ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

– O kiçik səhnəni gəlin gözlərimizin önündə canlandıraq. Yatağınızda yatırsınız, 
bax belə... və buna görə qapını görməyiniz mümkün deyil deyirsiniz, elədirmi? 
– Bəli. Yəqin, ona görə ki, bu hamam torbası qapıdan asılmışdı. Ah! Yeni bir 
hamam torbası alam gərək. Buna baxdıqca ürəyim bulanır. 
Puaro hamam torbasını alıb yan kupeyə açılan qapının dəstəyinə asdı.  
– Bax belə... Başa düşürəm... Sürgü dəstəyin altındadır. Torba onu görməyə 
qoymur. Yatağınızdan baxanda qapının bağlı olub-olmadığını görə bilmirsiniz. 
– Bəs mən nə deyirəm? 
– Ancaq isveçli qadın səhvə yol vermiş ola bilər, madam. Nə demək istədiyimi 
başa düşürsünüz, elə deyilmi? – Puaro vəziyyəti başa salmağa çalışırdı. – Sürgü 
belə çıxıq bir dəmir parçasıdır. Sağa fırladıldığı zaman qapı kilidlənir, sola 
fırladanda açılır. Hər halda, miss Olson qapını bu şəkildə yoxlayıb. Digər tərəfdən 
kilidlənmiş olduğu üçün də yanılaraq qapının sizin tərəfinizdən kilidlənmiş 
olduğunu fikirləşib. 
– Bu axmaqcasına bir şey olar. 
– Madam, çox yaxşı və çox mehriban bir adamın o qədər də çox ağıllı olmasına 
ehtiyac yoxdur. 
– Orası elədir, əlbəttə. 
– Hə, ağlıma gəlmişkən, Smirnaya da qatarla getmişdiniz, madam? 
– Xeyr. Gəmiylə İstanbula getdim, orada məni qızımın dostu Conson qarşıladı, çox 
gözəl bir insandır, siz gərək onunla tanış olasınız. Mənə İstanbulu gəzdirdi. Şəhər 
məni çox pərişan etdi, hər yer uçulub tökülür. Hər yerdə bu məscidlər... Orada da 
adamı məs geyinməyə məcbur edirlər. Hə, mən harada qalmışdım? 
– Deyirdiniz, sizi mister Conson qarşıladı. 
– Hə, o, məni fransız ticarət gəmisinə mindirdi, bu gəmi düz Smirnaya gedirdi, 
orada isə məni kürəkənim gözləyirdi. Ah, o, bu başıma gələnləri eşitsə, nə deyəcək, 
Allah bilir? Qızım and-aman eləyirdi ki, belə getmək ən rahatıdır. Deyirdi ki,  özün 
üçün kupedə oturacaqsan, düz Parisə qədər, oradasa səni Amerika turist 


kampaniyasının işçisi qarşılayacaq. Ay Allah, mən indi gəmi biletindən necə 
imtina edəcəyəm? Axı bundan ötrü kampaniyaya xəbər vermək lazımdır. Sadəcə 
olaraq, dəhşətdir, vəssalam... – xanım Habbard yenə ağlamağa başladı. 
Səbri tükənməyə başlayan Puaro bu fürsətdən dərhal istifadə etdi.  
– Siz bir şok keçirmisiniz, madam. Qarsona söyləyim, sizə peçenye ilə çay gətirsin. 
– Mən çayı o qədər də sevmirəm, – dedi missis Habbard təəssüflə, – bu ingilislər 
də ömürləri boyu çay içirlər. 
– Elə isə, qəhvə gəlsin, madam. Siz özünüzə gəlməlisiniz. 
– O konyak başımı gic elədi. Bəli, qəhvə içsəm, yaxşı olar. 
– Çox yaxşı. Siz gərək gücünüzü bərpa edəsiniz.  
– Ay Allah, siz necə gülməli sözlər danışırsınız!  
– Ancaq daha öncə tamamlanmalı olan formal bir şey var. Çamadanlarınızı 
aramağıma izn verərsinizmi, madam? 
– Nəyə görə arayacaqsınız əşyalarımı? 
– Bütün yolçuların əşyalarını aramağa başlayırıq. Sizə o qorxunc hadisəni 
xatırlatmaq istəmirəm. Ancaq hamam torbanızı yada salın. 
– Ay Allah, özün rəhm elə! Bir daha elə pis bir sürprizə dözə bilmərəm. 
Araşdırma tez-tələsik sona çatdı. Xanım Habbardın elə artıq əşyası yox idi. Bir 
şlyapa qutusu, ucuz bir çamadan və içi dolu bir çanta. Əgər xanım Habbard 
nəvələrinin fotosunu göstərməkdə israr etməsəydi, araşdırma daha da tez bitəcəkdi.  
– Bu balalara bir baxın! Nə şirin uşaqlardır, elə deyilmi? 
 
 
 
 


XV fəsil 
Yolçuların əşyaları 
 
Özünü bir neçə nəzakətli söz deməyə məcbur edən Puaro missis Habbardı ona 
qəhvə gətirəcəklərinə əmin etdi, yanındakılarla birlikdə kupeni tərk etdi. 
– Nə isə, işə başladıq və bir şey tapmadıq, – dedi Buk. – İndi kimin əşyalarını 
axtaracağıq? 
– Ən sadəsi, sıra ilə bir kupedən o birinə keçmək olar, məncə. Yəni arama işinə 16 
nömrəli kupedən başlayaq, gülərüzlü cənab Hardmanın çamadanlarından. 
Siqaret çəkməkdə olan Hardman onları həddən artıq nəzakətlə qarşıladı.  
– Buyurun, buyurun gəlin, bəylər, əlbəttə, əgər kupeyə sığa bilsəniz. Bu qədər 
insan üçün içəri bir az darısqaldır. 
Buk nə istədiklərini açıqlayanda yekəpər detektiv başa düşdüyünü bildirən bir 
hərəkətlə başını yellədi.  
– Etiraz etmirəm. Açığı, bu işi daha öncə nəyə görə etmədiyinizi fikirləşirdim. 
Buyurun, bu da mənim açarlarım. Əgər ciblərimi də aramaq istəsəniz, mən sizin 
qulluğunuzdayam. Çamadanlarımı aşağı endirim? 
– O işi bələdçi görər. Mişel! 
Hardmanın iki çamadanı tez-tələsik yoxlandı. Əşyaları arasında ən çox diqqəti 
çəkən içki şüşələri oldu. Hardman onlara gülərək göz vurdu:  
– Sərhədlərdə baqajları o qədər də diqqətlə yoxlamırlar. Özəlliklə, əgər bələdçinin 
ovcuna bir şey qoysan, heç bir narahatçılıq olmur. Mən də ona, çatan kimi türk 
lirələrindən bir büküm verdim, hər şey qaydasında oldu. 
– Bəs Parisdə necə? 
Mister Hardman yenə göz vurdu: 
– Mən Parisə çatana qədər olan-qalan içkilərimi bir şampun şüşəsinə sığdıra 
biləcəyəm.  


– İçkinin qadağan olduğunu vecinizə almadığınızın üstü açıldı, müsyö Hardman, – 
deyərək Buk gülümsədi.  
– Doğrusu, bu qanunun mənə o qədər də mane olmadığını söyləyə bilərəm.  
– Başa düşdüm, içki içilən gizli məkanlardan yolunuzu yan salmırsınız, demək, – 
“gizli məkanlar” kəlməsini xüsusi vurğuyla söylədi mister Buk. – Bu 
amerikasayağı sözlər gör necə ifadəli, necə orijinaldır.  
Puaro:  
– Mən də Amerikanı görmək istərdim.  
Hardman:  
– Təsəvvür edirəm, orada yeni qabaqcıl üsullar öyrənərdiniz, – deyə cavab verdi. – 
Avropanın oyadılması lazımdır. Yoxsa buralar qıcqırıb lap əldən gedər. 
Puaro başıyla təsdiq etdi: 
– Doğrudur. Amerika sürətlə irəliləyən bir ölkədir. Amerikalıların heyran olduğum 
tərəfləri də çoxdur. Amerikalıların bir çox xasiyyətindən xoşum gəlir. Lakin gərək 
burasını da deyəm, bəlkə də, məni geri qalmış hesab edərsiniz, ancaq açığı, 
amerikalı qadınları bizimkilər qədər bəyənmirəm. Mənə elə gəlir ki, bir fransız və 
ya bir belçikalı qızın misli-bərabəri ola bilməz. Onlar daha nazlıdır, daha çox qadın 
incəliyinə malikdirlər. 
Hardman başını çevirərək bir müddət pəncərədən çöldəki qara baxdı.  
– Bəlkə də, siz haqlısınız, cənab Puaro. Ancaq hər bir kişi öz ölkəsinin qızlarını 
bəyənir. – Qar gözlərini qamaşdırmış kimi kirpiklərini qırpışdırdı. – Adamın 
gözünü deşir bu qar, – dedi. – Sizi bilmirəm, bəylər, ancaq vəziyyətin belə olması, 
bu qar, bu cinayət və hər şey, ən çox da hərəkətsizlik mənim sinirlərimi pozmağa 
başladı artıq. Boş yerə oturub qalmışıq, vaxt da gedir. Mən belə – əlimi yanıma 
salıb oturmağa alışmamışam. 
Puaro güldü:  
– Siz əsl amerikalılara xas olan enerjili bir adamsınız. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə