ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə53/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   47   48   49   50   51   52   53   54   55

Qarson, üzündə hər şeyi başa düşən bir ifadəylə Qreta Olsonu içəri ötürdü. Qadın 
Puaronun qarşısındakı stula çökdü və dəsmalını üzünə basaraq daha da bərkdən 
hıçqırmağa, əlindəki böyük dəsmalla burnunu silməyə başladı. 
– Özünüzü ələ alın, madmazel. Özünüzü üzməyin.  
Puaro qadının çiyninə toxundu:  
– Mənə, sadəcə, doğru olan bir neçə söz söyləyin. Balaca Deyzi Armstronqa baxan 
dayə siz idiniz, elə deyilmi? 
Zavallı qadın:  
– Doğrudur bu, – deyə mızıldanaraq gözünün yaşını axıtmağa davam etdi.  
– 
Elədir ki var. Ah, o, bir mələkdi. Qəlbi sevgiylə dolu kiçik, şirin bir mələk. 
Sevgi və şəfqətdən başqa bir şey görməmişdi. O əxlaqsız adam onu qaçırdı. Ona 
qarşı zalımcasına davrandı... Bədbəxt anası və dünyaya gələ bilməyən o biri 
körpə... Təsəvvür edə bilməzsiniz... Bilməzsiniz... Əgər siz də orada olsaydınız, 
bütün o fəlakəti görsəydiniz! Sizə bu səhər həqiqəti açıb deməliydim. Ancaq 
qorxdum... Qorxdum. O murdar adamın öldüyünə sevinmişdim. Artıq kiçik 
uşaqlara işgəncə verə bilməyəcək, onları öldürə bilməyəcəkdi. Ah, danışa 
bilməyəcəyəm... Söz tapa bilmirəm...  
Əvvəlkindən daha şiddətlə ağlamağa başladı. 
Puaro hələ də şəfqətlə onun çiyninə vuraraq təsəlli verməkdəydi.  
– Yaxşı... Yaxşı... Başa düşürəm... hər şeyi anlayıram... hər şeyi, hər şeyi... Mənə 
inanın. Sizə artıq sual verməyəcəyəm. Doğru olduğunu bildiyim bir şeyi etiraf 
etməyiniz yetərlidir mənim üçün. Xatircəm olun ki, sizi başa düşürəm...  
Heç azca da olsa, danışacaq halda deyildi Qreta Olson. Ayağa qalxdı və əlhavasına 
qapıya doğru getdi və tam arada içəri girən adamla toqquşdu. Nökər Masterman idi 
bu. 
O, birbaşa Puaronun yanına gəldi və hər zamankı sakit, ifadəsiz səsiylə danışmağa 
başladı:  
 


– Sizi narahat etmədiyimə ümid edirəm, cənab. Dərhal gəlib sizə həqiqəti 
söyləməyimin daha yaxşı olacağını düşündüm. Mən müharibədə polkovnik 
Arbetnotun denşiki idim, cənab. Daha sonra Nyu-Yorkda da onun yanında nökər 
olaraq çalışdım. Qorxdum, bu həqiqəti bu səhər sizdən gizli saxladım. Bu 
hərəkətim doğru deyildi, cənab. Gəlib sizə hər şeyi söyləməyimin doğru olacağına 
qərar verdim. Ancaq Toniodan şübhələnmədiyinizə ümid edirəm, cənab. Tonio bir 
milçəyə belə əl qaldırmaz, cənab. Onun bütün gecə kupedən ayrılmadığına da and 
içə bilərəm, cənab. Buna görə də cinayəti o işləmiş ola bilməz. Tonio bir əcnəbi ola 
bilər, cənab, amma çox işıqlı insandır. Qəzetlərdə oxuduğumuz o pis qatil 
italyanlara heç bənzəməz. – Bunları deyib susdu. 
Puaro israrla onu süzürdü:  
– Bütün söyləyəcəkləriniz bu qədərmi? 
– Bu qədər, cənab. – Duruxdu. Puaronun bir şey söyləmədiyini görüb üzr 
istəyirmiş kimi əyilib sağollaşdı. Qısa bir tərəddüddən sonra, gəldiyi kimi, üsulluca 
vaqon-restorandan çıxdı. 
Doktor Konstantin:  
– Bu, oxuduğum polis romanlarının hamısından daha əcaib bir hadisə oldu, – dedi. 
– İnanılası deyil. 
Buk:  
– Mən də eyni fikirdəyəm, – deyərək ah çəkdi. – O vaqondakı on iki yolçudan 
doqquzunun Armstronq hadisəsiylə əlaqəsi olduğu ortaya çıxdı. Daha nə olacaq? 
Görəsən, bundan sonra kim gələcək? 
Puaro:  
– Bu sualınıza cavab verə biləcəyəm, deyəsən, – dedi. – Baxın, amerikalı 
detektivimiz cənab Hardman gəlir. 
– Yoxsa, o da nəyisə etiraf edəcək? 
Puaro cavab verməmiş amerikalı onların masasına gəldi. Zəkalı gözlərlə onları 
soldan-sağa süzdükdən sonra bir stula oturdu:  


– Bu qatarda nələr olur? – deyə soruşdu. – Mənə görə, buranın dəlixanadan heç bir 
fərqi yoxdur. 
Puaro gözlərində nəşəli bir parıltıyla:  
– Cənab Hardman, – dedi. – Armstronqların evində bağban olmadığınızdan 
əminsinizmi? 
Hardman bu sözə başqa bir cavab verdi:  
– Onların bağı var idi. 
– Bəs eşikağası olmağınızdan? 
– Elə bir yerə uyğun olacaq qədər kübar deyiləm. Xeyr, Armstronqların eviylə heç 
bir əlaqəm olmadı. Qatarda onlarla əlaqəsi olmayan təkcə mən varam, deyəsən. 
Yavaş-yavaş buna inanmağa başlayıram. İnanılası şey deyil, elə deyilmi? İnanılası 
deyil! 
Puaro sakit-sakit:  
– Həqiqətən, bir az təəccüblü kimidir, – deyə mızıldandı. 
Buk özünü saxlaya bilmədi:  
– Doğrudan ha! Gülüncdür bunların hamısı!  
Puaro soruşdu:  
– Sizin cinayət haqqında fikirləriniz varmı, cənab Hardman? 
– Xeyr. Mən də çaşıb qalmışam. Nə düşünəcəyimi bilmirəm. Hamısı birdən bu 
cinayət hadisəsinə qarışmış ola bilməzlər. Ancaq hansının günahkar olduğunu heç 
cür anlaya bilmirəm. Siz bütün bunları necə aydınlaşdırdınız? Bax mənim 
öyrənmək istədiyim budur. 
– Təxmin etdim. 
– O halda, mənə inanın, ehtimalları irəli sürmək işini çox yaxşı bilirsiniz. Bəli. 
Bunu bilirəm və söyləyirəm. Fövqəladəsiniz.  
Cənab Hardman arxasına yaslanaraq heyran-heyran Puaroya baxdı:  


– Ancaq, məni bağışlayın, sizi ilk dəfə görən adam buna qətiyyən inanmaz. 
Qarşınızda hörmətlə baş əyirəm. Həqiqətən, baş əyirəm. 
– Çox nəzakətlisiniz, cənab Hardman. 
– Nəzakətli, ya nəzakətsiz, siz artıq məni ötüb keçmisiniz. 
Puaro:  
– Nə olursa olsun, – dedi, – problem hələ ki, həll edilməyib. Cənab Retçetti kimin 
öldürdüyünü qəti şəkildə söyləyə bilərikmi? 
Hardman:  
– Məndən bunu heç soruşmayın, – cavab verdi. – Mən bir şey söyləyə bilmərəm. 
Qəlbim heyranlıqla doludur. Haqlarında hələ də bir ehtimalınız olmayan o iki 
yolçu necə olacaq? O yaşlı amerikalı qadınla otaq xidmətçisini deyirəm. Qatarda, 
sadəcə, onların ikisinin günahsız olduğunu qəbul edəcəyinizi sanıram. 
Puaro gülümsədi:  
– Onları kiçik kolleksiyamıza qata bilsək, hər şey yerini alacaq. Məsələn... 
Armstronqun evində təsərrüfat işlərinə baxan qadın və bu evin aşpazı onlar ola 
bilərlər. 
Hardman, sanki, özünü taleyin ixtiyarına buraxmış halda:  
– Artıq bu dünyada məni heç bir şey heyrətləndirə bilməz, – dedi. – Dəlixanadır... 
Vallah, buranın dəlixanadan bir fərqi yoxdur. 
– Ah! Artıq bu qədər təsadüf ola bilməz! – müsyö Buk həyəcanla əsib-coşurdu. – 
Hamısı da bu hadisənin içində olmalıdır, elə bil! 
Puaro ona baxdı:  
– Başa düşmürsünüz... Söyləyin mənə. Retçetti kimin öldürdüyünü bilirsinizmi? 
Buk suala sualla cavab verdi: 
– Siz bilirsinizmi? 
Puaro başıyla təsdiq etdi:  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə