəlikləri müalicə etmək, xəstəlik səbəblərini qaldırmaq nə qəlbinə, nə də ağlına gələr. Elə isə belə birisinin xəstəliyi çox ağırdır, təhlükəlidir və onu ölümə aparandır. O, isə xəstəliyinin fərqinə də varmaz və onu müalicə etmək ağlına da gəlməz. O, artıq güclü bir xəstəliyə tutulmuş xəstədir. Bu da ən böyük xüsusi və ümumi cəzalardandır.

Öz nəfsini buraxan, onu zay edən, nəfsinin məsləhətlərini, nəfsinin xəstəliyini və xəstəliyinin əlacını unudan, xoşbəxtçilik, sevinc, fərəh və daimi nemətlər içərisində əbədi yaşayış yolunu və səbəblərini unudan bir kimsənin bu cəzadan daha böyük hansı bir cəza vardır?

İnsan bunlar haqqında düşünsə görər ki, həqiqətəndə insanların çoxu öz xeyirlərini, Allahdan olan paylarını unudaraq itiriblər. Bu paylarını ucuz bir qiymətə satmışlar ki, bu da onlara yalnız ölüm vaxtı bir də Təğabun – Qiyamətdə qarşılıqlı aldanma günü ortaya çıxacaqdır. Bu kimsə dünyada da, axirətdə də etdiyi ticarətdə böyük xüsrana düşdüyünü görəcəkdir. Həqiqətdə isə hər bir insan dünyada axirəti üçün ticarət edər. Bu ticarətdə axirətlərini sataraq bu dünyanı götürənlər elə zənn edirlər ki, udanlar onlardır. Onların bütün səyləri (dünya ləzzətlərini) əldə etmək olmuşdur. Onlardan biri deyir ki: «Sən gördüyünü götür, eşitdiklərini isə tərk et». Onlar qeyd edirlər ki, axirət nisyə söhbətdir, nəğd olanı götürmək lazımdır. Necə bu dünyada gördüyüm, hgazır olanı buraxaraq digər dünyada olanla dəyişim. Buna iman zəifliyi, şəhvətin dəvət edən gücü, dünya sevgisi və həmcinslərinə bənzəmə istəyidir. «Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar». (əl-Bəqərə 86). «Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyr gətirmədi və haqq yolu da tapmadılar». (əl-Bəqərə 16).

Təğabun günü gəldikdə isə onların bu ticarətdə zərər çəkib aldandıqlarını görəcəklər. Peşmançılıqlarından qəlbləri parçalanacaqdır.

Bu ticarətdə udanlara gəldikdə isə onlar bu fani dünyanı verərək əbədi olanı, ucuz olanı verərək Qiymətli olanı, kiçik olanı çox böyük qarşılığında almışlar. Onlar deyirlər ki: «Bu dünyanın əvvəldən axıradək qiyməti nədir ki, Allahdan və axirət diyarındakı payımızı bunun qarşılığında satın alaq? Qul bir anlıq yuxudan ibarət olan və əbədi axitrətlə qarşılaşdırılması mümkün olmayan bu qısa müddətdə bu dünyadan nələr əldə edə bilər?». «Allah müşrikləri gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı Qiyamət günü onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər». (Yunus 45). «(Ya Peyğəmbər! Müşriklər) Səndən Qiyamətin nə vaxt qopacağı barəsində soruşurlar. Sən onun vaxtını nə bilirsən? Onu bütün təfərrüatı ilə bilmək ancaq sənin Rəbbinə məxsusdur. Sən ancaq ondan qorxanı qorxudan bir Peyğəmbərsən!». (ən-Nəziət 42-45). «Onlar vəd olunduqları əzabı görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar». (əl-Əhqaf 35). «(Allah Qiyamət günü kafirlərə) belə buyuracaqdır: Yer üzündə neçə il qaldınız? Onlar: Bir gün, yaxud bir gündən də az deyə cavab verəcəklər. Allah buyuracaq: Əgər (həqiqəti) bilirsinizsə siz (orada) çox az qaldınız! Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz». (əl-Muminun 112-115). «Surun çalınacağı və günahkarları (qorxudan) gözləri göm-göy göyərmiş halda məhşərə gətirəcəyimiz gün onlar öz aralarında pıçıldaşıb bir-birinə: Dünyada cəmi on gün qaldınız! deyəcəklər». (Ta ha 102-103). Qiyamət günü gəldikdə dünyanın həqiqəti bilinəcəkdir. Dünyada qısa bir müddət qaldıqlarını, onlar üçün bu diyardan başqa bir həyat diyarı, əbədilik diyarının olduğunu bildikdə əbədi olanı fani olana satmağın nə qədər böyük bir yanılma olduğunu görəcəklər.

Bu dünyada hər kəs satan və alandır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «…Bütün insanlar səhər öz günlərini başlayırlar. Kimisi öz nəfsini satın alıb azad edər, kimisi də onu məhvə aparar»216. «Allah şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu ən böyük qurtuluş və uğurdur!». (ət-Tövbə 111). «(Onlar Allaha) tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar, ruku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlərdir. Belə möminləri (Cənnətlə) müjdələ». (ət-Tövbə 112). «Ey iman gətirənlər! Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? Allah və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşarsınız. Bilsəniz bu sizə nə qədər xeyirlidir». (əs-Səff 10-11).

Məqsəd budur: Günahlar qula bu ticarətdə ki, nəsibini unutdurur və onu zərər verən ticarətlə məşğul edər. Buda cəza olaraq kifayətdir. Kömək istənilən Allahdır.

51. Günahlar əldə olan nemətləri yox edər və gələn nemətlərin qarşısını kəsər. Çünkü Allahın nemətlərini var olanları Ona itaət kimi bir şey qorumamışdır. İnsana çatmayan nemətlərdə vardır ki, itaət kimi bir şey onları cəlb etməmişdir. Allah qatında olanlar yalnız itaətlə əldə olunur. Allah hər bir şey üçün bir səbəb və maneə etmişdir. Bir şeyi gətirən səbəb və maneə də var etmişdir. Allah nemətləri cəlb edən səbəbi itaətdə, nemətlrin gəlməsinə mane olan səbəbləri isə ona qarşı çıxmaqda etmişdir. Əgər Allah bir bəndəsinə verdiyi neməti qorumaq istəyərsə o, nemətləri Özünə itaət edərək nemətləri qorumağı ona ilham edər. Əgər Allah nemətlərin yox olmasını istəyərsə onu yalqız buraxar və sonda qul o, nemətlərlə özünə üsyan edər.

Təəccüblüdür ki, bəndə bu kimi halları özündə, başqalarında da müşahidə etmiş və əvvəlki ümmətlərin xəbərlərindən də eşitmişdir ki, günahlar nemətləri itirir. Lakin buna baxmayaraq o, kimsə günahlar üzərində davam edir. Sanki o, bu cümlədən istisnadır. Elə bil ki, bu digərlərinə aiddir, ona aid deyildir. Bu əzab xalqın başına gələcəkdir onun başına gəlməyəcəkdir. Bundan da böyük başqa bir cəhalət ola bilərmi? Nəfsə bundan daha böyük bir zülm varmıdır? Elə isə hökm Uca və Böyük olan Allahındır.

52. Günahlar insandan mələklərin uzaqlaşmasına səbəbdir. Günahlar insandan dostunun, yaradılmışlar içərisində ən mənfəətlisini, qula ən çox nəsihət edəni, ona ən faydalı olanı uzaqlaşdırır. Qulu düşməninə, onu ən çox aldadana, ən böyük zərər verənə şeytana yaxınlaşdırır. Bəndə günah etdikdə mələk ondan onun günahının böyüklüyünə görə ondan uzaqlaşır. Hətta tək bir yalana görə ondan çox uzaqlaşır. Əsərlərin birində deyilir ki: «Əgər bir bəndə yalan danışarsa mələk ondan çıxan pis qoxuya görə bir neçə km uzaqlaşar»217. Əgər bir yalana görə mələk ondan bu qədər uzaqlaşırsa onda bundan da böyük günahlara və daha fahiş işlərə görə nə qədər uzaqlaşar? Sələflər deyirlər ki: «Əgər erkək erkəyin üzərinə çıxarsa (Lut qövmünün əməli qəsd olunur) yer haray qopardaraq Allaha şikayət edər. Mələklər isə Rəbblərinə tərəf qaçarlar gördüklərinin böyüklüyün-dən şikayət edərlər». Sələflər deyirlər ki: «İnsan sabahladıqda ona tərəf şeytan və mələk tələsərək gələr. Əgər bəndə Allahı zikr edər, Təsbih, Təhlil edərsə mələk şeytanı qovar və bəndəni özünə dost tutar. Əgər insan başqa şeylərlə sabahlayarsa mələk ondan uzaqlaşar və şeytan onu özünə dost tutar».

Mələklər insana o, qədər yaxınlaşar ki, artıq hökm onun əlinə keçər. O, insana həyatında da, ölümündə də, dirilişində də dost tutar. «Şübhəsiz ki, Rəbbimiz Allahdır deyən, sonra da düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır». (əl-Fussilət 30-31). İnsanın ən çox ehtiyacı olduğu vaxt ölüm ayağında, qəbrdə mələk onu sabit edər. Həmçinin bu dünyada da onu sabit edər. Bu da ən mənfəətli yoldaşdır. «Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edərdi: Mən də sizinləyəm. Möminlərə qüvvət, mətanət verin». (əl-Ənfal 12).

Ölüm anında mələk ona: Qorxma, üzülmə, səni sevindirəcək şeylə sən sevin. Dünya həyatında ehtiyac duyduğu söz olan Tövhid kəliməsi ilə onu dəstəkləyər, ölüm anında və qəbir sorğu-sualında onu dəstəkləyər. Qul üçün mələyin onunla yoldaşlıq etməsindən daha faydalı heç bir şey yoxdur. Mələk oyaq ikən, yatarkən, həyatında, ölüm anında, qəbirdə hər yerdə onun dostu və həmdəmidir. Xəlvətdə ona yoldaş, sirrində onunla söhbət edən və düşmənə qarşı vuruşan, onu qoruyanıdır. Qula xeyiri vəd edər, xeyirlə müjdələyər və haqqı təsdiq etməyə onu təşviq edər.

«Rəbbindən qorxanlar dəstə-dəstə gətiriləcəklər. Nəhayət ora çatınca onun qapıları açılacaq və Cənnət gözətçiləri (onlara) Salam aleykum! (Sizə salam olsun) xoş gəldiniz. Əbədi qalacağınız Cənnətə daxil olun». (əz-Zumər 73). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanın qəlbində həm şeytanın, həm də mələkdən olan LƏMMƏ – səs vardır. Mələyin ləmməsi ona xeyiri vəd etməsi və vəd olunanı təsdiq etməkdir. Şeytanın ləmməsi isə şərri vəd etmək və haqqı təqzib etməkdir»218. Əgər mələyin insana yaxınlaşması güclənərsə insan mələyin dilində danışar və qulun dilinə doğru olan sözü qoyar. Əgər mələk ondan uzaqlaşarsa şeytan ona yaxınlaşar və insan şeytanın dilində yalan və fahiş sözlər danışar. Nəticədə bir adamın dilində mələyin, digərinin dilində şeytanın danışdığını görərsən. Sələflər deyirlər ki: «Saleh insandan yaxşı söz eşitdikdə deyərdilər ki, bunu sənin dilinə qoyan mələkdir. Bunun əksini eşitdikdə isə deyərdilər ki, bunu sənə təlqin edən şeytandır. Dəyərdilər ki: Çünkü mələk qəlbə haqqı qoyar və dilə haqqı söylədər. Şeytan isə qəlbə batili qoyar və onu dildə söylədər».

53. Günahların cəzalarından biri də qulun xoşbəxtçiliyi, dostu olan mələyi uzaqlaşdırır və həlakı, bədbəxtçiliyi və düşməni olan şeytanı ona yaxınlaşdırır. Hətta qulun dostu olan bu mələk bir kimsə onu söydükdə və ya təhqir etdikdə qulu müdafiə edər. Peyğəmbər sallallahu aleyhi və səlləm in hüzurunda iki nəfər bir-birilə mübahisə etdilər. Biri digərini söyməyə başladı. Digəri isə susurdu. Nəhayət susan kimsə dözməyib bir kəlimə ilə yoldaşına cavab verdi. Peyğəmbər sallallahu aleyhi və səlləm həmən qalxaraq getdi. O, kimsə: «Ya Rəsulullah! Mən onun bəzi sözlərinə cavab verdikdə nə üçün qalxıb getdin?» deyə soruşduqda. Peyğəmbər: «Sən susduqda mələk sənin əvəzinə ona cavab verirdi. Sən ona cavab verdikdə isə şeytan gəldi. Mən isə şeytan olan yerdə oturmuram» deyə buyurdu219. Həmçinin qul bir qardaşının qeybində ona dua etdikdə mələk onun duasına Amin deyərək: «Eynisi sənin üçün də olsun!» deyər220. Həmçinin insan Fatihə surəsini oxuyub bitirdikdə mələk bu duasına Amin, Allahım qəbul et! deyə dua edər221. Həmçinin mələklər Muvahhid olan və Allah yolunda, Peyğəmbər sallallahu aleyhi və səlləm in sünnəsinə tabe olan bir qul günah etdikdə Ərşi daşıyan mələklər və Ərşin ətrafında olanlar o, qul üçün istiğfar diləyərlər. «Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, sən yenilməz qüvvət və hikmət sahibisən. Onları pisliklərdən qoru. O, gün (Qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük uğur və qurtuluş budur». (əl-Mumin 7-9).

Mömin bir qul yatdıqda mələk onu himayə edər. Möminin mələyi onu müdafiə edər, himayə edər, onun üçün vuruşar, onu öyrədir, onu sabit edər, cəsarətli edər. Ona görə də insan mələyin onunla bərabər olmasını unutmamalıdır. Onu unudaraq əziyyət verməməli və özündən uzaqlaşdır-mamalıdır. Çünkü mələk onun müsafiridir. Əgər insan öz cinsindən olan bir kimsəyə (müsafirinə) ikram edirsə, ən xeyirli olana, ən çox sənə xeyiri toxunan mələk müsafiri haqqında nə fikirləşirsən? Qul yanında olan iki mələyə ardıcıl günahlar etməklə, zülm və fahiş işlər etməklə əziyyət verdikdə mələk beləsinə bəd dua edərək deyər: Allah sənə xeyir verməsin! Qul itaət və yaxşılıqla mələyə ikram edərsə mələk ona xeyirlə dua edər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizinlə birlikdə ayaq yoluna girdiyiniz vaxt ilə cima halından başqa ayrılmayan mələklər vardır. Onlardan həya edən və onlara hörmət edir»222. Allahda bizim diqqətimizi bu ayəyə yönəldərək buyurur: «Sizin üstünüzdə gözətçi mələklər (əməllərinizi) yazan və çox hörmətli mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər». (əl-İnfitar 10-12). Yəni bu dəyərli, şərəfli yazanlardan həya edin və onlara ikram edin. Utanın elə bir şeylər etməkdən ki, onu özünüz kimi bir bəndənin yanında etməkdən utanardınız. Adəm övladının əziyyət çəkdiyi şeylərdən mələklər də əziyyət çəkirlər. İnsan oğlunun qarşısında günah etdikdə, üsyan etdikdə hər nə qədər o, insan özü də bu günahları etsə də bu hərəkətlərdən narahat olur. O, ki qaldı dəyərli və şərəfli mələklərə? Əgər Adəm övladı özü kimi birindən əziyyət çəkirsə mələk necə əziyyət çəkməsin, bir düşün? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Adəm oğullarına əziyyət verən şey mələklərə də əziyyət verir»223.

54. Günahlar bəndəyə həm dünyada, həm də axirətdə həlak vasitələrini cəlb edir. Həqiqətən də günahlar qəlblərin xəstəliklərdir. Nə vaxt insanda yerləşdisə öldürür. Bədənin sağlam olması üçün bəndəni qoruyan qida olmalıdır. İnsan sağlam olması üçün bədəninə ziyan olan şeylərdən pəhriz saxlamalıdır. Qəlb də belədir. Onun həyatının tamamlanması üçün iman və saleh əməllərdən ibarət qida lazımdır ki, onun qüvvəsini qorusun, səmimi bir tövbə ilə özündə yerləşən çirkablıqları təmizləsin. Qəlbinin sağlamlığına zidd olanlara qarşı pəhriz saxlamalıdır. Təqva isə bu üç şeyi özündə əhatə edən şeyin adıdır. Nə vaxt ki, bunlardan biri azalarsa təqva da bir o, qədər azalar.

Günahlar da bu üç şeyin üçünə də ziddir. Çünkü günahlar qəlb üçün zərərli maddələri cəlb edir. Şair deyir ki: «Sən öz bədənini pəhrizlə ötəri bir ağrının sənə gəlmək qorxusundan qorudun. Yaxşı olardı ki, sən Allahın qorxusundan günahlardan pəhriz saxlayasan». Əgər bir kimsə Allahın əmrini yerinə yetirərək öz qüvvəsini saxlayarsa (çünki itaət insana güc verir), özündə olan çirkablıqarı itirmək üçün tövbə edərsə artıq o, kimsə bütün xeyirləri yerinə yetirmiş və şərlərdən də çəkinmişdir.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə