ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

– Bizə çox yardım etdiniz, missis Habbard. Həqiqətən, misilsiz köməyiniz dəydi. 
Bir də, zəhmət olmasa, mənə tam adınızı da söyləyiniz. 
– Hə, əlbəttə. Karolina Marta Habbard. 
– Lütfən, buraya da ünvanınızı yazın. 
Xanım Habbard istəniləni yerinə yetirərkən bir yandan da danışırdı.  
– İnanılası şey deyil bu. Kassetti… bu qatardaymış, hə? Amma mənim ürəyimə 
dammışdı, elə deyilmi, cənab Puaro? 
– Həqiqətən də, elədir, madam. Hə, yadıma düşmüşkən, sizin qırmızı ipək bir 
kimononuz varmı? 
– Ay Allah, nə qəribə bir sualdır bu! Yox, əlbəttə, yanımda iki xalat var, biri 
pazendən, isti, yol üçün rahat, o biri də qızımın hədiyyəsi, şərq üslubunda boz 
rəngli ipəkdən. Siz Allah, deyin, mənim xalatım sizi nəyə görə maraqlandırır? 
– Dünən gecə qırmızı kimonolu bir qadın ya cənab Retçettin kupesinə, ya da sizin 
kupenizə girib. Sizin də doğru söylədiyiniz kimi, qapılar bağlı olanda onları 
asanlıqla səhv salmaq olur. 
– Mənim kupemə elə qırmızı kimonolu kimsə gəlmədi. 
– Eləysə, demək, cənab Retçettin kupesinə girib. 
Xanım Habbard dodaqlarını büzdü və üzünü turşudaraq dedi:  
– Buna heç təəccüb etmədim.  
Puaro irəliyə doğru əyildi: 
– Demək, yan kupedə bir qadının danışdığını eşitdiniz? 
– Başa düşə bilmirəm, bunu necə tapırsınız, cənab Puaro? Allaha and olsun, bunu 
başa düşə bilmirəm. Həqiqəti söyləyim: eşitdim. 
– Ancaq bayaq sizdən bir şey eşidib-eşitmədiyinizi soruşduğum zaman mənə, 
sadəcə, Retçettin xoruldadığını dediniz. 


– Bu doğrudur, əlbəttə. Xoruldayırdı. O biri məsələyə gəlincə... – xanım Habbardın 
üzündə sıxıntılı bir ifadə yarandı. – Belə şeylər haqqında danışmaq məqbul deyil, 
ona görə. 
– Qadının səsini eşitdiyiniz zaman saat neçə idi? 
– Deyə bilmərəm. Bir ara oyandım və bir qadının səsini eşitdim. Onun qonşu 
kupedə olduğunu başa düşdüm. “Belə adamdan başqa nə gözləyəsən” – deyə 
düşündüm. Buna heç təəccüb-zad qalmadım... Əgər siz israr etməsəydiniz, mən 
heç vaxt, özü də üç kişinin qarşısında belə bir məsələ haqqında ağzımı açıb 
danışmazdım. 
– Bu hadisə o yad adam kupenizə girib sizi qorxutduqdan sonra oldu? Yoxsa öncə? 
– Yenə həmin səhvə yol verirsiniz! Retçett öldüyünə görə, hər halda, qadınla 
danışa bilməzdi. Elə deyilmi? 
– Bağışlayın. Yəqin ki, mənim çox maymaq bir adam olduğumu düşünürsünüz
madam? 
– Hər halda, sizin də aradabir ağlınız qarışır. Doğrusu, o adamın Kassetti deyilən 
yaramaz olduğunu biləndən sonra lap ağlım başımdan uçur! Allah bilir, qızım nə 
deyəcək... 
Puaro bu nəcabətli qadına çantasını toplamağa kömək etdi və nəzakətlə qapıya 
doğru ötürdü. Sonra da birdən:  
– Dəsmalınızı düşürdünüz, madam, – dedi. 
Xanım Habbard onun uzatdığı kiçik dördkünc batist dəsmala baxdı.  
– Bu, mənim deyil, cənab Puaro. Mənimki burada. 
– Üzr istəyirəm. Üzərindəki “H” hərfini görüncə sizin familiyanızın baş hərfi 
olduğunu sandım – Habbard... 
– Aa, çox qəribədir, həqiqətən. Ancaq o dəsmal mənim deyil. Mənimkilərdə 
“C.M.H.” yazısı vardır. Özü də sadə şeylərdir. Belə bahalı Paris süsləri deyil. Bir 
dəsmalla ki burnunu silə bilməyəcəksən, nəyə lazımdır o? 


Orada olan üç kişinin heç biri bu suala cavab verə bilməyincə, xanım Habbard 
zəfər qazanmış bir əda ilə bayıra çıxdı. 
 
V fəsil 
İsveçli qadın 
 
Müsyö Buk xanım Habbardın qoyub getdiyi düyməni əlində fırladırdı.  
– Bu düymənin burada nə işi var, başa düşmürəm. Yəni Pyer Mişelin bu işlə bir 
əlaqəsi ola bilərmi? – Bir an susub cavab gözlədi, ancaq Puarodan səs çıxmayınca 
sözlərinə davam etdi. 
– Nə düşünürsünüz, dostum? 
Puaro mənalı bir tərzdə:  
– O düymə insanın ağlına ən müxtəlif şeyləri gətirir, – dedi. – Ancaq əvvəlcə 
isveçli qadınla danışaq, öyrəndiklərimizi sonra götür-qoy edərik.  
Önündəki pasportları qarışdırdı.  
– Hə, bu da onun pasportu! Qreta Olson. Yaşı – qırx doqquz. 
Müsyö Buk qarsona əmr etdi və tezliklə o, başında sarımtıl qırçın topazı olan yaşlı 
qadını gətirib gəldi. Onun uzunsov mehriban üzündə nəsə, qoyunu xatırladan bir 
şey vardı. Qreta Olson gözlüklərinin arxasından Puaroya baxdı, ancaq heç bir 
narahatlıq ifadəsi göstərmədi. 
Qadının fransızca bildiyi məlum olan kimi danışıq bu dildə aparıldı. Əvvəlcə Puaro 
ondan artıq bildiyi şeyləri: adını, ünvanını və yaşını soruşdu. Sonra qadının 
məşğuliyyətini xəbər aldı. 
Qadın İstanbula yaxın bir yerdə missioner məktəbində iqtisadçı işlədiyini söylədi. 
Təhsil etibarilə tibb bacısı olduğunu bildirdi. 
– Dünən gecə qatarda olanları bilirsiniz, yəqin ki, madmazel? 


– Əlbəttə. Dəhşətli bir hadisədir bu! Amerikalı xanım mənə qatilin onun kupesinə 
girdiyini danışdı. 
– Eşitdiyimə görə, öldürülən adamı ən son siz görmüsünüz. 
– Bilmirəm! Ola bilər ki, elədir. Kupenin qapısını yanlışlıqla açdım. Çox utandım, 
birtəhər oldum. 
– Onun özünü gördünüzmü? 
– Bəli. Kitab oxuyurdu. Tez-tələsik üzr istədim və çəkildim. 
– O, sizə bir şey söyləmədi? 
Ləyaqətli qadının yanaqları xəfifcə qızardı.  
– Güldü və nəsə söylədi. Nə dediyini... o qədər də başa düşmədim. 
Puaro incə bir şəkildə sözü dəyişdirdi.  
– Ondan sonra nə etdiniz, madmazel? 
– Amerikalı xanımın, yəni missis Habbardın yanına getdim. Aspirin istədim. O da 
verdi. 
– O, cənab Retçettin kupesiylə onun kupesinin arasındakı sürgünün bağlı olub-
olmadığını soruşdumu sizdən?  
– Bəli.  
– Bağlamışdımı? 
– Bəli.  
– Sonra nə etdiniz? 
– Ondan sonra öz kupemə getdim. Aspirin içərək yatdım. 
– Bütün bunlar nə zaman oldu? 
– Mən yatdığım zaman on birə beş dəqiqə qalmışdı. Bunu dəqiq bilirəm, çünki 
saatımı quranda siferblata baxmışdım. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə