ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

Buk yavaşca öskürdü:  
– Mişel, – dedi, – baxın, bu düymə sizin pencəyinizdən qopub. Bunu amerikalı 
xanımın kupesindən tapıblar. Bu işə necə baxırsınız? 
Bələdçinin əli qeyri-ixtiyari pencəyinə getdi.  
– Axı mənim düymələrimdən heç biri qopuq deyil, müsyö. Bir yanlışlıq var. 
– Çox qəribədir. 
– Doğrusu, başa düşmədim, müsyö.  
Pyer Mişel çaşıb qalmışdı: ancaq elə çəkingən və ya günahkar görkəmi yox idi. 
– Əgər düymənin tapıldığı şəraiti gözlərimizin önündə canlandırsaq, ehtimal var ki, 
onu xanım Habbard sizə zəng çaldığı zaman  kupesində olan adam itirib, – dedi 
Buk. 
– Ancaq onun kupesində heç kim yox idi. Ola bilsin, qadının gözünə görünüb. 
– Yox, onun gözünə görünməyib, Mişel. Mister Retçettin qatili qadının kupesindən 
keçib və bu düyməni orada salıb. 
Müsyö Bukun sözlərinin nə mənaya gəldiyini başa düşəndə Pyer Mişel birdən-birə 
həyəcanlandı.  
– Doğru deyil bu, müsyö! Doğru deyil! Məni cinayətdə təqsırkar bilirsiniz? Məni? 
Mənim heç bir günahım yoxdur! Bu günə qədər heç görmədiyim bir insanı nəyə 
görə öldürməliyəm? 
– Xanım Habbard zəngi çaldığı zaman haradaydınız? 
– Danışdım axı, müsyö. Digər vaqondaydım, bələdçiylə danışırdım. 
– İndi onu da çağırarıq. 
– Çağırın, müsyö, çox xahiş edirəm, çağırın gəlsin. 
O bələdçini çağırdılar. O da Pyer Mişelin söylədiklərini təsdiq etdi. Üstəlik, 
Buxarest vaqonu bələdçisinin də o arada yanlarında olduğunu əlavə etdi. Qar 
yığınının yolu kəsməsi haqqında danışıblar, on dəqiqə laqqırtı vurublar, sonra 


Mişel zəng səsi eşidib, öz vaqonunun qapısını açıb və zəng səsini açıq şəkildə 
eşidib. İsrarlı bir zəng səsiymiş, Mişel dərhal öz yerinə götürülüb. 
Mişel özündən çıxmış halda:  
– Görürsünüz də, müsyö! – deyə bağırdı. – Mən günahkar deyiləm. 
– Yaxşı, bu düymənin kupeyə düşməsini necə izah edə bilərsiniz?  
– İzah edə bilməyəcəyəm, müsyö. Baş aça bilmirəm. Mənim düymələrimin hamısı 
yerindədir. 
Digər iki bələdçi də pencəyinin düymələrinin yerli-yerində olduğunu və xanım 
Habbardın kupesinə girmədiklərini söylədilər. 
– Sakit olun, Mişel, – Buk dedi. – və Xanım Habbardın zənginə cavab verməyə 
qaçdığınız anı yada salın. O arada koridorda bir adama rast gəldinizmi? 
– Xeyr, müsyö. 
– Koridorla vaqon-restorana tərəf gedən bir adamı da görmədiniz? 
– Xeyr, müsyö.  
– Çox qəribədir, – dedi Buk. 
– O qədər də qəribə deyil, dostum, – deyə Puaro cavab verdi. – Zaman məsələsidir 
bu. Xanım Habbard oyanıb və kupedə kiminsə olduğunu hiss edib. Bir-iki dəqiqə 
gözləri qapalı, qorxusundan qımıldanmayaraq uzanıb qalıb. Ola bilsin, bu arada 
qatil koridora doğru sivişib. Sonra xanım Habbard zəngi çalmağa başlayıb. Ancaq 
Mişel o saat cavab verməyib. Çünki o biri vaqonda olub. Ancaq üçüncü, ya da 
dördüncü zəngi eşidib. Məncə, qatilin qaçmaqdan ötrü bol zamanı olub... 
– Bol zamanı? Nədən ötrü? Nə üçün, dostum? Unutmayın, qatarın ətrafında yüksək 
qar yığınları var. 
Puaro ağır-ağır:  
– Bizim sirli qatilin iki yolu olub, – dedi. – Tualetlərdən birində, ya da bir kupedə 
gizlənə bilərdi... 
– Ancaq bütün kupelər dolu olub.  


– Elədir ki var. 
– Yəni, demək istəyirsiniz, qatil öz kupesinə çəkilə bilərdi? 
Puaro başıyla təsdiq etdi. 
– Hər şey üst-üstə düşür, – deyə Buk mızıldandı. – Bələdçinin olmadığı bu on 
dəqiqə içində qatil öz kupesindən çıxır, Retçettin kupesinə girir, onu öldürür, 
qapını içəridən kilidləyib zənciri də keçirir, xanım Habbardın kupesindən keçərək 
koridora çıxır, bələdçi gəlincəyə qədər rahatca yerinə qayıdır. 
Puaro burnunun altında:  
– Hər şey sizin dediyiniz qədər sadə deyil, dostum. Doktor da eyni şeyi söyləyə 
bilər. 
Buk bələdçilərə gedə biləcəklərini işarə etdi. 
– Biz hələ səkkiz sərnişini dindirməliyik, – dedi Puaro. – Birincidərəcəli 
sərnişinlərdən beş nəfər: knyaginya Draqomirova, qraf və qrafinya Andreni, 
polkovnik Arbetnot və mister Hardman. Və ikincidərəcəli vaqondan olan üç 
sərnişin: miss Debenham, Antonio Foskarelli və knyaginyanın qulluqçusu freyleyn 
Şmidt. 
– Birinci kimi çağıraq, italyanı? 
– İtaliyalıdan xoşunuz gəlir, deyəsən! Yox, gəlin yuxarıdan başlayaq. Knyaginya 
Draqomirova bizə bir neçə dəqiqəsini bağışlaya bilərmi, Mişel, bunu ona söyləyin. 
– Çatdıraram, müsyö, – bələdçi qapıdan çıxaraq dedi.  
– Söyləyin, əgər xanım buraya buyurmaq istəməzsə, biz özümüz onun kupesinə 
gələ bilərik! – müsyö Buk onun arxasınca səsləndi.  
Lakin knyaginya Draqomirova bu nəzakətli təklifdən istifadə etmək arzusunda 
olmadı. Bir müddət sonra o, vaqon-restorana daxil oldu, oradakılara başıyla yüngül 
bir salam verdikdən sonra Puaronun qarşısında oturdu. Onun kiçik, qurbağaya 
bənzəyən üzü dünəndən bəri daha da saralmışdı. Həqiqətən, çox eybəcər qadındı, 
buna başqa söz ola bilməzdi, ancaq gözləri qurbağaya bənzərliyini tamamlayaraq, 
qiymətli daş-qaşa oxşayırdı tünd, amiranə, zəka və enerji dolu gözlər. Səsi kifayət 


qədər sakit, bir az ciyiltili idi, diksiyası çox dəqiq idi. Bəzəkli cümlələrlə ondan üzr 
istəyən Bukun danışığını yarıda kəsdi.  
– Üzr diləməniz yersizdir, müsyölər. Qatarda bir cinayət işləndiyini bilirəm. Təbii 
ki, bütün yolçularla danışacaqsınız. Sizə əlimdən gəldiyi qədər yardım etməyə 
çalışacağam. 
Puaro:  
– Çox nəzakətlisiniz, madam, – dedi.  
– Nəzakət xatirinə deyil. Bu, bir vəzifədir. Məndən nəyi soruşacaqdınız?  
– Adınızı və ünvanınızı rica edəcəyəm, madam. Bəlkə, özünüz yazmağı tərcih 
edərsiniz?   Puaro kağızla qələm uzatdı, amma knyaginya əlini yellədərək 
istəmədiyini bildirdi. 
– Siz yazın. Çətin bir şey deyil bu. Natalya Draqomirova, Paris, Kleber-avenyu, 
17. 
– İstanbuldan evinizə gedirsiniz, madam? 
– Bəli. Orada Avstriya səfirliyində qaldım. Xidmətçim də yanımdadır. 
– Lütfən, bizə dünən gecə yeməkdən sonra nə iş gördüyünüzü danışarsınızmı? 
– Əlbəttə, məmnuniyyətlə. Bələdçiyə mən hələ restoranda ikən yatağımı 
düzəltməyini əmr etmişdim. Yeməkdən sonra dərhal uzandım. On birə qədər kitab 
oxudum, sonra işığımı söndürdüm. Yel ağrılarım tutduğu üçün yata bilmədim. Birə 
on beş dəqiqə qalmış zəngi çalaraq xidmətçimi çağırdım. Məni masaj etdi və 
yuxum gəlincəyə qədər yüksək səslə kitab oxudu. Onun yanımdan nə zaman 
getdiyini dəqiq bilmirəm. Bəlkə, yanımda yarım saat gözlədi. Bəlkə də, daha artıq. 
– Qatar o arada dayanmışdımı? 
– Bəli, dayanmışdı. 
– O vaxt heç bir şey eşitmədinizmi, madam? Diqqəti çəkəcək, fövqəladə bir şey? 
– Heç bir şey eşitmədim. 
– Xidmətçinizin adı nədir? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə