ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

 
– Sizə minnətdaram, – dedi. – Lakin mənə görə bir istisnaya əl atmanızı 
istəməzdim. Bizim də baqajımızın başqa sərnişinlərin baqajı kimi araşdırılmasını 
istərdim. Ümid edirəm, buna etiraz etməzsən, Elena? – üzünü qrafinyaya tutdu. 
– Yoxdur, əlbəttə, – tərəddüd etmədən cavab verdi. 
Əşyalar tez-tələsik gözdən keçirildi. Puaro, sanki, mənasız sözlərlə utancaqlığını 
gizlətməyə çalışırdı. Məsələn, göy rəngli tumac dəridən olan çamadanı qaldıranda 
onun üzərində qrafinyanın tac şəklində işlənmiş inisiallarını görüb:  
– Çamadanınızdakı bu etiket islanıb, madam, – dedi. 
Qrafinya cavab belə vermədi. Bütün bu işlərdən sıxılmış kimi bir halı vardı. 
Dalğın-dalğın pəncərədən bayıra baxırdı. Puaro əlüzyuyanın üzərindəki dolabı 
açaraq araşdırmanı tamamladı. Burada bir süngər, üz kremi, pudra və üzərinə 
“Trional” yazılmış şüşədə yuxu dərmanı vardı. Bir-birilərinə nəzakətli sözlər 
deyərək sağollaşdılar. 
Macarların kupesindən sonra missis Habbardın, Retçettin və Puaronun öz kupesi 
gəlirdi. 
Sıra indi ikincidərəcəli vaqondakı yolçulara gəlmişdi. İlk kupedə Mari 
Debenhamla Qreta Olson vardı. Miss Debenham kitab oxuyur, isveçli qadın da 
mürgüləyirdi. Onlar içəri girəndə diksinərək oyandı. 
Puaro məqsədlərini açıqladı. İsveçli qadın həyəcanlandı. Mari Debenham isə kefini 
pozmadı. 
Puaro miss Olsona:  
– İzn versəniz, madmazel, öncə sizin çamadanınıza baxaq, – dedi. – Ondan sonra, 
bəlkə, zəhmət olmayacaqsa, gedib xanım Habbardı yoxlayardınız. Onu başqa 
vaqondakı kupeyə keçirdik. Ancaq sinirləri hələ də yerində deyil. Mən ona qəhvə 
aparmalarını tapşırdım, ancaq mənə elə gəlir, onun daha çox, həmsöhbətə ehtiyacı 
var.  
Xeyirxah isveçli qadın xanım Habbardın halına çox acıdı. “Hə, bu dəqiqə 
gedəcəyəm, – dedi, – belə dəhşətli bir sarsıntı keçirib, bədbəxt qadın, onsuz da, yol 
yorğunudur, qızından ayrılmanın üzüntüsünü çəkir”. Əlbəttə ki, bu saat onun 


yanına gedəcək… çamadanı kilidli deyil… və mütləq özüylə naşatır spirti 
aparacaq. 
Kiçik çamadanındakı bir neçə yıpranmış əşyası yoxlandıqdan sonra o saat bayıra 
çıxdı. Şlyapasını qoyduğu qutunun dəmir torunun yoxa çıxmasından hələ xəbər 
tutmamışdı. 
Mari Debenham da kitabını bir tərəfə qoydu. Puaro onun çamadanını rəfdən 
endirərkən: 
– Miss Olsonu nə üçün göndərdiniz? – deyə soruşdu. 
– Nə üçün göndərdim? Əlbəttə, amerikalı xanıma baxması üçün, başqa nəyə görə 
ola bilər? 
– Gözəl bir bəhanədir bu. Ancaq yenə də bəhanədir. 
– Nə demək istədiyinizi başa düşmədim, madmazel? 
– Çox yaxşı başa düşdünüz. – Qız gülümsədi. – Mənimlə təklikdə qalmaq 
istəyirdiniz, elə deyilmi? 
– Mən belə bir şey demədim, madmazel. 
– Heç ağlınızdan da keçmədi? Yox, siz bunu düşündünüz, elə deyilmi? 
– Bizdə bir məsəl var, madmazel… 
– Qui s’excuse s’accuse1 – bunu demək istəyirdiniz? Mənim də başı işləyən və 
bəzi şeyləri başa düşən bir insan olduğumu qəbul etməlisiniz, müsyö Puaro. 
Nədənsə bu murdar hadisə haqqında bildiyim bir şeyin olduğunu düşünürsünüz. 
İndiyə qədər heç görmədiyim o adamın öldürülməsi məsələsində... 
– Əməlli-başlı fantaziyaya qapılmısınız, madmazel. 
– Xeyr, fantaziyam deyil bu. Və mənə elə gəlir, biz boş yerə vaxt itiririk – birbaşa 
işə başlamaq əvəzinə həqiqəti gizlədirik, özümüz üçün söz fırladırıq. 
– Və sizin zaman itkisindən xoşunuz gəlmir. Dərhal mövzuya girilməsini 
istəyirsiniz. Qoy elə olsun. O halda mən də sizdən Suriyadan gələrkən eşitdiyim bir 
neçə sözün mənasını soruşacağam. Konya stansiyasında bir az dolaşmaq üçün 


qatardan endim. Qaranlıq gecədə sizin və polkovnik Arbetnotun səsini eşitdim, 
madmazel. Ona : “İndi olmaz, indi olmaz”, – deyirdiniz. “Hər şey sona çatandan 
sonra... Bütün bunlar geridə qalandan sonra”. Bu sözləri deyərkən nəyi nəzərdə 
tuturdunuz, madmazel? 
Qız sakitcə:  
– Bu sözlərlə... Cinayəti nəzərdə tutduğumu düşünürsünüz, eləmi? – deyə soruşdu. 
– Burada sualları mən verirəm, madmazel. 
Mari ah çəkdi və düşündü:  
– O sözlərin bir mənası vardı, əlbəttə, müsyö, – dedi bir dəqiqə sonra, – ancaq 
bunu sizə açıqlaya bilmərəm. Ancaq sizə and içə bilərəm, Retçett deyilən o adamı 
bu qatara minincəyə qədər heç vaxt görməmişdim. 
– Və... o sözlərin mənasını açıqlamağı rədd edirsiniz? 
– İstəyirsiniz, elə də deyə bilərsiniz. Rədd edirəm. O sözlər... üzərimə götürdüyüm 
bir vəzifəylə bağlı idi. 
– Bu vəzifə sona çatdı artıq, elə deyilmi? 
– Nə demək istəyirsiniz? 
– O iş sona çatdı, elədir, yoxsa elə deyil? 
– Nəyə əsasən belə düşünürsünüz? 
– Mənə qulaq asın, madmazel. Sizə başqa bir şeyi də xatırladacağam. Biz İstanbula 
çatacağımız gün “Toros ekspressi” gecikmişdi... O zaman siz çox təlaş 
içindəydiniz. Halbuki əslində çox sakit və soyuqqanlı bir insansınız. 
– Şərq ekspressini qaçırmaq istəmirdim. 
– Bəli, elə dediniz. Ancaq “Şərq ekspress”i İstanbuldan hər gün yola çıxır. O gün 
qatarı qaçırsaydınız, iyirmi dörd saat sonrakı ekspressə minərdiniz. 
Miss Debenhamda ilk dəfə ürəyi sıxılma əlamətləri göründü.  


– Siz, deyəsən, başa düşmürsünüz, insanı dostları gözləyə bilər və onun bir gün 
gecikməsi bir çox planlarını alt-üst edə bilər və dalıyca da nə qədər uyğunsuzluq 
meydana gələr. 
– Hə, demək, məsələ belə imiş? Sizi dostlarınız gözləyirdi və onları narahat etmək 
istəmirdiniz? 
– Elədir ki var. 
– Hər halda, qəribədir... 
– Nədir qəribə olan? 
– Biz Şərq ekspressinə otururuq, ancaq yenə gecikirik. Bu dəfə, Londonda sizi 
gözləyən dostlarınıza vəziyyətin nə yerdə olduğunu da xəbər verə bilmirsiniz
çünki buradan teleqram göndərmək mümkün deyil. Zəng də edə bilmirsiniz. İngilis 
dilində buna nə deyirsiniz, uzun... 
– Uzaq məsafəylə danışmaq mümkün deyil, yəni ölkələrarası telefon danışığını 
nəzərdə tutursunuz.  
– Bəli, bəli. 
Mari Debenhamın dodaqları qaçdı. 
– Doğru deyirsiniz. İnsanın dostlarına telefonla xəbər verə bilməməsi, ya da bir 
teleqram göndərə bilməməsi adamı dəli edir. 
– Ancaq, hər halda, madmazel, indi özünüzü başqa cür aparırsınız. Səbirsiz 
olduğunuzu görmürəm. Sakit və filosof kimi bir halınız var. 
Mari Debenham qızararaq dodağını dişlədi və ciddiləşdi.  
– Cavab vermirsiniz, madmazel. 
– Bağışlayın. Cavab verməli olduğumu bilmirdim.  
– Davranışlarınızdakı bu dəyişikliyi necə izah edə bilərsiniz, madmazel?  
– Milçəkdən fil düzəltdiyinizin fərqində deyilsinizmi, müsyö Puaro? 
Belçikalı üzr istəyirmiş kimi əllərini iki yanına açdı.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə