Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım yazır: “Cəmiyyətin sədri
Gövhər xanım Qacar savadlı, işgüzar və bacarıqlı bir qadın idi, çadrasız gəzirdi, əri
hərbi qulluqçu idi. Tiflisin yüksək
cəmiyyətlərinə gedib-gələr, canişin arvadının
ziyafətlərində olardı. Özünün əlaqələri, həmçinin ağlı və nəzakəti ilə o, bizim
tədbirlərimizin həyata keçirilməsinə kömək edərdi”.
Bəhmən Mirzənin 1905-ci ildə Port-Artur döyüşlərində həlak olmuş oğlu
Əliqulu Mirzə qeyri-adi istedad sahibi olmuşdur. Tiflisdəki Kadet korpusunu
bitirdikdən sonra Oryol şəhərində yerləşən əlli birinci Çerniqov draqun alayında
xidmət etmiş, 1903-cü ildə Yeletsdəki əlli ikinci Necinski alayına dəyişdirilmişdir.
1905-ci ildə Port-Artur döyşlərində igidliklə həlak olan podpolkovnik Əliqulu
Mirzə döyüş xidmətlərinə görə “Müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdur.
Bu barədə “Tərcüman” qəzeti 18 fevral 1905-ci il tarixli sayında yazırdı:
“Qızıl Xaç Cəmiyyətinin əlahəzrət himayəçisi Məlakə İmperator Mariya
Fyodorovna Qızıl Xaç hesabına mərhum podpolkovnik, şahzadə Əliqulu Mirzə
Qacarın
cənazəsini Qafqaza, Yevlax stansiyasına qədər aparılmasını lazım
bilmişdir”.
Uzaq Port-Arturda gedən ağır döyüşlərdə minlərlə əsgər və zabit həlak oldu.
Onların hamısına öz doğma torpağında uyumaq qismət olmadı, Vətənində dəfn
olunmaq şərəfi podpolkovnik Əliqulu Mirzə Qacara ona görə qismət oldu ki, o,
şahzadə nəslindən idi. Yetmiş ildən çox sovetlərin tənqid atəşinə tutduğu imperator
II Nikolay nufuzlu nəsillərə belə ehtiram göstərirdi.
1979-cu ildə doxsan iki yaşında Tiflisdə vəfat edən oğlu Şəmsəddin
Mirzənin atası haqqında “O qayıdacaq” adlı xatirəsi qalmışdır. O yazır ki, hələ
Oryolda olarkən hərbi-təlim məşqləri zamanı at sürməkdə, nişangahı dəqiq
vurmaqda həmişə birinci prizlər alardı. Hərbçi dostları onu mahir atıcı kimi
tərifləyəndə sakit təbiətli, az danışan
atam elə-belə, yüngülvari gülümsünərdi.
Müharibə başlayanda atam ön cəbhə üçün vacib olan əşyalarını yığışdırıb qabqardı.
Anam Sitarə xanım həyəcanla:
-
Əliqulu, - dedi, - sən də gedəcəksən? Axı həkimlər deyir ki, sənin
ürəyin xəstədir, özün də müalicə olunursan, belə bir ürəklə cəbhəyə getmək,
açıq-açığına ölümə getmək deməkdir.
Atam əsəbiliklə qalın qaşlarını yığışdırıb:
-
İndi, - dedi, - o bərədə danışmaq vaxtı deyil. Xəstə adam gərək çoxdan
istefaya çıxaydı. Bu saat geri dursam deyəcəklər ki, qorxdu,
müharibəyə
getməkdən...
-
Axı sən xəstəsən, özü də ciddi...
- Boş şeydr, heç nə olmaz, - deyən atam hərbi çantasını qabqarmağı davam
etdirdi. - Evdə əvəzimdə bu boyda kişi qalır, - atam mənim başımı tumarladı. Onda
mənim on yaşım yenicə tamam olmuşdu.
Oğlunun və müasirlərinin yazdığına görə, podpolkovnik Əliqulu Mirzə
Qacar fotoqrafiya sənətini gözəl bilirmiş. Təsadüfi deyil ki, onu haqlı olaraq
Azərbaycanın ilk qeyri-professional fotoqrafı adlandırırlar. Bu gün Tiflis, Bakı,
Peterburq arxivlərində Bəhmən Mirzənin ailə üzvlərinə məxsus fotoşəkillərin də
müəllifi şübhəsiz ki, podpolkovnik Əliqulu Mirzə Qacar olmuşdur.
* * *
Bəhmən Mirzə Qacarın on beşdən çox oğlu İran və Rus ordularında hərbi
xidmətdə olub. Onlardan yeddisi - Əmir Kazım Mirzə,
Məhəmmədəli Mirzə,
Səməd Mirzə, Mahmud Mirzə, Rzaqulu Mirzə, Əmənulla xan Mirzə və Feyzulla
Mirzə general rütbəsinə qədər yüksəliblər. Səkkizi isə polkovnik idi: Şahruh Mirzə,
Xosrov Mirzə, Xanbabaxan Mirzə, Nəsrulla Mirzə, Seyfulla Mirzə,
Mənsur Mirzə,
Əbdulsəmid Mirzə və Darab Mirzə.
Uzun axtarışlardan sonra müxtəlif arxivlərdən, ayrı-ayrı adamlardan onların
iyirmi nəfərdən çoxunun fotoşəklini əldə edə bildim. Bəhmən Mirzənin isə o tay
Azərbaycanın hakimi və baş komandanı olduğu vaxt çəkilmiş fotoşəklini
Respublika Əlyazmalar İnstitutundan tapdım. Sədrəddin Mirzənin nəticəsi,
M.Dadaşov adına Elmi-Tədqiqat Muhəndislər İnstitutunun əməkdaşı Yavuz
Muradovdan ulu babası şahzadə Abbas Mirzənin əksini aldım.
İran ordusunda Avropa üsulunda islahatlar aparan baş komandan Abbas
Mirzə öz dövrünün görkəmli sərkərdəsi olub. O, Rusiya-İran /1804-1823, 1826-
1828/ və İran-Türkiyə /1821-1823/ müharibələrində İran ordusunun bir strukturuna
komandanlıq edib.
Tarixən hərbçi olan Qacarlar nəsli hələ XVIII-X1X əsrlərdə görkəmli
sərkərdələr yetişdirib. “Ağa Məhəmməd şah Qacarın qardaşı nəvəsi marağalı
Məmmədhəsən xan Etimadüssəltənədir /1843-1896/. Otuzdan artıq
tarixi əsərin
müəllifi, alim, tərcüməçi və görkəmli dövlət xadimi olan Məhəmmədhəsən xanın
nəslindən Nadir şahın Hindistana yürüşündə, Heratın mühasirəsində iştirak edərək
igidlik göstərmiş hərbçilər olub. Məhəmmədhəsən xan Qacar səkkiz
yaşındaTehranda yeni təsis edilmiş Darülfünuna daxil olub, tarix, coğrafiya, tibb,
həndəsə və s. elmlərlə yanaşı hərbi biliklərə yiyələnib və təhsil aldığı on iki il
müddətində dörd medalla təltif olunub.
Məhəmmədhəsən xan Qacar hələ on doqquz yaşından
süvari qoşun
komandanı Əziz xanın yanında qulluq edib. Otuz il keçdikdən sonra həmin illəri
xatırlayan Nəsrəddin şah general - yavəri haqqında demişdir ki, Etimadüssəltənə
indiki mərtəbəyə özünün əla xidməti, düz işi və sədaqətinə görə çatıb.
On altı yaşlı Məhəmmədhəsən xan İranın Xuzistan və Luristan əyalətlərində
alay komandiri kimi xidmət edib, on yeddi yaşında Şüştərin hakimi təyin olunub.
Bir ildən sonra Tehrana çağırılan Məhəmmədhəsən xana Nəsrəddin şahın
general -
yavəri vəzifəsi tapşırılır. Sonralar üç il Parisdə İran Səfirliyinin ikinci katibi və
hərbi attaşe kimi çalışır. Nəsrəddin şah onu Tehrana çağırıb ikinci dərəcəli “Şire-
xorşid” ordeni ilə təltif edir və onu şəxsi mütərcimi vəzifəsində saxlayır.
Məhəmmədhəsən xan Qacar Fransa, Yaponiya, Osmanlı, Venesuela,
Almaniya, Bavariya, İngiltərə, Belçika və Rusiya dövlətlərinin ordeni və medalları
ilə təltif olunub. O, İranın ilk Dövlət Nəşriyyatı naziri olmuş, ömrünün axırınadək
bu vəzifədə çalışmışdır. Dərin zəkaya və böük nüfüza malik bu şəxsə həsəd
aparanlar çox olmuşdur. O, əlli üç yaşında düşmənləri
tərəfindən zəhərlənib
öldürülmüşdür” Tahirə Həsənzadə, “Qacarlar nəslindən soraq” məqaləsi,
“Maarifçi” qəzeti, 30 iyul 1997-ci il/.