ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

– Qatarın dayandığını hiss etmədinizmi? 
– Yalnız səhər belə bir şey olduğunu gördüm. 
– Bəs sizin arvadınız? 
Qraf gülümsündü:  
– Arvadım qatarla yol gedərkən yuxu dərmanı içir həmişə. Dünən gecə də yenə 
özünün trional dozasını qəbul etmişdi. – Bir an duruxdu, sonra davam etdi. – Sizə 
hər hansı bir şəkildə yardım edə bilməyəcəyim üçün məni bağışlayın. 
Puaro kağızla qələmi ona uzatdı.  
– Verdiyiniz ifadəyə görə sizə təşəkkür edirəm, qraf. Bu, formal bir şeydir, ancaq 
yenə də yerinə yetirilməlidir. Buraya familiyanızı və ünvanınızı yazmanızı rica 
edəcəyəm. 
Qraf sözləri tək-tək ifadə edərək: 
– Yaxşısı budur, mən özüm yazım, – dedi nəzakətlə. – Mənim doğulduğum yerin 
adı macar dilini bilməyənlər üçün çox mürəkkəbdir.  
Qraf vərəqi qaytarıb ayağa qalxdı.  
– Arvadımın buraya gəlməsinə ehtiyac yoxdur. Sizə mənim danışdıqlarımdan daha 
artıq bir şey danışa bilməz onsuz da. 
Puaronun gözlərində hiyləgər bir parıltı göründü.  
– Əlbəttə, əlbəttə. Çox güman ki, elədir. Ancaq yenə də qrafinya ilə qısaca bir 
söhbət etmək istərdim. 
– Əmin olun, buna lüzum yoxdur. – Qrafın səsində sərtlik hiss olundu. 
Puaro ona çəkingənliklə baxaraq gözlərini qırpışdırdı.  
– Sadəcə, bir formallıq xatirinə, – dedi. – Çünki raportumu tamamlamaq üçün bu 
danışığı aparmaq məcburiyyətindəyəm. 
– Necə istəyirsiniz, – qraf istəksiz halda razı olmuşdu. Əcnəbilərə xas bir əda ilə 
təzim edərək tez-tələsik sağollaşdı və vaqondan çıxdı. 


Puaro əlini uzadaraq qrafın pasportunu götürdü. Birinci səhifədə qrafın adı, 
familiyası və titulları yazılmışdı. Puaro ondan sonrakı səhifələrə keçdi. – 
Yanındakı adam: Arvadı. Adı: Elena- Mariya. Qızlıq familiyası: Qoldenberq. Yaşı: 
İyirmi. Düz adının üstündə böyük bir yağ ləkəsi yayılmışdı, diqqətsiz bir məmurun 
barmaq izləri. 
– Diplomatik pasportdur, – Buk dedi. – Onlarla bir az ehtiyatlı olmalıyıq, mənim 
dostum, heç bir şəkildə onların xətrinə dəyməməliyik. Bir də ki bu cütlüyün 
cinayətlə nə əlaqəsi ola bilər? 
– Narahat olmayın, əziz dostum. Son dərəcə diqqətli və nəzakətli olacağam. 
Sadəcə, bir formallıqdır bu.  
Qrafinya Andreni vaqon-restorana girdiyi üçün Puaro səsini alçaltdı. 
Gənc qadın son dərəcə gözəldi və çəkingən bir halı vardı.  
– Məni görmək istəmişsiniz, cənablar? 
– Sadəcə, formallıq xatirinə, qrafinya.  
Puaro ədəbli bir ədayla ayağa qalxaraq təzim etdi. Gənc qadını qarşısındakı yerə 
oturtdu. – Sizdən, sadəcə, dünən gecə bir şey görüb-görmədiyinizi soruşacaqdım. 
Bu hadisəyə aydınlıq gətirəcək bir şey gördünüzmü? Ya da eşitdinizmi? 
– Nə eşitdim, nə də gördüm, müsyö. Yuxuda olmuşam.  
– Sizinkinin düz yanındakı kupedən gələn gurultuları heç eşitmədinizmi? 
Qonşunuz amerikalı xanım isterikaya qapılıb, bələdçini çağırmaqdan ötrü az qalıb 
zəngi yerindən qopartsın.  
– Heç bir şey eşitmədim, müsyö. Çünki yuxu dərmanı içmişdim.  
– Hm! Başa düşürəm. Nə isə... Sizi bundan artıq saxlamaq istəmirəm.  
Gənc qadın tələsik ayağa qalxarkən belçikalı əlavə etdi:  
– Bir dəqiqə, madam. Pasportda yazılı olan ad, familiya, doğum tarixi və digər 
notlar... Bunlar doğrudurmu?  
– Doğrudur, müsyö. 


– O halda, lütfən, buraya imzanızı atarsınız...  
Gənc qadın o saat imzasını atdı – Elena Andreni. Yana doğru əyri yazısı çox zərif 
idi. 
– Ərinizlə birlikdə Amerikaya getdinizmi, madam?  
– Xeyr, müsyö. – Qrafinya gülümsədi. Xəfifcə qızarmışdı. – O aralar evli deyildik. 
Biz evlənəli bir il oldu. 
– Hə, başa düşürəm. Təşəkkür edirəm, madam... Bir də, ağlıma gəlmişkən, əriniz 
tütün çəkirmi? 
Getmək üzrə olan gənc qadın ona heyrətlə baxdı.  
– Bəli.  
– Trubka? 
– Xeyr. Siqar və siqaret.  
– Aha! Təşəkkür edirəm. 
Gənc qadın duruxdu. Gözlərində dərin bir maraqla Puaronu süzürdü. Qara, badam 
şəklində olan gözləri çox gözəl idi. Gənc qadının uzun, qara kirpikləri ağ alma 
yanaqlarına xəfif kölgə salırdı. Xarici modaya uyğun olaraq qıpqırmızıya 
boyanmış dodaqları azacıq aralıydı. Gənc qrafinyanın gözəlliyində nə isə bir qeyri-
adilik, ekzotiklik vardı.  
– Bunu məndən nəyə görə soruşdunuz? 
Puaro bu mövzunun o qədər də əhəmiyyətli olmadığını ifadə edərcəsinə əlini 
yellədi.  
 
– Madam, detektivlər cürbəcür suallar verməyə məcburdurlar. Məsələn, bax belə 
bir sual: mənə xalatınızın rəngini söyləyərsinizmi? 
Qrafinya onun üzünə baxa-baxa qaldı. Sonra da güldü.  
– Mənim xalatım sarı rəngli şifon parçadandır. Çox lazım idi bu? 
– Çox, çox lazım idi, madam. 


Qrafinya maraqla soruşdu:  
– Siz həqiqətən detektivsiniz? 
– Bəli, madam, sizin sadiq qulunuz detektivdir. 
– Ancaq mən elə güman edirdim, biz Yuqoslaviyanın ərazisindən keçənə qədər 
qatarda polislər olmayacaq. Onlar yalnız İtaliyada ortaya çıxacaqlar. 
– Mənim Yuqoslaviya polisləriylə heç bir əlaqəm yoxdur, madam. Mən beynəlxalq 
dərəcəli bir detektivəm. 
– Siz Birləşmiş Millətlərə qulluq edirsiniz, müsyö? 
– Mən dünyaya qulluq edirəm, madam. – Puaro təşəxxüslə dedi. – Əsasən 
Londonda işləyirəm. Siz ingiliscə danışa bilirsinizmi? – İngiliscəyə keçərək 
soruşdu. 
– Çok pis danışır! – Xoş bir aksentlə bildirdi. 
Puaro təzədən təzim edərək sağollaşdı: 
– Sizi bundan daha artıq tutmaq istəmirəm, madam. Gördüyünüz kimi, söhbətimiz 
o qədər də qorxulu olmadı. 
Qrafinya Andreni gülümsədi, sonra da başıyla sağollaşaraq çıxdı. 
Müsyö Buk razı halda: 
– Çox gözəl qadındır! – Deyərək ah çəkdi. – Ancaq işimizə yarayacaq bir şey 
öyrənə bilmədik. 
– Elədir... Bu cütlük nə bir şey görüb, nə də eşidib. 
– Artıq italyanla danışaqmı? 
Puaro bir an cavab vermədi. Macar diplomatın pasportundakı yağ ləkəsini gözdən 
keçirirdi. 
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə