ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.

səhifə9/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   157

Mən daha dözə bilmədim. Düzü, qorxurdum, özü baxıb, sonra da götürüb 
geri aparsın və desin ki, sizin dediklərinizdən əsər-əlamət yoxdur. Ayağa durdum. 
Əlimi cibimə salıb, pasportumu və vəsiqəmi çıxardıb stolun üstünə qoyum. 
 
- Buyurun, - dedim, - mən bu iki sənədimi sizə etibar edirəm. Siz də 
əvəzində qovluqu verin, özüm baxım. 
Hiss elədim ki, mənim bu səbirsizliyim Yelenanın da xoşuna gəlmədi. O, 
narahatlıqla: 
- Axı, belə olmaz... 
Müdir də dözə bilməyib bir az əsəbi: 
- Nə deyirəm, buyurun, - deyib, qovluğu mənə verdi. 
Admiralın şəxsi işinə baxır və gözlərimə inanmıram. İlahi, bu qədərdə 
saxtakarlıq olarmı? Nəfəsim təngiyir, həyəcandan şəxsi iş əlimdə əsir. Dözə 
bilməyib sevincimi onlara da bildirmək istəyirəm. 
 - 
İcazə verin, sizin üçün admiralın ad-familiyasını oxuyum. Müdir dinmir. 
Amma mənim qələbəmi, sevincimi duyan Yelena: 
 
- Buyurun, oxuyun, - deyə şən səslə cavab verir. 
Oxuyuram: 
Aslanbəyov İbrahimbəy Allahverdi bəy oğlu. Əsli belədir. Lakin qara tuşla 
bu ad-familiyanın üstündən xətt çəkilib, düzəliş edilib: Aslanbeqov Avramiy 
Boqdanoviç, 1822-ci ildə Bakıda anadan olub. Əsli-nəcabəti isə ağalıqdır 
/zadəgan/. Dini müsəlmandır. Sonuncu iki sözün üstündən də xətt çəkilib, əvəzində 
“pravoslavnıy” yazılıb. 
Əgər mümkünsə, icazənizlə admiralın şəxsi işindən qeydlərimi götürüm... 
Yelena sevinclə: 
 - 
Əlbəttə olar, buyurun, əyləşib qeydlərinizi edin, mənə isə icazə verin 
mürəxxəs olum. 
Mənim səmimi təşəkkürümü məmnuniyyətlə qəbul edən Yelena gedən kimi 
müdir sərt səslə bildirir: 
- Yoldaş, qeydlər götürmək olar, amma nadir fondda saxlanan şəxsi işin 
fotosurətini çıxartmağa icazə verilmir. 
 
- Çox sağ olun, - dedim, - mənə bu qeydlər də bəs edər. 
Belə bir qadağanın olmamasını mən çoxdan bilirdim. Lakin bu dar macalda 
mübahisəyə girişməyi artıq hesab etdim. Bir də ki, bu, mənə heç lazım deyildi. 
Başlıcası o idi ki, mən həmyerlim haqqında, ilk azərbaycanlı vitseadmiral barədə 
nadir tapıntı ilə üzləşmişdim. Bu sevinc mənə bəs idi. 
  
* * * 
 
Bakı limanı getdikcə yararlı hala salınırdı... Gəmi heyətinin əksəriyyəti 
bakılılardan olurdu... Gəmiçiliyin inkişafı bakılıları dənizlə həmişəlik bağlayırdı. O 
illərdə şəhərdə çox nadir ailələrə rast gəlmək olardı ki, dənizçi olmasın. Gəmilərdə 
qara fəhlə işləyən də çox idi. 1820-ci illərdə Bakı sularında artıq altmışa qədər 
yelkənli gəmi üzürdü. 
 
Qılman İLKİN, 


yazıçı. 
 
Azərbaycan hərbi Dəniz Donanması tarixində ilk admiralımız Dərgahqulu 
bəyin oğlu birinci Mirzə Məhəmməd xan olmuşdur. Təəssüf ki, hələlik onun 
fotoşəklini əldə etmək və ömür yolunu tam öyrənmək mümkün olmamışdır. Lakin 
hərbi dəniz tariximizin səhifələrində Mirzə Məhəmmədxanın fəaliyyəti haqqında 
az da olsa, məlumat var. 
İyirmi yaşında Bakı xanlığına hakim olan Mirzə Məhəmməd xan atası 
Dərgahqulu bəydən sonra bərbad hala düşmüş iqtisadiyyatı qaydaya salmaqla 
yanaşı, Xəzərdə gəmiçiliyin inkişafına xususi qayğı göstərirdi. İlk dəfə Bakı 
limanında gəmiçiliyin inkişafına da o başlamışdır. Bu məqsədlə Avropada 
gəmiqayırma təcrübəsini öyrənmək üçün səfərə də çıxmışdır. Sevimli yazıçımız 
Qılman İlkinin “Bakı və bakılılar” sənədli əsərindəki bir epizod tarixi fakt kimi 
qiymətlidir: 
“Bir gün Mirzə Məhəmməd oğlu Məlik Məhəmmədi yanına çağırıb dedi: 
 - Qulaq as, Məlik Məhəmməd, gör nə deyirəm. Biz dəniz sahilində 
oturmuşuq, ancaq öz gəmilərimiz yoxdur. Balıqçı gəmiləri ilə iş aşmaz. Bizə elə 
gəmi lazımdır ki, üstümüzə düşmən gələndə onun qabağına çıxa bilək.  
Atasının sözlərindən heç bir şey başa düşməyən Məlik Məhəmməd gözlərini 
döyə-döyə ona baxırdı. 
- Bunun üçün mən Avropaya getməliyəm,  - deyib Mirzə Məhəmmədxan 
dərindən nəfəs aldı. - Yaxşı gəmiləri ancaq oralarda düzəldirlər. 
- Bəs burda kim qalacaq? - Məlik Məhəmməd təəccüblə soruşdu. 
 - 
Necə yəni kim qalacaq? Sən! Məlik Məhəmməd bəzi işlərə qarışaraq, 
atasına kömək edirdisə də, özünə qarşı bu cür etibarı heç gözləmirdi. 
Həmin illərdə Bakıda olmuş Səyyah Leyx yazırdı k i, Bakı xanı admiral 
Mirzə Məhəmməd tez-tez Langertə gedərək orada gəmi inşaasına rəhbərlik edirdi”. 
Başqa bir mənbə də mövcuddur. 1804-1806-cı illərdə Azərbycana işğal 
məqsədilə gələn rus qoşunlarının burnunu Xəzərdəki hərbi dənizçilərimiz ustalıqla 
ovmuşdular. İran tarixçisi Nasir Nəcimi yazır ki, Abbas Mirzənin cəsarətli 
sərkərdəsi, Bakının igid komandiri (əslində valisi) Hüseynqulu xan toplardan birini 
rus gəmilərindən azacıq aralı olan yerə çəkib, heyrətləndirici cəldlik və fədakarlık 
göstərərək düşmənin bir neçə gəmisini top mərmisiylə dənizə qərq etmişdi. 
Şübhəsiz ki, on yeddi yaşlı İbrahim bəy Aslanbəyovun Peterburqda hərbi 
Dənizi  Korpusunu bitirməsi də ilk admiralımız Mirzə Məhəmmədin arzu və istəyi 
ilə bağlı olmuşdur. Bakıxanovların ailə şəcərəsində Allahverdi bəy adlı bir şəxs 
vardı. Bəlkə İbrahim bəy Aslanbəyov həmin Allahverdi bəyin oğludur? Təəssüf ki, 
yüz yetmiş üç illik zaman məsafəsindən bunu dəqiqləşdirmək mümkün olmadı. 
Ancaq xatırlatmaq istərdik ki, o vaxtlar aşağı təbəqəyə məxsus ailənin on üç yaşlı 
oğlu Rusiyada oxumaq imkanına malik ola bilməzdi. Demək, il vitse-admiralımız 
İbrahim bəy Aslanbəyov Bakı xanlarının nəslinə mənsubdur. Şəxsi işində zadəgan 
nəslinə mənsub olması barədə qeyd də bunu sübut edir. 
Adətən ensiklopediyaya düşən hər hansı görkəmli şəxsiyyətin harada 
doğulduğu, hansı millətin oğlu olduğu yazılır. Nə məşhur naşir İ.D.Sıtinin 1911-ci 
ildə nəşr olunmuş çoxcildli “hərbi ensiklopediya”sında, nə də sovet dövründə çıxan 



Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   157


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə