ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

Bundan sonra yatıb. Təqribən, saat 12.38-də bələdçi onu yuxudan oyadıb, o da 
xanımının yanına gedib. 
Qeyd: sərnişinlərin ifadələri bələdçinin ifadələrini təsdiq edir. Bələdçi saat 12-dən 
saat 1-ə qədər (bu arada bələdçi qonşu vaqona gedib) və 1.15-dən 2-yə qədər 
Retçettin kupesinə heç kimin girmədiyini və oradan heç kimin çıxmadığını deyir. 
 
– Bu sənəd, gördüyünüz kimi, – Puaro dedi, – bizim eşitdiyimiz şahid ifadələrinin 
qısa siyahısıdır. Mən onları sizin üçün rahat olsun deyə sıra ilə yazmışam. 
Müsyö Buk çiyinlərini dartaraq vərəqi Puaroya qaytardı.  
– Sizin siyahınız vəziyyətə heç bir aydınlıq gətirmir, – dedi. 
– Bəlkə, bu, sizin ürəyinizcə olar? – Puaro hiss olunmayacaq bir təbəssümlə ona 
başqa bir vərəq uzatdı. 
 
II fəsil 
“On sual” 
 
Vərəqdə yazılmışdı: 
 
“Açıqlanması vacib olan şeylər:  
1. Üzərində “H” işarəsi olan dəsmal kimindir? 
2. Trubka fırçası. Onu yerə kim salmışdır? Polkovnik, yoxsa bir başqası? 
3. Qırmızı kimononu kim geyinmişdi? 
4. Bələdçi cildinə girən qadın, ya da kişi kimdir? 
5. Saat nəyə görə 1.15-i göstərirdi? 


6. Cinayət o saatdamı baş vermişdi? 
7. Yoxsa daha öncə işlənmişdi? 
8. Ya da daha gec işlənmişdi? 
9. Retçetti birdən artıq adamın bıçaqladığından əmin ola bilərikmi? 
10. Bədənindəki yaralar başqa nə şəkildə izah oluna bilər?” 
 
Müsyö Buk bu sualları öz zəkasını sınağa çəkmək kimi sayaraq bir az nəşələndi: 
– Gəlin baxaq görək, əlimizdən bir şey gələcəkmi? Ən birinci yerdə dəsmal var. Bu 
işi qaydaya uyğun və nizamlı olaraq etməliyik. 
Puaro məmnun bir tövrlə başını yellədi:  
– Əlbəttə, təbii ki. 
Buk davam etdi:  
– “H” nişanı üç adamla əlaqəli ola bilər. Xanım Habbard, qızlıq adı Hermione olan 
miss Mari Debenham və xidmətçi Hildeqarda Şmidt. 
– Aha! Yaxşı, üçündən hansı? 
– Bax bunu söyləmək çətindir. Ancaq mən miss Debenhamı seçərdim. Bəlkə də, 
onu əslində qızlıq adıyla çağırırlar. Bir də ki ondan zatən şübhələnirik. Eşitdiyiniz 
o danışıq, həqiqətən, bir az qəribədir, dostum. Qızın verdiyi açıqlama da o qədər 
inandırıcı deyildi. 
Doktor Konstantin:  
– Mən amerikalının üzərində dayanardım, – dedi. – Bahalı dəsmaldır o. Hər kəsin 
də bildiyi kimi, amerikalılar hər şeyə çoxlu pul xərcləyirlər. 
Puaro soruşdu:  
– Demək, ikiniz də xidmətçini siyahıdan çıxarırsınız? 


– Bəli. Qadının özünün də söylədiyi kimi, yüksək təbəqədən olan bir adama aiddir 
bu dəsmal. 
– Keçək ikinci suala. Trubka təmizləyicisini polkovnik Arbetnot yerə saldı? Yoxsa 
başqası? 
– Bu sual daha çətindir. İngilislər kimsəni bıçaqlamazlar. Bu baxımdan haqlısınız. 
Məncə, kimsə trubka təmizləyicisini oraya qəsdən atıb. O uzunboylu ingilisdən 
şübhələnməmiz üçün. 
Doktor da əlavə etdi:  
– Bu iki dəlil bir yerdə qatilin çox diqqətsiz olduğunu göstərir. Mən də müsyö 
Bukla eyni fikirdəyəm. Qatil dəsmalı, həqiqətən də, diqqətsizlik üzündən yerə 
salıb. Bax buna görə də heç bir qadın dəsmalın özünə aid olduğunu boynuna almaq 
istəmir... trubka təmizləyici isə saxta bir dəlildir. Üstəlik, polkovnik Arbetnot 
trubka çəkdiyini və o tip təmizləyicidən istifadə etdiyini gizlətmir. 
Puaro başını yellədi:  
– Yaxşı məntiqlə danışırsınız.  
Buk davam etdi:  
– Üçüncü sual: qırmızı kimononu kim geyinmişdi? Doğrusu, bu məsələdə az da 
olsa, fikrim yoxdur. Bəs siz necə, doktor Konstantin? 
– Mən də elə sizin kimi. 
– O halda bu baxımdan uduzmuş olduğumuzu etiraf etməliyik. Ondan sonrakı 
sualı, heç olmasa, bir az daha asan hesab etmək olar. Bələdçi cildinə girən qadın və 
ya kişi kimdir? Bu işi görə bilməyəcək adamların bir siyahısını çıxarmamız 
mümkündür. Hardman, polkovnik Arbetnot, Foskarelli, Qraf Andreni və Hektor 
Makkuin. Bunların hamısının boyları çox uzundur. Xanım Habbard, Hildeqarda 
Şmidt və Qreta Olsonun bədənləri çox uzundur. Yerdə qalır nökər, miss 
Debenham, knyaginya Draqomirova və qrafinya Andreni. Bunların da heç biri 
uyğun deyil. Qreta Olson da, Antonio Foskarelli də ayrı-ayrılıqda miss 
Debenhamın və nökərinin kupelərındən çıxmadıqlarına and içirlər. Hildeqarda 
Şmidt knyaginyanın öz kupesində olduğuna and içir. Qraf Andreni isə bizə 


arvadının yuxu dərmanı içdiyini söylədi. Yəni kimononu kimsə geyinməyib. 
Əlbəttə, bu da ağlabatan deyil. 
– Yəqin ki, sonuncu dördlükdən biri olub, – doktor Konstantin dedi. – Yoxsa etiraf 
etməli olacağıq ki, kənardan kimsə vaqona girib və indi də xəlvət bir yerdə 
gizlənib, biz isə artıq bu variantın istisna olduğu nəticəsinə gəlmişik.  
Buk siyahıdakı digər suala keçmişdi.  
– Beşinci sual: saat nəyə görə 1.15-i göstərirdi? Bu, iki cür izah oluna bilər. Ya 
qatil, alibi yaratmaq üçün saatın vaxtını dəyişdirib, ancaq sonra başqalarının 
koridorda dolaşdığını eşidərək kupedən çıxmayıb. Ya da... dayanın, dayanın, 
ağlıma bir şey gəlir...  
Buk yaddaşını qurdalayarkən o birilər ehtiramla gözlədilər. Nəhayət: 
– Aha, tapdım, – dedi. – Saatı irəli çəkən, yataqlı vaqondan olan qatil deyil, ikinci 
qatil dediyimiz adamdır. Solaxay qatil. Yəni qırmızı kimonolu qadın. O daha sonra 
gəlib və özünə alibi yaratmaq üçün saatın vaxtını dəyişdirib. 
Doktor Konstantin:  
– Bravo, – deyə bağırdı. – Başınız yaxşı işləyir.  
Puaro:  
– Qadın Retçetti qaranlıqda bıçaqlayıb, – dedi. – Kişinin ölmüş olduğunun fərqinə 
belə varmayıb. Ancaq necə olubsa, Retçettin cibində bir saat olduğu ağlına gəlib, 
saatı çıxararaq qaranlıqda elə-belə geriyə çəkib. Sonra saatı basaraq əzib. 
Buk onun üzünə narazı bir ifadəylə baxırdı:  
– Siz bundan daha yaxşı bir təxmin irəli sürə bilməzsinizmi? 
Puaro etiraf etdi:  
– İndi, bu dəqiqə ... xeyr. Ancaq yenə də saatla əlaqədar ən maraqlı məqamı 
dəyərləndirə bilmədiyinizi düşünürəm. İkinizin də. 
Doktor soruşdu:  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə