ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

– Puaro, madam. Bu da şirkətin müdiri müsyö Buk və doktor Konstantin. 
Xanım Habbard laqeyd baxışlarla hər üçünü gözdən keçirib burnunun altında: 
“Tanış olmağıma çox sevindim”, – dedi və fədakarcasına sözünə davam etdi.  
– Hə, bu məsələdə, qoyun onu da deyim, ağıllı davrandığımı iddia etmirəm. 
Əvvəlcə mənə elə gəldi ki, içəriyə qonşu kupedəki adam girib. Bu öldürülən 
zavallı var ha, bax o! Bələdçiyə iki kupenin arasındakı qapıya baxmasını söylədim. 
Həqiqətən də, sürgülənməmişdi qapı. Əlbəttə, bələdçiyə qapını o saat 
sürgüləməsini söylədim. O getdikdən sonra da ara qapının önünə çamadanımı 
dayadım. İşi etibarlı tutmaq üçün. 
– Bütün bunlar saat neçədə oldu, missis Habbard? 
– Bunu dəqiq deyə bilmərəm. O qədər özümü itirmişdim ki, saata baxmaq ağlıma 
belə gəlmədi. 
– Yaxşı, bəs indi baş verənlər haqqında nə düşünürsünüz? 
– Siz hələ soruşursunuz da! Məncə, bu, gün kimi aydındır! Qatil mənim kupemdə 
olub. Başqa kim ola bilərdi? 
 
– Demək, siz güman edirsiniz ki, qatil qonşu kupeyə keçib? 
– Onun haraya getdiyini nə bilim? Gözlərimi qorxudan bərk-bərk yummuşdum. 
– Demək, o, qonşu kupedən koridora əkilə bilər. 
– Bilmirəm. Dediyim kimi, gözlərimi yummuşdum. – Xanım Habbard əsməcəli 
halda dərindən nəfəs aldı. – Ay Allah, elə qorxmuşdum ki. Qızım bunları eşitsə... 
– Bəlkə də, eşitdiyiniz yandakı... yəni, öldürülən adamın kupesində gəzişən qatilin 
ayaq səsləri olmuşdur, madam. 
– Xeyr, xeyr, cənab... adınız nəydi? Hə, Puaro. Xeyr, cənab Puaro, o adam 
yanımda, mənimlə eyni kupedəydi. Üstəlik, bunu sübut edə bilərəm. – Miss 
Habbard təntənəli surətdə masanın altından yekə bir çanta çıxartdı, əlini çantanın 
içərisinə soxdu. Çantanın dibsiz dərinliyindən böyük ölçüdə iki təmiz burun 
dəsmalı, buynuzdaşından düzəldilmiş gözlük, bir qutu aspirin, bir paket qlauber 
duzu, içərisində sarımtıl-yaşıl sorma konfetlər olan plastmas tübik, çox çirkin bir 


uşaq şəkli, bir neçə məktub, beş düzüm qondarma şərq üslubunda muncuq və 
nəhayət, yaxından baxanda düymə olduğu bilinən metal bir şey çıxartdı.  
– Bunu görürsünüzmü? Bu düyməni? Bax, bu düymə mənim deyil. Mənim 
paltarlarımda belə bir şey yoxdur. Bu səhər qalxdığım zaman tapdım bunu. – 
Qadın düyməni masaya qoydu. 
Müsyö Buk önə doğru əyilərək baxdı.  
– Bu düymə yataqlı vaqon bələdçilərinin uniformalarındakı düymələrdəndir! – 
dedi. 
Puaro :  
– Bunun normal bir açıqlaması ola bilər, – dedi. – Madam, bələdçi bu düyməni 
dünən gecə yatağınızı düzəldərkən, ya da daha sonra kupenizi ararkən düşürmüş 
ola bilər. 
– Necə yəni, siz heç nəyi başa düşmək istəmirsiniz, elə bil, sözləşmisiniz! Bax 
qulaq asın: gecə yatmazdan əvvəl mən jurnal oxuyurdum. İşığı söndürəndə jurnalı 
çamadanın üstünə qoydum. Çamadan isə pəncərənin ağzında idi. Başa düşdünüz? 
 “Başa düşdük”, – hər üçü dedi. 
– Bələdçi giriş qapısından aralanmadan taxtın altına baxdı, sonra qonşu kupenin 
qapısına yaxınlaşdı və qapını bağladı; pəncərəyə heç yaxınlaşmadı da. Bu gün 
səhər isə bu düyməni jurnalın üstündən tapdım. İndi bəs buna nə sözünüz olacaq
bilmirəm? 
– Buna dəlil deyilir, madam, – Puaro dedi. 
Bu cavab qadını sakitləşdirmədi:  
– Sözlərimə inanmayanda əsəbimdən az qalıram divara dırmaşam, – deyə açıqladı. 
– Bizə çox maraqlı və dəyərli bir ifadə verdiniz, – deyə Puaro onu inandırmağa 
çalışdı. – İndi sizdən bir neçə sualı soruşa bilərəmmi? 
– Əlbəttə, niyə soruşa bilməzsiniz? Canla-başla. 


– Retçettdən çox çəkinirdiniz deyəsən. O halda nəyə görə aradakı qapını 
sürgüləmədiniz? 
Xanım Habbard o saat: 
– Xeyr, sürgülədim, – deyə cavab verdi. 
– Eləmi? 
– Daha doğrusu, o isveçli qadından qapının sürgülü olub-olmadığını soruşdum. 
Mehriban bir qadındır. Mənə sürgünün çəkilmiş olduğunu söylədi. 
– Nəyə görə özünüz yoxlamadınız? 
– Mən yerimdə uzanmışdım. Tualet ləvazimatım olan torbam da qapının dəstəyinə 
asılmışdı. Ona görə sürgünü görə bilmirdim. 
– İsveçli xanımdan bunu soruşduğunuz zaman saat neçəydi? 
– Qoyun bir az fikirləşim. Təqribən, on birin yarısı, ya da on birə on beş dəqiqə 
qalardı. Məndən aspirin istəməyə gəlmişdi. Mən aspirinin harada olduğunu ona 
başa saldım, çantamın içindən götürdü. 
– Heç yerinizdən qalxmadınız? 
– Yox. – Xanım Habbard birdən gülməyə başladı. – Zavallı qadıncığaz elə üzgün 
idi ki, yanlışlıqla yandakı kupenin qapısını açmışdı. 
– Cənab Retçettin kupesinin? 
– Bəli. Bilirsiniz, qapılar bağlı olanda onları çox asanlıqla dəyişik salmaq olur. 
Səhvən onun kupesinə girib. Və çox peşman olub. Kişi qadıncığaza gülmüş və çox 
da xoş olmayan bir şey söyləmişdi. Zavallı qadın tir-tir əsirdi. “Səhvə yol verdim, 
mən səhv etdim. Nə pis adamdır”. Retçett: “Sən çox yaşlısan”, – deyib ona, 
deyəsən. 
Doktor Konstantin pıqqıldadı. Missis Habbardın soyuq baxışlarını görüb özünü 
yığışdırdı. 
– Tərbiyəli adam qadına belə bir söz deməyi heç vaxt özünə rəva görməz. Burada 
gülməli heç nə yoxdur.  


Doktor Konstantin tələsik üzr istədi. 
– Ondan sonra cənab Retçettin kupesindən heç səs gəldimi? – Puaro soruşdu. 
– Şey... demək olar ki, yox. 
– Necə yəni, demək olar ki? 
– Təkcə xorultu səsi gəlirdi. 
– Eləmi? Demək, xoruldayırmış? 
– Heyvan kimi. O saata qədər xorultusundan heç gözümü yuma bilmədim. 
– Yaxşı, siz kupenizdəki adama görə qorxduqdan sonra necə? Yenə onun 
xoruldadığını eşitdinizmi?  
– Necə xoruldaya bilərdi, cənab Puaro? Ölmüşdü axı! 
– Ah, əlbəttə, düz deyirsiniz. – Puaronun, sanki, çaşmış kimi bir halı vardı.  
– Deyzi Armstronqun qaçırılması hadisəsini xatırlayırsınızmı, madam? – deyə 
soruşdu. 
– Əlbəttə, xatırlayıram. O işi törədən alçaq, quldur qaçıb yaxasını qurtara bilmişdi. 
Əlimə düşsə, onu… 
– Yaxasını qurtara bilmədi, madam. Həmin adam öldü. Dünən gecə öldü. 
– Yəni, demək istəyirsiniz ki... – xanım Habbard həyəcanla stulunda dikəldi. 
– Düz tapdınız, madam. Uşağı qaçıran Retçett olub. 
– Ay! Vay, vay, vay! Bunu qızıma dərhal yazmalıyam. Ancaq dünən gecə sizə o 
adamın üzünün dəhşətli olduğunu demişdim, elə deyilmi? Görün sözüm necə düz 
çıxdı. Qızım həmişə deyər ki, anamın ürəyinə bir şey dammasın, damdısa, qurtardı-
getdi. 
– Armstronq ailəsindən kimisə tanıyırdınızmı, missis Habbard? 
– Xeyr. Onlar çox kübar dairələrdə dolaşırdılar. Ancaq xanım Armstronqun çox 
gözəl bir qadın olduğunu və ərinin də ona pərəstiş etdiyini çox eşitmişəm. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə