ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

– Altıncı sual bununlamı bağlıdır? Cinayət o saatdamı işlənmişdi? Yəni 1.15-də. 
Cavabım, xeyr. 
– Mən də eyni fikirdəyəm, – Buk dedi. – Ondan sonrakı sual belədir: Yoxsa daha 
əvvəlmi işlənmişdi? Mən “bəli” deyirəm. Siz nə deyirsiniz, doktor? 
Doktor başını yellədi:  
– Bəli. Ondan sonrakı – ya da daha gecmi işlənmişdi – sualı da eyni şəkildə 
cavablandıra bilərik. Mən də sizinlə eyni fikirdəyəm, müsyö Buk. Müsyö Puaronun 
da belə düşündüyünü sanıram, ancaq o, qəti şəkildə danışmaq istəmir. İlk qatil 
1.15-dən əvvəl gəldi. İkinci qatilin gəlişisə 1.15-dən sonradır. Solaxaylığa 
gəlincə... Yolçulardan hansının solaxay olduğunu öyrənməyə çalışmamız lazım 
deyilmi? 
Puaro:  
– Bu məqamı tamamən yaddan çıxarmış deyiləm, – dedi. – Bəlkə də, fikir 
vermisiniz. Hər yolçuya ünvanını yazdırdım, ya da imzasını atdırdım. Əlbəttə, bu, 
dəqiq bir şey sayılmaz. Çünki bəzi insanlar bəzi şeyləri sağ əlləriylə, bəzilərini isə 
sol əlləriylə görərlər. Bəziləri sağ əlləriylə yazar, amma sol əllə qolf oynarlar. 
Ancaq bu sınaq da yenə bir şeydir. Sorğuya çəkilən hər kəs qələmi sağ əlinə aldı. 
Knyaginya Draqomirovadan başqa. O da yazmaq istəmədi. 
Buk:  
– Knyaginya Draqomirova? – deyə bağırdı. – Mümkün deyil! 
Doktor:  
– Onun sol əllə endirilən zərbəyə gücü çatacağına inanmıram, – dedi. – O yara 
əməlli-başlı güclü zərbəylə açılmışdı. 
– Bir qadında olandan daha artıq bir gücləmi? 
– Xeyr, belə söyləyə bilmərəm. Ancaq yaşlı bir qadında olandan daha artıq bir güc 
lazımdır belə yaranın açılması üçün. Knyaginya Draqomirova isə çox cansız bir 
qadındır. 
Puaro:  


– Bu hadisə iradənin fiziki gücsüzlüyü aradan qaldırması kimi də izah oluna bilər, 
– dedi. – Knyaginya Draqomirovanın güclü şəxsiyyəti və müdhiş iradəsi var. 
Ancaq hələlik bunu bir yana qoyaq. 
– Doqquzuncu və onuncu sualamı keçək? Retçetti bir adamın deyil, bir neçə 
adamın bıçaqladığından əmin ola bilərikmi? Bədənindəki yaralar başqa necə izah 
oluna bilər? Bir doktor olaraq deyirəm. Tibbi baxımdan o yaralar başqa cür izah 
edilə bilməz. Bir adamın əvvəlcə zəif, sonra güclü zərbə vurduğunu, əvvəl sağ, 
sonra sol əlini işlətdiyini və bəlkə də, yarım saata qədər gözlədikdən sonra ölünün 
bədənində yeni yaralar açdığını iddia etmək ağılsızlıq olar. 
Puaro:  
– Bəli, bu, məntiqə uyğun deyil, – deyə cavab verdi. – Sizcə, iki qatilin olması 
məntiqə uyğundurmu? 
– Siz özünüz də söylədiniz. Bu vəziyyət başqa cür necə izah oluna bilər? 
Puaro gözünü zilləyib qarşı tərəfə baxırdı:  
– Mən də öz-özümə bunu soruşuram. Ara vermədən soruşuram. 
Oturduğu yerdə arxaya söykəndi.  
– Bundan sonra hər şey, bax, buradadır. – Barmaqlarını alnına vurdu. – Hər şeyi 
müzakirə etdik. Biz hadisələri hərtərəfli araşdırdıq, bütün faktlar önümüzdə 
nizamla sıraya düzülüb. Yolçular bir-bir burada oturdular və gördüklərini, 
bildiklərini danışdılar. Kənardan öyrənilə biləcək hər şeyi bilirik.  
Bukun üzünə baxıb mehribanlıqla gülümsədi:  
– Kresloda arxaya söykənib düşünə-düşünə həqiqəti tapmaq. Hər ikimiz zarafatla 
bunu deyərdik. Ancaq indi mən sizin gözlərinizin qabağında bunu tətbiq 
edəcəyəm. Siz də eyni şeyi etməlisiniz. Gözlərimizi qapayaq və düşünək... O 
yolçulardan biri, ya da bir neçəsi Retçetti öldürdü. Hansı yolçulardır bunlar? 
 
 
 


III fəsil 
Bəzi önəmli məqamlar 
 
On beş dəqiqəyə qədər kimsə danışmadı. 
Müsyö Bukla doktor Konstantin əvvəlcə Puaronun təlimatlarına əməl etməyə 
çalışdılar. Bir-birinə zidd olan dəlillərin arasından keçərək aydın və sağlam bir 
nəticəyə varmağa can atdılar.    
Müsyö Bukun fikri, təqribən, belə bir axarla gedirdi:  
“Sözsüz, necə lazımdırsa, düşünməliyəm... Ancaq sözün düzünə qalanda, nə qədər 
düşünmək olar? Puaronun ingilis qızının bu işlə bir əlaqəsi olduğuna inandığı 
aydındır. Mən buna ehtimal verə bilmirəm... ingilislər çox soyuqqanlı insanlardır... 
Buna görə də hamısı belə sısqadır... Yox, fikrimi yayındırmayım... Bu işi italyanın 
törətmədiyi anlaşılır... Heyif... Hər halda, ingilis nökər o ikincisinin kupedən çölə 
heç çıxmadığını iddia etdiyi zaman yalan söyləmir ki?. Nəyə görə də söyləsin? 
İngilisləri pulla susdurmaq asan deyildir..! Çox pis hadisədir bu, bəxtimiz heç 
gətirmədi. Bu dərddən nə zaman canımız qurtaracaq? Hər halda, bizi qurtarmaq 
üçün çalışmalara başlayıblar. Balkanlarda tələsikliyi sevmirlər. Onlar özlərinə 
gələnə qədər çoxlu vaxt keçəcək. Hələ onların polisi ilə ortaq məxrəcə gəlmək elə 
də asan deyil – Onlar o qədər çürükçüdürlər ki, hətta butulkanın dibinə girirlər. 
Həmişə belə fikirləşirlər ki, onlara lazımi hörmət qoyulmur. 
Hələ onlarla da məşğul olacağıq... Bu hadisə qəzetlərə də düşəcək, əlbəttə... ”
 
Ondan sonra Buk öz-özünə, daha əvvəl, bəlkə, yüz dəfə düşündüyü şeyləri 
təkrarlayıb durdu. 
Doktor Konstantinnin düşüncələri isə belə idi:  
“Bu balacaboy adamın söhbəti çox əcaibdir. Dahimi? Yoxsa cüvəllağımı? O, sirri 
aça biləcəkmi? Mümkün deyil. Mən ən kiçik bir işıq ucu belə görə bilmirəm... Hər 
şey insanın beynini qarışdırır... Bəlkə də, hamısı yalan söyləyirlər... Ancaq bunun 
bizə bir faydası yoxdur. Yalan da söyləsələr, həqiqəti etiraf etmələri qədər adamın 
ağlını çaşdırır. O yaralar çox qəribədir... Heç cür baş aça bilmirəm… Bu adamı 
güllə ilə vurmuş olsaydılar, ağlım bir şey kəsərdi. Qanqsterlər hər zaman silahdan 


atəş açırlar. Amerika qəribə bir ölkədir. Oraya getmək istərdim. Qabaqcıl bir 
ölkədir. Hər yerdə və hər şeydə proqress var. Evə gedəndə gərək Demetrius 
Zaqone ilə görüşəm, o, Amerikada olub və nəyin necə olduğunu bilir... Görəsən, 
Ziya bu saat nə iş görür?.. Arvadım bu vəziyyəti eşitsə... ”  
Doktor ondan sonra tamamən şəxsi məsələləri düşünməyə başladı. 
Erkül Puaro hərəkətsiz oturmuşdu. Adama elə gəlirdi ki, yuxuya gedib. On beş 
dəqiqə heç qımıldanmadan oturduqdan sonra qaşları ağır-ağır qalxmağa başladı. 
Yavaşca ah çəkdi. Sakit səslə mızıldandı:  
– Ancaq nəyə görə də olmasın? Əgər eləsə, o zaman hər şey açıqlana bilər.  
Gözlərini açdı. Pişik gözləri kimi yamyaşıl idi gözləri. Pıçıltılı səslə:  
– Belə, – dedi. – Mən hər şeyi fikirləşdim. Bəs siz? 
Düşüncələrə dalmış iki adam diksindilər. 
Buk bir az da günahkar-günahkar:  
– Mən də düşündüm, – deyə cavab verdi. – Ancaq bir nəticəyə gələ bilmədim. 
Cinayətləri aydınlaşdırmaq sizin işinizdir, dostum. Mənim əlimdən gələn bir iş 
deyil bu. 
Doktor da:  
– Mən də dərin-dərin düşündüm, – deyə açıqladı. – Ağlıma bir çox variant gəldi. 
Ancaq bunlardan heç biri xoşuma gəlmir. 
Puaro dostcasına başını yellədi. Sonra yerindən dik qalxaraq sinəsini gərdi. Bığını 
sığalladı. Və toplantılarda danışmağa vərdiş etmiş adamsayağı:  
– Dostlar, – deyə başladı. – Hadisələri beynimin süzgəcindən keçirdim. Yolçuların 
söylədiklərini də. Bu nəticəyə vardım: hadisələr təkcə bir şəkildə açıqlana bilər. Bu 
variant hələlik bir az qeyri-müəyyəndir. Ancaq çox maraqlıdır. Əlbəttə, doğru 
olub-olmadığından hələ əmin deyiləm. Vəziyyəti dəqiqləşdirmək üçün bəzi şeyləri 
yoxlamaq məcburiyyətində qalacağam. Əvvəlcə mənə önəmli gələn bəzi 
məqamları nişanlayacağam. Müsyö Bukla burada ilk yemək yediyimiz gün 
ətrafımızda hər sinifdən, hər yaşdan və hər millətdən insan vardı. Bu mövsümdə o 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə