ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

Gənc adam çiyinlərini çəkdi. Üzündə çaşqın bir ifadə görünüb yox oldu.  
– Bunu etmək o qədər də asan deyil.  
– Tam adı necəydi?  
– Samuel Eduard Retçett. 
– Amerika vətəndaşı idi?  
– Bəli. 
– Əslən hansı ştatdan idi?  
– Bilmirəm. 
– Elə isə, bildiklərinizi danışın.  
– Açığı, müsyö Puaro, mən cənab Retçett haqqında heç bir şey bilmirəm. Cənab 
Retçett özündən, ya da Amerikadakı həyatından heç söz açmazdı.  
– Sizcə, nəyə görə söz açmazdı? 
– Bilmirəm. Bəlkə də, ailəsindən, əvvəlki həyatından utanırdı. Bəzi insanlar 
belədir.  
– Doğrudanmı, belə bir izah sizə həqiqətəuyğun görünür?  
– Doğrusunu söyləsəm, görünmür.  
– Qohumları var idimi?  
– Onlardan heç bir zaman söz açmazdı.  
Puaro israr etdi:  
– Lakin, mister Makkuin, hər halda, siz onun nə üçün özü haqqında danışmadığını 
özünüz üçün nə cürsə izah etmisiniz.  
– Düzünü desəm, hə, izah etmişəm. Birincisi, onun əsl familiyasının Retçett 
olduğuna inanmıram. Amerikadan, bir adamdan, ya da bir şeydən qaçmaq üçün 
ayrıldığından da əminəm. Lakin yalnız son zamanlara qədər özünü təhlükəsizlikdə 
hiss edə bildi. 


– Bəs sonra? 
– Sonra məktublar gəlməyə başladı. Hədələyici məktublar. 
– Siz onları gördünüzmü? 
– Hə. Yazışmalarına mən cavabdeh idim. İlk məktub on beş gün öncə gəldi. 
– O məktublar cırılıb atıldımı? 
– Xeyr. Məndə bir neçə dənəsi var, deyəsən, ancaq birini mister Retçett hirslənib 
cırdı. İstəyirsinizsə, onları gətirim? 
– Lütfən, gətirin. 
Makkuin kupedən çıxdı. Bir neçə dəqiqə sonra poçt kağızına yazılmış, olduqca 
kirli iki məktubu Puaronun qarşısına qoydu. 
Birinci məktubda yazılmışdı:  
“Sən elə bilirdin, bizim əlimizdən yaxanı qurtara biləcəksən, Retçett? Bunu yuxuda 
görərsən! Əlimizdən qurtula bilməyəcəksən, Retçett!” 
 
Altında imza yox idi.  
Puaro heç bir şey söyləməyərək, sadəcə, qaşlarını qaldırdı. Sonra da ikinci 
məktubu götürdü. 
“Retçett, sənin işini tezliklə bitirəcəyik. Bunu bil, əlimizdən qaça bilməyəcəksən!” 
Puaro məktubu qatladı.  
– Üslubları eynidir, –Puaro dedi, – ancaq xətt haqqında eyni şeyi söyləmək olmaz. 
Makkuin ona heyrətlə baxdı. 
Puaro nəzakətlə:  
– Siz bunu görə bilməzsiniz, – dedi. – Belə şeyləri vərdiş etmiş bir adamın gözləri 
görə bilər. Bu məktubu tək bir nəfər yazmayıb, cənab Makkuin. Yazan iki nəfərdir. 
Hətta, ola bilər, ikidən də artıq adam yazıb. Adama bir hərf yazıblar. Üstəlik də, 


çap hərflərilə yazılıb. Əlbəttə ki, bu da əl yazısının kimə aid olduğunu təsbit etmə 
işini çətinləşdirir. – Bir an dayandı. – Cənab Retçettin məndən yardım istədiyini 
bilirdinizmi? 
– Sizdənmi? 
Gənc adamın heyrət etməsi o qədər təbii idi ki, Puaro onun yalan danışmadığına 
dərhal inandı.  
– Bəli, məndən. – Puaro təsdiq etdi, – cənab Retçett çox narahat idi. Söyləyin, 
cənab Makkuin, cənab Retçett ilk məktubu aldığı zaman necə davrandı? 
Makkuin dərhal cavab vermədi.  
– Bunu söyləmək çətindir. Bu məktublar onda gülüş doğururdu, hər halda, onu 
özündən çıxarmırdı. Ancaq... – gənc çiyinlərini çəkdi, – qəlbinin dərinliklərində 
onun həyəcanlı olduğunu hiss edirdim. 
Puaro başını yellədi. Sonra da gözlənilməz bir sual verdi:  
– Cənab Makkuin, şefinizlə aranız necəydi? Mənə heç bir şeyi gizlətmədən 
söyləyin. Ona qarşı dostca duyğularınız varmıydı? 
Hektor Makkuin cavab vermədən öncə bir-iki dəqiqə düşündü. Nəhayət:  
– Xeyr, – dedi. – Yox idi. 
– Nəyə görə? 
– Bunu dəqiqliklə söyləyə bilməyəcəyəm. Mənə qarşı həmişə nəzakətli davranırdı. 
– Gənc adam bir an dayandı, sonra əlavə etdi. – Sizə həqiqəti söyləyəcəyəm, 
müsyö Puaro. Ona nifrət edirdim. Ona heç inamım yox idi. Onun zalım və 
təhlükəli bir adam olduğundan əmindim. Ancaq bu fikrimi dəstəkləyəcək heç bir 
şeyin olmadığını da etiraf etməliyəm. 
– Təşəkkür edirəm, cənab Makkuin. Bir sualım da var. Retçetti ən son nə zaman 
gördünüz? 
– Dünən axşam... – gənc adam bir an düşündü, – on radələrində, səhv etmirəmsə. 
Bəzi tapşırıqlarını qeyd etməkdən ötrü onun kupesinə getmişdim. 


– Nəylə əlaqədar? 
– İrandan aldığı qədim kaşı və keramikalardan ötrü. Ona göndərilən şeylər 
seçdiklərinə uyğun gəlmirdi. Bununla əlaqədar biz uzun və yorucu yazışmaları 
sürdürürdük. 
– Yəni, bunları edərkən siz cənab Retçetti axırıncı dəfə görürdünüz? 
– Elədir ki var.  
– Cənab Retçett son hədə məktubunu nə zaman aldı? Bilirsinizmi? 
– İstanbuldan ayrıldığımız günün sabahı. 
– Sizdən bir daha soruşmalıyam, cənab Makkuin, şefinizlə aranız yaxşıydımı? 
Gənc adamın gözlərində nəşəli bir parıltı göründü.  
– Bu sualdan sonra gərək tüklərim biz-biz olaydı, elə deyilmi? Ancaq bizim 
detektiv romanlarda tez-tez işlənən sözlərlə sualınıza cavab verəcəyəm: “Heç nəyi 
boynuma qoya bilməyəcəksiniz”. Retçettlə aramız çox yaxşıydı. 
– Tam adınızı və Amerikadakı ünvanınızı söyləyə bilərsinizmi? 
Katib tam adını – Hektor Uallard Makkuin – və Nyu-Yorkdakı ünvanını söylədi. 
Puaro arxaya söykəndi.  
– İndilik bu qədər, cənab Makkuin. Cənab Retçettin öldüyünü qısa bir müddət 
üçün kimsəyə söyləməsəniz, çox məmnun olaram. 
– Retçettin nökəri Masterman, onsuz da, bunu biləcək. 
Puaro narazı halda: 
– Hər halda, artıq hər şeyi bilir, – deyə cavab verdi. – Əgər elədirsə, onun dilini 
saxlamağa çalışın. 
– Bunu etmək o qədər də çətin deyil. Masterman ingilisdir və öz deyimiylə desək
hər adamla oturub-durmağı sevmir. Amerikalılar haqqında yüksək fikirdə deyil və 
bütün başqa millətdən olanlara isə yuxarıdan-aşağı baxır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə