SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,92 Mb.
səhifə11/42
tarix05.10.2017
ölçüsü3,92 Mb.
#3325
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

GÜNAHLARIN BƏNDƏYƏ DAXİL OLMASI

«Allah gözlərin xain baxışını və qəlblərin də gizlətdiyini bilir». (Gafir 19). Allah bilir ki, bu baxış ləzzət, yoxsa istehza, yoxsa haram, yoxsa ibrət baxışıdır. İlk əvvəl gözün naməhrəmdən çevrilməsi əmr edildi. Çünki bütün hadisələrin başı gözdəndır. Necə ki, böyük odun əsası qığılcımdan-dır. İşlərin də əsası gözdəndir. Buna görə də deyilmişdir ki, kim bu dörd şeyi qoruyarsa baxış, fikir, addım və dili o, kimsə dinini qorumuşdur. Buna görə də insan bu postlarda möhkəm durmalıdır.

Hər bir bəndəyə vacibdir ki, o dörd qapının keşikçisi olsun. Düşmənin o, qapılardan içəri girməsinə imkan verməsin. Əgər o, qapıdan düşmən girərsə içəridə olan hər bir şeyi məhv edər. Günahların çoxu bəndəyə əsasən bu dörd qapıdan daxil olur. 1. Baxış. 2. Fikirlər. 3. Sözlər. 4. Addımlar.



BAXIŞLAR Şəhvətin başı və elçisidir. Baxışı qorumaq ayıb yeri qorumağın əsasıdır. Əgər bir kimsə baxışını buraxarsa özünü həlaka salmışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «(Təsadüfü) bir nəzərərin ardıyca nəzər salma. Çünki birincisi sənin lehinə, ikincisi isə sənin əleyhinədir»224. Bəzi dini ələ salanlar deyirlər: «Əgər sən gözünü qıpmadan baxa bilərsənsə bu birinci baxışdır». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Baxış İblisin zəhərli oxlarından biridir. Əgər bir kimsə baxışını qadının gözəlliklərindən çevirərsə Allah onun qəlbinə qiyamətə qədər şirinlik qoyar»225. Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Yolların (kənarında) oturmaqdan çəkinin». Səhabələr: «Ya Rəsulullah! Biz bunu etməyə məcburuq. Çünki burada yığışaraq (bir çox işlərimizi) həll edirik» dedik. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda yolun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Yolun haqqı nədir?» dedilər. Peyğəmbər: «(Gözü) haramdan çəkmək, (gəlib-gedənlərə) əziyyət verməmək, salamı almaq və yaxşılığı əmr edib, pislikdən çəkindirmək (Başqa rəvayətdə: Gözəl söz danışmaq)» deyə buyurdu226. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm eyvanlarda oturmağı qadağan etdi. Səhabələr: «Ey Allahın Rəsulu! Evlərimizdə oturmaq bizi sıxır» dedilər. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda onun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Onun haqqı nədir?» dedilər. Peyğəmbər: «Soruşana yol göstərmək, (gözü) haramdan çəkmək, salamı almaq, yaxşılığı əmr edib, pislikdən çəkindirmək» deyə buyurdu227. «Allah gözlərin xain baxışını və qəlblərin də gizlətdiyini bilir». (Gafir 19). Baxış insana gələn müsibətin əsasıdır. Baxış insanda xəyal yaradır, sonra xəyal fikirlər, fikirlər şəhvətə, şəhvət də iradəyə, sonra güclənərək qətiyyətə çevrilir ki, onda da qarşısı alınmazsa əməl qaçınılmaz olur. Gözü haramdan çevirməyə səbr etmək baxdıqdan sonra yaranan ağrıya səbr etməkdən daha xəfifdır. Şair deyir ki: «Hadisələrin başı baxışdandır. Odun çoxu da balaca qığılcımdandır». İnsanın baxışı o, zəhərli ox yerindədir. İnsan nə qədər başqalarına baxarsa o, kimsə təhlükə üzərindədir.

Baxış insanda həsrət, ağrılar, yanğılar yaradır. Bu da baxışın bəlalarındandır. Bəndə özünün qadir ola bilməyəcəyi və səbr edə bilməyəcəyi şeylərə baxır. Bu da ən böyük ağrıdır. Şair deyir ki: «Sən nə vaxt gözünü buraxırsansa və o, mənzərələr (baxdığın şeylər) səni yorar. Baxdığın şeyə isə nə qadir (əldə edən) deyilsən, nə də səbrin çatır».

Neçə baxışlar var ki, gözünü çevirmədən qulu ölü olaraq yerə sərər. Neçə belə insanlar vardır ki, gözlərini harama buraxaraq sonra çətin bir hala düşmüşlər. Şair deyir ki: «Ey o, baxışlar! Baxışları sonsuz, baxarkən ölü olaraq yerə sərilən. Mənimdə bir neçə beytim vardır: Salamat olmaqdan bezərək baxışlarını baxmağa davam edər. Nəhayət baxışlar arasında cansız yerə sərilər». Qəribə də burasıdır ki, baxanın baxışı bir oxdur. Hətta ona çatmazdan əvvəl baxanın qəlbində yer hazırlayır. Şair deyir ki: «Ey baxış oxlarını məharətlə atan, atdığınla ölən sənsən, elə isə vurma. Ey şəfa axtaran, baxışlar göndərən, elçini tut ki, sənə həlak gətirməsin». Bundan da daha qəribəsi baxış qəlbi yaralayır. Yaranın üstünə yara gətirir. Əgər baxışı davam edərsə bu da yaranı daha da dərinləşdirər. Ağrının üstündən ağrı gətirər. Şair deyir ki: «Hər gözəlin ardıyca baxmağa davam etdin. Bu yaranın dərmanıdır dedin. O, isə yara üzərinə bir yaradır». İnsanın baxışını həps etməsi həsrətin davamçılığından daha yüngüldür.

FİKİRLƏR Ağla gələn duyğu və düşüncələr. Bu fikirlərində şəni olduqca çətindir. Fikirlər xeyirin və şərrin başlanğıcıdır. Elə buradan da istək, iradə, qətiyyət yaranır. Əgər kimsə fikirlərinə sahib olarsa nəfsinin yüyəninə malik olar və nəfsini boğar. Kimin fikirləri özünə qalib gələrsə onda nəfsi ona qalib gələr. Kim bu fikirlərə səhlənkar yanaşarsa istər-istəməz bu fikirlər onu həlaka aparar. Bu fikirlər o, qədər davam edər ki, boş xülyalara çevrilər. «Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O, öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Allah da onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir». (ən-Nur 39). Himmə və nəfs tərəfdən insanların ən alçağı bu yalançı arzuların haqq olması ilə razı qalanları və onunla bəzənənlərdir. Belə bir arzular təmbəllərin ticarətidir, müflislərin mallarının əsas hissəsidir. Bu da boş qəlbin azuqəsidir. Qəlb belə bir xülyalarla doludur. Bu insana ən zərərli bir şeydir. Bu da acizlikdən və təmbəlikdən ortaya çıxır. İnsanda səhlənkarlıq, həsrət və peşmançılıq yaradır. O, arzulara çatmadığına görə fikirləri qəlbinə salır və onun surətini yaradır. Bunun da ona heç bir faydası yoxdur. Necə ki, ac və susuz bir insanın ağlında yeməyin və içməyin surətini yaratdığı kimi. Amma həqiqətdə isə nə yeyir, nə də içir. İnsanın belə bir şeylə razılaşması və aldanması o, nəfsin alçaq və aşağı olmasını bildirir. Nəfsin isə təmizliyi, paklığı, yüksəkliyi yalnız həqiqəti olmayan hər bir fikri uzaqlaşdırmaqdadır. İnsan belə bir fikirlərin özündə olması ilə razılaşmamalıdır.

Ağla gələn bu fikirlər dörd təməl üzərində dövran edirlər: BİRİNCİ - O, fikirlər ki, onların dünyəvi mənfəəti vardır. İKİNCİ - O, fikirlər ki, dünyəvi zərərləri uzaqlaşdırır. ÜÇÜNCÜ - Axirət məsləhəti olan fikirlər. DÖRDÜNCÜ - Axirət zərərlərini dəf etmək üçün olan fikirlər. İnsan bütün fikirlərini, dərdini bu dörd şeyə həsr etməlidir. İnsan daha mühüm olan fikri götürməlidir, mühüm olmayanı isə geri salmalıdır.



MÜHÜM VƏ MÜHÜM OLMAYAN FİKİRLƏR - Bunu da bilmək üçün insana ağıl və fiqh lazımdır. Qazanan insanlar da elə bundan qazanmışlar, uduzanlar da elə bu tərəfdən uduzmuşlar. Görürsən ki, nə qədər insanlar vardır ki, mühüm olmayanı mühüm olandan üstün tutaraq zəlalətə düşmüşlər. Belə bir iş baş verdikdə insan daha mühüm olanı önə keçirməli və ya iki pis bir iş varsa onlardan daha yüngül olanını götürərək digərindən qurtulmalıdır. Onda sən daha böyük xeyir əldə etmiş olarsan. Bu da şəriətdə bilinən bir qaydadır ki, iki zərərli işdən daha yüngül olanı və ya iki xeyirli işdən daha xeyirli olan götrülür. Bunun üçün də insana ağıl və fiqh lazımdır. Fikirlərin ən ucası Allah və axirət həyatı üçün olan fikirlərdir. Allah üçün olan fikir və düşüncə beş qismdir: BİRİNCİ - Allah üçün olan fikirlərdən ən öncə nazil olan ayələr barəsində fikirləşmək, onları dərk etmək, bunlarla qəsd olunanı başa düşmək. Allah ayələri elə dərk etmək və başa düşmək üçün nazil etmişdir. Yoxsa sadəcə oxumaq üçün deyildir. Oxumaq ayələri başa düşmək üçün vasitədir. Sələflər deyirlər ki: «Allah Quranı nazil etmişdir ki, onunla əməl edilsin. Buna görə də onun tilavətini əmələ çevirin». İKİNCİ Allahın görülən ayətlərini düşünmək, onlardan ibrət almaq və onlarla Allahın İsimləri, sifətləri, hikməti, ehsanı çatmaq. Allah ayətləri haqqında düşünməyə, incələməyə və onları başa düşməyə təşviq etmiş, onlardan qafil qalanları isə qınamışdır. ÜÇÜNCÜ - Allahın nemətini, ehsanını, yaratdıqlarına verdiyi nemətləri və məğfirətini, rəhmətinin və elminin genişliyini təfəkkür edib fikirləşmək. Bu sadaladığımız üç qism düşüncə qəlbdə Allahı tanımağı, sevməyi, ondan qorxmağı və ümüd etməyi yaradır. Bu kimi fikrləşmək olduqca mənfəətlidir. DÖRDÜNCÜ Əməlin eyiblərini, qüsurlarını düşünmək. Bu düşüncənin faydası çoxdur. Bu da hər bir xeyirin qapısıdır. Həmçinin bunun pisliyi əmr edən nəfsə qalib gəlməyə böyük təsiri vardır. Nə vaxt ki, pisliyi əmr edən nəfs sındırılarsa onda Mutmain nəfs yaşayar. Hökm Mutmain nəfsin əlinə keçər və qəlb yaşayar. Onun sözü öz məmləkətində keçərli olar və öz qoşunlarını xeyirli işlərə yönəldər. BEŞİNCİ - Vaxtın mühümlüyü barəsində fikirləşmək və bütün bu fikirləri vaxta yönəltmək. Arif o, insandır ki, vaxtının adamı olar. Əgər vaxtı zay edərsə bütün xeyirləri zay olar. Bütün xeyirlər vaxtdan irəli gəlir. Əgər insan vaxtı zay edərsə onu geri qaytara bilməz. Gündəlik əməllər barəsində fikirləşmək. Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha sığınardı – MİN ƏL HƏMMİ VƏL HƏZƏNİ. Həmm – İnsanı gələcəkdə qorxudan fikirlər. Həzəni – Keçmişdə qoyduğu şeylərə görə kədərlənmək. İmam Şafii rahmətullahi aleyhi deyir ki: «Mən sufilərlə yoldaşlıq etdim. Onlardan iki şey öyrəndim. Vaxt qılıncdır. Əgər sən onu kəsməsən o, səni kəsər. Həmçinin sən nəfsini haqla məşğul etməsən nəfsin səni batillə məşğul edər (itaətlə məşğul etməsən, səni günahla məşğul edər)». İnsanın ömrü onun vaxtıdır. Əbədi nemət içində olmaq üçün həyatının əsasıdır. Həmçinin də əzab içində yaşamaq üçün də həyatının əsasıdır. Vaxt sürətlə keçir. Hansı hissəsini Allah üçün yaşayıbsa o, da onun həyatı sayılır. Bundan qeyri olanı isə onun həyatından sayılmır. Hətta o, vaxt yaşasa da heyvan kimi yaşamış olur. Əgər o, vaxtını qəflətdə, şəhvətdə, kefdə keçirdisə belə bir kimsənin ölməsi yaşamasından xeyirlidir. Əgər insana namazından dərk edərək qıldığı hissəsi çatırsa, həmçinin də ömründən də ona çatan Allahla olan hissəsidir. Bundan qeyrisi ya şeytandandır, ya da xüylalar və xəyallardır. Bundan qeyri fikirlər sərxoşların, xülyalar və vəsvəsələr içində olanların fikirləridir. Hər bir insanın ağlına belə bir fikirlər gəlir. Onlar zərər vermir o, vaxta qədər ki, onlar haqqında danışmadıqca və onları çağırmadıqca. Ağla gələn fikir yoldan keçən birisi kimidir. Əgər yoldan keçəni danışdırmasan və ya çağırmasan o, kimsə keçib gedəcəkdir. Əgər onu çağırsan səni söhbəti ilə sehirləyər. Bu boş və adi nəfs üçün çox xəfif, şərəfli və uca nəfs üçün isə çox ağır bir şeydir. Artıq Allah insanda iki NƏFSİ ƏMMARƏ ilə NƏFSİ MUTMAİNİ yerləşdirmişdir. Bunlar da bir-birilərinə qarşı düşməndirlər. Birinə ağır gələn digərinə yüngül, birinə ləzzət verən şey digərinə əziyyət verir. Əmmarə nəfs üçün Allaha ibadət etməkdən ağır gələn bir şey yoxdur. Mutmain nəfs üçün isə ağır gələn Allahdan qeyrisinə əməl etmək və nəfsi istəklərə icabət etməkdir. Arxayın nəfs üçün bundan zərərli bir şey yoxdur. Həmçinin də mələk Mutmain nəfs ilə birlikdə qəlbin sağ tərəfində, şeytan isə Əmmarə nəfslə qəlbin sol tərəfində oturmuşlar. Onlar arasında ölüm gələnə qədər döyüş davam edir. Batil şeytan və nəfsi əmmarə tərəfdə yer alarkən, haqq da qəlbin və nəfsi mutmain tərəfdə yer alar. Döyüş fərqlidir. Zamana və vaxta görə dəyişər. Qələbə səbrlə bərabərdir. Hər kim səbr edər, keşik çəkər, ayıq olar və Allaha sığınarsa dünya və axirətdə xeyirli sonluq onun olar. Allah dəyişməyən bir hökm olaraq bunu buyurmuşdur: «Xeyirli sonluq Müttəqilərindir». Amin!

SÖZLƏR İnsanın ağzından zay kəlimə, sözlər çıxmamalıdır. O, danışdığı zaman dinində fayda olacaq bir şeyi danışsın. Danışmaq istədikdə baxsın və fikirləşsin ki, bu sözlərdə qazanc və fayda varmı? Görsə ki, bu sözlərdə heç bir fayda yoxdur onda susmağı daha məsləhət-lidir. Hətta görsə ki, bu danışmaqda fayda vardır yenə də tələsməsin fikirləşsin ki, bu danışdığından da faydalı və xeyirli söz varmı? Bu sözü söyləməklə daha faydalısını qaçırmasın. Əgər sən qəlbdə olanı bilmək istəyirsənsə bunu dilin hərəkəti ilə bilə bilərsən. Çünki dil qəlbdə olanı bildirir sahibi bunu istəsə də, istəməsə də belə. Yəhya b. Muaz rahmətullahi aleyhi deyir ki: «Qəlblər qazan kimidir. Qazanda içində olanlarla qaynayır. Dillər isə çömçədir. O, qabdan götürmək üçün. Bax bir kimsəyə ki, danışdığı zaman dili qəlbindən götürür. İstər turş olsun, istər şirin, istərsə də acı. Onun dilinin götürdüyü qəlbindəkinin tamını sənə bəyan edir. Necə ki, sən öz dilinlə qazanda olan yeməyin tamını və dadını bildiyin kimi. Həmçinin də insanın qəlbindəkini onun dilindən bilirsən. Sən onun qəlbində olanı dilindən dadırsan. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanın qəlbi düzəlmədikcə imanı düzəlməz. Dili düzəlmədikcə qəlbi də düzəlməz»228. Səhl b. Sad radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim iki çənəsi ilə ayaqlarının arasındakını mənə zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm»229. Muaz b. Cəbəl radiyallahu anhu rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu, mənə məni Cənnətə aparan və Cəhənnəmdən uzaqlaşdıran bir əməl haqqında danış». Pəyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sən çox əzəmətli bir şey haqqında soruşdun. Bununla belə Allahın asanlaşdırdığı kimsə üçün bu şübhəsiz ki, çox asandır. Allaha, heç bir şeyi şərik qoşmadan ibadət et, namaz qıl, zəkat ver, Ramazan orucunu tut və Kəbəni həcc et». Sonra (Peyğəmbər) buyurdu: «Sənə xeyrin qapılarnı göstərimmi? Oruc bir qalxandır, sədəqə su odu söndürdüyü kimi günahları söndürür. Bir də kişinin gecə yarısı qıldığı namazı». Sonra bu ayənı oxudu: «Onlar ibadət üçün yataqlarından qalxar. Heç kəs bilməz». (əs-Səcdə 16-17). Sonra buyurdu: «Sənə hər bir seyin əsasından, dirəyindən və zirvəsindən xəbər verimmi?» Mən dedim: «Bəli, ey Allahın Rəsulu!». O, buyurdu: «Hər bir işin başı İslamdır, dirəyi namazdır, zirvəsi isə Cihaddır». Sənə bunlara nə ilə nail olmağı deyimmi? Mən də: «Bəli, ey Allahın Rəsulu!» dedikdə dilini tutub buyurdu: «Buna lazımınca sahib ol! Mən dedim: «Ey Allahın Rəsulu! Biz dediyimiz sözlərə görə sorğu-sual olunacağıq?» (Peyğəmbər) buyurdu: «Qoy anan səndən məhrum olsun! İnsanları üzü üstə və ya burunları üstə Cəhənnəmə (sürükləyən) salan dillərindən başqa bir şeydirmi?»230.

Qəribə olan burasıdır ki, insana haram olan şeylərdən zülm, oğurluq, içki içmək, haram yeməkdən, içməkdən, zinadan çəkinmək asan olur. Lakin dilini qorumaq ona çətin olur. Görürsən ki, neçə-neçə insanlar vardır ki, fahiş əməllərdən uzaqlaşa bilir, lakin dili ölülərin və dirilərin namusunda gəzir. Dediklərinə də məhəl qoymur. Hətta zahidlik və ibadətdə barmaqla göstərilən insanı görürsən ki, Allahın qəzəbinə səbəb olan sözü heç əhəmiyyət vermədən danışır və bir tək kəliməyə görə Allahın rəhmətindən arası məşriq ilə məğrib qədər bir məsafədə uzaq düşür. Ənəs radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm – in səhabələrindən bir kimsə vəfat etmişdi. Bu vaxt bir nəfər: «Cənnətlə sevinsin» dedi. Peyğəmbər: «Nə bilirsən, bəlkə bu kimsə ona aid olmayan lazımsız sözlər söyləmiş və ya ona fayda verəcək şeylərdə xərcləməmiş və simiclik etmişdir» deyə buyurdu231. Döyüşlərin birində (Uhud döyüşündə) bir qadın öz ölmüş oğlunu axtararaq tapır. Qarnında aclıqdan daş bağlanmış halda. Ana övladını bağrına basaraq ağlayır: «Ey oğlum! Xoş halına sənin». Peyğəmbər: «Sən nə bilirsən ki, o Cənnətlikdir. Ola bilər ki, o kimsə özünə aid olmayan şeylər barəsində danışırdı və zərər verməyən şeyi xərcləmirdi» deyə buyurur232. Əbu Səid əl-Xudri radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlu hər səhər yuxusundan oyandıqda bütün bədən üzvüləri dilə deyərlər. Bizə görə Allahdan qorx. Həqiqətən də biz səndən aslıyıq. Əgər sən düz dursan biz də düz olarıq. Yox əgər sən əyilsən biz də əyilərik»233. Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Allaha və axirət gününə iman gətirirsə ya xeyir söz danışsın, ya da sussun»234. Hətta Sələflər adi sözlərin danışmaqda da çəkinərdilər. Sələflərdən biri yuxuda görür ki, onun barəsində (isti gün, soyuq gün sözləri) barəsində soruşurlar. Mən dediyim bir sözə görə saxlanılmışdır. Demişdim ki: «İnsanların yağışa nə qədər ehtiyacı vardır». Mənə deyildi ki: «Sən haradan bilirsən? Bəndələrimin xeyirini, məsləhətini mən daha yaxşı bilirəm».

Hər bir kəliməni yüyənləmək lazımdır. Bəndə üçün ən zərərli olan da dilidir. Sələflər və Xələflər ixtilaf ediblər ki: «İnsanın danışdığı hər bir şey yazılır, yoxsa xeyir və şərr olan sözlər. Daha səhih olan insanın danışdığı hər bir kəlimə qeydə alınır. Sələflər deyirlər ki: «İnsanın danışdığı hər bir şey onun əleyhinədir. Yalnız zikr və zikrlə bağlı olan şeylərdən başqa». Əbu Bəkr dilini tutar və deyərdi: «Məni həlak yerlərinə sürükləyən budur, danışılan söz sənin əsrindir nə qədər ki, sənin ağzındadır. Elə ki, ağızdan çıxdı sən oldun onun qulu. Allah hər danışanın dilinin yanındadır».

Dilin iki bəlası vardır ki, əgər insan bunların birindən qurtularsa digərindən qurtulmaz. BİRİNCİ - Susmaq bəlasıdır ki, haqdan susan. Haqqı söyləməyən lal şeytan adlanır. İKİNCİ - Danışmaq bəlasıdır. Batil, boş şeylər danışan da danışan şeytandır. İnsan iki tərəfli hücumdadır. Azanların çoxu da bu iki qapıdan azmışlar. Ortada olanlar da vardır ki, onlar düzgün yol sahibləridirlər. Onlar dillərini batildən, boş və faydasız şeylərdən qoruyarlar. Axirətlərində fayda verməyən şeylər barəsində danışmazlar. Sən onları zay və mənfəətsiz danışan görməzsən. Bir bəndə Qiyamət günü dağlar boyda savabla gələr və görər ki, dili bu qədər həsənətləri dağıtmış və bir kimsədə Qiyamət günü dağlar boyda günahlarla gələr və görər ki, (Allahı çox zikr etdiyənə görə) dili bu qədər günahları dağıtmışdır.



ADDIMLAR İnsan addımını yalnız savab umduğu yerə atmalıdır. Əgər onun addımında savab olmazsa oturmağı onun üçün daha xeyirlidir. İnsan atdığı hər bir addımını ibadət niyyətinə çevirərək savab qazana bilər. Məscidə gedərkən atılan hər bir sağ addıma görə bəndə savav qazanır və dərəcələri artır, atılan hər bir sol addıma görə isə onun günahları tökülür. «Rəhmanın bəndələri o, kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları zaman onlarla gözəl, yumşaq danışarlar». (əl-Furqan 63). Allah onların həm yerimələrini, həm də danışmaqlarını zikr etdi. Allah onların həm sözlərdə, həm də addımlarda düzgün olduqlarını qeyd etdi. Başqa bir ayədə isə baxmaqla fikirləri bir yerdə zikr edir. «Allah gözlərin xain baxışını və qəlblərin də gizlətdiyini bilir». (Gafir 19). Günahları insana daxil olması da bu iki ayədən götrülmüşdür.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə