ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə49/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

– Siz o hadisə baş verən zamanlarda kiçik bir qız imişsiniz. Sizə baxacaq, 
dərslərinizlə maraqlanacaq kimsəniz yox idimi? 
– Həə, əlbəttə, elə bir dayəm vardı. Mənə dayəlik, Sonyaya da katiblik edən ingilis 
qadın. Daha doğrusu, şotlandiyalı qadın. Dolubədənli, qırmızısaçlı bir qadın. 
– Adı nəydi? 
– Miss Fribodi. 
– Gənc idi, ya yaşlı? 
– Mənə çox yaşlı gəlirdi. Ancaq hər halda, əslində, qırxdan artıq deyildi yaşı. 
Susanna paltarlarıma baxar, otaq xidmətçiliyi edərdi. 
– Evdə başqa bir kəs yox idimi? 
– Sadəcə, xidmətçilər vardı. 
– Qatarda heç kəsi tanımadığınızadan əminsinizmi, madam? Yəni qəti olaraq 
əminsinizmi? 
Gənc qadın səmimi bir tövrlə cavab verdi:  
– Çox əminəm. Qatarda tanıdığım bir kəs yoxdur. Heç kəs yoxdur, müsyö. 
 
V fəsil 
Knyaginya Draqomirovanın adı 
 
Qrafla qrafinya getdikdən sonra Puaro dönüb hər iki dostuna baxdı:  
– Gördünüz də? Yavaş-yavaş qabağa gedirik. 
Buk nəzakətlə:  
– Qeyri-adi bir uğurdur, – dedi. – Bu iş mənə qalsaydı, qraf və qrafinya 
Andrenidən şübhələnmək ağlımdan belə keçməzdi. Onların bu işlə heç bir əlaqələri 
olmadığını düşündüyümü etiraf etməliyəm. Qrafinyanın cinayət işlədiyindən heç 


şübhəniz yoxdur, hər halda? Acınacaqlı haldır bu. Ancaq onu gilyotinə aparmazlar. 
Yumşaldıcı səbəbləri var. Bir neçə il həbsə məhkum edərlər, vəssalam. 
– Demək, onun Retçetti öldürdüyünə qəti şəkildə əminsiniz? 
– Dostum, artıq bunun şübhə doğuracaq bir tərəfi varmı? Onlarla qəsdən elə 
yumşaq danışırdınız, elə deyilmi? Biz bu qar basqınından qurtuluncaya və polis işi 
nəzarətə götürüncəyə qədər bir qarışıqlığın olmaması üçün. 
– Qraf arvadının günahsız olduğunu söylədi, namusuna and içdi. Buna 
inanmırsınız deyəsən? 
– Dostum, əlbəttə, elə söyləməli idi. Başqa nə deyə bilərdi? Arvadına sitayiş edir. 
Onu qurtarmaq istəyir. Yalanını ustalıqla təkrarlayır. Özü də belə bir ədayla. 
Ancaq sözləri yalan olmayıb da nə olacaq? 
– Gülünc fikirdir, amma mən bu sözlərin doğru ola biləcəyini düşünürdüm. 
– Xeyr, xeyr. Dəsmalı unutmayın. Dəsmal məsələni qətiləşdirir. 
– Hm, mən o dəsmal məsələsindən çox da əmin deyiləm. Yadınızdadırsa, sizə 
dəsmalın sahibi mövzusunda iki ehtimal olduğunu demişdim. 
– Elə də olmuş olsa... – Buk birdən susdu. 
Başdakı qapı açılmış və knyaginya Draqomirova vaqon-restorana girmişdi. Birbaşa 
onların yanına gəldi. Üçü də ayağa qalxdılar. 
Qadın digərlərinə fikir vermədən Puaroyla danışmağa başladı:  
– Səhv etmirəmsə, sizdə dəsmalım varmış. 
Belçikalı üzündə qalibiyyət dolu ifadəylə dostlarına baxdı:  
– Bunu deyirsiniz, madam? – İncə işləməli dəsmalı çıxartdı. 
– Bəli, budur. Künc tərəfində də markam var. 
Buk:  
– Ancaq, madam, – deyə etiraz etdi. – “H” hərfi yazılıb burada. Bağışlayın, axı 
sizin adınız Natalia deyilmi? 


Qadın ona soyuq-soyuq baxdı.  
– Doğrudur, müsyö. Dəsmallarıma daima rus hərfləriylə işlənir markam. Bizim N 
hərfi ruscada “H” kimi yazılır. 
Buk çaşıb qalmışdı. Bu heç bir şeydən qorxmayan yaşlı qadın onu çaşdırır, narahat 
edirdi.  
– Ancaq busəhərki dindirmə zamanı dəsmalın sizin olduğunu söyləmədiniz bizə. 
Knyaginya istehzayla:  
– Soruşmadınız, ona görə, – deyə cavab verdi. 
Puaro:  
– Madam, rica edirəm, oturun, – dedi. 
Qadın ah çəkdi.  
– Otursam, lap yaxşı olar, – dedi və oturdu. – Bu işi bu qədər uzatmanız yersizdir, 
bəylər. Yəqin ki, bundan sonrakı sualınız belə olacaq: dəsmalınızın cinayətə 
qurban gedən adamın cəsədinin yanında nə işi vardı? Bu suala belə cavab 
verəcəyəm: bu barədə heç bir məlumatım yoxdur.  
– Həqiqətən yoxdurmu?  
– Heç yoxdur. 
– Üzr istəyirəm, madam, amma cavablarınızın doğruluğuna nə dərəcədə inana 
bilərik? 
Puaro bu sözləri çox yumşaq səslə söyləmişdi. 
Knyaginya Draqomirova onları aşağılayan bir tövrlə cavab verdi:  
– Bu sözləri Helena Andreninin xanım Armstronqun bacısı olduğunu 
açıqlamadığım üçün söyləyirsiniz deyəsən. 
– O barədə bizə bilə-bilə yalan söylədiniz. 


– Əlbəttə. Eyni şeyi yenə də edərdim. Anası mənim rəfiqəm idi. Mən insanın 
dostlarına, ailəsinə və öz sinfindən olan kimlərəsə sadiq olmalı olduğuna inanıram. 
– Ədalətin yerinə yetirilməsi üçün insanın əlindən gələni etməsinin lazım olduğuna 
necə, inamınız varmı? 
– Mən bu hadisədə ədalətin yerinə gəldiyinə inanıram. 
Puaro önə əyildi:  
– Qarşılaşdığım çətinliyi görürsünüz, madam. Heç olmasa, bu dəsmal məsələsində 
belə sizə inana bilərəmmi? Yoxsa rəfiqənizin qızını müdafiə edirsiniz hələ də? 
– Ah! Nə demək istədiyinizi başa düşürəm.  
Üzündə sərt bir gülümsəmə işardı.  
– Bu sözlərim asanlıqla isbat oluna bilər. Parisdə dəsmallarımı hazırlayan yerin 
ünvanını verəcəyəm sizə. Onlara kupedə tapılan dəsmalı göstərməniz yetər. Sizə 
dəsmalı bir il öncə sifariş verdiyimi və onların işlədiklərini söyləyəcəklər. O 
dəsmal mənimdir, bəylər.  
Ayağa qalxdı.  
– Məndən soruşmaq istədiyiniz başqa bir şey varmı? 
– Xidmətçiniz haqqında soruşacaqdım, madam. Bu dəsmalı səhər ona göstərəndə 
tanıdımı görəsən, necə bilirsiniz? 
– Tanımış olmalıdır. Dəsmalı gördü, amma bir şey söyləmədi, eləmı? Ah, bu, onun 
da sadiq ola biləcəyini göstərir.  
Başıyla xəfifcə sağollaşaraq salondan çıxdı. 
Puaro yavaşca mızıldandı.  
– Demək, məsələ belə imiş?... Xidmətçiyə dəsmalın kimə aid olduğunu bilib-
bilmədiyini soruşduğum zaman qadın bir an tərəddüd etdi. Dəsmalın xanımının 
olduğunu söyləyib-söyləməyəcəyini bilmirdi. Ancaq bu, mənim o qəribə görünən 
əsas fikrimə necə uyğun gələcək? Bəli, ola bilər... 
Buk əlini yellədi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə