ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

yarım saat öncə öldürülüb və qatil vəziyyəti azdırmaq, alibi verməkdən ötrü saatı 
ikiyə on beş dəqiqə işləmişə gətirib. 
Puaro:  
– O qədər də etibarlı alibi deyil, – dedi. – Saat ikiyə on beş dəqiqə işləmişi 
göstərirdi. Qonşu kupedəkı adam cinayət yerindən tam o saatda ayrılıb. 
Bukun fikirləri dolaşmışdı bir az.  
– Doğrudur. O halda, sizcə, saatın mənası nədir? 
– Əgər saat irəliyə çəkilmişsə, o zaman göstərdiyi zamanın mənası var. Əgər 
qəsdən irəli çəkilmişsə, o zaman saatın göstərdiyi dəqiqədə, yəni ikiyə on beş 
dəqiqə işləmiş harada olduğuna, nə iş gördüyünə dair etibarlı alibisi olan 
adamlardan şübhələnsək, daha təbii olar. 
Doktor: 
– Bəli, bəli, – deyə başını yellədi. – Bu, məntiqə uyğundur. 
– Bundan başqa, o adamın kupeyə nə zaman girdiyinə diqqət göstərməliyik. Bunu 
etməkdən ötrü nə zaman fürsət tapdı? Əgər bələdçinin bu işlə bir əlaqəsi 
olmadığını düşünsək, o zaman yandakı kupeyə girmə fürsətini ancaq bir dəfə əldə 
edib. Yəni qatar Vinkovcidə dayandığı zaman. Qatar oradan çıxdıqdan sonra 
bələdçi üzü koridora dönmüş vəziyyətdə oturub. Yolçular yataqlı vaqon məmuruna 
fikir verməzlər, ancaq əsl bələdçi belə bir saxtakarı o saat görərdi, şübhəsiz. Ancaq 
qatar Vinkovcidə dayandığı sırada bələdçi də perronda olub. Yəni koridor boş 
olub. 
Buk:  
– Yenə başladığımız nöqtəyə qayıtdıq, – dedi. – Qatil yolçulardan biridir. Ancaq 
hansı? 
Puaro gülümsədi:  
– Mən bir siyahı yazdım, – dedi. – Əgər istəyirsinizsə, buna baxa bilərsiniz. Ola 
bilər, bəzi şeyləri təzədən yadınıza salar.  


Doktor və müsyö Buk kağıza doğru əyildilər. Kağızda aydın xətlə yolçuların adları 
dindirildikləri sıra ilə yazılmışdı. 
1. Hektor Makkuin: Amerika vətəndaşı. 6 nömrəli kupe. İkincidərəcəli. 
Cinayətin motivi: öldürülənlə münasibətlərdə meydana çıxa bilərdi. 
Alibi: saat 12-dən gecə 2-yə qədər (12-dən 1.30-a qədər polkovnik Arbetnotun 
dediyinə görə, 1.15-dən 2-yə qədər bələdçinin dediyinə görə). 
Dəlillər: yoxdur. 
Şübhəli görünən məqamlar: yoxdur. 
2. Bələdçi Pyer Mişel: Fransa vətəndaşı.  
Cinayətin motivi: yoxdur. 
Alibi: saat 12-dən gecə 2-yə qədər (E.P. saat 12.37-də, Retçettin kupesindən səs 
eşitdiyi zaman onu koridorda görüb. Saat 1-dən 1.16-ya qədər olan alibini başqa iki 
yolçu da təsdiq edir). 
Dəlillər: yoxdur. 
Şübhəli məqamlar: bizim tapdığımız bələdçi uniforması daha çox onun xeyrinədir
çünki, çox şeyə əsasən demək olardı ki, ondan şübhələnməkdən ötrü qəsdən atılıb. 
3. Eduard Masterman : İngiltərə vətəndaşı. Kupe nömrəsi 4. İkincidərəcəli. 
Cinayət motivi: öldürülənlə münasibətlərdən qaynaqlana bilər.  
Alibi: yoxdur, təkcə bir istisna ola bilər, bədən ölçülərinə görə bələdçi uniforması 
ondan başqa kimsəyə uyğun deyil. Başqa bir yandan, o, fransızca yaxşı danışa 
bilmir. 
4.Missis Habbard. Amerika vətəndaşı. Kupe nömrəsi 3. Birincidərəcəli.  
Cinayət motivi: yoxdur.  
Alibi: saat 1-dən 2-yə qədər yoxdur. 


Dəlillər və şübhəli məqamlar: Hardmanın və Şmidtin ifadələri ilə təsdiq olunan, 
gecə onun kupesinə girmiş adam haqqında hekayət. 
5. Qreta Olson. İsveç vətəndaşı. Kupe nömrəsi 10. İkincidərəcəli. 
Cinayət motivləri: yoxdur.  
Alibi: saat 12-dən 2-yə qədər (Mari Debenham tərəfindən təsdiqlənir). 
Qeyd: Retçetti sağ ikən görən son adam. 
6. Knyaginya Draqomirova. Fransa vətəndaşlığını qəbul edib. Kupe yeri 14. 
Birincidərəcəli. 
Cinayət motivi: Armstronq ailəsinin yaxın dostu və Sonya Armstronqun xaç anası 
olub. 
Alibi: saat 12-dən 2-yə qədər (bələdçi və qulluqçu tərəfindən təsdiqlənir). 
Dəlillər və şübhəli məqamlar: yoxdur.  
7. Qraf Andreni: Macarıstan vətəndaşı. Diplomatik pasportlu. Kupe nömrəsi 13. 
Birincidərəcəli. 
Cinayət motivi: yoxdur. 
Alibi: saat 12-dən 2-yə qədər (saat 1-dən 1.16-ya qədərki vaxt istisna olmaqla 
bələdçi tərəfindən təsdiq edilir).  
8. Qrafinya Andreni. Britaniya vətəndaşı. Kupe nömrəsi 12. 
Cinayət motivi: yoxdur. 
Dəlillər: saat 12-dən gecə 2-yə qədər (trional içərək yatıb. Ərinin ifadəsiylə təsdiq 
olunur. Dolabında trional qabı var). 
9. Polkovnik Arbetnot: Britaniya vətəndaşı. Kupe nömrəsi 15. 
Motiv: yoxdur. 


Alibi: saat 12-dən gecə 2-yə qədər (1.30-a qədər Makkuinlə danışıb, sonra öz 
kupesinə çəkilib və oradan çıxmayıb. Makkuinin və bələdçinin ifadələriylə 
təsdiqlənir). 
Dəlillər və şübhəli məqamlar: trubka təmizləmək üçün fırça. 
10. Sayrus Hardman. Amerika vətəndaşı. Kupe nömrəsi 16. Birincidərəcəli. 
Cinayət motivi: məlum deyil. 
Alibi: saat 12-dən gecə 2-yə qədər kupedən çıxmayıb (Makkuin və bələdçi 
tərəfindən təsdiqlənir). 
Dəlillər və şübhəli məqamlar: yoxdur. 
11. Antonio Foskarelli. ABŞ vətəndaşı (italyan mənşəli). Kupe nömrəsi 5. 
İkincidərəcəli. 
Cinayət motivləri məlum deyil.  
Alibi: saat 12-dən gecə 2-yə qədər (Eduard Mastermanın ifadəsiylə təsdiqlənir). 
Dəlillər, şübhəli məqamlar: yoxdur, təkcə müsyö Bukun fikrincə, cinayətin yalnız 
temperamentli bir insanın törədə biləcəyi bir silahla işlənmiş olması istisna 
olmaqla. 
12. Mari Debenham. Britaniya vətəndaşı. Kupe yeri 11. İkinci dərəcəli. 
Cinayət motivi: yoxdur. 
Alibi: saat 12-dən gecə 2-yə qədər (Qreta Olsonun ifadəsiylə təsdiq olunur). 
Dəlillər və şübhəli məqamlar: Erkül Puaronun eşitdiyi söhbət, qızın bu söhbəti 
açıqlamaqdan boyun qaçırması. 
13. Hildaqarda Şmidt. Almaniya vətəndaşı. Kupe yeri 7. İkincidərəcəli. 
Motivlər: yoxdur. 
Alibi: saat 12-dən gecə 2-yə qədər (bələdçinin və knyaginya Draqomirovanın 
ifadələriylə təsdiqlənir). 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə