ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

– Mən söhbətinizin son bir saat yarımını nəzərdə tuturam. Vinkovcidə qatardan 
endiniz, elə deyilmi? 
– Bəli, amma bir dəqiqəliyə. Dəhşətli soyuq vardı. Çovğun əsirdi. Vaqona 
girdiyimizə çox sevindim. Halbuki həmişə bu qatarları həddindən artıq 
qızdırdıqlarını deyirəm. 
Buk köksünü ötürdü:  
– Hər kəsi birdən məmnun etmək çox çətindir. İngilislər bütün pəncərələri açırlar. 
Ondan sonra başqaları gəlir və bütün pəncərələri bağlatdırırlar. Çox çətindir... 
Puaro da, Arbetnot da ona fikir vermədilər. 
– İndi isə, müsyö, xəyalən keçmişə qayıtmağa çalışın, – dedi Puaro. – Beləliklə, 
bayırda çox soyuqdu. Təkrar qatara mindiniz. Divanda oturdunuz və bir siqaret 
çəkdiniz, ola bilər, trubka çəkdiniz... – Bir an dayandı. 
– Mən trubka çəkirdim, Makkuin siqaret. 
– Qatar hərəkət etdi. Siz trubkanızı çəkirsiniz. Cənab Makkuinlə dünya 
problemlərindən söhbət edirsiniz. Gecə keçir. Yolçuların çoxu yatmışdı. O sırada 
biri qapının önündən keçdimi? Yadınıza salmağa çalışın. 
Arbetnot xatırlamağa çalışaraq qaşlarını çatdı.  
– Buna cavab vermək çətindir. Açığı, kupenin çölündə nələr olduğuna fikir 
vermirdim...  
– Siz axı hərbçisiniz. Sizin xüsusi müşahidə qabiliyyətiniz olmalıdır. Siz, yəqin ki, 
özünüz də hiss etmədən çox şeyləri müşahidə edirsiniz. 
Polkovnik yenə də fikirləşdi və başını buladı: 
– Deyə bilmərəm. Yadımda deyil bələdçidən başqa kiminsə keçdiyi. Ancaq, 
dayanın, deyəsən, hansısa bir qadın keçdi. 
– Onu gördünüzmü? Gənc idimi? Yoxsa yaşlı? 
– Onu görmədim. O tərəfə doğru baxmırdım. Bir xışıltı eşitdim. Bir də ətir 
qoxusunu hiss etdim! 


– Qoxu? Gözəl qoxu idimi? 
– Necə deyim... Pis bir parfüm qoxusu. Elə bir qoxu ki, bilirsiniz, uzaqdan adamın 
burnunu vurur. Ancaq, – Arbetnot tələsik əlavə etdi, – bu daha erkən saatlarda da 
ola bilər, bunu nəzərə alın. Sizin də dediyiniz kimi, adam özü də hiss etmədən belə 
şeyləri müşahidə edir. Bax mən də gecə ərzində yaddaşımın alt qatına yazmışam: 
“Qadın… və parfüm”. Ancaq nə zaman keçib, bunu dəqiq deyə bilmərəm, ola 
bilsin Vinkovcidən sonra keçdi. 
– Daha dəqiq bir şey söyləyə bilməzsinizmi? 
– Xeyr. Makkuinin yanında keçirdiyim vaxtın son yarım saatında oldu bu. 
– Qatar dayanandan sonra? 
Polkovnik başını yellədi.  
– Bəli, qatarın dayanmış olduğundan əminəm. 
– Çox yaxşı. Bunun üstündən keçək. Heç Amerikada olmusunuzmu, polkovnik? 
– Heç bir zaman. Heç azacıq da olsa, həvəsim yoxdur getməyə.  
– Polkovnik Armstronqla tanışlığınız vardımı? 
– Armstronq... Armstronq… İki, ya da üç Armstronq tanıyıram. 60-cı alaydan Tom 
Armstronq qulluq edirdi... Onumu deyirsiniz? Bir də Selbi Armstornq vardı. Onu 
Sommedə öldürdülər. 
– Mən bir amerikalıyla evlənən və qızı qanqsterlər tərəfindən qaçırılan polkovnik 
Armstronqu deyirəm. 
– Həə, bu hadisəni qəzetlərdə oxuduğumu xatırlayıram. Qorxunc bir hadisəydi! 
Polkovnik Armstronqla qarşılaşdığımı sanmıram. Ancaq onun haqqında, əlbəttə, 
eşitmişdim. Tobi Armstronq. Yaxşı bir adamdı. Hamının ondan xoşu gəlirdi. Öz 
sənətində çox böyük uğurlar qazanmışdı. Viktoriya ordeniylə təltif edilmişdi. 
– Dünən gecə bıçaqlanan adam, polkovnik Armstronqun qızının ölümünə səbəb 
olan həmin adam idi. 
Arbetnotun üzündə sərt bir ifadə əmələ gəldi.  


– Elədirsə, o zaman bu köpəkoğlu öz cəzasına çatıb. Əlbəttə, belə bir adamın 
asılması daha yaxşı olardı. Düzdür, Amerikada belələrini elektrik stulunda 
otuzdururlar. 
– Yəni, qısacası, siz şəxsi intiqam yerinə, qanuna və qaydalara əməl olunmasının 
daha yaxşı olduğunu hesab edirsiniz, polkovnik Arbetnot? 
Arbetnot:  
– Əlbəttə! Mafiya kimi, ya da korsikalılar kimi bir-birini bıçaqlamaqla və ya qan 
davalarına rəvac verməklə iş olmaz ki, – dedi. – Siz nə deyirsinizsə deyin, 
hakimlər tərəfindən mühakimə edilmək üsulu daha sağlam bir prinsipə söykənir. 
Puaro düşüncəli bir tövrlə onu bir-iki dəqiqə süzdü: 
– Bəli... Sizin belə düşündüyünüzü bilirəm. Nə isə, sizdən soruşulacaq başqa bir 
şey olduğunu sanmıram, polkovnik Arbetnot. Əlbəttə, dünən gecə şübhəli görünən, 
hətta mənasız belə olsa, bir şeylə qarşılaşmadınızsa... 
Arbetnot bir an düşündü.  
– Xeyr. Elə bir şey olmayıb. Ancaq... deyib duruxdu. 
– Buyurun, davam edin, xahiş edirəm. 
– Önəmli bir şey deyil... – polkovnik həvəssiz bir şəkildə dedi. – Sizin dediyiniz 
kimi, mənasız bir şeydir.  
– Hə-hə, davam edin. 
– Bu, həqiqətən də, mənasız bir şeydir. Madam sizi mənasız şeylər də 
maraqlandırır, onda qoyun deyim. Öz kupemə dönərkən mənim kupemdən sonrakı 
qapının, bilirsiniz hansını deyirəm… 
– Bilirəm, on altı nömrəli kupenin qapısı... 
– Bəli. O qapı aralı idi. Və içəridə bir adam bir az da oğrun-oğrun bayıra baxırdı. 
Məni görən kimi qapını tez örtdü. Düzdür, bu, mənasız bir şeydir, ancaq məni 
təəccübləndirdi. Demək istəyirəm ki, başqaları koridora baxmaq istəyəndə başını 
çölə çıxarır, ancaq o, bunu xəlvətcə edirdi, sanki, kimsənin onu görməsini 
istəmirdi. Buna görə də mənim diqqətimi çəkdi.  


– Maraqlıdır… – dedi Puaro inamsızlıqla. 
Arbetnot üzr istəyirmiş kimi əlavə etdi.  
– Mən sizə dedim də, mənasız bir şey. Ancaq, bilirsinizmi, səhər erkən, hər tərəf 
sükut içində, mənə nəsə üşəndirici göründü bu, əsl detektiv romanlarda olan bir 
səhnəydi. Nə olur- olsun, boş şeydir. – Ayağa qalxdı. – Nə isə, əgər sizə lazım 
deyiləmsə… 
– Təşəkkür edirik, polkovnik Arbetnot, mənim başqa sözüm yoxdur. 
Polkovnik o saat getmədi. Qotur bir fransızın bir ingilisi sorğu-suala çəkməyə 
cəsarət göstərməsinə acıqlı olduğu artıq hiss olunmurdu.  
Bacarıqsız bir ifadəylə:  
– Miss Debenhama gəlincə... deyə mızıldandı. – Mənə inana bilərsiniz: onun bu 
işlə bir əlaqəsi yoxdur. O, həqiqətən, pukka sahibdir1. 
Sonra tələsik salondan çıxdı. 
– “Pukka sahib” nə deməkdir? – doktor Konstantin maraqlandı. 
– Bu o deməkdir ki, miss Debenhamın atası və qardaşları polkovnikin oxuduğu 
məktəblərdə oxuyublar, – Puaro izah etdi.  
– Elə bu?... – Doktor Konstantin əməlli-başlı dilxor oldu. – Yəni bunun cinayətlə 
heç bir əlaqəsi yoxdur? 
– Heç bir əlaqəsi, – dedi Puaro. O, öz fikirlərinə qapıldı. Barmaqlarıyla yavaş-
yavaş masanı taqqıldadırdı. 
Birdən başını qaldırdı.  
– Polkovnik Arbetnot trubka çəkir. Trubka təmizləyicisini Retçettin kupesindən 
tapdım. Retçett isə, sadəcə, siqaret çəkərmiş. 
– Nə demək istəyirsiniz?.. 
– Bu ana qədər trubka çəkdiyini təkcə Arbetnot etiraf etdi. Polkovnik Armstronqu 
da tanıyır. Hətta bəlkə, onunla dost olmuşdur, ancaq əlbəttə, bunu etiraf etmir. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə