ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

Puaro ara qapının sürgüsünü vurdu.  
– Birdən bizim xanım Habbard qızına cinayətin təfsilatını yaza bilmək üçün buraya 
girmək fikrinə düşər, – deyə izah etdi. Təkrar ətrafına göz gəzdirdi. – Məncə, artıq 
burada görə biləcəyimiz bir iş qalmadı. İndi müsyö Bukun yanına gedək. 
 
 
 
VIII fəsil 
Deyzi Armstronqun oğurlanması 
 
Onlar kupeyə daxil olanda müsyö Buk omletini yeyib tamamlayırdı.  
– Vaqon-restoranda dərhal günorta yeməyinin verilməsini tapşırmışam, – deyə 
bildirdi. – Ondan sonra ora boşaldılacaq və müsyö Puaro sərnişinləri rahat-rahat 
dindirər. Bizim də yeməyimizi buraya vermələrini söylədim. 
– Çox yaxşı fikirdir, – Puaro sevindi. 
Ancaq heç biri hələ acmamışdı, buna görə də nahar etmək o qədər də zamanlarını 
almadı. Yeməklərini tez-tələsik yedilər. Ancaq müsyö Buk bu saatlarda beyinlərini 
məşğul edən məsələylə bağlı yalnız qəhvələrini içərkən söz açdı, yeni nələr 
olduğunu soruşdu. 
– Mərhumun kim olduğunu öyrəndim. Onun Amerikadan nəyə görə qaçmaq 
məcburiyyətində qaldığını da bilirəm, – Puaro dedi. 
– Kimmiş? 
– Yadınızdadırmı, Armstronqların kiçik uşaqlarıyla bağlı qəzetlərdə bir vaxtlar çox 
yazardılar. Bax həmin kiçik Deyzi Armstronqu öldürən adam Retçettdir, daha 
doğrusu, Kassetti. 
– İndi xatırladım. Qorxunc bir faciə idi! Ancaq lap incəliklərinə qədər 
xatırlamıram. 


– Polkovnik Armstronq ingilisdi, Viktoriya ordeni kavaleri idi, ancaq anası 
amerikalıydı, məşhur uoll-stritli milyoner U.K.Van der Holtun qızıydı. Polkovnik 
Armstronq zamanının ən adlı-sanlı faciə aktrisası Linda Ardenin qızıyla evliydi. 
Amerikada yaşayırdılar. Bir uşaqları vardı, hamının pərəstiş etdiyi kiçik bir qız idi. 
Uşaq üç yaşındaykən qaçırıldı. Geri vermək üçün ağlasığmaz ölçüdə çox pul 
istədilər. Ondan sonra olanları danışaraq sizi darıxdırmaq istəmirəm. Ancaq uşağın 
anasıyla atası iki yüz min dollar ödədilər və bunun ardınca, çox keçmədən 
Deyzinin ölüsü tapıldı. Üstəlik, uşaq öləli ən aşağısı, iki həftə olmuşdu. Hamının 
necə həyəcanlandığını təsvir etmək çətindir, əlbəttə. Ancaq fəlakət bununla 
bitmədi. Xanım Armstronq hamilə idi, yeni bir uşağı dünyaya gətirmək ərəfəsində 
idi. Sarsıntı keçirdiyinə görə uşağı ölü doğdu, xanım Armstronq özü də doğuş 
zamanı həlak oldu. İztirabdan dəliyə dönən əri tapançayla özünü vurub intihar etdi. 
– Ay Allah! – dedi Buk. – Nə dəhşətli hekayətdir! İndi xatırladım. Yanılmıramsa, 
bir nəfər də ölmüşdü o arada. 
– Bəli. Uşağın qulluqçusu zavallı bir fransız, ya da isveçrəli bir xidmətçi qız. Polis 
onun bu hadisə haqqında bilgisi olduğundan əmin idi. Qızın ağlayıb-sızlayaraq heç 
bir şeydən xəbəri olmadığını söyləməsinə inanmadılar. Sonunda zavallı qız böyük 
bir ümidsizliyə qapılaraq özünü pəncərədən atdı. Daha sonra onun hadisəylə heç 
bir əlaqəsi olmadığı ortaya çıxdı. 
– Adam bunları düşünəndə belə dəhşətə gəlir! – Buk üşənmiş halda dedi. 
– Altı ay sonra bu Kassetti deyilən adam tutuldu. Uşağı qaçıran dəstənin başçısı 
imiş. Daha öncə də eyni şeyi etmişdilər. Polisin izlərini tapacağını anlar-anlamaz 
qaçırdıqları adamı öldürüb cəsədi basdırır, cinayət ortaya çıxanadək də mümkün 
olduğu qədər çoxlu pul qoparırdılar. Onu deyim ki, günahkarın Kassetti olduğuna 
heç bir şübhə ola bilməz. Ancaq əldə etdiyi böyük sərvət sayəsində və bəzi 
kimsələrin üstündə gizli hakimiyyəti olduğuna görə hansısa formal məsələlərdə 
çək-çevirə salınaraq bəraət ala bildi. Buna baxmayaraq, bir yol tapıb qaçmasaydı, 
xalq tərəfindən linç ediləcəkdi. İndi olanları daha yaxşı anlayıram. Kassetti adını 
dəyişdirərək Amerikadan qaçıb. O gündən bəri də işi-gücü olmayan zəngin bir 
adam sifətində dünyanı dolaşmaqda idi. 
– İyrənc heyvan! – Bukun səsi əsəb və ikrahla doluydu. – Onu öldürdüklərinə görə 
bir qram da heyifsilənmirəm. Əcəb olub. 


– Mən də sizin kimi. 
– Ancaq Şərq ekspressində olmamalıydı bu hadisə. Öldürmək üçün başqa yerlər 
başına qəhət deyildi. 
Puaro xəfifcə gülümsədi, müsyö Bukun öz hayında olduğunu başa düşürdü.  
– İndi bizim üçün əsas məsələ Kassettini kimin öldürdüyünü tapmaqdır: bu cinayət 
Kassettinin vaxtıyla quldurluq etdiyi rəqib bir dəstənin işidir? Yoxsa şəxsi bir 
intiqamdır? – Yanıq kağızda oxuduğu o bir neçə kəlmə haqqında danışdı. – Əgər 
səhv etmirəmsə, o məktubu qatil yandırıb. Nəyə görə? Çünki burada Armstronqun 
adı çəkilirdi. Bu da həmin bu sirri tapmağımız üçün bizə bir ipucu verə bilərdi. 
– Armstronq ailəsindən həyatda olan kimsə varmı? 
– Təəssüf ki, bilmirəm. Ancaq deyəsən, qəzetlər Cənab Armstronqun kiçik 
bacısının olduğu haqda yazmışdılar.  
Puaro Buka doktor Konstantin ilə birlikdə gəldikləri nəticəni danışdı. Sınıq saat 
söhbətini eşidən müsyö Buk əməlli-başlı canlandı! 
– Demək, biz indi cinayətin dəqiq saatını bilirik artıq. 
– Bəli. İşimizi asanlaşdıran şeylərdən biridir bu. – Səsindəki qəribəlik digər iki 
adamın ona maraqla baxmalarına səbəb oldu. 
– Retçettin birə iyirmi dəqiqə qalmış bələdçiylə danışdığını söyləmişdiniz 
deyəsən? – dedi Buk. 
Belçikalı bu gecə baş verənləri danışdı. 
– Hər halda, bu, Kassettinin və ya Retçettin birə iyirmi dəqiqə qalmış həyatda 
olduğunu sübut edir, – müsyö Buk dedi. 
– Əgər lap dəqiq olmaq istəyiriksə, birə iyirmi üç dəqiqə qalmış. 
– Rəsmi dillə desək, sıfır otuz yeddidə mister Retçett hələ sağ imiş. Hər halda, 
əlimizdə bir fakt var. 
Puaro cavab vermədi. Düşüncəli  halda qarşı tərəfə baxırdı. 
Kupenin qapısı döyüldü və qarson daxil oldu. 


– Restoran boşdur, müsyö, – dedi. 
– Gəlin, oraya keçək, – müsyö Buk ayağa qalxdı. 
– Mən də sizinlə gələ bilərəmmi? – Konstantin soruşdu. 
– Əlbəttə ki, əzizim doktor. Əgər müsyö Puaro etiraz etmirsə. 
– Yox, canım, nə etirazım ola bilər? 
“Apres vous, monsieur” ; “Mais non, apers vous”1 – deyərək qısa nəzakət 
kəlmələrindən sonra onlar koridora çıxdılar. 
 
 
  
II HISSƏ 
 
ŞAHİDLƏRİN DİNDİRİLMƏSİ 
 
I fəsil 
Yataqlı vaqon bələdçisinin dindirilməsi 
 
Vaqon-restoranda istintaq üçün hər şey hazırlanmışdı. Puaro ilə müsyö Buk 
masanın bir tərəfində oturmuşdular. Doktor isə üzbəüz oturmuşdu. Masada 
Puaronun önünə İstanbul – Kale vaqonunun planı qoyulmuşdu, yolçuların adları 
qırmızı mürəkkəblə üzərinə yazılmışdı. Bir yanda pasportlar və biletlər vardı. 
Onların yanında kağız, mürəkkəb, qələm və karandaş qoyulmuşdu. 
– Hər şey qaydasındadır, – Puaro dedi. – Artıq yubanmadan istintaqa başlaya 
bilərik. Hər kəsdən əvvəl, məncə, yataqlı vaqon bələdçisiylə danışsaq, daha doğru 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə