ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.

səhifə16/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   157

bir-bir göz önündə canlanır. Məllifin xidməti  həm də ondadır ki, o, bütün fars 
salnaməçiləri kimi milli şovinizmə qapılmır və həqiqətdən yayınmır. Məsələn, 
bütün fars tarixçiləri I Şah Abbası  ya məşhur qəhrəman, ya da dahi sərkərdə və 
müqəddəs şəxs kimi qələmə verir, buna görə də hətta ona “Cənnətməkan” titülu da 
verirlər. Bəhmən Mirzə isə onu olduğu kimi təsvir edir. Məlum olur ki, bu məşhur 
qəhrəman elə vəhşiliklər törədib ki, tanış olduqca adamın damarlarında qanı donur: 
bu əməlləri yalnız insan cildində yırtıcılar törədə bilərdilər. Məsəlan, o, öz atasını 
doqquz il zülmətxanada incitmiş və orada ölməsinə bais olmuşdur. Öz doğma 
qardaşları Abutalıb Mirzəni və Təhmasib Mirzəni Əlamut qalasında düz otuz beş il 
saxlamışdır. Onlar qalada məhrumiyyətlərdən ölmüşlər. Onun əmrilə doğma 
oğlanları, hətta taxt-tac varisləri də heç bir səbəb olmadan, şübhə üzündən 
öldürülmüş və gözləri çıxarılmışdır. Bu kimi faktlara ilk dəfədir ki, fars 
müəllifində rast gəlirsən. Bu həqiqətpərəstlik, əlbəttə, Bəhmən Mirzənin əsərinin 
müsbət cəhətidir. 
1848-ci il mayın on ikisində “Lənkəran” gəmisi ilə Bakıya gələn şahzadə 
Bəhmən Mirzə az müddət Şamaxıda qaldıqdan sonra Tiflisə köçür, Mirzə Fətəli 
Axundovun qonşuluğunda yaşayır. 
  
Dörd ilə yaxın Tiflisdə yaşayan şahzadə Bəhmən Mirzə yenidən Vətənə 
qayıtmaq üçün təşəbbüs göstərir. Bu barədə Rus çarlığı İran hökumətinə rəsmi 
müraciət edir. Lakin İran şahlığı onun qarşısında üç şərt qoyur: birinci: 
Azərbaycanda /Cənubi Azərbaycan nəzərdə tutulur - Ş.N./ yaşamaq əzmində 
olmasın, ikinci: mənsəb və vəzifə tələb etmədən ona veriləcək kəndlərin gəliri ilə 
kifayətlənsin, üçüncü: Rusiya dövləti tərəfindən himayə edilmək imtiyazına malik 
olmasın, şahın digər rəiyyətləri kimi, adi vətəndaş huququ ilə İrana qayıtsın. 
Bəhmən Mirzə ədalətsiz hesab etdiyi bu üç şərtin heç biri ilə razılaşmır. Və 
ömürlük rus təəbəliyini qəbul edir. 1851-ci il oktyabrın dördündə Şuşaya köçən 
Bəhmən Mirzə Məlikovların mülkünü satın alır. Ona imperator tərəfindən doqquz 
min altı yüz min manat
13
 maaş kəsilir. 
Görünür, ona görə də Bəhmən Mirzə Qacar rus imperatorunun tərifini 
göylərə qaldırır, onun ədalətindən, rəiyyətlərinə göstərdiyi səxavətdən razı qalaraq 
“Padşaha minnətdarlıq” əsərində yazırdı: 
“Nə nahaq adam öldürən var və nə də bir kəsin bədən üzvünü kəsən. Nə bir 
kimsədən cərimə alan var, nə də bir kəsin malını zəbt edən. Bu, bir böyük nemət və 
sonsuz bir lütfdür ki, Allah sizə bağışlayıbdır. Bəs bu nemətə qarşı şükrü vacib 
bilinib, əmniyyətin qədrini yaxşı biliniz, həmişə əlahəzrət şahənşaha dua ediniz və 
bu dövlətin həmişəlik yaşamasını istəyin... İndi müşahidə edin ki, əlahəzrət 
padşahın varlığının nuri sayəsində  məmləkətlər necə abad olub əmniyyət 
qazanmışdır”. 
                                                 
13
Bəzi mənbələrdə bu rəqəm оtuz аltı min mаnаt göstərilir -müəl. 
  


1884-cü il fevralın 11 -də Şuşada vəfat edən  Bəhmən  Mirzə  Qacar 
sağlığında tikdirdiyi Bərdənin İmamzadə qəbiristanlığındakı   məqbərədə  dəfn 
olunur.
14
 
Rus hökuməti tərəfindən hörmətlə qəbul edilən şahzadə Bəhmən Mirzənin 
həyat və fəaliyyətinə inqilabdan əvvəl nəşr olunmuş “Qafqaz Arxeoqrafiya  
Komissiyasının aktları” məcmuəsinin onuncu cildində geniş yer verilmişdir. 
 
ÖVLADLARI 
 
İnamla demək olar ki, Bəhmən Mirzə altmış üç övladının hamısına ali təhsil 
vermiş, xalqımız üçün yararlı şəxsiyyətlər böyütmüşdür. Onun qızları Tiflis 
gimnaziyasında oxumuş, müsəlman qadınlarının xeyriyə cəmiyytlərində fəal iştirak 
etmişlər. Məscid tikdirmiş, yol çəkdirmiş, ibtidai məktəblər açılması işində var-
dövlətlərini səxavətlə xərcləmişlər. 
Qədim Gəncədə onun qızı Səbiyyə xanımdan bir nişanə qalıb. Şərq 
ornamentləri ilə bəzədilmiş məscid mehmanxananın tikilməsi üçün Səbiyyə xanım 
şəxsi torpağını vermiş, qəriblər üçün mehmanxana-məscid tikdirmişdir. İnqilabdan 
əvvəlki ruhani-sorğu kitablarında və məscidin mehrabında oxuyuruq: 
“Bu məscidin yerini, öz mülkündən torpağından şahzadə Bəhmən Mirzənin 
qızı Səbiyyə xanım vəqf edib. Burada yaşayan başqa səxavət sahibləri də binanın 
tikilməsində xərc çəkiblər”. Uzun illər məscid kimi istifadə olunan həmin binada 
sonralar A.S.Puşkinin şərəfinə kitabxana təşkil olunmuşdur. 
Gəncəli Cavad xanın nəticəsi, görkəmli ziyalı Adil xan Ziyadxanov yazır ki, 
anam Azər Humayun şahzadə Abbas Mirzə naibü-əs-səltənənin nəvəsi, şahzadə 
Bəhmən Mirzə Qacarın qızı idi. İslama bağlılığı olduqca möhkəm idi. Çox təmiz 
və qüsursuz bir əxlaqa malik idi. Xoşbəxtlikdən, bu əxlaq tərbiyət və təhsil nuru ilə 
ziyalanmışdı. Övlad üçün böyük xoşbəxtlikdir ki, bilikli bir ananın ağuşunda 
dünyaya göz açsın və belə bir ananın bilik bulağından hər bir vaxt istifadə etsin. 
Maraqlı haldır ki, Bəhmən Mirzənin gəlinləri, nəvələri də Peterburqda, 
Kiyevdə, Tiflisdə ali Avropa təhsili almışlar. 
Fransa, İngiltərə, rus, fars və Azərbaycan dillərində kamil savada malik olan 
Sitara xanım Qacarın oğlanları Şəmsəddin və Oveys Petroqrad Politexnik 
İnstitutunda təhsil almışdılar. Tiflis Nücabə Qızlar İnstitutunda təhsil alan Gövhər 
xanım Qacar 1905-ci ildə təşkil olunmuş “Zaqafqaziya müsəlman qadın xeyriyyə 
cəmiyyəti”nin sədri olmuşdur. O, fanatiklərin əlilə öldürülmüş Ağalə Əkbər 
İsmayılovun qızı, Bəhmən Mirzənin isə gəlini idi
15
. Peterburq Qızlar İnstitutu 
nəzdində xüsusi kurs bitirmiş bu nufuzlu qadın general əri şahzadə Əmir Kazım 
Mirzə Qacarla birgə əsrin əvvəllərində müsəlmanların mədəni tədbirlərinin 
hamısında yaxından iştirak etmişdir. Gövhər xanım Qacar haqqında Cəlil 
                                                 
14
 Оn јеddinci əsrin əvvəllərində nаməlum müəllif tərəfindən yazılmış "Qızılbаşlаr tаriхi" kitаbındа qеyd оlunur ki, 
Qаcаr tаyfаsı qədimdə Gəncə вə Bərdədə yаşаmışdır. Bir qismi isə Şаmdаn gəlmişdir. Şübhəsiz ki, şаhzаdə Bəhmən 
Мirzə Qаcаr dа Bərdəni ulu bаbаlаrının yurdu kimi qəbul еtmiş və оrаdа dəfn оlunmаsını vəsiyyјət еtmişdir - müəl. 
 
15
 Şаhzаdə Bəhmən Мirzə Qаcаrın üç оğlu Аğаəli Əkbər Ismаyılоvun üç qızınа еvlənmişdi: Əmir Каzım Göhər 
хаnımlа, Хаncаn хаn Fərruха хаnımlа, Əliqulu Sаrа хаnımlа аilə qürmuşlаr. - müəl. 
 



Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   157


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə