ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

Makkuin dərindən bir nəfəs aldı.  
– Hər halda, ürəyim rahat oldu.  
Son kupeyə keçdilər. 
Yekəpər italyanla ingilis nökərin çamadanlarının aranması da bir nəticə vermədi. 
Üç adam koridorun o başında duraraq bir-birilərinə baxdılar. Puaro:  
– Vaqon-restorana gedək, – deyə mızıldandı. – Artıq öyrənə biləcəyimiz hər şeyi 
öyrəndik. Başqa kimsədən yardım gözləyə bilmərik. İndi növbə başımızı 
işlətməyimizdədir.  
Siqaret qutusunu açdı. Ancaq boş idi.  
– Mən indi gəlirəm. Kupemdən bir siqaret götürəcəyəm... Çox qarışıq bir hadisədir 
bu. Qırmızı kimonolu qadın kimdir? Kimono indi haradadır? Bunları bilmək 
istərdim. Bu işdə bir ipucu vardır, ancaq mən tuta bilmirəm. İndi bunların hamısını 
müzakirə edərik. Məni bir dəqiqə gözləyin. 
Çevrilərək sürətlə koridordan keçdi. Öz kupesinə gedib çamadanlarından birini 
açdı. Heyrət içində donub-qaldı. 
Ən üstdə əjdaha işləmələri olan incə, qırmızı ipək kimono qoyulmuşdu. 
Belçikalı detektiv:  
– Demək belə? – mızıldandı. – Məni döyüşə çağırırlar. Nə olar. Bu çağırışı qəbul 
edirəm. 
 
 
  
 
 
 


III HISSƏ 
 
ERKÜL PUARO YERİNİ RAHATLAYIB DÜŞÜNÜR 
 
I fəsil 
Onlardan hansı? 
 
Puaro vaqon-restorana girəndə müsyö Bukla doktor Konstantin oturub danışırdılar. 
Müsyö Bukun sıxıntılı və üzgün bir halı vardı. Puaronu görüncə:  
– Hə, axır ki, gəldi, – dedi. Dostu bir səndələ oturandan sonra isə əlavə etdi:  
– Əgər bu sirri aça bilsəniz, o zaman möcüzələrə həqiqətən də inanacağam, 
dostum.  
 
– Demək, bu hadisə sizi narahat edir?  
– Əlbəttə narahat edir, hələ də bu işdən baş aça bilmirəm.  
Doktor:  
– Mən də həmçinin, – dedi. Maraqla gözünü Puaroya zilləmişdi. – Açığı, bundan 
sonra nə edə biləcəyimizi ağlıma gətirə bilmirəm. 
Puaro düşüncəli bir ifadə ilə: 
– Eləmi? – dedi.  
Əlini cibinə aparıb nazik, kiçik siqaretlərindən birini yandırdı. Gözlərində dalğın 
bir ifadə vardı:  
– Mənim üçün hər hansı bir hadisənin ən maraqlı tərəfi elə budur. Normal şəkildə 
istintaq apara bilmirik. Danışdığımız bütün bu insanlar doğrumu söyləyirlər, 
yalanmı – bilmirik. Bunu anlamaq üçün əlimizdə heç bir əsas da yoxdur. Sadəcə, 


biz onları yoxlamaq üçün nəsə uydura bilərik. Bundan ötrü isə gərək beynin yaxşı 
uydurma qabiliyyəti olsun. 
Müsyö Buk:  
– Çox yaxşıdır bunlar hamısı, çox gözəldir, – dedi. – Ancaq əlinizdə heç bir dəlil 
yoxdur axı? 
– Söylədim axı. Yolçuların danışdıqları və bizim öz gözlərimizlə gördüklərimiz. 
– Yolçuların danışdıqlarının heç bir dəyəri yoxdur. Biz onlardan heç bir şey öyrənə 
bilmədik. 
Puaro başını yellədi.  
– Mən sizinlə eyni fikirdə deyiləm, dostum. Yolçuların hekayələri arasında 
diqqətimi çəkəcək bir neçə məqam ortaya çıxdı. 
Müsyö Buk şübhəylə:  
– Eləmi? – deyə soruşdu. – Mən bunların heç fərqinə varmamışdım. 
– Qulaq asmadınız, ona görə. 
– Yaxşı, nəyi diqqətdən qaçırdığımı mənə açıqlayın. 
– Məsələn, elə ilk şahidi götürək. Gənc Makkuinin danışdıqlarını. Məncə, çox 
mənalı bir şey söylədi. 
– Məktublar haqqındamı? 
– Xeyr, xeyr, məktublar haqqında deyil. Yaddaşım məni aldatmırsa, Makkuin belə 
bir şey söylədi: “Səfərlərə çıxırdıq. Cənab Retçett dünyanı görmək istəyirdi. Başqa 
bir dil bilməməsi ona mane olurdu. Mən katibdən çox tərcüman kimiydim”.  
Gah doktorun üzünə, gah da Bukun üzünə baxdı:  
– Nə oldu? Hələ də bir şey başa düşmədinizmi? Bax bundan ötrü sizi bağışlamaq 
olmaz. Çünki Makkuin bayaq, ingiliscədən başqa dildə danışmayan insanla bərabər 
yol getməkdən sıxıntı çəkdiyini dediyi zaman əlimizə ikinci bir fürsət keçmiş oldu. 
– Yəni, demək istəyirsiniz...? – Bukun üzündə hələ də çaşqın bir ifadə vardı.  


– Ah, hər şeyi sizə heca-heca başa salmaq lazımdır! Yaxşı, qoy elə olsun, qulaq 
asın! Cənab Retçett fransızca bilmirdi. Ancaq dünən gecə bələdçi çalınan zəngə 
cavab vermək üçün gələndə bir nəfər ona fransızca, yanılmış olduğunu söyləyib: 
Ce n’est rein. Je me suis trompe” . Üstəlik, fransızcanı çox yaxşı bilən bir adamın 
istifadə edəcəyi kəlmələrlə. Siz deyən, elə bir neçə kəlmə fransızca öyrənmiş  
adamın işlədəcəyi sözlərlə deyil.  Konstantin həyəcanla bağırdı:  
– Doğrudur. Bunu başa düşməliydik! İndi əzilmiş saatı nəyə görə dəlil olaraq qəbul 
etmək istəmədiyinizi anlayıram. Çünki saat birə iyirmi üç dəqiqə qalmış Retçett 
ölmüşdü artıq... 
Buk həyəcanlı bir səslə cümləni tamamladı:  
– Və danışan qatilin özü imiş. 
Puaro əlini qaldırdı:  
– Gəlin tələsməyək! Hər şeydən əvvəl, öz mülahizələrimizdə tam əmin olduğumuz 
şeylərə əsaslanaq. Məncə, biz artıq əminliklə söyləyə bilərik, o saatda, yəni birə 
iyirmi üç dəqiqə qalmış Retçettin kupesində başqa bir adam var idi və bu adam ya 
fransız idi, ya da fransızca çox yaxşı danışırdı.  
– Çox ehtiyatlısınız, dostum. 
– Biz gərək addım-addım irəliləyək. Retçettin o sırada ölmüş olduğunu göstərəcək 
heç bir dəlil yoxdur. 
– Sizi oyadan fəryadı yaddan çıxarırsınız!  
– Doğrudur. 
Buk mənalı bir tərzdə:  
– Bir yandan baxanda bunun açılmış olması məsələni o qədər də dəyişdirmir, – 
dedi. – Bir adamın qonşu kupedə gəzişdiyini eşitmisiniz. Bu, Retçett olmayıb, 
başqa bir adam olub. Yəqin ki, əllərindəki qanı silir, təhlükəli məktubu 
yandırırmış. Sonra hər tərəf sakitləşincəyə qədər gözləyib. Retçettin qapısını 
içəridən kilidləyib, zənciri taxıb. Sonra xanım Habbardın kupesinə açılan qapıdan 
qaçıb. Yəni vəziyyət yenə də bir az əvvəl düşündüyümüz kimidir. Sadəcə, Retçett 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə