ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə52/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   47   48   49   50   51   52   53   54   55

– Bunları necə fikirləşib tapırsınız? – dedi. – İnanılası deyil. 
– Hm, bu şərəf mənə aid deyil, dostlar. Elə də böyük tapıntı sayılmaz bu. Qrafinya 
Andreni vəziyyətin necə olduğunu mənə, demək olar ki, açıq şəkildə söylədi. 
– Necə? Bu mümkün deyil! 
– Ondan dayə haqqında soruşduğumu yada salın. Daha öncə, “Mari Debenham bu 
işə qarışdısa da, hər halda, o zamanlar evdə dayəlik edirdi”, – deyə qərar 
vermişdim. 
– Bəli, amma qrafinya Andreni tamam başqa bir adamı təsvir etmişdi. 
– Əlbəttə. Uzunboylu, qızılsaçlı, ortayaşlı bir qadın. Yəni miss Debenhamla daban-
dabana zidd bir insan. Çox maraqlı bir şeydi bu. Sonra qrafinya tez-tələsik bir ad 
uydurmaq məcburiyyətində qaldı və fərqinə varmadan yol verdiyi bir səsləşmə onu 
ələ verdi. Bildiyiniz kimi, qadının adının miss Fribodi olduğunu söylədi. 
– Bəli. 
– Bəlkə də, xəbəriniz yoxdur, amma Londonda “Debenham və Fribodi” adında bir 
mağaza vardır. Debenham adı ağlından keçərkən tez-tələsik başqa bir ad tapmağa 
çalışdı və ağlına ilk gələn Fribodi oldu. Təbii, mən məsələnin nə yerdə olduğunu o 
saat başa düşdüm. 
– Bax ha, bu da bir yalan. Qrafinya nə üçün yalan söylədi? 
– Hər halda, yenə sədaqətli olduğuna görə. Bu, işləri bir az çətinləşdirir. 
Buk əsəbiliklə: 
– Aman Allah! – deyə bağırdı. – Bu qatarda hamı yalan danışır - nədir? 
Puaro:  
– Bax bunu biz indi öyrənəcəyik, – dedi Puaro. 
 
 
 


VIII fəsil 
Yenə çaşdırıcı açıqlamalar 
 
Buk:  
– Artıq məni heç bir şey çaşdıra bilməz, – dedi. – Heç bir şey. Qatardakı bütün 
yolçuların vaxtilə Armstronqların evində yaşamış olduqlarını öyrənsəm, yenə də 
heyrət etmərəm. 
Puaro: 
 – Bu sözləriniz çox maraqlıdır, – gülümsəyərək dedi. – Hamıdan daha artıq 
şübhələndiyiniz italyanın nələr söyləyəcəyini dinləmək istərsinizmi? 
– Yoxsa yenə o məşhur ehtimallarınızdan birini açıqlayacaqsınız? 
– Düz tapmısınız. 
Konstantin:  
– Son dərəcə fövqəladə hadisədir bu hadisə, – dedi. 
– Xeyr. Əksinə, çox adidir. 
Buk gülünc bir ümidsizliklə əllərini havaya qaldırdı:  
– Əgər adi dediyiniz budursa, dostum... – Deməyə söz tapa bilmirdi. 
Puaro o arada qarsondan Antonio Foskarellini çağırmasını istəmişdi. 
Yekəpər italyan içəri girərkən üzündə ehtiyatlı bir ifadə vardı. Tələyə düşmüş bir 
heyvan kimi əsəbi halda gah sağa, gah da sola baxırdı.  
– Nəsə demək istəyirsiniz? – deyə soruşdu. – Sizə söyləyəcək başqa bir sözüm 
yoxdur. Eşidirsiniz? Heç bir sözüm yoxdur. – Əlini masaya vurdu. 
Puaro kəskin tövrlə:  
– Bizə söyləyəcək bir şeyiniz var, – dedi. – Həqiqəti! 


– Həqiqəti? İtaliyalı əndişəylə Puaroya nəzər saldı. O mehriban və özündən əmin 
ədaları yoxa çıxmışdı. 
– Bəli. Bəlkə də, mən bunu indidən bilirəm. Ancaq sizin açıqlamanız özünüz üçün 
yaxşı olar. 
– Amerika polisi kimi danışırsınız. Yalnız onlardan eşitmək olar bu sözləri: 
“Haydı, danış... Tez ol, nə var, hamısını danış!” 
– Aha! Demək, Nyu-York polisini yaxından tanıyırsınız? 
– Xeyr, xeyr. Əleyhimə heç bir dəlil tapa bilmədilər. Ancaq tapmağa çox çalışdılar. 
Puaro üsulluca:  
– Bu iş Armstronq hadisəsiylə bağlıydı, elə deyilmi? – deyə soruşdu. – Siz onların 
sürücüsü idiniz?  
İtaliyalı ilə göz-gözə gəldilər. 
Yekəpər adamın lotuyana ədaları yoxa çıxdı. İndi boşalmış hava balonuna 
bənzəyirdi.    
– Madam bilirsiniz... o halda məndən niyə soruşursunuz? 
– Bu səhər nəyə görə yalan söylədiniz? 
– İşimə görə. O yuqoslav polislərinə güvənmirəm. Onlar italyanlara nifrət edirlər. 
Mənə qarşı ədalətli davranmayacaqlarını bilirdim. 
– Bəlkə də, tam mənasıyla ədalətli davranardılar! 
– Xeyr, xeyr, mənim dünən gecəki hadisəylə heç bir bağlılığım yoxdur. Kupemdən 
heç çölə çıxmadım. O uzunsifət ingilisdən soruşun, sizə desin. O köpəyi... Retçett 
deyilən o adamı mən öldürməmişəm. Əleyhimə olacaq heç bir dəlil yoxdur 
əlinizdə. 
Puaro kağıza nəsə yazırdı. Başını qaldıraraq yavaşca:  
– Çox yaxşı, – dedi. – Gedə bilərsiniz. 
Foskarelli narahatlıqla duruxdu.  


– Qatilin mən olmadığımı başa düşdünüz, elə deyilmi? O hadisəylə heç bir 
əlaqəmin ola bilməyəcəyini anladınız. 
–Gedə biləcəyinizi sizə söylədim. 
– Quramadır bu. Cinayəti mənim üstümə atmaq istəyirsiniz? Həm də elektrik 
stulunda gəbərməli olan bir donuza görə. Onun tapılıb elektrik stulunda 
oturdulmaması bir rəzalətdir. Əgər bu cinayəti mən törətsəydim, məni 
yaxalasaydılar... 
– Amma sizi həbs etmədilər. Siz hətta o uşağın oğurlanmasında iştirak etmişdiniz. 
– Nə danışırsınız siz? O balaca... bütün evin gülər üzüydü o. Məni “Tonio” deyə 
çağırardı. Maşına minər, sanki, rol arxasındaymış kimi davranardı. Bütün ev əhli 
ona pərəstiş eləyərdi. Axırda polis belə bunu anladı. Ah, o gözəl körpə!  
Səsi yumşalmışdı. Gözləri doldu. Sonra da birdən-birə dabanlarının üzərində 
dönərək sürətlə salondan çıxdı. 
Puaro: 
– 
Petro, – deyə səsləndi.  
Qarson qaçaraq gəldi.  
– Onuncu nömrədən o isveçli qadını çağır. 
– Baş üstə, müsyö. 
Buk:  
– Daha birini? – deyə bağırdı. – Ah, xeyr... inanılmazdır bu. Vallah, inanılası deyil 
– deyirəm sizə! 
– Dostum, bilməlisiniz ki... Axırda qatarda hər kəsin Retçetti öldürməsi üçün 
önəmli bir səbəbi olduğunu ortaya çıxarsaq belə, yenə də öyrənmək 
məcburiyyətindəyik və yalnız öyrəndikdən sonra günahkarın kim olduğuna qəti 
qərar verə bilərik. 
Buk zarıdı:  
– Başım fırlanır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə