ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   67   68   69   70   71   72   73   74   ...   157

Yüz qırx birinci səhifədə Lütvəli bəyin silahdaşı Çayevskinin Baş Qərargaha 
təqdimatı saxlanılır. O yazır ki, dördüncü Borçalı süvari alayının praporşiki Lütvəli 
bəy Vəkilovla Birinci Dünya müharibəsinin ilk günlərindən 1918-ci ilin 
sentyabrınadək döyüşlərdə birgə olub. Onun bütün qəhrəmanlıqlarının canlı 
şahididir. Qazaxda, Lori dərəsində, Borçalıda erməni daşnaklarına qarşı 
döyüşlərdə, Bakı, Qarayazı və Şamxorda bolşeviklərlə vuruşlarda onun cəsur 
süvari kimi igidlik göstərdiyinə zəmanət verir. Belə bir igid zabitin yüksək rütbəyə 
layiq olduğunu tamamilə qanuni hesab edir. 
Rotmistr Çayevskinin Baş Qərargaha iftixarla yazdığı təqdimatı iki general 
məmnuniyyətlə təsdiq edib, dərkənar qoruyublar: süvari diviziyasının rəisi general-
mayor Şahzadə Əmir Kazım Qacar və Qərargah rəisi general Zaxar Amaşukeli. 
Çox təəssüf ki, elə buradaca sənədlərin izi itir. 1890-cı il təvəllüdlü 
praporşik Lütvəli bəy Vəkilovun bundan sonra hansı rütbəyə layiq görüldüyü 
məlum olmur. 
PORUÇİK MƏHƏMMƏD BƏY ASLANBƏYOV - Birinci Azərbaycan 
süvari alayının zabiti, 1894-cü il martın on altısında Dağıstan vilayətinin Kürə 
nahiyəsində bəy ailəsində anadan olub. Teymurxan - Şura şəhər ədadiyyə 
məktəbində və Tiflisdəki böyük knyaz Mixail Nikolayeviç adına hərbi məktəbdə 
təhsil alıb. 
Hərbi xidmətə 1914-cü il oktyabrın birində başlayıb. 1915-ci il fevralın 
birində Qafqaz cəbhəsindəki döyüşən orduda əla xidmətinə görə praporşik rütbəsi 
verilib. Həmin il fevralın yeddisində, yüz əlli beşinci Quba piyada alayına 
keçirilib. Noyabrın birində podporuçik, 1916-cı il dekabrın on ikisində isə poruçik 
rütbəsi alıb. 1918-ci il martın on dördündə birinci Azərbaycan süvari alayında 
birinci bölüyün komandiri təyin olunub. Həmin il avqustun iyirmi doqquzunda 
1207 nömrəli əmrlə ştab-rotmistri rütbəsilə təltif olunub. Bakı cəbhəsində daşnak-
bolşeviklərə qarşı döyüşlərdə igidliklə vuruşub. Poruçik Məhəmməd bəyin 
qəhrəmanlığını general Nuru paşa Türkiyənin “Hərb medalı” ilə qiymətləndirib. 
1918-ci il iyulun səkkizində Baş Qərargah rəisi, polkovnik Həbib bəy 
Səlimov Birinci Azərbaycan alayının komandirinə belə bir məlumatla müraciət 
etmişdir: 
“Poruçik Məhəmməd bəy Aslanbəyov özünü alayda yararlı zabit kimi, 
süvari Azərbaycan alayının bir çox zabitlərindən xeyli yaxşı göstərmişdir. Ona 
görə də, onun təminat almaq üçün alaylardan birinə qəbul edilməsi yaxşı olardı. 
Alayın bir çox zabitləri Tiflisdə eyş-işrətlə məşğul olduqları halda, o, dəstədə 
yorulmadan çalışır. 
Əla və çalışqan zabit olduğuna görə mən poruçik Məhəmməd bəy 
Aslanbəyovu dəstədən buraxa bilmərəm. Çox təəssüflər olsun gi, işə can yandıran 
belə zabitlər çox azdır. Dəstədəki xidmətdən - kimin işə sadiq olduğu, kiminsə 
paqon və pul üçün xidmət etdiyi aydın oldu. 
Namusla xidmət edən zabiti cəzalandırmaq çox acı hal olardı”. 
Arxiv sənədlərindən məlum olur ki, poruçik Məhəmməd bəy Aslanbəyov 
Birinci Dünya müharibəsi illərində Azərbaycan süvari alayında da namus və 
qeyrətlə vuruşmuşdur. O, “İgidliyə görə” medalı ilə və “Müqəddəs Anna” 
ordeninin dördüncü dərəcəsilə (1915-ci il iyulun 25-də), “Müqəddəs Stanislav” 


ordeninin üçüncü dərəcəsilə (bant və qılıncla birgə) 1915-ci il dekabrın 20-də, 
“Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsilə (bant və qılıncla), 1916-cı il iyulun 
on yeddisində, 1918-ci ildə Bakı uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə 
Türkiyənin “Hərbi medalı” ilə təltif olunmuşdur. 
PORUÇİK SAYAD ZEYNALABDİN OĞLU ZEYNALOV - 1918-ci ilin 
noyabrında Gəncədəki podpraporşiklər məktəbini bitirib. Birinci Dünya 
müharibəsində “Dikaya diviziya”nın Tatar-Azərbaycan alayında xidmət edib. 
1975-ci ildə SSRİ Mərkəzi Dövlət Hərbi Arxivindən əldə etdiyim sənəd bir daha 
bunu təsdiq edir: 
“Sizin sorğunuza cavab olaraq bildiririk ki, arxiv materiallarında Tatar 
süvari alayının yunkeri, praporşik Sayad Zeynalovun xidmət dəftərçəsi saxlanılır. 
Sənəddə deyilir ki, o, 30 avqust 1886-cı ildə anadan olub. Yelizavetpol 
quberniyasındakı Qazax qəzasının vətəndaşıdır. 1914-cü ildə könüllü olaraq Tatar 
süvari alayına daxil olub. 1915-ci ildə praporşik, sonra isə yunker rütbəsi alıb. 
1914-cü il sentyabrın iyirmisindən Avstriya-Macarıstan və Almaniya 
döyüşlərinin iştirakçısı olub. “Müqəddəs Georgi” ordeninin bütün dörd dərəcəsilə 
təltif edilib. 
“Müqəddəs Georgi” ordeni qədim rus ordenlərindəndir. Onun dörd dərəcəsi 
vardı. Birinci dərəcəli orden ən yüksək hesab olunurdu. Ordenin devizi belə idi: 
“Əla xidmət və cəsurluğa görə”. Odur ki, “Müqəddəs Georgi” ordeninin bütün 
dörd dərəcəsinə yalnız fövqəladə dərəcədə fərqlənən, xüsusi igidlik, mərdlik, əla 
əsgəri rəşadət göstərən hərbi qulluqçular layiq görülürdülər”. 
  
Həmkəndliləri, Ağköynəkli ağsaqqalların yaddaşında poruçik Sayad 
Zeynalovun 1915-ci ildə Sarıqamış cəbhəsindən yazdığı şerdən bir bənd yadigar 
qalıb: 
 
Sarıqamış altında olduq nəzərdə
Yüyürdük irəli, qalmadıq geridə. 
Tatar polkunun adı söyləndi dildə, 
Qürbət elə düşdü yolum, neyləyim. 
 
1917-ci ildə Vətənə qayıdan Səyyad Zeynalov 1918-ci ildən Milli Orduda, 
əvvəlcə birinci Tatar-Azərbaycan alayında, sonra isə üçüncü Şəki süvari alayında 
xidmət edib. Qarabağda, Göyçayda və Bakıda daşnak-bolşeviklərə qarşı döyüşlərin 
fəal iştirakçısı olub. 
İyirmi səkkiz aprel çevrilişindən sonra Qazax milis şöbəsinin rəisi, “El 
yardımı komitəsi”nin sədri və Gəncə milis idarəsinin rəisi kimi məsul vəzifələrdə 
işləyib. Otuz yeddinci ildə Musavat zabiti kimi həbs olunub, 1942-ci ildə sürgündə 
dünyasını dəyişib. 
PORUÇİK MAHMUD İBRAHİM OĞLU ƏFƏNDİYEV - 1890-cı il 
iyulun iyirmi dördündə Qazax qəzasının Salahlı kəndində kəndli ailəsində anadan 
olub. Qoridə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil 
alıb. 1915-ci ildəTelavi praporşiklər məktəbini bitirib. Musavat ordusunda rota 
komandiri idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə