ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

– O saat yuxuya getdinizmi? 
– Lap elə o saat deyil. Başımın ağrısı azaldı, ancaq bir müddət yata bilmədim. 
– Siz yuxuya getməzdən öncə qatar dayanmışdımı?  
– Məncə, yox. Mənə elə gəlir ki, bu vaxt mən yatmağa hazırlaşdım və biz hansısa 
bir stansiyada dayandıq. 
– Bu, Vinkovci stansiyası idi. İndi isə madmazel, söyləyin, siz hansı nömrədəsiniz? 
Bu deyil? – Puaro barmağıyla planın üstündə bir nöqtəni göstərdi. 
– Hə, odur. 
– Siz aşağıda yatırsınız, yoxsa yuxarıda? 
– Aşağıda. Onuncu yer. 
– Kupenizdə bir nəfər də var? 
– Bəli, gənc bir ingilis qız. Çox nəzakətli və yaxşı bir insandır. Bağdaddan gəlir. 
– Qatar Vinkovcidən ayrıldıqdan sonra o qız kupedən çıxdımı? 
– Xeyr, mən bunu dəqiq bilirəm. 
– Madam yuxuya dalmışdınız, bundan necə əmin ola bilərsiniz? 
– Mən çox ayıq yatıram. Bir səs eşitsəm, o saat oyanıram. Qız yuxarıdakı yataqdan 
ensəydi, mütləq eşidərdim.  
– Siz özünüz heç kupedən çıxdınızmı?  
– Yalnız səhər çıxdım. 
– Sizin qırmızı ipəkdən bir kimononuz varmı, madmazel?  
– Nə qəribə sualdır? Mənim çox praktik trikotaj bir xalatım var. 
– Bəs sizin kupe yoldaşınız miss Debenhamın necə? Onun xalatının nə rəngdə 
olduğunu söyləyə bilərsinizmi?  
– Şərq bazarlarında satılan qolsuz bir burnusu var, açıq-bənövşəyi rəngdə.  


Puaro başını yellədi. Dostyana bir tonla davam etdi:  
– Bu səfərə çıxmağınızın səbəbi nədir? Tətildəsiniz? 
– Bəli, məzuniyyətə evə gedirəm. Ancaq ondan əvvəl Lozannadakı bacımın 
yanında bir həftəyə qədər qalmağı düşünürəm.  
– Lütfən, bacınızın adını və ünvanını yaza bilərsinizmi? 
– Canla-başla. – Miss Olson, Puaronun uzatdığı vərəqdə bacısının ad-familiyasını 
və ünvanını yazdı. 
– Heç Amerikada olmusunuzmu, madmazel? 
– Xeyr. Fürsət olmadı. Düzdür, bir dəfə, az qala, gedəcəkdim ora. Bir xəstə qadın 
vardı, ona yoldaşlıq etməliydim, ancaq lap az qalmış səfəri sonraya saxladılar və 
mən buna çox üzüldüm. Amerikalılar yaxşı insanlardır. Onlar xəstəxanalara və 
məktəblərə çoxlu pul bağışlayırlar. Və çox praktikdirlər. 
– Armstronq ailəsindən bir uşağın oğurlanması hadisəsi haqqında bir şey 
eşitmisinizmi? 
– Xeyr. Nə hadisədir elə? 
Puaro hadisənin təfsilatını danışdı. Qreta Olson bu hekayəti dinləyib çox pərişan 
oldu. Başındakı sarımtıl topazı hiddətindən titrəyirdi.  
– Dünyada belə zalım insanın olduğuna, sadəcə, inanmaq istəmirsən! Belə şeylərlə 
Allah bizim imanımızı sınağa çəkir. Yazıq ana! Qəlbim onun üçün sızıldayır.  
Mehriban isveçli xanım bayıra çıxarkən üzü qıpqırmızıydı. Gözləri də dolmuşdu. 
Puaro işgüzar şəkildə kağıza nəsə yazırdı. 
Müsyö Buk:  
– Orada nə yazırsınız elə, dostum? – soruşdu.  
– Hər şeydə metodik və nizamlı olmaq – mənim devizim belədir. Mən hadisələrin 
xronoloji cədvəlini tuturam.  
Yazıb qurtarandan sonra kağızı müsyö Buka uzatdı. 


 
 
 
 
 
 
* * * 
 
“9.15 – qatar Belqraddan yola düşür. 
Təqribən, 9.40-da nökər yuxu dərmanını stolun üstünə qoyub, Retçettin 
kupesindən çıxır. 
Təqribən, saat 10.00-da Qreta Olson Retçetti görür (o, Retçetti sonuncu görən 
adamdır). N.B.Retçett yatmayıb, kitab oxuyur. 
0.10-da qatar Vinkovcidən yola düşür (gecikmə ilə). 
0.30-da qatar qar yığınına ilişir. 
0.37-də Retçettin zəngi çalınır. Bələdçi qapıya yaxınlaşır. Retçett cavab verir: “Ce 
n’est rien. Je me suis trompe” . 
Təqribən, 1.17-də missis Habbarda elə gəlir ki, onun kupesində kimsə var. O, 
bələdçini çağırır.” 
Müsyö Buk başıyla razılıq bildirdi. 
– Hər şey aydındır, – dedi. 
– Burada sizi heyrətə gətirən və şübhəli görünən heç nə yoxdur? 
– Yox. Mənim nəzərimcə, burada hər şey tam aydın və dəqiqdir. Şübhəsizdir ki, 
cinayət 1.15-də işlənib. Bunun belə olduğunu əzilmiş saat və missis Habbardın 
söylədikləri təsdiq edir. Mən kimdən şübhələndiyimi dilə gətirməyi özümə rəva 
görürəm. Əgər məndən soruşsanız, dostum, deyərdim ki, qatil o yekəpər italyandır. 
Birincisi, Amerikada yaşayır, özü də Çikaqoda, üstəlik, yaddan çıxarmayın ki, 
bıçaq italyanların milli silahıdır, yalnız italyanların təkcə bir zərbə vurmaqla ürəyi 
soyumaz. 
– Düz sözə nə deyəsən. 
– Tapmacanın cavabı yalnız və yalnız bundadır. Mən əminəm, italyan da Retçettlə 
eyni bandadan olacaq. Kassetti də italyan familiyasıdır. Görünür, sonradan Retçett 


italyanlara atıb, oğraşlıq edib. Bu da gəlib, onun izini tapıb. Əvvəlcə ona hədə 
məktubları yollayıb, sonra da qorxunc bir şəkildə intiqamını alıb. Bu qədər sadədir 
bu məsələ.  
Puaro dərin fikirlərə qərq olmuş halda başını buladı.  
– Qorxuram, hər şey bu qədər də sadə olmasın. 
Buk irəli sürdüyü versiyaya get-gedə daha artıq bağlanırdı.  
– Mən bunun məhz bu cür olduğuna əminəm. 
– Yaxşı, elə isə dişi ağrıyan nökərin dedikləri necə olacaq? İtalyanın kupedən 
çıxmadığına and içirdi. 
– Tərslik də elə bax bundadır. 
Puaronun gözlərində istehzalı bir təbəssüm göründü.  
– Bəli, bu,  o qədər də ürəkaçan deyil. Cənab Retçettin nökərinin dişinin ağrıması 
sizin versiyanızı alt-üst edir. İtalyan dostumuz üçünsə bu, böyük bir şansdır. 
Buk qibtə olunacaq bir inamla:  
– Sonradan buna da bir izah tapılacaq, – dedi.  
Puaro yenə başını yelləyərək:  
– Xeyr, – deyə mızıldandı. – Hadisə bu qədər bəsit deyil. 
 
VI fəsil 
Rus knyaginyanın söylədikləri 
 
– Əvvəlcə gəlin Pyer Mişeldən bu düymənin oraya necə düşdüyünü soruşaq, – 
Puaro dedi. 
Yataqlı vaqon bələdçisini çağırdılar. Gözlərində sual ifadəsi vardı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə