SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


«Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən Allah dilədiyini edər»



Yüklə 3,92 Mb.
səhifə9/42
tarix05.10.2017
ölçüsü3,92 Mb.
#3325
1   ...   5   6   7   8   9   10   11   12   ...   42
«Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən Allah dilədiyini edər». (əl-Həcc 18).

37. Günahlar qəlbin bəsirətini kor edir, nurunu söndürər, elm yollarına, hidayət yollarına mane olur. İmam Şafii rahmətullahi aleyhi , İmam Məlik rahmətullahi aleyhi nin yanında idi. Onun elmi, fəhmi və zəkası İmam Məliki rahmətullahi aleyhi heyrətləndirmişdir. İmam Məlik: «Mən görürəm ki, Allah sənin qəlbinə bir nur vermişdir. Sən də bu nuru günahın zülməti ilə söndürmə». Günahlar səbəbilə qəlbdəki nur əriyərək yoxa çıxar və günahların zülməti güclənərək qəlbi bürüyər. Qəlb zülmət içərisində olar. Belə olduğu halda insan neçə-neçə həlaka düşər. Bunun da məsəli kor bir insanın gecənin zülmətində yol getməsidir. Onun da salamat olması necə də çətindir. Həlaka yaxın olması isə necə də sürətlidir. Sonra bu günahlar sayəsində zülmət güclənərək qaranlıq qəlbdən əzalara keçər. Əgər ölüm halında olarsa bu Bərzəx həyatını da zülmət edər. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bu qəbirlər sahiblərinin üzərinə zülmətlə doludur. Allah mənim onlar üçün etdiyim dua (namaz) ilə onların qəbirlərini nurlandırar»204. Qiyamət günü isə insanlar məhşərə toplandıqları zaman bu zülmət açıq-aşkar hər bir kəsin görəcəyi şəkildə onların üzlərində ortaya çıxacaqdır. Hətta üzləri kömür kimi qapqara olacaqdır. Belə bir cəzaya görə vay halına! Bu halı görür və bu da necə ağır bir cəzadır. Bütün dünyanın ləzzətləri belə bu cəza ilə müqayisə oluna bilməz. Kömək istənilən Allahdır.

38. Günahlar nəfsi kiçildərək alçaq, aşağı edir. İtaət isə nəfsi böyüdərək təmizə çıxardır. «Nəfsini təmizləyən mütləq nicat tapmışdır. Onu günaha batıran isə əlbəttə ziyana uğrayacaqdır». (əş-Şəms 9-10). Ayənin mənası: Əgər insan nəfsini Allaha itaətlə ucaldarsa, böyüdərsə o, xoşbəxt kimsədir. Nəfsini Allaha asi olmaqla alçaldan insan isə xüsrana, ziyana düşənlərdəndir.

Günahkar insan özünü günaha batırır və Allahdan, insanlardan əməlinin pisliyinə görə gizlənir. Artıq insan öz nəfsində kiçilərək alçaq olmuşdur. Həm Allah qatında, həm də insanlar yanında. Yaxşı əməllər insanın nəfsini böyüdür, izzətləndirir və şərəfləndirir. Hətta sonda nəfs ən şəffaf, ən uca, ən təmiz və ən böyük bir şeyə çevrilir. Bununla bərabər o, kimsə Allah qatında özünü ən zəlil, ən həkir və ən kiçik görür. Nəfs də bundan ötrü izzət, şərəf duyar. Allah qarşısında zəlil olduğuna görə insan bu şərəfli məqama yüksəlir. İnsan nə qədər Allah qarşısında özünü zəlil görərsə bir o, qədər də izzətə və şərəfə nail olar. Nəfsləri Allaha asi olmaq, günah kimi böyük bir şey alçaltmamışdır. İnsanı ən çox alçaldan şey Allaha asi olmaqdır. İtaət kimi böyük bir şey də onları böyüdüb, şərəfləndirib, ucaltmaz.

39. Günahlar sahibini şeytana əsir edir, şəhvətlər zindanında qalmağa bir səbəbdir. Günahkar insan həmişə öz şeytanının əsiridir və şəhvətlərinin zindanındadır. Öz havasına, nəfsi-istəklərinə bağlanmaqdadır. Günah edən insan əsirdir, qandallıdır və zindandadır. Ən pis halı olan əsir də ən qəddar düşməninə əsr düşəndir. Şeytan isə ən qəddar düşməndir. Nəfsi-istəklərin zindanından daha darısqal bir zindan yoxdur və şəhvət qandallarından daha çətin bağlantı da yoxdur. Belə bir qəlb Allaha və axirət diyarına necə seyir etsin? O, insan necə irəli addım atsın? Əgər qəlb bağlıdırsa, qandallıdırsa onu hər tərəfdən bəlalar bürüyür. Qəlb quş kimidir. Nə qədər yüksələrsə (günahlardan uzaq olarsa) müsibətlərdən, bəlalardan da bir o, qədər uzaq olar, nə qədər də alçalarsa bir o, qədər də bəlalara yaxın olar. Hədislərin birində deyilir ki: «Şeytan insanın canavarıdır»205. Canavar sürüdən ayrılan qoyunu ovladığı kimi, şeytan da cəmaatdan ayrılan, günahkar qulunu ovlayar. Əgər qoyunu qoruyan yoxdursa və canavarlar arasındadırsa həlaka daha yaxındır. Həmçinin bəndənin də Allah tərəfindən qoruyanı yoxdursa canavarlar onu tez ovlayarlar. Qoyun nə qədər çobana yaxın olarsa bir o, qədər də canavardan salamat olar. Qulun Allah tərəfindən olan qoruyanı təqvadır. Təqva qulun özü ilə canavarı arasında olan qoruyucusu, qalxanı və sağlam qalasıdır. Eyni zamanda təqva qul ilə dünya və axirət əzabları arasında olan bir qoruyucusudur.

Bütün bunların əsası nədir? Qəlb nə qədər Allahdan uzaq olarsa bəlalar da bir o, qədər ona yaxın olar. Nə qədər də qəlb Allaha yaxın-laşarsa bəlalar da bir o, qədər ondan uzaqlaşar. Allahdan uzaq olmağın da dərəcələri vardır ki, biri digərindən daha da şiddətlidir. Qəflətdə olan qəlb Allahdan uzaqdır. Lakin günahın Allahdan uzaqlaşdırması qəflətin uzaqlaşdırmasından daha da böyükdür. Həmçinin də bidətlərin Allahdan uzaqlaşdırması günahın uzaqlaşdırmasından, nifaqın, şirkin uzaqlaş-dırması isə bütün bunlardan da da şiddətlidir.

40. Günahlar insanın şərəfinin, dərəcəsinin həm Allah yanında, həm də insanlar yanında düşməsinə səbəbdir. Çünkü qulların Allah qatında ən dəyərli olanı ən təqvalı olanıdır. «Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir». (əl-Hucurat 13). Dərəcə tərəfdən insanların Allaha ən yaxın olanı Allaha ən çox itaət edəndir. İnsanın itaətinə görə onun Allah qatında məqamı olur. Əgər o, insan Allaha asi olarsa, əmrlərini yerinə yetirməzsə Allahın gözündən düşər. Əgər o, kimsə Allahın gözündən düşərsə Allah onu insanların qəlbindən də düşürər. Artıq o, kimsənin insanlar arasında dərəcəsi qalmadıqda insanlar onun səviyyəsinə görə onunla rəftar edərlər. Bundan sonra o, kimsə insanlar içərisində ən pis yaşayışla yaşayan olar. Artıq onun dərəcəsi düşər, pis halda olar. Bütün dərdlər, kədərlər, hüzünlər onunla birlikdə olar. Onun heç bir hörməti, sevinci və fərəhi olmaz. Həqiqətən də bu xatırlanmayan insan, dərəcəsi və şöhrəti düşən insan hər bir dərdi və kədəri gətirir. Belə olduğu halda insan bu ağrını necə günahın ləzzətinə yaxın tuta bilər. Ağrı harada, günahın ləzzəti harada? Şəhvətin sərxoşluğu olmasaydı bunu edərdimi?

Allahın bəndəyə olan ən böyük nemətlərindəndir ki, aləmlər arasında onun zikrini, dərəcəsini qaldırmasıdır. Buna görə də Allah başqalarına vermədiyi xüsusiyyətləri öz Rəsullarına vermişdir. «Bəsirət və qüvvət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz axirət yurdunu anmaq xislətini onlara məxsus elədik». (Sad 45-46). Bu dünyada gözəl xatırlanmaq xüsusiyyətini Allah onlara vermişdir. İbrahim əleyhissəlam öz duasında: «Sonra gələnlər arasında mənə yaxşı ad qismət et!». (əş-Şuəra 84). «Öz mərhəmətimizdən ehsan buyurub təriflərini dillər əzbəri etdik». (Məryəm 50). Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında: «Sənin ad-sanını, şan-şöhrətini ucalt-madıqmı?». (əl-İnşirah 4). Mucahid rahmətullahi aleyhi deyir ki: «Mən xatırlanacaq olsam mütləq sən də xatırlanacaqsan. Şəhadət edirəm ki, Allahdan başqa İlah yoxdur və Muhəmməd Allahın qulu və Rəsuludur»206. Peyğəmbər sallallahu aleyhi və səlləm in adı Allah subhənəhu və təalə nin adı ilə yanaşı zikr olunur. Bu da onun dərəcəsinin artırılmasıdır. Həmçinin bu xatırlanmadan Peyğəmbərlərə tabe olanların da bir payı vardır. Onlara olan itaətlərinə və tabeçilik-lərinə görə. Peyğəmbərlərə müxalif olanlar isə bu müxalifliklərinə görə belə bir mirasdan uzaqdırlar.

41. Günahlar insandan gözəl adları soyub çıxararaq ona məzəmmət olunan adları geyindirir. MÖMİN, MUHSİN, MUTTƏQİ, MUNİB Allaha qayıdan, MUDİ itaət edən, VƏLİ dost, SALEH, ABİD, XAİB – qorxan, TAYYİB yaxşı, ƏVVƏB tez-tez Allaha qayıdan, tövbə edən və s. belə bir adları ondan soyub çıxararaq ona FACİR, ASİ, MÜXALİF, MUFSİD fəsad törədən, XƏBİS - çirkin, ZƏNİ zinakar, SƏRİQ oğru, QATİL öldürən, KƏZİB yalançı, ĞADİR xəyanət edən və s. çirkin adları ona geyindirilir. «İmandan sonra fasiq adını qazanmaq necə də pisdir». (əl-Hucurat 11). O, adlar ki, Allah subhənəhu və təalə nin qəzəbini, əzabını, rüsvayçılığı, alçaqlığı və Cəhənnəmi vacib edir. Digər adlar isə Allah subhənəhu və təalə nin rəhmətini, Cənnətini və onunla adlananın şərəfli olmasını vacib edir.

Günahın insana bu isimləri haqq etməkdən başqa bir cəzası olmamış olsaydı bu belə ağıllı birisinə ondan uzaqlaşmağa kifayət edərdi. İtaət etməyin savabı da sadəcə bu isimləri qazanmaq olsaydı ağıllı birisinə itaət əmrinə uymasına kifayət edərdi. Lakin Allahın verdiyinə əngəl törədən, vermədiyini də verə biləcək, uzaqlaşdırdığını yaxınlaşdıracaq və yaxınlaşdırdığını isə uzaqlaşdıracaq heç bir kimsə yoxdur. «Allah kimi alçaldarsa onu yüksəldəcək keç kimsə olmaz. Şübhəsiz Allah dilədiyini edəndir». (əl-Həcc 18).

42. Günahlar ağlın naqisləşməsinə səbəbdir. Buna görə də sən iki ağıllı insanı biri itaətkar, digəri isə asi insan eyni olduğunu görə bilməzsən. Görərsən ki, itaətkar insanın ağlı daha mükəmməl, daha kamil, fikri daha doğru, rəyi daha səhih və doğruluq daima onunla birlikdədır. Buna görə də Qurani Kərimdə xitab ən çox ağıl sahiblərinə yönəlir. «Ey ağıl sahibləri, Məndən qorxun». (əl-Bəqərə 197). «Ey ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə nicat tapasınız». (Maidə 100). «Bunu ancaq ağıllı adamlar dərk edərlər». (əl-Bəqərə 269). Necə asilik edən insan ağıllı ola bilər ki, o ovcunda olana asilik edir. Onun diyarıdadır ona asilik edir. O, kimsə bilir ki, Allah onu görür və müşahidə edir. Buna baxmayaraq yenə də asilik edir. Allahın qəzəbinə səbəb olacaq şeyləri edir. Hər zaman Allahın qəzəbini və lənətini gətirən işləri edən, özünü Ondan uzaqlaşdıran, qapısından qovduran, gözündən düşən, Onun sevgisindən və rizasından məhrum qoyan, düşməni ilə baş-başa qoyan şeyləri edən bir kimsə ağıllı ola bilərmi? Elə isə onun sevinci ancaq Allaha yaxın olmaq, Onun yaxınlığını qazanmaq və Onun üzünə baxmaq nemətinə sahib olmaqdır. Bunlar iaət edənlərin kəramətlərindəndir. Saydığımız şeylərdə üsyan edənlərin cəzalarındandır. Həmçinin də itaət sahiblərinə verilən nemətlərdən məhrum qalır və üstəlik də günah sahiblərinin cəzasına da layiq olur. Bir an və ya bir günlük, bir aylıq, bir illik dadılan və sonda da yuxu kimi qeyb olan bir ləzzəti belə olmayıb əbədi olan nemətə və böyük uğura, hətta dünya və axirət səadətinə dəyişənin hansı ağlından bəhs edilə bilər? Əgər o, kimsə hüccət qaldırılan insan olmasaydı o, kimsə dəlilər sırasında sayılardı. Hətta dəlilərin halı beləsindən daha yaxşı və daha salamat olacaqdır.

Əgər ağıllar sağlam olsaydı bilərdi ki, sevinci, ləzzəti, fərəhi qazanmaq yolu yalnız Allahın razılığını qazanmaqdadır. Bütün ağrılar və əzablar Allahın qəzəbindədir. Çünki qəlblərin sevinci, nəfslərin fərəhi, könül xoşluğu, qəlblərin həyatı və ruhların ləzzəti sadəcə Onun rizasındadır. Əgər insan bu razılığa çatarsa bütün dünya nemətləri Onun rizasıyla əldə edilən bu nemətlərin bir zərrəsilə müqayisə olunsaydı yenə də ona çatmazdı. Hətta qəlb bundan da az bir şey əldə etmiş olsaydı yenə də dünya və içindəkilərlə bu payını dəyişməzdi. Buna baxmayaraq itaətkar kimsə dünyada olan nemətlərlə də faydalanır. Hətta o, kef içində olanlardan da ləzzətli həyat sürür. Başına bir müsibət gəlsə də belə Allahdan umduğuna görə sevinc içində olur. Çünkü o, başqa daha böyük iki neməti gözləyərək bu iki böyük neməti yaşamaqdadır. «(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir cəmaat olsun! Bunlar həqiqətən nicat tapmış şəxslərdir». (ən-Nisa 104).

LƏ İLƏ İLLƏLLAH! Mirvarini sataraq peyin alanın, Allahın nemət verdiyi kəslərin Peyğəmbərlərin, siddiqlərin, şəhidlərin, əməlisalehlərin yoldaşlığını Allahın qəzəbinə gələnlərin yoldaşlığı ilə əvəz edənlərin ağlı necə də naqisdir. Allah onlar üçün Cəhənnəm hazırlamışdır. Ora necə də pis bir yerdir.

43. Günahlar bəndə ilə Rəbbi arasında əlaqənin qırılmasına səbəbdır. Əgər bu qırıqlıq yaranarsa bütün xeyir səbəbləri kəsilər, bütün şərr səbəbləri birləşər. Bütün xeyir yolları bağlanmış, qırılmış bir göz qırpımı belə Ondan möhtacsız qala bilməyəcəyi, yerini də heç bir şeyin doldura bilməyəcəyi dostu və Mövlası ilə arasında olan bağlantılar kəsilmiş, bunun yerinə isə hər cür şərr qapıları açılmış, düşməninə yaxınlaşmış və onu dost etmişdir. Düşmənilə üz-üzə qalmış bir kimsənin hansı qurtuluşundan, hansı ümüdündən və hansı yaşayışından bəhs edilə bilər? Buna görə də heç bir nəfs bilmir ki, bu qırıntıda nə qədər dözülməz ağrılar və əzab vardır. Sələflər deyirlər ki: «Mən bəndənin Allah ilə şeytanın arasına atıldığını görürəm. Əgər Allah ondan üz döndərərsə onu şeytan dost tutar. Əgər onu Allah dost tutarsa şeytan onu dost tutmağa qadir olmaz: «Xatırla ki, bir zaman mələklərə: Adəmə səcdə edin demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən idi. O, öz Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və övladını özünüzə dostmu tutursunuz? Bu zalimlər üçün necə də pis dəyiş-düyüşdür! Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən (insanları haqq yoldan) çıxardanları Özümə köməkçi də tutmadım». (əl-Kəhf 50-51). Allah subhənəhu və təalə buyurur ki: «Mən sizin atanıza ikram etdim, onun dərəcəsini qaldırdım, onu başqasından üstün etdim və mələklərimə əmr etdim ki, ona səcdə etsinlər. Onlar da mənə itaət etdilər. Mənim və onun düşməni mənə asi oldu. Mənim itaətimdən çıxdı. Bundan sonra sizə necə yaraşır ki, Məni buraxaraq onu və zürriyətini dost tutasınız? Mənə üsyanda ona itaət edəsiniz? O, sizin ən qəddar düşməninizdir. Siz Mənim düşmənimi dost tutdunuz. Artıq Mən sizə onunla düşmənçilik etməyi əmr etmişdim. Əgər bir insan Padşahın düşmənini özünə dost tutarsa artıq o, insan ilə düşmən padşahın gözündə eyni olar. Padşahın düşmənini dost tutduğuna görə. Məhəbbət və itaət nə vaxt tamamlanır? Nə vaxt ki, insan itaət etdiyinin düşmənlərini düşmən tutar, sevdiklərini də sevər. Amma sən Padşahın düşmənlərini dost tutasan və sonra da iddia edəsən ki, mən padşahı sevirəm. Bu qeyri mümkündür. Hətta bu padşahın düşməni sizə düşmən olmadığı halda. O, ki qaldı şeytana o, həm sizin, həm də Allahın düşmənidir. Ağıllıya necə yaraşar ki, öz düşmənini və Allahın düşmənini dost tutsun. O, Allah ki, ondan başqa Rəbb yoxdur. Şeytan həm Rəbbimizin, həm də bizim düşmənimiz olduğu üçün bizdən tələb olunur ki, biz də onu özümüzə düşmən tutaq. (Allah) Mən İblisi düşmən tutdum. Nəyə görə? Çünki o, mələklərlə birlikdə Atanıza səcdə etmədi. Mənim onu düşmən tutmağım sizə görə idi. Sonra bu düşmənçiliyin aqibəti nə oldu? Sizlər onunla saziş bağladınız.

44. Günahlar din və dünyanın bərəkətini silər. Həmçinin də ömrün, ruzinin, əməlin, elmin və itaətin bərəkətini də silər. Ümumilikdə isə o, dinin və dünyanın bərəkətini silir. Görürsən ki, Allaha asi olan kimsənin nə dinin də, nə dünyasında, nə də ömründə bərəkət vardır. Yer üzündən bərəkətin qaçmasına səbəb yalnız insanların günahlarının səbəbidir. «Əgər o, məmləkətin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar (öz Peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə məhv etdik». (əl-Əraf 96). «Əgər onlar o, yolda doğru-düzgün olub sabit qalsaydılar, Biz onlara bol yağış verərdik ki, onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz çevirsə, Allah onu məşəqqətli bir əzaba düçar edər». (əl-Cinn 16-17). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişi etdiyi günahı üzündən ruzisindən məhrum qalır»207. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ruhul Qudus qəlbimə, heç bir nəfsin ruzisi tamamlanmadan ölməz» deyə üflədi208. O, halda Allahdan qorxun və halal yolla əldə etməyə çalışın. Allah sevinc və rahatlığı qədərə rıza və inamda, hüzn və kədəri isə şəkk və şübhədə qoymuşdur. Bundan əvvəl İmam Əhməd «Zuhd» kitabında rəvayət edir: «Mən Allaham! Razı qalsam bərəkət verirəm. Bərəkətimin isə sonu yoxdur. Qəzəb etsəm lənət ediərəm. Lənətim isə yeddininci nəsilə qədər çatar».

Ruzinin və əməlin genişliyi onun çoxluğu ilə deyildir və həmçinin də ömrün də uzunluğu ayların, illərin çoxluğu ilə deyildir. Bunların genişliyi onda olan bərəkətlədir. Allahdan üz döndərərək başqası ilə məşğul olanın həyatı yoxdur. Əksinə heyvanların həyatı onun həyatından daha da xeyirlidir. İnsanın həyatı onun qəlbinin və ruhunun həyatıdir. Qəlbin həyatı isə? Onu yaradana ibadətlə, Onu sevməklə, Ona qayıtmaqla, Ona tövbə etməklə, Ona zikr etməklə rahatlaşmaqdadır. Əgər bir kimsə bu həyatı itirərsə artıq bütün xeyiri itirmişdir. Hətta onun əvəzinə dünyadan hər bir şey verilsədə onun yerini verməz. Hətta bütün dünya bütövlükdə bu həyatın yerini vermir. Çünkü insanın itirdiyi hər bir şeyin əvəzi vardır. Lakin insan Rəbbini itirərsə onun əvəzi yoxdur. Möhtac, fəqir möhtacsız olanla, ölü diri ilə, aciz qadir ilə, məxluq da Xaliq ilə necə eyni ola bilər?

Allaha asi olmaq ruzinin və ömrün bərəkətinin silinməsinə səbəbdir. Çünki günahkarların üzərində şeytan müvəkkəldir. Hökmüranlığı onların üzərindədir. Allah onu günaha və günahkarlara həvalə etmişdir. Bu üzdən də şeytanla əlaqəli və onunla birlikdə olan hər şeyin bərəkəti qaldırılmışdır. Buna görə də insan yediyi, içdiyi, miniyə mindiyi, yaxınlıq etdiyi zaman Allahı zikr edərək - Bismilləh - deməsi əmr edilmişdir. Çünki Allahın adı zikr olunduğu zaman şeytan qaçar və bununla bərəkət hasil olar. O, şey ki, Allah üçün deyildir onun bərəkəti çıxarılmışdır. Çünki tək bərəkət verən Allahdır. Allaha nisbət edilən hər bir şey bərəkətlidir. Kəlamı mubarək, Rəsulu mubarək, mömin qulu mubarək, Beyti haramı mubarək və kitabında altı ayədə bərəkətlə zikr etdiyi Şam torpaqları da mubarəkdir. Elə isə bərəkətli olan sadəcə Odur, sadəcə Ona nisbət edilən bərəkətlidir. Yəni Onun sevgisi, qulluğu, rızası bərəkətlidir. Kainat Onun Rububiyyətinə və yaratmasına mənsubdur. Ondan uzaq olan sözlərdə və əməllərdə heç bir bərəkət və heç bir xeyir olmaz. Ona yaxın olan hər bir şey isə yaxınlığına görə bərəkətlidir.

Bərəkətin də əksi lənətdir. O, şey ki, Allaha yaxındır onun bərəkəti vardır, o şey ki, Allahdan uzaqdır ondan bərəkət götrülmüşdür. Allahın lənət etdiyi yer, insan, əməl bunlar bərəkətdən və xeyirdən uzaq olan şeylərdir. Bunlarla bağlı olan hər bir şeydə də bərəkət yoxdur. Artıq Allah subhənəhu və təalə İblisi lənətləmişdir və yaradılanlar içərisində də Özündən ən uzaq etdiyi də odur. Ona görə də ona yaxın olan hər şey ona yaxınlığı və onunla əlaqəsənə görə lənətlidir. Buna görə də elmin, ruzinin və ömrün bərəkətinin silinməsində günahların böyük təsiri vardır. O, vaxt ki, Allaha üsyan edilir malla, bədənlə, elmlə və s. şeylərlə bu əməllər sahibinin əleyhinədir leyhinə deyildir. İnsanın əməlindən, elmindən, şöhrətindən, ruzisindən, ömründən yalnız Allaha itaət etdiyi sayılır. Eyni ilə namazda da xuşu ilə qıldığın hissənin savabını qazanırsan. Buna görə də yer üzündə elə insanlar vardır ki, 100 yaş yaşıyır. Lakin onun yaşı 20 yaşa çatmır. Elələri də vardır ki, miliyonlarla pulları vardır lakin həqiqətdə isə 4/1-də çatmır (pulun bərəkəti olmur). Beləliklə də şan-şöhrət və elm də belədir. Əbu Hureyrə - radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dünya lənətlənmişdir. İçində olan hər bir şeydə lənətlən-mişdir. Yalnız Allahı zikr etmək və (elm) öyrənən və öyrədəndən başqa»209. Bərəkətin olduğu şeylər bunlardır. Allahdan yardım diləyirik.

45. Günahlar insanın alçalmasına, zəlil olmasına səbəbdir. İnsan hər nə qədər yüksək səviyyəli bir kimsə olsa da belə onu alçaq səviyyəli edər. Çünki Allah yaratdıqlarını iki təbəqədə yaratmışdır. Bir qismi uca, digər qismi isə alçaqlardır. Ən uca olan İLLİYUNU uca olanların yeri, ƏSFƏLƏ SƏFİLİNİ isə aşağı olanlar üçün etmişdir. Allah subhənəhu və təalə itaət əhlini dünyada və axirətdə ən yüksək mərtəbədə olanlardan etmişdir. Günah əhlini isə dünyada və axirətdə ən aşağı təbəqədən etmişdir. Həmçinin də Allah itaət əhlini öz yanında ən hörmətlilərdən etmişdir, günah əhlni isə ən dəyərsiz olanlardan etmişdir. İzzəti itaət əhli üçün, zəlilliyi isə günahkarlar üçün etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən Qiyamətin qarşısına qılıncla göndərildirm. Mənim ruzim nizəmin kölgəsində, zəlillik və alçaqlıq isə mənim əmrimə qarşı çıxanda edildi»210.

Bəndə hər dəfə günah işlədikdə aşağı dərəcəyə düşər. O, qədər düşməkdə davam edir ki, ən aşağı mərtəbədə olar. Hər dəfə də itaət etdikdə dərəcəsi qalxar. O, qədər qalxmaqda davam edər ki, ən yüksək mərtəbədə olar. Bəzən bəndənin həyatında elə bir vaxtlar olur ki görürsən ki, həm enmək, həm də qalxmaq cəmləşir. Onların hansı üstün gəlsə insan onun əhlindən olar. Təbii ki, 100 dərəcə qalxıb bir dərəcə enən ilə bunun əksini edən eyni olmaz. Bəzən insan elə bir tərzdə enər ki, məşriq ilə məğrib, göy ilə yer arası qədər bir məsafədə enər. Bu bir tək eniş onun min yüksəlməsini belə qarşılamaz. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsan (əhəmiyyət vermədən) elə bir kəlimə söyləyər ki, onun səbəbi ilə məşriq ilə məğrib arası qədər bir məsəfədə Cəhənnəmə düşər»211.

Enmək və qalxmaq bu insanlara xas olan bir şeydir. Lakin insanlardan elələri də vardır ki, onların düşməyi qəflətə doğru olur. Əgər bu insan qəflətdən ayılarsa öz dərəcəsinə qayıdar. Yaxud da ondan da yuxarı dərəcəyə qalxar ayılmasına görə. Bəzilərinin də enməsi günaha doğru olur. Ya böyük günaha, ya da kiçik günahlara. Belə bir kimsənin öz dərəcəsinə çatması üçün səmimi tövbəyə və sadiq qayıtmağa ehtiyacı vardır. Alimlər bu barədə ixtilaf ediblər ki, insan günah edib və ondan sonra tövbə edərsə əvvəlki vəziyyətinə qayıdır yoxsa yox! Tövbə günahın izini silir və onun varlığını yoxluğu kimi edir. Bəziləri də deyirlər ki, tövbə sadəcə o, cəzanı silmək üçündür. İtirdiyi dərəcəsinə isə çatmaz deyə ixtilaf etmişlər.

Bir qrup bunu belə açıqlamışlar: Bir tacir ki, hər gün öz malı ilə qazanır və malı artıqca da qazancı artır. O, günah günlərində isə onun qazancı dayanır. O, kimsə yenidən ticarətinə başlayarsa yenə də aşağıdan yuxarıya qalxır. Bundan əvvəl isə (günahı işləməmişdən qabaq) yuxarıdan-yuxarıya qalxırdı. Bu kimsədə günah etdiyi vaxt əvvəlki əməlləriylə birlikdə yüksəlməyi qaçırmışdır. Günahdan sonra tövbə edib əmələ başladıqda aşağıdan yuxarıya yenidən başlamışdır.

Bir qrup da: Bu kimsələrin halını sonu olmayan nərdivanla yuxarıya qalxan iki kimsəyə bənzədirlər. Onlar eyni vəziyyətdə nərdivanı qalxırlar. Lakin biri bir pillə aşağı enir. Bu bir pillə aşağı düşdükdə artıq digəri bir pillə ondan üstə olur. Sonra bu aşağıda olan yenidən qalxmağa başlayır. Heç şübhə yoxdur ki, yuxarıda olan ondan irəlidə olacaqdır.

İbn Teymiyyə rahmətullahi aleyhi bu iki dəstə arasında hökm verərək deyir ki: «İnsan tövbə etdikdən sonra əvvəlki vəziyyətinə qayıdır, yoxsa yox? Tövbə edənlərdən bəziləri öncəki dərəcəsindən daha yüksəyə dönərkən, kimiləri eyni dərəcəsinə dönər, kimiləri də eyni dərəcəsinə çatmaz. Bu tövbənin güc və səmimiyyətinə, günahın qulda meydana gətirdiyi zillət, boyun əymək, Allaha qayıtmaq, Allahdan qorxmaq, çəkinmək, Allah qorxusuna görə ağlamaq hallarından aslıdır. Bəzən bunların hamısını əldə etməkdə qul güclü olur. Hətta tövbəkar əvvəlki halından daha yüksəyə çatır. Beləcə tövbədən sonra günah etmədən əvvəlki halından daha xeyirli olur. Əvvəlkindən də güclü imana qayıdır. Belə bir kimsələr haqqında günah bir rəhmətdir. Nəyə görə? Çünki günah onda o, qədər qorxu yaratdı ki, artıq onda nəfsi ilə razılaşmaq, özünə güvənmək hissiyatını ondan itirir. Rəbbinin və Mövlasının onu qorumasına, əff etməsinə və bağışlamasına nə qədər möhtac və məcbur olduğunu bildirir. İtaətlə qürurlanmasın deyə burnunu və qürurunu qırar. Özünü bu itaətilə başqalarından daha xeyirli görməsinin qarşısını alar. Beləcə etdiyi o, günah onu Rəbbinin qarşınında xətalı, günahkar-ların duruşu kimi başı önündə, ondan utanaraq, qorxaraq və ürpərək durdurur. Edilən bu günah itaətini kiçik, günahını isə böyük göstərir. Nəfsinin əksikliyini və qüsurunu ona tanıdır. Rəbbinin isə tərifdə, bağışlamaqda tək olduğunu öyrədir. Şair deyir: «Allah şükrü və tərifi özünə aid etdi, qınanmağı isə insana». Ona gələn hər bir nemətin onun üçün çox olduğunu və nəfsinin ona layiq olmadığını bilir. Başına gələn hər bir müsibətdə özünü o, müsibətə layiq olduğunu bilir. Bununla bərabər düşünür ki, Allah ona qarşı rəhimli olmuş günahının misli qədəri ona cəza verməyib. Hətta günahının yarısına görə də ona cəza verməyib. Onun günahını layiq olduğu cəzanı zəif və aciz qul bir yana qalsın, heç möhkəm dağlar da daşıya bilməz. Günah nə qədər kiçik olsa da çirkindir. Ondan başqa böyük heç bir şeyin olmadığı, hər cür nemətləri verən qarşısında bu günah hər şeydən daha çirkin, daha pisdir. İnsanların böyüklərinə və ağalarına qarşı bu cür şeylərlə qarşılıq vermək istər kafir, istər mömin olsun hər kəsə görə çirkin qəbul edilir. İnsanların ən aşağı olanı, ən şəxsiyyətsizi böyükləri pisliklərlə qarşılayandır. Onda göylərin və yerlərin böyügünə, göylərin və yerlərin sahibinə, göylərin və yerlərin İlahına belə çirkinliklə qarşılıq vermək necə olar?

Əgər Allahın rəhməti qəzəbini üstələməsəydi və məğfirəti cəzasını qabaqlamasaydı yer günah edənlərlə birlikdə dağılardı. Onun günahkar-ları cəzalandırmaması həlimliyi və bağışlaması olmasaydı qulların günahları üzündən göylər yox olardı.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə