ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   74   75   76   77   78   79   80   81   ...   157

Bu siyahını tamamlamaq çox çətindir. Ona görə ki, iyirminci ilin aprelindən 
sonra bolşevik-daşnak orduları tərəfindən qətlə yetirilən, sürgün olunan zabit 
oğullarımız haqqında məlumat çox azdır. Arxiv sənədlərində və ya yaddaşlarda 
onların bəzilərinin ad-familiyası, bəzilərinin də ya adı, ya da familiyası qalıb. Ona 
görə də onları olduğu kimi sizə təqdim edirik: polkovnik Hüseynxan Naxçıvanlı, 
podpolkovnik Yaqub bəy Əhmədzadə podpolkovnik Nağı bəy Əlizadə, mayor 
İlyas bəy Talışxanlı, ştabs-rotmistr Murad xan Naxçıvanlı, sıravi hərbi qulluqçular: 
İbrahim bəy Fəttahov, Cəfər bəy Axundzadə, Fərhad bəy Ağalarov, Hüseyn bəy 
Mirizadə və Mehdizadə. 
KAPİTAN YAQUB BƏY SADIQ BƏY OĞLU AXMETYEV -
Milliyyətcə tatardır. 1894-cü ildə Tiflisdə anadan olub. 1914-cü ilin sentyabrında 
Tiflisdəki kadet korpusunu bitirmişdir. 1917-ci ilə kimi Türkiyənin Ərzincan 
şəhərində yerləşən 39-cu diviziyanın Quba alayında xidmət etmişdir. 1918-ci ildə 
Azərbaycan Milli Ordusuna könüllü daxil olmuşdur. Bir il sonra Zaqatalaya 
komendant təyin edilmişdir. 1920-ci il iyulun 9-da Şəki və Zaqatalada bolşeviklərə 
qarşı başlanan üsyanın başçılarından biri idi. Zaqatala qalasını tutan üsyançılar 
kapitan Yaqub bəyin başçılığı ilə on beş gün bolşeviklərə qarşı vuruşurlar. İyulun 
20-də komendant-kapitan Yaqub bəy Axmetyev yaralanıb ələ keçmiş və 
bolşeviklər tərəfindən edama məhkum edilmişdir. Az müddət Zaqatala qalasında 
saxlanan mərd kapitan Yaqub bəy ağır yaralı halda kameranın divarına yazmışdır: 
“Mən kapitan Axmetyev ölüm hökmü altında yatıram. Heç bir cinayət 
eləməmişəm. Vətənim Azərbayçanın azadlığı uğrunda bolşeviklərə qarşı 
vuruşdum. Musavat zabiti olduğuma görə güllələnməyə məhkum olmuşam”. Həyat 
yoldaşı Vəsilə xanım Musabəyova müəllimə idi. Bolşeviklər Yaqub bəyə edam 
olunması haqqında qərar oxuyanda, “Qorxma, mətin ol, nahaq axıdılan qanının 
intiqamını unutmarıq” - deyə hayqırdığı üçün Vəsilə xanımı Cənub cəbhəsi 
tribunalının sədri cəllad Georgi Atarbekov (Atarbekyan) sonralar da “fəxrlə” 
deyirmiş ki, Vəsilə xanım Musabəyovanı və əri Yaqub bəy Axmetyevi özüm 
güllələdim. 
Ordu quruculuğumuz haqqında bir məsələni də xüsusilə vurğulamaq 
istərdim. Otuzuncu illərdən sonra Rusiya və Azərbaycanın bədnam tarixçiləri 
tərəfindən çarizmə və cümhuriyyətə qarşı eyni topdan güllə atmaq, 
azərbaycanlıların ordu sıralarına çağırılmaması iddiasını əsaslandırmaq, 
ümumiyyətlə, Azərbaycan Respublikasının ordu quruculuğu üzərinə kölgə salmaq 
məqsədilə bu ifadə işlənməyə başlamışdır. Halbuki, nə “Dikaya diviziya” 
vəhşilərdən ibarət idi, nə də qırx minə yaxın ordu təşkil etmiş respublika boş yerdə 
hərbi quruculuq yaratmışdı. Üstəlik, onu da deyək ki, bu orduya Əliağa Şıxlinski, 
Səmədbəy Mehmandarov kimi dünya şöhrətli sərkərdələr başçılıq etmişdi. 
Tarixi saxtalaşdırmaq - xalqın ömür yolunu çaşdırmaq, keçmişini qaranlıq 
içərisində itirmək, gələcəyini dumanlığa qərq etməkdir. 
Belə unutqan tarixçilərimiz haqqında istiqlal şairimiz Məhəmməd Hadi 
Qafqaz İslam Ordusunun Bakını işğalçılardan təmizlədiyi gündə - 1918-ci il 
sentyabrın 15-də “Türk nəğməsi”şerində yazırdı: 
 
Türkün tökülən qanları beyhudə 


gedərmi? 
Diqqətlə düşün, yoxsa bu qan həpsi 
hədərmi? 
Dörd ildə verilmiş bu qədər can 
hədər olmaz, 
Məfkurə yolunda tökülən qan 
hədər olmaz. 
Qan ilə qazandıq zəfəri verməyiz 
əldən,  
Xövf eyləmədik atəşi dəhhaşe 
düvəldən. 
 
Qəribə burasıdır ki, gec də olsa, rus hərb tarixçisi, polkovnik V.V.Popov 
1997-ci ildə “Voenno-istoriçeskiy jurnal”ın ikinci sayında “Dikaya diviziya”nın 
Birinci Dünya müharibəsində və Port-Artur döyüşlərində qəhrəmanlığını etiraf 
etmişdir. O yazır: “1917-ci ilin oktyabr inqilabına və ondan sonra keçirilən tərxisə 
qədər qafqazlılar hərbi xidməti rus ordusunun seçmə hissələrində, o cümlədən 
imperatorun mühafizəsində keçirdilər. Rus-yapon və Birinci Dünya 
müharibələrində Qafqaz müsəlmanlarından təşkil edilmiş birləşmələr (məsələn, 
“Vəhşi diviziya” və ya “Tuzemnaya”) və süvarilər öz igidliyi və cəldliyilə, 
cəbhənin ən qorxulu sahələrindəki vuruşmalarda cəsarət və qorxubilməzliyi ilə 
fərqlənirdilər”. 
  
Bəzi musavat əsgər və zabitinin bioqrafiyasında keçmiş imperiya 
ordusundan qalma istilah və rütbə adlarına rast gəlirik. 1918-1920-ci illərdə işlənən 
bu sözlərin və rütbələrin oxunuşunda müasir oxucunun çətinlik çəkəcəyini nəzərə 
alıb onlardan bəzisinin izahını da veririk. 
Praporşik - Çar ordusunda orta dərəcəli zabit rütbəsi 
Feldfebel - Rota komandirinin təsərrüfat üzrə müavininə verilən hərbi rütbə. 
Yunker - Rütbə yunkerlər məktəbini bitirən zadəgan balalarına verilirdi. 
Ştab-rotmistri - Süvari qoşununda qərargah zabiti. 
Poruçik - Çar ordusunda podporuçiklə ştabs-kapitan arasında olan zabit 
rütbəsi. 
Uryadnik - Orduda taqım komandirinin müavini. Rütbə əsasən Kazak 
qoşunlarında xidmət edənlərə verilirdi. 
Podporuçik - 1920-ci ilə qədər çar və Musavat ordusunda kiçik zabit 
rütbəsi. 
Podpraporşik - Yeni təşkil edilmiş əsgəri heyətdə fərqlənən hərbi 
qulluqçuya verilən kiçik rütbə. 
Kadet korpusu - Aprel inqilabına qədər zadəgan balalarına məxsus qapalı 
hərbi orta məktəb. Varlı ailələrin uşaqları yeddi-səkkiz yaşında bu məktəbə qəbul 
olunurdu. 
Realnı məktəb - İnqilabdan əvvəl orta məktəb. 
Meşşan ailəsi - Şəhərdə xırda alverçilərdən, sənətkarlardan və aşağı təbəqəli 
qulluqçulardan olan ailələri 1920-ci ilə qədər belə adlandırırdılar. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə