ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

– Onda mənə... qoyun fikirləşim...hə, mənə isveçlinin və qulluqçunun şlyapalarının 
qutusunu gətirin. Bütün ümidlərim bunadır. Deyin ki, gömrük yoxlamasına görə 
lazımdır və ya nəsə ağlınıza gələn bir şey söyləyin.  
– Narahat olmayın, müsyö, indi bunu etmək çətin olmayacaq, çünki heç biri öz 
kupesində yoxdur. 
– O zaman tələsin. 
Bələdçi uzaqlaşdı və tezliklə əlində iki qutu qayıdıb gəldi. Puaro qulluqçunun 
qutusunu açan kimi bir kənara atıb, isveçli qadının qutusunu götürdü. Onun 
içərisinə baxıb, sevincək bir səs çıxardı, yavaşca şlyapanı qutunun içindən çıxartdı. 
Şlyapanın altında yarımkürə vardı. 
– Həə, mənim axtardığım da elə budur! Belə qutuları beş il bundan əvvəl istehsal 
edirdilər. Şlyapa sancaqla məftil tora bərkidilirdi. 
Puaro bir anda hər iki toru açdı, şlyapaları təkrar yerinə qoydu və bələdçiyə onları 
geri aparmasını söylədi. Bələdçinin arxasınca qapı bağlanan kimi üzünü doktora 
çevirdi: 
– Görürsünüzmü, əzizim doktor, mən özüm cürbəcür ekspertizalara çox da 
inanmıram. Məni, adətən, barmaq izlərindən və ya siqaret külündən daha çox 
psixologiya maraqlandırır. Lakin hal-hazırda elmin köməyinə bel bağlamaq lazım 
gələcək. Bu kupedə istədiyin qədər dəlil var, lakin onların yalançı dəlil olmadığına 
necə inanasan? 
– Sizi tam mənada başa düşmürəm, müsyö Puaro. 
– Yaxşı, elə isə, sizə bir misal çəkim. Biz qadın dəsmalı tapırıq. Onu kim itirib, bir 
qadın? Bəlkə, cinayəti törədən kişi özlüyündə fikirləşib: “Qoy fikirləşsinlər ki, bu, 
bir qadının əməlidir. Mən bıçağım işlədikcə vuracağam, ancaq zərbələrin bəzisinin, 
guya, zəif və gücsüz adam tərəfindən vurulduğu təsəvvürünü yaradacağam, sonra 
da göz qabağına bir dəsmal atacağam”. Bu, variantlardan biridir. Ancaq başqa 
variant da var. Fərz edək ki, cinayəti törədən bir qadındır. O zaman o, qəsdən yerə 
trubka təmizləmək üçün olan fırçanı atır, qatilin bir kişi olduğu təsəvvürünü 
yaratmaq istəyir. Sizcə, biz bu cinayəti iki nəfərin, bir qadın və bir kişinin bir-


birindən xəbərsiz halda törətdiyini və hər ikisinin də əşyayi-dəlil buraxdığını ciddi 
şəkildə təsəvvür edə bilərikmi? Burada təsadüflər həddən artıq çox deyilmi?  
– Bəs qutuların bu hadisəyə nə dəxli var? – hələ də çaşqınlıq içərisində olan doktor 
soruşdu.  
– Bu saat danışım. Baxın, dediyim kimi, bütün bu dəlillər – saatın ikiyə on beş 
dəqiqə işləməsi, burun dəsmalı, trubka fırçası – əsl və saxta dəlillər ola bilər. Bunu 
mən hələ ayırd edə bilməmişəm. Lakin mənim nəzərimcə, əlbəttə, yanıla da 
bilərəm, daha bir yalançı olmayan dəlil var. Bu da yastı kibrit çöpləridir, doktor. 
Mən əminəm ki, bu kibriti mister Retçett deyil, qatil yandırıb. Kompromat kağızı 
məhv etməkdən ötrü yandırıb. Demək, o kağızda bu cinayətin açılmasına açar ola 
biləcək bir ipucu var imiş. Və mən bu kağızda yazılanları bərpa etməyə və bu 
açarın nə olduğunu öyrənməyə çalışacağam. 
Sonra birdən-birə dikələrək kupedən çıxdı. Geri qayıdanda doktor onu böyük 
maraqla seyr edirdi. Puaro yanıq kağız parçalarını saç maqqaşıyla tutaraq, 
yandırdığı spirt alovunun üzərinə tutdu. 
– Bu maqqaş bığları təmizləmək üçündür, – Puaro maqqaşı çırparaq izah etdi.  
Doktor dörd gözlə bu mənzərəni seyr edirdi. Puaro tel yarımkürələri əyərək 
düzəltdi, yanmış kağız parçalarını ehtiyatla onlardan birinin üzərinə qoydu, ikinci 
sim toru onun üzərinə qoydu, hər iki yarımkürəni maqqaşla tutaraq bu qurğunu 
spirt alovunun üzərinə gətirdi.  
– Kustar işdir, nə demək olar, – doktora tərəf qanrılaraq söylədi, – ancaq ümid 
edək ki, bu, bizim işimizə yarayacaq.  
Doktor diqqətlə Puaronun hərəkətlərini seyr etməkdəydi. Nazik simlər qızarmağa 
və yanıq kağızda hərflərin güclə oxunan cizgiləri görünməyə başladı. Hərflər 
sözləri əmələ gətirdi. Sözün həqiqi mənasında alovlu sözlər idi bunlar. Yanıq kağız 
parçası çox kiçikdi. Üzərində üç söz və bir də bir sözün yarısı vardı: “Kiçik Deyzi 
Armstronqu unu... ” 
– Aha! – deyə bağırdı Puaro. 
Doktor:  


– Bunların, sizcə, bir mənası var? – deyə soruşdu. 
Puaronun gözləri alışıb-yanırdı. Saç maqqaşını diqqətlə masanın üstünə qoydu.  
– Hə, – dedi. – Artıq mən ölən adamın əsl soyadını bilirəm. Və onun Amerikadan 
nəyə görə qaçdığını da bilirəm. 
– Soyadı nədir onun? 
– Kassetti. 
Konstantin qaşlarını çatdı.  
– Kassetti? Elə bil, bu adı eşitmişəm. Bir neçə il öncə... yox, yadıma sala 
bilmirəm... Amerikada baş verən səs-küylü bir hadisəylə bağlı deyildi bu? 
– Bəli, – dedi Puaro. – Düz tapmısınız. Amerikada baş verən bir hadisəylə bağlı.  
Başqa bir açıqlama vermək niyyətində olmadığı anlaşılırdı. Ətrafına baxaraq:  
– Bunu daha sonra danışarıq, – deyə əlavə etdi. – Burada bizimçün maraqlı olacaq 
hər şeyi görüb-görmədiyimizdən əmin olmalıyıq.  
Cəld bir hərəkətlə Retçettin paltarının ciblərini təkrar axtardı, ancaq oradan maraq 
doğuracaq bir şey tapılmadı. Digər kupeyə açılan ara qapını yoxladı. Ancaq qapı o 
biri tərəfdən bağlanmışdı. 
– Bir şeyi başa düşmürəm, – doktor Konstantin dedi, – qatil pəncərədən qaça 
bilməzdi, ara qapı o biri tərəfdən bağlı olub, koridora açılan qapı isə içəridən kilidli 
olub, zənciri də keçirilib. O zaman qatil necə aradan çıxıb? 
– Sirkdə əlləri, ayaqları bağlı adamın bir qutunun içinə qoyulub, sonra birdən-birə 
yoxa çıxdığı zaman tamaşaçılar da elə eyni sözü deyirlər. 
– Bununla demək istəyirsiniz... 
Puaro açıqladı:  
– Demək istəyirəm ki, əgər qatil bizi pəncərədən qaçdığına inandırmaq istəsəydi, 
əlbəttə ki, o, digər iki qapıdan çıxılması mümkün deyilmiş kimi bir vəziyyət 
yaratmalı idi. Fokusçuların qutusunda yoxa çıxan bir adam kimi, bu da bir hiylədir. 
Bizim vəzifəmiz bu hiylənin necə edildiyini öyrənməkdir.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə