ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə50/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   47   48   49   50   51   52   53   54   55

– Ah! Qorxunc bir qarıdır, – dedi. 
Puaro doktordan soruşdu.  
– Retçetti knyaginya öldürmüş ola bilərmi? 
Doktor başını buladı:  
– Xeyr. Böyük bir güclə vurulan və əzələlərə qədər girən zərbəni onun qədər zəif, 
əpirimiş bir qadın heç zaman endirə bilməz. 
– Bəs dərinə işləməyənləri? 
– Bəli, onları vura bilər. 
Puaro:  
– Bu səhər knyaginyaya gücünün qollarından çox iradəsində olduğunu söylədiyim 
anı düşünürəm, – dedi. – Bir növ tələ idi bu söz. Onun hansı qoluna baxacağını 
görmək istəyirdim. Sağ qolunamı, yoxsa sol qoluna? Ancaq bunu etmədi. İki 
qoluna birdən baxdı. Və mənə qəribə bir şey söylədi. “Xeyr, bunların heç bir gücü 
yoxdur ”, – dedi. Bilmirəm, buna sevinməliyəm, yoxsa kədərlənməliyəm? Əcaib 
bir söz idi bu. Və cinayət barədə mənim fikrimi təsdiq edir. 
– Ancaq bu, solaxaylıq məsələsini həll etmir.  
– Xeyr, doğrudan ha, bilmirəm fikir verdinizmi? Qraf Andreni dəsmalını 
pencəyinin sağ tərəfindəki cibinə qoyur. 
Buk başıyla “yox” dedi. Son yarım saat içində açıqlanan heyrətverici şeylərdən 
başı şişmişdi.  
– Yalanlar... – deyə mızıldandı. – Və təkrar yalanlar... 
Puaro nəşəylə:  
– Daha öyrənməli olduğunuz çox şey var, – dedi. 
– Siz elə fikirləşirsiniz? 
– Əgər elə deyilsə, peşmançılığım çox dərin olacaq. 


Buk:  
– Bu qədər yalançılıq qorxunc bir şeydir, – deyə donquldandı. Sonra da gileyli 
səslə əlavə etdi. – Ancaq bunun sizi məmnun etdiyini görürəm. 
Puaro:  
– Bunun bu faydası var, – deyə açıqladı. – Əgər sizə yalan söyləmiş olan birinin 
üzünə həqiqəti çırpsanız, çox zaman işin doğrusunu açıb söyləyərlər. Çox vaxt da 
çaşqınlıqdan bunu edərlər. Ancaq bunu edə bilməkdən ötrü gümanlarınız doğru 
olmalıdır. Bu hadisəni də ancaq bu şəkildə xırdalaya bilərik. Hər yolçunun 
üzərində sırayla dayanıram. Onun danışdıqlarını götür-qoy edirəm və öz-özümə: 
“Əgər bu adam yalan söyləyirsə, – deyirəm, danışdıqlarının yalan hissəsi hansıdır? 
Və bunun səbəbi nədir? Sonra, əgər yalan söyləyirsə, – deyə cavab verirəm – bu 
“əgər” sözcüyünə diqqət edin – əgər yalan söyləyirsə, bu səbəblə və bu nöqtədə 
həqiqətdən ayrılır. Bunu qrafinya Andreni barədə uğurla həyata keçirdik. İndi eyni 
üsulu başqa bir neçə adamın da üzərində yoxlayacağıq. 
– Yaxşı, bəs təxminimiz yanlış olsa necə, dostum? 
– O zaman, heç olmasa, bir nəfər şübhələrdən tamamilə qurtulmuş olar. 
– Aha... siyahıdakıları bir-bir siləcəksiniz, demək? 
– Bəli, elədir. 
– İndi kimi sıxışdıracağıq? 
– Hindistandan gələn polkovnik Arbetnotu. 
 
 
VI fəsil 
Polkovnik Arbetnotla ikinci söhbət 
 
Polkovnik Arbetnot ikinci dəfə dindirilmək üçün təkrar vaqon-restorana 
çağırılmasından açıq-aşkar məmnun deyildi. Stulda oturaraq:  


– Nə məsələdir? – deyərkən üzündə çox sərt bir ifadə vardı. 
Puaro:  
– Sizi ikinci dəfə narahat etdiyimiz üçün üzr istəyirəm, – deyə sözə başladı. 
– Ancaq bizə bilgi verə biləcəyinizi sandığım bəzi məqamlar vardır. 
– Eləmi? Heç güman etmirəm. 
– Əvvəlcə... bu trubka təmizləyicisini görürsünüzmü? 
– Bəli. 
– Bu sizinkilərdən birimi? 
– Bilmirəm. Üzərinə işarə qoymuram. 
– Polkovnik Arbetnot, İstanbul-Kale vaqonunda trubka çəkən tək kişi yolçu 
olduğunuzu bilirsinizmi? 
– Elədirsə, deməli, təmizləyici mənimdir. 
– Bunun haradan tapıldığını bilirsinizmi? 
– Bu barədə heç bir məlumatım yoxdur. 
– Öldürülən adamın cəsədinin yanından tapıldı. 
Arbetnot qaşlarını qaldırdı. 
– Polkovnik Arbetnot, bu təmizləyici oraya necə düşmüş ola bilər? Bunu bizə 
söyləyə bilərsinizmi? 
– Bunu orada yerə salıb-salmadığımı soruşursunuzsa, xeyr, mən salmadım. 
– Heç cənab Retçettin kupesinə getdinizmı? 
– O adamla danışmadım belə. 
– Onunla heç danışmadınız və onu öldürmədiniz, eləmi? 
Polkovnikin qaşları yenə istehzalı bir ifadəylə qalxdı.  


– Əgər belə bir iş tutsaydım, hər halda, sizə açıqlamazdım. Ancaq doğrusunu 
bilmək istəyirsinizsə, o adamı mən öldürmədim. 
Puaro: 
– Hm, – deyə mızıldandı. – Nəsə, bu önəmli deyil. 
– Doğrudan? 
Arbetnot çaşmış kimiydi. Narahatlıqla Puaronu süzdü. 
Balacaboy belçikalı:  
– Çünki trubka təmizləyicisi heç də önəmli deyil, – deyə davam etdi. – Onun nəyə 
görə kupedə olduğunu bir şəkildə açıqlaya bilərəm. 
Arbetnot ona heyrətlə baxdı. 
Puaro:  
– Mən sizi başqa bir məsələ üçün görmək istəyirdim, – deyə əlavə etdi. – Bəlkə, 
miss Debenham Konya stansiyasında onun sizə söylədiyi bəzi sözləri eşitdiyimi 
danışmışdır. 
Arbetnot cavab vermədi. 
– Miss Debenham indi deyil, hər şey sona çatandan sonra danışacaq aranızda olan 
o söhbəti. Bütün bunlar geridə qalandan sonra... Bu sözlərin nə mənaya gəldiyini 
bilirsinizmi? 
– Çox təəssüflənirəm, müsyö Puaro. Ancaq bu sualınıza cavab verməyi rədd 
edirəm. 
– Nəyə görə? 
Arbetnot soyuq bir tövrlə:  
– Bu sözlərin mənasını miss Debenhamın özündən soruşmanızı məsləhət görürəm , 
– dedi. 
– Mən də elə etdim. 


– Və o, sizə bunların mənasını açıqlamağı rədd etdi, elə deyilmi? 
– Bəli. 
– O halda, siz də mənim bu mövzuda ağzımı açıb tək kəlmə belə söyləyə 
bilməyəcəyimi başa düşməli idiniz. 
– Bir xanımın sirrini ələ vermək istəmirsiniz demək? 
– İstəyirsiniz, bunu bu şəkildə də söyləyə bilərsiniz. 
– Miss Debenham bu sözlərin, sadəcə, ona aid şəxsi bir məsələylə bağlı olduğunu 
söylədi. 
– Elədirsə, onun sözünü nəyə görə qəbul etmirsiniz? 
– Çünki, polkovnik, miss Debenham bizdə dərin şübhələr oyadır. 
Polkovnik əsəbiliklə:  
– Sərsəmlikdir, – dedi. 
– Sərsəmlik deyil. 
– Əlinizdə onun əleyhinə heç bir dəlil yoxdur. 
– Balaca Deyzi Armstronq qaçırıldığı zaman miss Debenhamın Armstronqların 
yanında dayə olaraq çalışması sizcə önəmli bir şey deyilmi? 
Qorxunc bir səssizlik oldu. 
Puaro yavaşça başını buladı.  
– Görürsünüz də? Siz fikirləşdiyinizdən daha çox şey bilirəm. Miss Debenham 
günahsızdırsa, nəyə görə bunu gizli saxladı? Nə üçün mənə Amerikaya heç 
getmədiyini söylədi? 
Polkovnik yavaşca öskürdü:  
– Xətaya yol vermədiyinizdən əminsinizmi? 
– Xətaya yol vermirəm. Miss Debenham nəyə görə mənə yalan söylədi? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə