Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə48/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

178 
 
yük  və  təkbaşına  iqtisadi  güc  olmaq  xülyasından  qorxan 
Avropa  və  ABŞ  bu  dönəmdə  Türklərin  yanında  olacaq. 
Onların  da  burda  öz  planları  var.  Yeni  qurulmuş  haki-
miyyətlərdə  öz  kadrlarını  yerləşdirməklə  yenə  dünyanın 
idarəçiliyini  əllərində  saxlamağı  planlaşdırıblar.  Bunu  da 
bölgəmizdə  dini  parçalanmalarla  etməyi  planlaşdırırlar. 
Türkiyənin  daxilində  bunu  qismən  də  olsa,  bacarıblar. 
Amma Türkiyənin dərin dövləti bu prosesi nəzarətdə sax-
layıb.  Bu  ilin  sonunda  Ulu  Şaman  ocağı  yığılacaq,  regio-
nun xəritəsini  bir daha təsdiqləyəcək. Bütün Ulu Şaman-
çılar bizim başlatdığımız bu əməliyyatın yeni dünya ida-
rəçiliyinin  türklərin  əlinə  aparıb  çıxacağı  ümidindədir. 
Hər  kəs  bir  bəhanə  gözləyir.  Bizim  Avropanı  və  ABŞ-ı, 
daha  doğrusu,  onların  adı  altında  dünyanı  idarə  edən 
qüvvələri  yayındırmağımız  vacibdir.  Günü  bu  gün  Gür-
cüstana  getməli,  milli  qüvvələrlə  görüş,  ordan  da  Krım-
dakı toplantıya qatılıb partlayışın baş verdiyini müzakirə 
et.  
Bu dəm Dədənin özəl telefonuna gələn zəng onun sö-
zünü  yarımçıq  qoydu.  –  Birinci  zəng  edir,  yəqin  elə  bu 
mövzudadır, – deyib digər bir otağa keçdi. Bir neçə dəqi-
qədən sonra içəri qayıtdı.  
– Artıq birincinin də bundan xəbəri var. Türkiyə pre-
zidenti  zəng  edib  mətbuatda  yayılan  xəbərlər  haqqında 
soruşub. O, çox əsəbi idi. İşimizi düzgün görə bilməməyi-
miz  onu  çox  əsəbiləşdirmişdir.  Bu  dəqiqə  baxdığımız  vi-
deo  artıq  “youtub”da  yayımlanıb.  Kimin  etdiyindən  isə 
biz hələ də məlumatsızıq. Digər tərəfdən Ermənistan pre-
zidenti də zəng edib. Dediyinə görə Qarabağda bir çox er-
məni  əsgəri  öldürülüb.  Bunu  isə  Azərbaycan  kəşfiyyatı 
edib.  Bununla  bağlı  artıq  təzyiqlər  var.  ABŞ  tərəfi  də  bir 


179 
 
açıqlama gözləyir. Biz isə özümüz qurduğumuz planı ida-
rə edə bilmirik. Bu qədər hazırlıqdan sonra OdƏrlərin ta-
leyindən heç bir məlumatın olmaması qurumumuzun ha-
radasa səhv etdiyini göstərir. Mən getməliyəm. Siz isə bü-
tün imkanlarınızı işə salın və OdƏrlərin taleyini maraqla-
nın.  Müharibənin  elan  edilməsinə  az  qalıb.  Bu  videonu 
yayanlar kimlərdisə, bizə mesaj göndərmiş olurlar. Bizim 
planımızı  bizdən  öncə  həyata  keçirməklə,  “bizdən  icazə-
siz  heç  nə  edə  bilməzsiniz”  demək  istəyirlər.  Elə  bu  cür 
halların  baş  verəcəyini  bildiyimiz  üçün  Arslanın  əməliy-
yatını tam məxfi saxlanılmasını istəmişdik. Uca Tanrı ona 
yar  olsun!  Toplantı  bitmişdir.  Birinci  ilə  görüşdən  sonra 
bəzi  məqamlara  aydınlıq  gətirərik.  Amma  mən  digər 
OdƏrlər haqqında məlumat gözləyirəm, Atilla bəy! Dədə 
Əfəndi  bunu  deyib  ona  xas  olmayan  bir  cəldliklə  ayağa 
qalxdı və otaqdan çıxdı. 
 
21 
 
Boqomilla Məhəmmədin bütün hərəkətlərini yerində 
donaraq  çəkirdi.  Artıq  aləm  bir-birinə  dəymişdi.  Hərbi 
maşınlar  bütün  binanı  mühasirəyə  almışdı.  Ölmüş  meyi-
tə belə yaxın gedə bilmirdilər. Çünki bombaya sarılmış ol-
duğunu düşünürdülər.   
Birdən  Boqomillaya  çatdı  ki,  burdan  uzaqlaşmaq  la-
zımdır.  O,  telefonla  çəkdiyi  materalı  təcili  lazımi  ünvana 
çatdırmalı  idi.  Onun  üçün  də  tez  hotelə  yollandı.  Geniş 
küçələrdən keçərək digər küçədə köhnə “06” markalı tak-
siyə  mindi.  Xankəndi  stadionunun  yanından  şütüyən  sı-
nıq-salxaq  taksi  bir  neçə  dəqiqədən  sonra  qondarma  res-
publikanın Təhsil Nazirliyi ilə üzbəüz olan “Olimp” hote-


180 
 
linə çatdı.  Hotelin qarşısında maşından tələsik düşən Bo-
qomilla  arxadan  bir  “Jip”in  də  dayandığını  sezmişdi.  O, 
tələsməli  idi.  Müraciətdə  oturan  xanıma  salam  belə  ver-
mədən  liftə  mindi.  Lift  tərpəndikdə  onun  pəncərəsindən 
iki nəfərin onun ardınca hotelə girdiyini gördü. Boqomilla 
Xankəndinə gələndən izlənildiyini hiss etmişdi. Amma bu 
qədər  də  ciddi  olduğunu  düşünmürdü.  Yerli  hökumətin 
turistləri nəzarətdə saxlaması təbii hal idi. Bu gün baş ve-
rən hadisə və onun orda olması, ardınca da bunların gəl-
məsi  vəziyyətin  ciddiliyindən  xəbər  verirdi.  O,  əvvəlcə 
beşinci mərtəbənin düyməsini bassa da, birdən fikrini də-
yişdi. Cəld dördüncü mərtəbənin də düyməsini basdı. Lift 
dayanar-dayanmaz o, özünü koridora atdı. Hara gedəcə-
yini  dəqiq  müəyyənləşdirməmişdi,  lakin  öz  otağına  get-
məyəcəyini bilirdi. Çünki otağı 5-ci mərtəbədə idi. Yaxın-
dakı  otaqlardan  birindən  otağı  təmizləyən  xadimə  çıxdı 
və  koridorla  üzü  yuxarı  getdi.  Çıxdığı  otağın  qapısı  isə 
hələ də açıq idi. Boqomilla özünü təcili həmin otağa atdı. 
Girən  kimi  də  qapını  içəridən  bağlayıb  WiFi-ya  qoşuldu. 
Çəkdiyi  videonu  qeyd  edərək  Xankəndindəki  internet 
klubların  birində  yaratdığı  elektron  ünvanını  açdı.  Üç 
elektron  ünvan  yazdı  və  “enter”  sözünə  toxundu.  Video 
faylın həcmi böyük idi. Yükləmə çox çəkəcəkdi. Bəlkə də 
10-15  dəqiqə  zaman  tələb  edəcəkdi.  Telefonun  əlindən 
düşəcəyindən  qorxaraq  taxtın  yanındakı  masanın  üstünə 
qoydu  və  gözlədi.  Artıq  son  5%  qalırdı.  Koridorda  isə 
ayaq səsləri eşidilirdi. Uzun illər xüsusi təlimlər keçməsi-
nə baxmayaraq Boqomilla qorxurdu. Onun qorxusuna sə-
bəb materialı çatdıra bilməyəcəyi idi. Axı bunun üçün ne-
çə  igid  qurban  getmişdi.  Artıq  hər  şey  bitmişdi...  Fayllar 


181 
 
yüklənmişdi.  O,  sanki  bir  rahatlıq    keçirdi...  Tez  otağın 
tualetinə girərək telefonu unitaza atdı və suyu çəkdi.  
Sonra isə çarpayıya uzandı. Bu zaman qapı yumruqla 
döyülürdü. Bu, onu heç maraqlandırmırdı. Qapıya vuru-
lan  zərbələrin  get-gedə  sürətləndiyini  görən  yaraşıqlı  qız 
barmağındakı  üzüyün  qaşını  çıxardaraq  həbi  uddu.  Və 
sakitcə gülümsəyərək gözlərini yumdu.  
Əlisilahlı  bir  neçə  nəfər  artıq  qapını  sındırıb  içəriyə 
girmişdilər. Onlar çarpayıda uzanmış gözəl bir qız gördü-
lər.  Onun  çantasını,  üstünü  xeyli  axtardılar.  Bütün  otağı 
bir-birinə vursalar da, axtardıqlarını tapmadılar. Boqomil-
la kimi onun əməlləri də susurdu. Sarsılmaz, yenilməz və 
alınmaz qalalar kimi.... Bu susqunluq ən uca səslə düşmə-
nin  gücsüzlüyünü  göstərirdi.  Özünü  dünyanın  idarəçisi 
hesab  edənlər  bir türk  qızının  cəsarəti  qarşısında  acizləş-
miş və çılğına çevrilmişdi. 
Həmin günün sabahı bütün qəzetlərdə belə bir xəbər 
yaylıdı:  Əslən  türk  olan  bolqar  əsilli  jurnalist  Boqomilla 
Xankəndində  istirahət  edən  iş  adamı,  azərbaycanlı  maq-
nat  Həsən  İmamverdiyevin  qaynı  Akber  Sofiyanın  ota-
ğında intihar etmiş vəziyyətdə tapıldı.  
Amma heç kim bilməyəcəkdi ki, yəhudi mafiyası  Bo-
qomillanı sağ ələ keçirmək üçün çalışırdı. Çünki onlar ki-
tab  haqqında  hardansa  informasiya  almış,  bütün  vasitə-
lərdən  istifadə  edərək,  kitabın  türklərin  əlinə  keçməsinin 
qarşısını  almaq  üçün  səy  göstərirdilər.  Elə  mətbuata  da 
məlumatı onlar sızdırmışdılar. Çünki bir neçə satqın azər-
baycanlı ilə illərlə iş görən ermənilərə sərf etmirdi ki, bu-
nu Azərbaycan ictimaiyyəti bilsin. Onlar digər maraqlara 
xidmət edirdi. Axı Azərbaycanın inkişafı, güclənməsi təh-
lükəyə çevrilirdi. Bu, Türkiyə və Azərbaycanın güclü bir-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə