ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

qədər də rast gəlinməyən bir haldır bu. Məsələn, Afina-Paris və Buxarest-Paris 
vaqonları, demək olar ki, boşdur. Sonra, qatara gəlməyən yolçunu da unutmayın. 
Məncə, bu da önəmlidir. Diqqətimi çəkən başqa kiçik məqamlar da var. Məsələn, 
xanım Habbardın hamam torbasının yeri. Xanım Armstronqun anasının adı, cənab 
Hardmanın detektivlik üsulları, Makkuinin tapdığımız yanıq məktubu Retçettin 
ortadan qaldırdığını söyləməsi, knyaginya Draqomirovanın adı və bir macar 
pasportundakı yağ ləkəsi. 
Hər ikisi ona heyrətlə baxırdılar. 
Puaro soruşdu:  
– Bu məqamlar sizə bir şey söyləyirmi? 
Buk açıq-açıq:  
– Xeyr, – deyə etiraf etdi. 
– Bəs sizə, doktor? 
– Nədən söz etdiyinizi belə anlamadım. 
O arada dostunun sözlərindən içərisindən tək bir şeyi anlayan müsyö Buk 
pasportları qarışdırmaqdaydı. Nəhayət, nəsə mızıldanaraq qraf və qrafinya 
Andreninin pasportunu açdı. – Söylədiyiniz ləkə budurmu? Bu ləkədir? 
– Bəli. Olduqca təzə yağ ləkəsidir. Ləkənin harada olduğuna diqqət etdinizmi? 
– Qrafın arvadıyla bağlı bölümdə. Daha doğrusu, gənc qadının adının yazıldığı 
yerdə. Ancaq yenə də nə demək istədiyinizi anlamıram. 
– Bu mövzuya başqa tərəfdən baxmaq istəyirəm. Cinayət yerindən tapılan dəsmala 
qayıdaq. Bir az öncə də danışdığımız kimi, “H” işarəsiylə üç adamın əlaqəsi ola 
bilər: missis Habbard, miss Debenham və qulluqçu Hildeqarda Şmidtin Xanım 
Habbardın ola bilməz. Gəlin bu dəsmala başqa bir yöndən baxaq. Çox bahalı bir 
dəsmaldır, dostlar. Lüks bir şeydir. Parisdə əldə tikilmiş işləməli bir dəsmal. Brend 
olması bir yana, yolçulardan hansının belə dəsmalı ola bilər? Xanım Habbardın ola 
bilməz. Geyim məsələsində belə çılğıncasına bir israfçılığının olduğuna 
inanmıram. Miss Debenhamın da ola bilməz. Bu tip ingilis qadınları incə kətan 
dəsmallardan istifadə edirlər. O ki qaldı xidmətçiyə, belə bir şeyə pul verməsi 


mümkün deyil. Ancaq qatarda belə dəsmalları ala biləcək iki qadın var. Gəlin 
görək “H” markasını onlardan birinə bağlaya biləcəyikmi? Haqqında danışdığım 
iki qadından biri knyaginya Draqomirovadır... 
Buk üzündə istehzalı bir ifadəylə yerindən dikəldi:  
– Onun adı Nataliyadır.  
– Bəli. Bir az öncə dediyim kimi, adı önəmlidir. İkinci qadın isə qrafinya Andreni. 
O zaman, bir şey diqqətimizi cəlb eləyir. 
– Bizim deyil, sizin! 
– Yaxşı, mənim. Qrafinyanın pasportda yazılmış adı yağ ləkəsi üzündən bir az 
oxunmaz hala gəlib. Bunun bir qəza olduğunu deyə bilərsiniz. Ancaq qrafinyanın 
adını yada salın. Birdən gənc qadının adı Elena deyil də, Helenaysa? “H” hərfi “Y” 
hərfiylə dəyişdirilmiş ola bilər. Sonra da bu dəyişikliyi gizləmək üçün üzərinə yağ 
damızdırılmışdır. 
Buk:  
– Helena! – deyə bağırdı. – Buna deyərəm fikir!  
– Özü də necəsindən! Bunu təsdiqləmək üçün bir az axtarış apardım və bəzi şeylər 
tapdım. Qrafinyanın çamadanlarından birinin üzərindəki etiket azacıq islanmışdı. 
Və bu, çamadanın yuxarısındakı nişanın ilk hərfinin üzərinə gətirilmişdi. Etiket 
başqa bir yerdən çıxarılıb, sonra nişanın üzərinə yapışdırılmışdı. 
Buk:  
– Məni inandırmağa başladınız, – dedi. – Ancaq qrafinya Andreni... heç cür... 
– Axx, dostlarım, indi geri dönməli və hadisəyə tamamən başqa bir yöndən 
baxmalısınız. Bu cinayəti törədən onun kənardan necə görünməli olduğunu 
istəyib? Bir də qarın qatilin əsl planını alt-üst etdiyini unutmayın. Bir an qarın 
olmadığını və qatarın normal bir şəkildə yola davam etdiyini düşünün. O zaman nə 
olardı? Hər halda, cinayət bu səhər erkəndən İtaliya sərhədində ortaya çıxardı. 
Yolçular bizə danışdıqlarının çoxunu italyan polisinə söyləyərdilər. Təhdid 
məktubları Makkuin tərəfindən göstərilərdi. Cənab Hardman öz hekayəsini 
danışardı. Xanım Habbard bir kişinin kupesindən keçdiyini danışmaq üçün 


çırpınardı. Düymə tapılardı. Məncə, sadəcə, iki şey fərqli olardı. Qatil, xanım 
Habbardın kupesindən saat birdən öncə keçmiş olar, yataqlı vaqon uniforması da 
tualetlərdən birində tapılardı. 
– Yəni, demək istəyirsiniz...  
– Yəni cinayət, əslində, sanki, qatil kənardan gəlmiş kimi bir təsir buraxacaq 
şəkildə planlanmışdı. İşlər qarışmasaydı, qatilin 0.58-də Brodda qatardan endiyi 
sanılacaqdı. Hər halda, biri koridorda əcnəbi bir yataqlı vaqon bələdçisinin 
yanından keçəcəkdi. Uniforma hiylənin necə qurulduğunun başa düşülməsi üçün 
göz qabağında bir yerə buraxılacaqdı. Yolçulardan heç şübhə edilməyəcəkdi. Yəni 
kənar dünya bu hadisəni bu şəkildə görəcəkdi. Ancaq qatarın qəzaya uğraması hər 
şeyi dəyişdirib. Hər halda, qatil də öz qurbanıyla kupedə o qədər uzun müddətə bu 
üzdən qalıb. Qatarın yoluna davam etməsini gözləyib. Ancaq sonda qatarın hərəkət 
etməyəcəyini başa düşüb. Və fərqli bir planla hərəkət etməsi lazım gəlib. Çünki 
artıq qatilin hələ də qatarda olduğu bilinəcəkdi. 
Buk səbirsizliklə:  
– Bəli, bəli, – dedi. – Bütün bunları anlayıram. Ancaq dəsmalın bu işlə nə əlaqəsi 
var? 
– Bir az dolayı bir yoldan o dəsmala qayıdıram. Öncə bunu bilməlisiniz: o təhdid 
məktublarını, əslində, diqqəti yayındırmaq üçün yazıblar. Sanki, çeynənmiş 
mövzuda bir Amerika romanından olduğu kimi köçürülüb. Saxta olduğu açıq-
aşkardır. Əslində, bu məktublar polis üçün hazırlanmış şeylərdir. İndi öz-
özümüzdən bunu soruşmalıyıq: bu məktublar Retçetti aldatmışdımı? Zahirən, 
cavab “xeyr” olmalıdır. Hardmana verdiyi təlimata görə, onun çox yaxşı tanıdığı 
xüsusi bir düşmənin üzərində durduğu anlaşılır. Yəni əgər Hardmanın 
danışdıqlarının doğru olduğunu qəbul etsək, Retçettə başqa bir məktub gəldiyi 
dəqiqdir. Bir parçasını kupedə tapdığımız, Amstronqların kiçik uşağıyla bağlı 
həmin məktubdur bu. Retçettin ölümlə təhdid edilməsinin səbəbini başa 
düşməməsi ehtimalı vardı, bax bu məktub onun bu səbəbi yaxşıca başa düşməsi 
üçün yazılmışdı. Ta başdan bəri söylədiyim kimi, əslində, bu məktubun başqaları 
tərəfindən tapılmasını da istəməyiblər. Qatilin ilk işi bu məktubu ortadan 
qaldırmaq olmuşdu. Bax planın qarşılaşdığı ikinci tərslik də bu olub, birincisi qar 
idi, ikincisi isə o məktub parçasındakı mətnin bir hissəsini bərpa etməyimiz. Kağız 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə