ŞӘMİsтan nәZİRLİ


ŞTABS-KAPİTAN XANKİŞİ AĞA OĞLU SARVANSKİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   69   70   71   72   73   74   75   76   ...   157

ŞTABS-KAPİTAN XANKİŞİ AĞA OĞLU SARVANSKİ - 1897-ci il 
yanvarın 24-də Şamaxıda meşşan ailəsində anadan olub. Şamaxıda realnı məktəbi 
və 1915-ci ildə Mixaylov hərbi məktəbini bitirib. 
ŞTABS-KAPİTAN DANİYAL BƏY ŞƏRİFOV - 1915-ci ildə Birinci 
Tiflis praporşiklər məktəbini bitirib. 1891-ci il iyunun 10-da Qazaxda anadan olub. 
Ağalıq nəslindəndir. Musavat ordusunun Bakı alayında (Salyan kazarmasında 
yerləşirdi) ştabs-kapitan rütbəsində xidmət edirdi. 1923-cü ildə bolşeviklər həbs 
edib. Son taleyi məlum deyil. 
  
PORUÇİK ƏLİ ŞƏMSİ OĞLU ƏSƏDULLAYEV - fevral inqilabından 
sonra Bakıda “vəhşi diviziya”nın əsgər və zabitlərindən döyüşən alay təşkil edib. 
Qərargahı “İsmailiyyə” binasında yerləşirdi. 1918-ci ilin mart qırğını vaxtı 
İçərişəhər ətrafında, Çəmbərəkənddə, Şamaxı yolunda və başqa yerlərdə daşnak-
bolşevik qoşunları ilə şiddətli döyüşlər aparıb. 
Martın iyirmi doqquzunda Əli Əsədullayevin komandanlığı altında Lənkəran 
musavatçılarına silah yardımı apararkən, “Evelina” gəmisində bolşeviklərlə silahlı 
toqquşma olub. Martın 30-da Bakı əhalisi “Dikaya diviziya” alayının tərksilah 
olunmasına qarşı etiraz mitinqləri keçirib. Təcili çağrılan müşavirədə 
M.Ə.Rəsulzadənin iştirakı ilə silahlar Bakı Soveti İcraiyyə Komitəsindən geri 
alınıb. Həmin günü “Dikaya diviziya” alayı Şamaxı yolundakı və Tatarski 
küçəsindəki sovet qoşun hissələrinə hücum edib, Suraxanıdakı qırmızı qvardiya 
dəstəsini tərksilah etmişlər. Düşmənə xeyli tələfat verməklə yanaşı, çoxlu əsgər və 
zabiti əsir almışlar. 
Poruçik Əli Əsədullayev 1921-ci ilin dekabr ayında Gürcüstanda həbs 
olunub. 
Beriyanın imzaladığı 15 dekabr 1921-ci il tarixli məktuba əsasən, Əli 
Əsədullayevi Azərbaycan Fövqəladə Komissarlığı tələb edib. Əli Əsədullayev 
Beriyanın imzaladığı 30 dekabr 1921 -ci il tarixli orderlə həbsdən azad edilərək 
Bağırovun sərəncamına göndərilib. İş üzrə heç bir təhqiqat işi aparılmayıb. 
Sonralar Əli Əsədullayev Bakıda cıdır meydanında işləyirmiş, daha sonra 
arvadı ilə birlikdə İrana qaçıb. 
Müttəhim   Mircəfər   Bağırov   bu barədə istintaq zamanı bildirdi ki, Əli 
Əsədullayevin  nə üçün  istintaqa cəlb olunmaması   və   həbs  edilməməsindən 
xəbəri yoxdur. 
Şahidlər Qasımov Əyyub Mikayıl oğlu, Mehdiyev Əliqulu Kür oğlu 
göstərdilər ki, Mircəfər Bağırovun Əli Əsədullayevlə münasibətləri çox yaxın imiş 
(“M.C.Bağırovun məhkəməsi” kitabı, Bakı, “Yazıçı” nəşriyyatı, 1993-cü il, 
səh. 39-40). 
ZÜLEYXA XANIM ƏSƏDULLAYEVA  - VEBER: - Dayım Əli 
Əsədullayevi Şura hökumətinin adamları buraxmaq üçün külli miqdarda rüşvət 
istədilər. Ümumiyyətlə, bu illərdə özbaşınalıq, talançılıq, rüşvətxorluq baş alıb 
gedirdi. “Qızıl əsgər” hara ayağını qoyurdusa, oranı bərbad edirdi. Xalqa divan 
tutur, günahlı, günahsız adamları həbs edir, güllələyirdilər. Onların arasında dayım 
Əli də vardı. H.Z.Tağıyev çoxlu qızıl, brilyant verərək onu həbsxanadan azad 
etdirdi. Xüsusi sənəd hazırladaraq, ailə üzvləri ilə birlikdə, Azərbaycandan 
çıxmasına nail oldu. 


Poruçik Əli Əsədullayev milyoner Şəmsi Əsədullayevin oğlu, Hacı 
Zeynalabdin Tağıyevin isə kürəkəni olmuşdur. O, Hacının qızı Leyla xanımın 
həyat yoldaşı idi. 
PORUÇİK İSRAFİL BƏY AĞA OĞLU ŞIXLİNSKİ - 1897-ci il 
sentyabrın 10-da Qazaxda zadəgan ailəsində anadan olub. Qori şəhərindəki 
seminariyanın Azərbaycan şöbəsini bitirib. 1918-ci ildə Gəncədə hərbi məktəbi 
bitirib. Məktəbdə ikinci rotanın praporşiki vəzifəsində işləyib. İyirminci ildə 
bolşeviklər gələndə AÇK yanında qısa müddət xüsusi təyinatlı dəstənin komandiri 
olub. Musavatın qatı tərəfdarı və Sovet hökumətinin qatı düşməni olduğu üçün 
ittiham edilib. 1926-cı ildə Solovetsk həbs düşərgəsinə sürgün olunub. 
PORUÇİK ADİL BƏY HƏYATOV - İkinci Bakı süvari alayında ikinci 
batalyonun komandiri, Birinci Dünya müharibəsi illərində eyni adlı batalyonun 
komandiri olmuşdur. 1918-ci il avqustun 20-də Şuşanın Malıbəyli kəndini 
ermənilərdən qəhrəmanlıqla müdafiə etdiyinə görə 1918-ci ildə Türkiyənin 
“Məcidiyyə” ordeni ilə təltif olunmuşdur. 
Xankəndində yerləşən Birinci süvari diviziyasının komandanı polkovnik 
Əfəndiyev və polkovnik Məmmədov 1919-cu il aprelin 7-də poruçik Adil bəy 
Həyatova belə bir xasiyyətnamə vermişlər: “Alayın təşkil olunmasında özünü 
layiqincə göstərən, komandirlik etdiyi batalyonda tədris işlərinin, tərbiyənin və 
intizamın nümunəvi təşkilində xüsusi səylərini və böyük enerjisini nəzərə alaraq 
podporuçik Adil bəy Həyatova layiq olduğu poruçik rütbəsi verilməsi barədə 
vəsadət qaldırıram”. 
PRAPORŞİK PAŞA BƏY RÜSTƏMOV - 1914-cü il iyulun 24-də 
Azərbaycan süvari alayına qəbul edilib. 1916-cı il dekabrın 5-də kiçik uryadnik, 
1917-ci il sentyabrın 15-də baş uryadnik, həmin il oktyabrın 1-də podpraporşik 
rütbəsilə təltif olunub. 1916-cı il mayın 31-də döyüşlərdə göstərdiyi igidliyə görə 
“Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə təltif olunub. 
1918-ci ilin oktyabrından Milli Azərbaycan ordusunda hərbi xidmətə 
başlayıb. Qarayazıda yerləşən Azərbaycan süvari alayının komandiri, polkovnik 
(sənəddə adını oxumaq mümkün olmadı - Ş.N.) Azərbaycan Əlahiddə 
korpusunun komandirinə yazır ki, xalqımıza sidq-ürəklə xidmət edən podpraporşik 
Paşa bəy Rüstəmovun praporşik rütbəsilə təltif olunmasını tamamilə qanuni hesab 
edirəm. 
Arxivdə saxlanan bir sənddə 1918-ci il oktyabrın 14-də Paşa bəyin 
bolşeviklərə qarşı döyüşdə göstərdiyi igidliyi təsvir olunmuşdur: “Zığ yüksəkliyi 
yaxınlığındakı döyüşdə zabitlərin sayının çatışmazlığı üzündən kiçik gizir Paşa bəy 
Rüstəmov yarımbölüyə komandirliyi qəbul etdi. Onda Hövsan tərəfindən 
yüksəkliyə hücumu süvari ilə bizim piyada aparırdı. 
Kiçik gizir Paşa bəy Rüstəmov Suraxanı tərəfdən rəqibin cinahına çıxaraq, 
öz cürətli hücumu ilə daşnak və bolşevikləri tutduqları səngərlərdən qovmağa 
kömək etdi. 
Ümumiyyətlə, arxa cəbhədə olduğu kimi, ön cəbhədə də kiçik gizir Paşa bəy 
Rüstəmov tapşırılmış zabit vəzifələrinin hamısını layiqincə yerinə yetirirdi”. 
Paşa bəy 1895-ci il mayın 12-də Gəncə qəzasının Yuxarı Ayıblı kəndində 
anadan olub. Subaydır. Müharibədən əvvəl təsərrüfatda işləyib. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə