ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

Belçikalı ona mərhəmətlə gülümsədi.  
– Sizin, sadəcə, bəxtiniz gətirməyib, dostum. Hə, doğrudan ha, indi ağlıma gəldi. 
Siz cənab Retçettin qapısını döyərkən daha bir zəng çalındı. Kimin zəngiydi bu? 
– Knyaginya Draqomirovanın, cənab. Məndən xidmətçisini çağırmağımı istədi. 
– Çağırdınızmı? 
– Əlbəttə, müsyö. 
Puaro fikirli halda qarşısındakı plana baxdı və başını yellədi.  
– Çox gözəl. Hələlik bu qədər yetər. 
– Təşəkkür edirəm, müsyö.  
Bələdçi ayağa qalxaraq müsyö Buka baxdı. 
– Özünüzü üzməyin, – direktor mehribanlıqla dedi. – Bu işdə sizin bir günahınız 
yoxdur. 
Pyer Mişel sevinclə salondan çıxdı. 
 
II fəsil 
Katibin dindirilməsi 
 
Puaro bir-iki dəqiqə dərin düşüncəyə qapıldı.  
Nəhayət: 
– İndi öyrəndiklərimizə görə, – deyə mızıldandı, – məncə, cənab Makkuinlə təkrar 
danışmamız heç də pis olmaz. 
Gənc amerikalı o saat gəldi.  
– Hə, işlər necə gedir?  
– Pis deyil. Son söhbətimizdən bəri bir şey öyrəndim. Cənab Retçettin kimliyini. 


Hektor Makkuin maraqla irəliyə doğru əyildi.  
– Kim imiş bu adam?  
– Retçett sizin də şübhələndiyiniz kimi, taxma bir ad imiş. Retçett adını daşıyan o 
adamın əsl adı Kassettidir. Ən məşhur uşaq qaçırma işlərini təşkil edən adam. 
Qaçırdığı uşaqlar arasında Deyzi Armstronq da olub. 
Makkuinin üzündə müdhiş bir heyrət ifadəsi yarandı, lakin bu ifadə bir anda 
hiddətə çevrildi. 
– Demək, bu, həmin o alçaq imiş! 
– Bundan xəbəriniz yox idimi, cənab Makkuin?  
Gənc amerikalı qəti bir tövrlə:  
– Yox idi, – dedi. – Olsaydı, ona katiblik etməkdənsə, sağ əlimi biləyimdən 
kəsməyi üstün tutardım. 
– Sizin davranışınız bu məsələdə qərəzli olduğunuzu göstərir. Bunu düz tapmışam, 
cənab Makkuin? 
– Bunun xüsusi bir səbəbi var. Atam o məhkəmədə prokuror idi, cənab Puaro. 
Xanım Armstronqu bir neçə dəfə görmüşdüm. Nadir gözəlliyi olan və qeyri-adi 
dərəcədə mehriban bir qadındı. Dərd onun belini bükmüşdü. – Makkuinin üzü 
ciddiləşdi. – Bu əməli törədən insan, Retçett... daha doğrusu, Kassetti... cəzasını 
almalıydı! Belə də olmalı idi. Belə bir yaramazın öldürülməsi Allaha da xoş gedər. 
– Elə danışırsınız, sanki, siz özünüz bu şərəfli işi həvəslə yerinə yetirə 
bilərmişsiniz. 
– Elədir ki var. Mən özüm…– Makkuin duruxdu, sonra da günahkar kimi əlavə 
etdi. – Deyəsən, mən şübhələri öz üzərimə çəkəcək şəkildə davranıram... 
– Əgər şefinizin ölümü qarşısında müdhiş bir kədər hiss edirmiş kimi 
davransaydınız, o zaman sizdən daha artıq şübhələnərdim, cənab Makkuin. 
Makkuin qəmgin halda:  


– Özümü elektrik stulundan qurtarmaq üçün belə bunu etməzdim, – dedi. Sonra 
əlavə etdi. – Əgər mənim marağımı yersiz hesab etmirsinizsə, lütfən, söyləyin, 
bunu… yəni Retçettin Kassetti olduğunu necə bildiniz? 
– Kupesində tapılan bir məktub parçasından. 
– Bəs axı... Yəni bu... Necə ola bilər, qoca diqqətsizlik etsin? 
– Bu, kimin baxdığına bağlıdır. 
Bu sözlər gənc adamı açıq-aşkar qayğılandırdı. Puaronun ağlından keçənləri başa 
düşmək istəyirmiş kimi gözünü ona zilləyib baxırdı. 
– Mənim vəzifəm cinayət saatında qatardakıların nələr etdiyini öyrənməkdir, – 
Puaro dedi. – Heç kəs inciməməlidir, başa düşürsünüz? Formal olaraq bunu 
etməliyəm. 
– Bilirəm. Məndən istədiyinizi soruşun. Mümkün olduğu qədər əleyhimə olan 
şübhələri aradan qaldıraram. 
Puaro gülümsədi:  
– Sizdən kupenizın nömrəsini soracaq deyiləm. Çünki oranı bir gecəliyə də olsa, 
sizinlə paylaşdım. İkinci dərəcəli 6-7 nömrəli kupe, elə deyilmi? Mən başqa 
kupeyə keçdikdən sonra siz orada tək qaldınız. 
– Bəli, elədir. 
– İndi, cənab Makkuin, zəhmət olmasa, mənə dünən gecə vaqon-restorandan 
çıxdıqdan sonra nələr etdiyinizi danışın. 
– Problem deyil. Mən öz kupemə getdim. Bir az kitab oxudum. Belqradda perrona 
endim. Ancaq hava çox soyuq olduğu üçün təkrar qatara mindim. Bir müddət 
kupesi mənimkinin yanında olan o gənc ingilis xanımla danışdım. Sonra da başqa 
bir ingilislə, polkovnik Arbetnotla söhbətə daldım. Sonra, biz onunla danışarkən 
siz yanımızdan keçdiniz. Sonra cənab Retçettin yanına getdim. Bunu sizə 
söyləmişdim. Məktublarla bağlı onun bəzi tapşırıqlarını yerinə yetirdim. Ona xoş 
gecələr diləyərək yanından ayrıldım. Polkovnik Arbetnot hələ də koridordaydı. 
Yatağı düzəlmişdi. Ona mənim kupemə gəlməsini təklif etdim. Adama bir şüşə içki 
sifariş verərək çənə vurmağa başladıq. Beynəlxalq siyasətdən, Hindistandan, Uoll-


Stritdəki indiki maliyyə vəziyyətindən və böhranından danışdıq. Əslində, bir qayda 
olaraq, ingilislərdən xoşum gəlməz, çox rəsmi olurlar. Ancaq polkovnikə qanım 
çox qaynadı. 
– Polkovnik yanınızdan nə zaman ayrıldı? 
– Xeyli vaxt keçdi. Saat ikiyə qalardı. 
– Qatarın dayanmış olduğuna fikir vermədinizmi? 
– Hə, əlbəttə. Nə olduğu ilə maraqlandıq. Pəncərədən baxınca qar yığınlarını 
gördük. Ancaq vecimizə almadıq. 
– Polkovnik Arbetnot yanınızdan ayrıldıqdan sonra nə oldu? 
– O, öz kupesinə getdi. Mən də yatağımı düzəltməsi üçün bələdçi çağırdım. 
– Bələdçi yatağınızı düzəldərkən siz haradaydınız? 
– Koridorda, düz qapının önündə. Siqaret çəkirdim. 
– Sonra? 
– Sonra uzandım və səhərə qədər yatdım. 
– Dünən gecə heç qatardan endinizmi? 
– Bir ara Arbetnotla... nəydi o stansiyanın adı, həə, Vinkovci, polkovniklə perronda 
bir az dolaşmağı düşündük. Ancaq dəhşətli soyuq vardı. Çox keçmədən təkrar içəri 
girdik. 
– Perrona hansı qapıdan endiniz? 
– Bizim kupeyə ən yaxın olanından. 
– Vaqon-restoranın yaxınındakı qapıdan? 
– Bəli. 
– Fikir vermədiniz, qapı sürgülüydü? 
Makkuin düşündü.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə